AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASI
Ad: Cavidan
Soyad: Nəbizadə
Müəllim: Bəxtiyar Hacızadə
İxtisas: Cüdo məşqçiliyi
Fənn: İdman təbabəti və gigyena
Kurs: 4
Qrup: 110A27
Mövzu: Suyun keyfiyyət göstəriciləri və gigiyenik qiymətləndirilməsi
Suyun keyfiyyət göstəriciləri və gigiyenik qiymətləndirilməsi
Su obyektlərinin sanitariya nəzarəti adı altında kompleks tədbirlər sistemi (qanunvericilik, təşkilati, iqtisadi,planlaşdırma, elmi, texnoloji, sanitar-texniki) başa düşülür ki, bu tədbirlərin köməyilə su resurslarının əhalinin təsərrüfat-içməli su təchizatı, çimməsi, bədən tərbiyəsi, müalicə-sağlamlaşdırıcı məqsədlərlə istifadəsini təmin etmək, həmçinin su hövzələrinin yaşayış məskənlərinin mikroiqlimini və landşaft memarlıq görünüşünü yaxşılaşdırmasını həyata keçirmək mümkün olsun. Başqa sözlə bu su hövzələrini çirklənmə mənbələrindən mühafizə etməkdir. Səthi su mənbələrinin mexaniki, kimyəvi və mikrobioloji çirkləndiricilərdən sanitariya mühafizəsi problemi öz tarixində əsas üç mərhələdən keçmişdir ki, bu da üç elmi istiqamətə əsaslanır . Hazırda səthi su mənbələrinin sanitariya mühafizəsinin sonrakı perspektivləri barədə diskusiyalar davam edir. Problemin birinci mərhələsi (birinci nəzəri istiqamət) təbiətşünaslıq adını almışdır və mahiyyəti səthi su mənbələrində suyun təbii keyfiyyətini saxlamaqdan və mənbəyə tullantı sularının axıdılmasının qarşısını almaqdan ibarətdir. Bu mərhələ 1876-cı ildə İngiltərədə başlamışdır və çayların qorunması (bunların əksəriyyətindən su təchizatı mənbəyi kimi istifadə olunurdu) haqqında qanun qəbul olunmuşdur. Həmin ildə analoji qanun Prussiyada da qəbul olunmuşdur.1882-ci ildə bu qanuna - hətta bioloji təmizlənmiş tullantı sularının da su mənbələrinə axıdılmasının qadağan olunması haqqında yeni bir punkt əlavə olunmuşdur. Analoji qadağanedici tədbirlər Rusiyada, Fransada və digər ölkələrdə də həyata keçirilməyə başlandir. Bu dövrlərdə şəhərlərdə kanalizasiya sistemi olmaqla bərabər (1833-cü ildə artıq İngiltərənin 50-dən çox yaşayış məntəqəsində tullantı suları yeraltı boru şəbəkəsilə üz axını ilə kənarlaşdırılırdı) tullantı sularının suvarma tarlalarına istiqamətləndirilməsinə də icazə verilirdi. Kanalizasiya olmayan yerlərdə maye tullantıları assenizasiya tarlalarına daşıyırdılar. Belə suvarma tarlaları Kiyevdə, Berlində,Syürixdə, Moskva, Odessa, London və s. yerlərdə artıq mövcud idi.Tullantı sularının suvarma tarlalarında təmizlənməsi təbii faktorlar: buxarlanma və donma hesabına; torpaqdan süzülmə(1 m-dən az olmayan torpaq qatından) və çirkablardan öz-özünü təmizləmə hesabına(əsasən üzvi tullantılardan və mikroorqanizmlərdən) gedir. Sonra bioloji təmizlənmiş tullantı suyu qrunt sularına daxil olur(qarışdırılır) və onunla birlikdə su hövzəsinə qayıdır. Bu proses təbiətdə baş verən su dövranında kiçik dövran adlanır.
