İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə138/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   134   135   136   137   138   139   140   141   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 211 ____________________________ 
birinci cəhd antivirus tərəfindən bloklanır (qıfıllanır) və bu 
barədə xəbərdarlıq olunur. Kompüter monitor rejimində 
işləyəndə kompüterin işində ləngimə baş verir, çünki 
hesablama resurslarının bir hissəsi işlərini antivirusa həsr 
edirlər, bununla yanaşı fayla və bəzi obyektlərə istənilən 
müraciət skanerləmə proseduru ilə həyata keçirilir. Digər 
tərəfdən əgər kompüterdə yoluxmuş fayllar varsa və o fayllar 
aktivlik göstərmirsə, onda onlara müraciət baş vermir, onlar 
nəzərdən kanarda qalırlar. 
Skaner rejimində antivirus proqramı verilmiş sahədə 
(müəyyən kataloqda, sərt diskin bölmələrində və ya 
informasiya saxlayan bütün qurğularda) bütün faylları yoxlayır 
və yoluxmanı kanarlaşdırır (və ya skanerin sazlanmasından asılı 
olaraq onlar barədə məlumat verir). Verilənlərin kompüterdə 
yoxlanılması müəyyən qədər vaxt aparır (bəzən bir neçə saat). 
Bununla yanaşı bəzi hallarda virus sistemə skanerə əməliyyatı 
tamamlandıqdan sonra da düşə bilər. 
Sistemin etibarlı müdafiə edilməsi üçün hər iki rejimdən 
istifadəni məsləhət bilirlər. Monitor rejimində antivirus 
proqramının daim işləməsi nəzərə alınmaqla yoxlamanı 
mütamadi olaraq həftədə bir dəfə (bütün verilənləri 
yoxlamaqla), skaner rejimində isə yoxlamanı axşamlar həyata 
keçirməyi məsləhət bilirlər. 
Antivirusun öz “qurbanları”nı necə aşkar etməsi üsullarına 
baxaq. 
Siqnatura əsaslanan aşkaretmə. Əgər antivirus sistemə 
virusun soxulmasını aşkar edirsə, onda antivurus faylı (və ya 
şəbəkədən gələn paketi) nəzərdən keçirir, sonra isə məşhur 
hücumların və ya virusların adları olan siqnatur lüğətə müraciət 
edir. Seçim edildikdən sonra antivirus fəaliyyətə başlayır. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin