İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə136/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   132   133   134   135   136   137   138   139   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 207 ____________________________ 
göstərirdilər. İlk kompüter virusları da diskin kənarinda 
yerləşən boot-sektora hücum edirdilər. Antivirusun adındakı 
NOD abbreviaturası da bundan götürülmüşdür. NOD 
(Nemocnica na Okraji Disku və ya Disk kənarında xəstəxana). 
Antivirus NOD32 32 və 64 mərtəbəli Windows əməliyyat 
sistemlərini himayə edir. Bu antivirus sistemi asinxron yoxlaya 
bilir. Antivirus makrovirusu tapmaq üçün MS Word və Excel 
faylların daxili quruluşunu təhlil edir. NTFS fayl sistemini 
himayə edir. 
 
Yevqeniy Valentinoviç 
Kasperskiy 
 
 
Con MakAfi 
1989-cu ildə Con MakAfi ABŞ-da öz antivirus kompaniyasını 
yaradır. Bir neçə aylıq gərgin işdən sonra McAfee VirusScan 
antivirus proqramı yaradılır. Kompaniya antivirusu istifadəçilərə 
pulsuz verirdi. Ona görə də bu kompaniya əvvəlcə Kaliforniya 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 208 ____________________________ 
ştatında, sonra da bütün ölkədə istifadəçilərin çox böyük 
məhəbbətini qazandı. 
Panda kompaniyasının əsası 1990-cı ildə Mikel 
Urizarbarren tərəfindən İspaniyanın Bilbao şəhərində 
qoyulmuşdur. 
Panda Security antivirus proqramı minimal resurslardan 
istifadə etməklə virusdan səmərəli mudafiənin həyata 
keçirilməsini təmin edə bilir. Panda firmasının məhsulları məişət 
və 
korporativ 
kompüter 
istifadəçilərin 
informasiya 
təhlükəsizliyini təmin edir. Bu kompaniyanın dünyanın 200-dən 
çox olkəsində müştəriləri, 50-dən çox olkəsində isə ofisləri var.
Antivirus Panda faktiki iki moduldan ibarətdir – Panda 
Ultrafast və Panda SmartClean2. Birinci modul - süni intellektin 
bəzi texnologiyalarından və mexanizmlərindən istifadə etməklə 
virusları tapır və zərərsizləşdirir. İkinci modul isə virusun 
törətdiyi nəticələri aradan qaldırır.
AVAST kompaniyasının əsası 1991-ci ildə Çexoslovakiyada 
qoyulmuşdur. Kompaniyanın baş ofisi Praqada yerləşir. 
Avast! antivirus proqramı Windows, Lınux, Mac OS 
əməliyyat sistemləri, həmçinin Palm, Android və Windows CE 
platformalı 
kompüterlərdə 
(cibdə 
gəzdirilən 
fərdi 
kompüterlərdə) isifadə edilə bilir. Evdə - yəni məişətdə istifadə 
etmək üçün antivirusun Free-pulsuz; Pro, Internet Security və 
Premier kimi pullu, həmçinin qeyri-kommersiya məqsədi ilə 
istifadə edilən variantları buraxılır. Anivirusun orta və böyük 
biznes üçün Endpoint Protection, Endpoint Protection Plus, 
Endpoint Protection Suite və Endpoint Protection Suite Plus 
kimi versiyaları mövcuddur. Antivirusun serverlər üçün File 
Server Security və Email Server Security kimi versiyaları vardır. 
Avast antivirus proqramı ICSA Labs (təhlükəsizlik məhsullarının 
o cümlədən antivirusların tədqiqi, sınaqdan keçirilməsi və 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin