İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə139/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   135   136   137   138   139   140   141   142   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 212 ____________________________ 
Siqnaturun yaradılması əl ilə, bir neçə faylın korporativ 
araşdırmalar yolu ilə yerinə yetirilir. Siqnaturun avtomatik 
generasiya edilməsi (adətən polimorf viruslar olan mühitdə) 
hələlik tutarlı səviyyədə nəticə verməmişdir. 
Hər bir müasir antivirus proqramı geniş (bir neçə yüz 
minlərlə) mütamadi yenilənən siqnatur bazasına malikdir. 
Yoluxmanın siqnaturlar vasitəsilə müəyyən edilməsi ona 
əsaslanır ki, yeni virus (hələlik siqnaturu bazada olmayan) çox 
asanlıqla antivirus müdafiəsini yarıb keçə bilər. Odur ki, 
siqnaturu yaradanda və onu istifadəçiyə təqdim edəndə bu 11-
dən 97 saata kimi vaxt aparır (istehsalçıdan asılı olarq). 
Nəzəri olaraq hesablanmışdır ki, virus İnternetə elə hücum 
təşkil edər ki, onu 30 saniyədən az müddət ərzində zəbt edər.
Proqramın özünü şübhəli aparmasının aşkar edilməsi 
üsulu. Antivirus proqramı bütün işləyən proqramların özünü 
necə aparmasını izləyir və virusa xarakter olan halların 
(məsələn, verilənlərin exe-fayla yazılmasını) aşkarlanmasına 
cəhd göstərir. Təcrübə göstərir ki, bu üsul bəzi hallarda baş 
vermiş hadisəyə reaksiya verə bilmir (yalana uyur), nəticədə 
istifadəçi edilən xəbardarlığa reaksiya vermir. 
Üsulun müxtəlif növləri vardır. 
Proqramın 
emulyasiya
olunması, yəni proqram işə 
salınmazdan öncə antivirus onun özünü aparmasını (şübhəli 
halları izləmək məqsədi ilə) imitasiya etməyə çalışır. 
AÇIQLAMA: 
Emulyasiya 
(ingiliscə 
emulation) 
hesablama texnikasında proqramlar, aparat vasitələri və ya 
onların birləşməsi (ahəngi, uyğunluğu) kompleksidir və bir 
hesablama sistemi (qonaq) funksiyasının digərinə (birincidən 
fərqli, hesablama sisteminə - hosta) kopiyalanması (və ya 
emulyasiyası) üçün nəzərdə tutulmuşdur (burada əsas 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin