İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 210 ____________________________
İndiki zamanda antivirusların müxtəlif növlərinə rast
gəlmək mümkündür və onlar aşağıdakı funksiyaları
yerinə
yetirirlər:
Proqramlar-detektorlar operativ yaddaşda və fayllarda
virus üçün xarakterik olan kodların (siqnaturların)
axtarışını həyata keçirirlər. Virus tapıldıqda uyğun
məlumatı bildirirlər;
Proqramlar-doktorlar və ya faqi.
Bunlar da virusa
yoluxmuş faylları axtarıb tapır və onları “müalicə” edirlər,
yəni faylı əvvəlki vəziyyətinə qaytarırlar. Faqların
arasında yarımfaqlardan da istifadə olunur. Yarımfaqlar
və yaxud proqramlar-doktorların təyinatı ondan ibarətdir
ki, onlar böyük sayda virusları tapmaqla yanaşı onları
məhv də edirlər;
Revizorlar (və ya müfəttişlər) obyektin yoluxmamışdan
qabaqkı vəziyyətini yadda saxlayır və mütamadi olaraq
cari vəziyyəti başlanğıc vəziyyətlə müqayisə edirlər;
Proqramlar-süzgəclər və ya rezidentlər (yaxud da daim
işləyənlər) kompüter işləyən
zaman onda baş vermiş
şübhəli fəaliyyəti (viruslara xarakterik olan fəaliyyəti)
aşkar etmək üçündür.
Vaksinlər rezident proqramlardır, faylların virusa
yoluxmasının qarşısını alırlar.
Müasir antivirus proqramları çoxfunksiyalı proqram
kompleksidir,
əsas vəzifələri virusu tapmaq, müalicə etmək
(yəni kanarlaşdırmaq), həmçinin onun kompüterə daxil
olmasına maneçilik etməkdir.
Müasir antivirus proqramları iki rejimdə işləyir.
Monitor rejimində
antivirus daim işləyir, sistemin fayla
müraciətini izləyir, prosesə daxil olmaqla bu faylların yoluxma
predmetini yoxlayır. Deməli, virusun fayla düşməsi üçün etdiyi