Tullantı suları qrunt saprofit mikroorqanizmlərinin həyat fəaliyyəti nəticəsində müxtəlif üzvi çirkləndiricilərdən təmizlənir. Onlarda torpaq hissəcikləri tərəfindən sorbsiya olunmuş patogen mikroorqanizmlər məhv olur; tullantı suları qrunt suları ilə durulaşaraq sorbsiya, durulaşma və parçalanma hesabına toksiki kimyəvi maddələrdən azad olur. Nəzəri əsaslı qadağa xarakterli tədbirlər su hövzələrinin sanitariya mühafizəsində ilk elmi istiqamətdir və təbiətşünaslıq və ya sanitariya maksimalizmi adını almışdır. Onun tərəfdarları (sanitar maksimalistlər) indiyə qədər belə hesab edirlər ki, səthi su mənbələrinə hər hansı bir tullantı suyunun atılmasını qadağan etmək lazımdır. Səthi su mənbələrinin çirklənməsi və sanitariya vəziyyəti üzərində nəzarətdə sanitar maksimalistlərin proqramının son məqsədi mənbənin suyunu “ilk təmizliyinə” qaytarmaqdır. Proqramın məqsədi tamamilə nəcib və bəyəniləndir. Baxmayaraq ki, hazırda Yer kürəsində insanın təsərrüfat fəaliyyəti nəticəsində hidroloji rejimi, kimyəvi tərkibi və hidrobioloji xüsusiyyətləri dəyişilməmiş bir dənə də olsun mənbə yoxdur, amma bu istiqamət hazırda da öz aktuallığını saxlamaqdadır. Bu proqram gigiyenik mövqedən bəyənilir, belə ki, suyun normativ keyfiyyətlərini ödəyir və su mənbəyinin normal inkişafını təmin etməklə onu insanların istifadəsi üçün yararlı edir. Bu dövr tullantı sularını təmizləmək üçün müxtəlif konstruksiyalı qurğuların meydana çıxması ilə səciyyələnir ki, onun da əsasında çirkabın torpaqda (suvarma tarlaları, filtrasiya tarlaları, bioloji göllər) özözünü təmizləməsi mexanizmi dayanır. Onların istismarı sadə, uzunömürlü, yüksək effektli olmaqla yanaşı, həm də bu qurğularla işləmək və qulluq da yüksək ixtisas və s. tələb etmir. Eyni zamanda qeyd etmək lazımdır ki, istənilən tullantının, o cümlədən təmizlənmiş tullantı sularının su hövzələrinə atılmasının mənfi nəticələri ola bilər.
Birincisi yaşayış məntəqələrində məhdud sayda kanalizasiya sistemi (maye tullantıların axıdılması ) olur ki, burada da tullantı suları öz axını ilə yeraltı boru şəbəkəsilə əmələ gəldiyi yerdən təmizləyici qurğuya qədər axıb gedir. Assenizasiya (fransız sözü olub,assenisation- təmizləmə deməkdir) – daşınma sistemində sukeçirməyən zibil quyusunda toplanmış maye tullantı dövri olaraq xüsusi nəqliyyatla ( assenizasiya nəqliyyatı) assenizasiya tarlalarına daşınır.
İkinci ənənəvi üsul olan tullantı sularının bioloji təmizlənməsi (su mühitində öz-özünü təmizləmə hesabına bərpa prosesi), həmçinin təmizlənmiş tullantı sularının su hövzəsinə axıdılması prosesi tormozlanmıç olur.
Üçüncüsü şəhərlərin sürətlə böyüməsi və sənayenin güclü inkişafı çoxlu miqdarda tullantı sularının yaranmasına səbəb olur. Bu suvarma tarlaları üçün böyük həcmdə torpaq sahəsi ayrılmasını tələb edir. Göründüyü kimi tullantı sularının su hövzələrinə axıdılmasının (hətta bioloji təmizlənmiş suarın belə) qəti qadağan olunması real görünmür və lazım deyil.
Elmi-texniki inqilab dövründə sənayenin intensiv inkişafı sənaye çirkab sularının həcminin əhəmiyyətli dərəcədə artmasına, digər tərəfdən əhalinin şəhərlərdə cəmlənməsi böyük həcmdə təsərrüfat-məişət çirkab sularının yaranmasına səbəb olur. İngiltərədə, Almaniyada, Rusiyada yaşayış məntəqələrinin ətrafında suvarma tarlaları üçün artıq boş yerlərin qalmaması ciddi təşviş doğurmaqdadır. İngiltərə korolevski komissiyasının 1907-ci ildəki hesabatında göstərilirdi ki, tullantı sularının son 10 ildə su hövzələrinə axıdılmasının qadağan olunmasına baxmayaraq, həmin hövzələrin sanitariya vəziyyəti heç də yaxşılaşmamışdır, sanki bu tədbir həyata keçirilməmişdir.
Dostları ilə paylaş: |