İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə130/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   126   127   128   129   130   131   132   133   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 199 ____________________________ 
baza yaradılsın. Bunun üçün şirkətdaxili normativ sənədlər 
kompleksi işlənib hazırlanmalıdır. 
Kadr təminatı çərçivəsində şirkət virus hücumlarına qarşı 
lazımi tədbir görə bilən əməkdaşlardan istifadə etməli və 
mövcud əməkdaşları bu sahədə bilikləndirməlidir. 
Texnoloji təminat, viruslardan müdafiə üzrə nəzərdə 
tutulan bütün digər tədbirlərlə yanaşı, əsas diqqəti səbəkə 
ekranlaşdırmasına yönəltməlidir. Bu, istifadəçilərin işçi 
stansiyalarını şəbəkə viruslarının hücumundan qorumaq üçün 
potensial təhlükəli paketlərin filtrlənməsi (süzgəclənməsi) yolu 
ilə əldə edilir. 
Endi Hopkins 
Ci Vonq 
İlk antivirus proqramları CHK4BOMB və BOMBSQAD 1984-
cü ilin qışında yaradılmışdır. Onları amerikalı proqramçı Endi 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 200 ____________________________ 
Hopkins (Andy Hopkins) yazmışdı. Kompüterdəki informasiyanı 
virus hücumlarından müdafiə edə biləcək ıik antivirus proqramı 
1985-ci ildə meydana çıxmışdır. DRPROTECT adlanan proqram 
proqramçı Ci Vonqun (Gee Wong) böyük zəhməti bahasına 
əmələ gəlmişdi. Yaradılmış proqram kompüterdə BIOS-dan 
keçərək yerinə yetirilən bütün əməliyyatları (informasiyanın 
yazılmasını, formatlama əməliyyatlarını) bloklama qabiyyətinə 
malik idi. İş prosesində belə əməliyyat əmələ gəldikdə proqram 
sistemin yenidən yüklənməsini tələb edirdi. 
İlk antivirus utilitlər 1984-cü ilə yaradıldı. 
 
ANTİVİRUS PROQRAMLARININ YARADILMASI 
VƏ İNKİŞAFI 
Kompüter viruslarından qorunmanın əsas yolları 
aşağıdakılardan ibarətdir: 

Virusun kompüterə daxil olmasına yol verməmək; 

Əgər virus kompüterə daxil olubsa, vurus hücumuna yol 
verməmək; 

Əgər virus hücumu baş veribsə, hücumun nəticələrini 
aradan qaldırmağa cəhd etmək.
Kompüter viruslarından qorunmanın təmin edilməsinin üç 
metodu mövcuddur: 

Proqram metodları; 

Aparat metodları; 

Təşklati metodlar. 
İnformasiyanın qorunması üçün istifadə edilən əsas vasitə 
qiymətli məlumatların ehtiyat köçürülməsidir (surətinin 
alınmasıdır). Kompüterin bərpa edilməsi ehtiyat daşıyıcıda 
saxlanan verilənlərin köçürülməsi ilə başa çatır. İnformasiyanın 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin