İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə127/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   123   124   125   126   127   128   129   130   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 193 ____________________________ 
proqramlardan tərtib edilmiş, müxtəlif aşkarlama və ləğvetmə 
üsullarından istifadə edən mürəkkəb komplekslərdir. 
POLİMORFİZM – VİRUSLARIN 
MUTASİYASI 
İlk polimorfik virus – “Chameleon” keçən əsrin 90-cı 
illərinin əvvəllərində meydana çıxmışdır. Lakin polimorfik virus 
problemi yalnız 1991-ci ilin aprelində ciddi şəkil aldı. Bu, 
“Tequila” adlı polimorfik virusun dünyanı bürüyən epidemiyası 
ilə bağlı idi. 1994-cü ildə Rusiya “Phantom1” adlı polimorfik 
virus epidemiyası ilə üzləşdi.
Özünü 
şifrələyən 
polimorfik 
viruslar 
ideyasının 
populyarlaşması polimorfik kod generatorunun meydana 
çıxması tarixi ilə - 1992-ci ilin əvvəlində məşhur “Dedicated” 
virusunun peyda olması ilə bağlı idi. Sözügedən virus MtE adlı 
ilk polimorfik generatorda yerləşdirilmişdi. Çox keçmədi ki, 
həmin polimorfik generator obyekt modula (OBJ-fayla) çevrildi. 
Beləliklə, adi virusun OBJ-fayla keçirilməsi ilə polimorfik-
mutant
almağa imkan yarandı.
1993-cü il polimorfik virusların kütləvi istehsalı ili oldu. 
Nəticədə: Bootache, CivilWar (dörd versiyada), Crusher, 
Dudley, Fly, Freddy, Ginger, Grog, Haifa, Mochtezuma (iki 
versiyada), MVF, Necros, Nukehard, PcFly (üç versiyada), 
Predator, Satanbug, Sandra, Shoker, Todor, Tremor, Trigger, 
Uruguay (səkkiz versiyada) və s. virusları yarandı. 
Polimorfik viruslarla yanaşı, polimorfik generatorlar da 
inkişaf etdirilir və təkmilləşdirilirdi. 1993-cü ildə artıq 7 
polimorfik kod generatoru mövcud idi: MTE 0.90 (Mutation 
Engine), TPE-nin (Trident Polymorphic Engine) 4 müxtəlif 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 194 ____________________________ 
versiyası, NED (Nuke Encryption Device), DAME (Dark Angel’s 
Multiple Encryptor). 
AÇIQLAMA:
Mutasiya (latınca mutatio – dəyişmə 
sözündən yaranmadır) xarici və daxili mühitdə baş verənlər 
nəticəsində gen növünün yaranmasıdır. Termin Xuqo de Friz
tərəfindən təklif edilmişdir. Mutasiya baş verən proses 
mutageniz adlanır. 
Xuqo de Friz
Xuqo 
de 
Friz 
(niderlandca Hugo fe Vries 
– 1848-1935) Hollandiya 
botaniki və genetikidir, 
Rusiya Elmlər Aklademiya-
sının xarici müxbir üzvi 
(1924), 
SSRİ 
Elmlər 
Akademiyasının fəxri üzvi 
(1932) seçilmişdir. Alim 
ilk dəfə olaraq dəyişkənlik 
və təkamül haqqında elmi 
fikirlər söyləmiş, ilk dəfə 
olaraq mutasiya prosesini 
sistem şəkilində araşdır-
mışdır.
O vaxtdan bəri hər il bir-neçə polimorfik generator 
yaradılır. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin