İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə132/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   128   129   130   131   132   133   134   135   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 203 ____________________________ 
1977-ci ildə ilk Apple Fərdi Elektron Hesablama Maşınının 
və şəbəkə strukturunun yaradılması ilə kompüter virusları 
tarixinin yeni dövrü başlanır. Bu dövrdə troya vandal 
proqramları da yaradılır. Belə proqramlar öz destruktiv 
fəaliyyətini müəyyən qədər vaxt keçəndən sonra və ya 
müəyyən şərtlər ödənəndə yerinə yetirirdi.
1987-ci ildə amerikalı proqramçı Ralf Berger viruslarla 
mübarizə metodları haqqında kitab yazır. Bu kompüter virusları 
tarixində mühüm mərhələ oldu. 1990-cı illərin ortalarından 
başlayaraq kompüter virusları əleyhinə mübarizə getdikcə 
güclənir. ABŞ və İngiltərə kimi ölkələrdə kompüter virusları 
yazan və onları yayanlara qarşı bir sıra səs-küylü məhkəmə 
prosesləri aparılır. Təqsirləndirilənlər cərimələnir və cərimələrin 
məbləği getdikcə artırılır. Antivirus proqram təminatı daim 
təkmilləşdirilir, virusların yayılmasının və dağıdıcı fəaliyyətinin 
qarşısının alımasında onların rolu xeyli gücləndirilmiş olur. 
Antivirusdan söhbət gedirsə bu sahədə ən görkəmli 
simalardan birinin Yevgeniy Kasperski olduğu şübhəsizdir.
1989-cu ildə məxfi dövlət Elmi Tədqiqat İnstitutunun 
əməkdaşı olan Y.Kasperskinin kompüterinə Cascade virusu 
düşür. Kacperski virusu aradan qaldırmaq üçün həyatında 
birinci dəfə antivirus proqramı yazır. Bu iş ona çox maraqlı gəlir 
və o bu problemlə ciddi məşğul olmağa başlayır. O bir sıra iri 
kontraktlardan xeyli vəsait qazanır və gəlirinin çox hissəsini 
biznesin inkişafına xərcləyir.
Y.Kaspersknin kompaniyası 1997-ci ilin iyun ayından 
fəaliyyət göstərir. Antivirus sahəsində Y.Kasperski dünyanın 
aparıcı ekspertlərindən biridir. Onun yaratmış olduğu 
“Kasperskinin Laboratoriyası” mərkəzi ofisi Mockvada yerləşən 
beynəlxalq kompaniyalar qrupudur. Kompaniyanın İngiltərə, 
Çin, Fransa, ABŞ, Almaniya, Rumıniya, Yaponiya, Cənubi 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin