Ad: Cavidan Soyad: Nəbizadə Müəllim: Bəxtiyar Hacızadə İxtisas: Cüdo məşqçiliyi


Sənaye tullantı sularının təmizlənməsi və zərərsizləşdirilməsi



Yüklə 35,25 Kb.
səhifə2/2
tarix07.01.2024
ölçüsü35,25 Kb.
#211466
1   2
AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASI

Sənaye tullantı sularının təmizlənməsi və zərərsizləşdirilməsi səthi su mənbələrinin sanitariya mühafizəsi işində mühüm tədbirlərdən hesab olunur. Aparılmış çoxsaylı elmi tədqiqatların nəticələri göstərmişdir ki, keçmiş SSRİ məkanında əksər sənaye müəssisələrində təmizləyici kanalizasiya qurğularının layihələşdirilməsi və tikintisi müvəffəqiyyətlə davam etdirilir. Şəhər ərazisində və ya ona yaxın ərazilərdə sənaye müəssisələrinin tikintisi planlaşdırılarkən və yerləşdirilərkən və ya sənaye zonasında bir neçə müəssisənin və ona yaxın yerləşmiş yaşayış massivinin tullantı sularının birlikdə təmizlənməsi və zərərsizləşdirilməsi məsələsi həll olunarkən onların birlikdə şəhər kanalizasiya şəbəkəinə axıdılması mümkündür. Belə halda onlar kanalizasiya şəbəkəsinə axıdılmaq üçün müvafiq tələblərə cavab verməlidir. Bu zaman sənaye və məişət tullantı suları təmizlənməsi və zərərsizləşdirilməsi birlikdə vahid şəhər təmizləyici kanalizasiya qurğularında həyata keçirilir. Çirklənmiş sənaye tullantı sularının tərkibində adətən spesifik çirkləndiricilər olur ki, bunlar da şəhər kanalizasiya şəbəkəsinin istismarına və təmizləyici qurğularına mənfi təsir göstərə bilər. Sənaye tullantı sularının spesifik çirkləndiriciləri səthi su mənbələrinə daxil olduqda həmin sudan istifadə rejimini poza bilər.
Sənaye tullantı sularının yaşayış məskəninin kanalizasiya şəbəkəsinə, təmizləyici qurğunun iş rejiminə və ya onun ayrı-ayrı elementlərinə, daha sonra təmizlənmiş tullantı suyunun axıdıldığı su nənbələrinə mənfi təsir göstərməməsi üçün tərkibindəki çirkləndiricinin miqdarı səthi su mənbələri üçün YVKH-dən yüksək olmamalıdır. Bunu yeni tikilən və rekonstruksiya olunan sənaye müəssisələrinin layihələşdirilməsində, tikintisində və istismara verilmə mərhələlərində nəzərə almaq lazımdır. Bu tələblərə cavab verilərsə sənaye müəssisələrində aztullantılı və tullantısız texnologiya, suyu təkrar dövriyyəyə qaytarmaqla tullantı suyu olmayan və tullantısız istehsalat yaratmaq olar. Sənaye tullantı sularının yaşayış məskəninin kanalizasiya şəbəkəsinə buraxılması zamanı ona bir sıra tələblər irəli sürülür ki, bu da müvafiq “Sənaye tullantı sularının yaşayış məntəqəsi kanalizasiyası sisteminə buraxılması qaydaları” ilə reqlamentləşdirilir. Sənaye tullantı sularının şəhərin kanalizasiya şəbəkəsinə axıdılmasına o zaman icazə verilmir ki, a) həmin sularda BOT20 kanalizasiya təmizləyici qurğusunun layihədə göstərilmiş səviyyəsindən yükcək olur; b) kanalizasiya şəbəkəsi və təmizləyici qurğunun işini poza bilər; c) bu suların temperaturu 400 C-dən çox, pH 6,5-dən aşağı və ya 9,0 - dan çox ola bilər; d) tərkibində kanalizasiya borusunu, quyuları, süzgəc torları tuta bilən və ya onun səthinə çökə bilən maddələr ola bilər. Bunlar bərk tullantılar, torpaq, digər iri dispersli hisəciklər,gips, əhəng, qum, metal və ya plastmass qırıntıları, yağ , qətran və s.ola bilər; e) boruların və təmizləyici qurğu elementlərinin dağılmasın səbəb ola bilər; f) tərkibində partlayış törədən maddələr ola bilər(həllolmuş qazabənzər maddələr və s.). ç) yalnız üzvi maddələr və ya bioloji parçalanmaya uğramayan maddələr ola bilər; g) tərkibində təhlükəli bakteriyalar, viruslar, toksiki və radioaktiv maddələr ola bilər; z) tərkibində bioloji sərt səthi aktiv maddələr (SAM) ola bilər; k) kimyəvi oksigen tələbatı bioloji oksigen tələbatını 2,5 dəfədən çox keşə bilər. Əgər sənaye tullantı suları göstərilən tələblərə cavab vermirsə, onda həmin sular əvvəlcə müəssisədə təmizlənmədən keçməlidir. Belə təmizlənmə dərəcəsi hökmən yaşayış məskəninin təmizləyici kanalizasiya qurğusunu layihələşdirən şəhər dövlət administrasiyası və təşkilatı ilə razılaşdırılmalıdır.
Sənaye tullantı sularını təmizlənməsini həyata keçirən üsullar içərisində M.İ.Lapşinin klassifikasiyasına üstünlük verilir. Bu üsulda sənaye tullantı sularının təmizlənməsi onun faza-dispers tərkibindən asılı olaraq aparılır. Bu klassifikasiyada sənaye tullantı sularının təmizlənməsinin əsas üsulunun üç qrupu ayırd olunur: birinci qarışığın kimyəvi tərkibinin dəyişilmədən uzaqlaşdırılmasıdır; qarışığın kimyəvi tərkibinin dəyişdirilərək uzaqlaşdırılması və biokimyəvi üsuldur.
Birinci qrup üsulla sənaye tullantı sularının təmizlənməsi də öz növbəsində iki yarımqrupa bölünür. Birinci yarımqrupda bilavasitə (mexaniki yolla) qarışıq sudan təmizlənir. Onu mexaniki torlar,, setkalar (torlar), mikro süzmə, çökdürmə və şəffaflaşdırma, sentrifuqlaşdırma, filtrasiya, flotasiya, membran elektroforez və s.- nin köməyilə həyata keçirirlər.
İkinci yarımqrup qarışığı kimyəvi tərkibi dəyişilmədən ayırmaqdır – deqazasiya, qovma, evaporasiya (qarışıqlaq – qaz fazası; su – maye faza); buxarlandırma ( qarışıq – bərk və ya maye faza; su – qaz faza); koalessensiya, ekstraksiya (qarışıq və su – iki maye qarışmayan faza), dondurma (qarışıq – maye faza; su – bərk faza); kristallizasiya, sorbsiya, koaqulyasiya ( qarışıq – bərk faza; su – maye faza).
Sənaye tullantı sularından qarışıq maddələri hidrosiklonlarda (açıq və ya təzyiq altında) da ayırmaq mümkündür. Tullantı sularından kiçik dispersli qarışıq maddələri ayırmaq üçün, həmçinin çöküntüdən qiymətli məhsulları ayırmaq üçün və onların utilizasiyasında fasiləsiz və ya dövri olraq işləyən sentrifuqalar tətbiq olunur. Tullantı sularından SAM, neft məhsulları, yağlar, piylər, qətran və digər maddələri, çökdürücüdə çökməyən maddələri ayırmaq üçün müxtəlif konstruksiyalı flotasiya qurğularından istifadə olunur. Tullantı sularında sərbəst şəkildə olan həll olmuş qazları sudan ayırmaq üçün müxtəlif konstruksiyalı deqazatorlardan (atmosfer təzyiqi altında və ya vakuumla işləyən) istifadə olunur: barbotaj maye təbəqəsilə, müxtəlif formalı qarmaqlardan, içiboş cihaz səpələyicilər və s.tətbiq edilir.
Kimyəvi tərkibini dəyişdirməklə qarışıqların çevrilməsi (ikinci üsul) də yarımqruplara bölünür: a) çətin həll olan elektrolitlərin əmələ gəlməsi; b) kiçik dispersli hissəciklərin əmələ gəlməsi; c) kompleks birləşmələrin əmələ gəlməsi; d) sintez və parçalanma prosesi; e) oksidləşmə və bərpa prosesi, o cümlədən elektrokimyəvi proses; f) termoliz. Göstərilən üsulların xarakteristikası xırdalıqlarına qədər xüsusi nəşrlərdə və sənaye müəssisələrindən suyun uzaqlaşdırılmasına aid dərs vəsaitlərində yazılmışdır. Sənaye tullantı sularının təmizlənməsində bioloji təmizlənmənin tətbiqinin məqsədəuyğunluğu onda olan çirkləndiricilərin miqdarına diqqət yetirməyə (biokimyəvi destruksiya üçün şərait yaradan) və bioloji təmizlənmə prosesinin effektivliyinə təsir edən müxtəlif faktorları, xüsusən: a) qarışiqların strukturu; b) toksiki maddələr; c) biokütlənin qidalanma səviyyəsi; d) biogen elementlər; e) yüksək minerallaşma; f) mühitin aktiv reaksiyası və s.müəyyən etməyə imkan verir.
Bu aspektdən yanaşmaqla bioloji təmizlənməyə məruz qalan sənaye tullantı suları aşağıdakı tələblərə cavab verməlidir:
a) qarışığın tərkibi bioloji destruksiyaya uğramalıdır. Təmizləyici qurğuların istismarı təcrübəsi, təmiz kimyəvi maddələrin biokimyəvi oksidləşməsinin çoxsaylı tədqiqatı onu deməyə əsas verir ki, onların kimyəvi strukturu biokimyəvi proseslərin sürətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Məsələn, sübut olunmuşdur ki, ilkin spirtlər asan oksidləşir, nəinki ikincili, ikinci daha asandır, nəinki üçüncü və s.
b) tərkibində toksiki maddələrin konsentrasiyası bioloji təmizləmə qurğularının işinə mənfi təsir göstərməməlidir. Bu elə konsentrasiyadır ki, bioliji təmizləyici qurğuların işinə nəzərəçarpan təsir göstərməsin (YVKH5 0 s ). Nəzərə almaq lazımdır ki, sənaye tullantı sularında elə toksiki kimyəvi maddə ola bilər ki, çox kiçik konsentrasiyada belə bioloji prosesə mənfi təsir göstərsin. Belə hallarda YVKH6 0 s –dən başqa həm də sənaye tullantı suyunun YVKH6 –da öyrənmək lazımdır; bu elə konsentrasiyadır ki, onun yüksəlməsi bioloji oksidləşmə prosesinə və aktiv lildə olan mikroorqanizmlərin həyat fəaliyyətinə istənilən mənfi təsiri göstərə bilər;
c) aktiv lilin 1 q külsüz kütləsinin sutkalıq çirklənmə yükü bioloji təmizlənmənin effektivliyinə mənfi təsir göstərməməlidir. Belə halda kimyəvi oksigen tələbatının (KOT) bioloji oksigen tələbatına (BOT) nisbəti (KOT/BOT) öyrənilir. Əvvəl deyildiyi kimi bu 1,5-dən çox olmamalıdır.
d) aktiv lildə hüceyrə maddəsinin normal sintezi prosesi üçün biogen qida elementləri ehtiyatı – üzvi karbon, azot, fosfor olmalıdır. Bu aşağıdakı nisbətlə təyin olunur BOT:N:P (ammonium duzu azotu və ya zülal və fosfor həll olmuş fosfatlar şəklində). SNvəQ 2.04.03-85-ə uyğun olaraq şəhər tullantı sularının işlənməsi zamanı BOT20 :N:P nisbəti 100:5:1 nisbətindən az olmamalıdır;
e) tullantı suyunun temperaturu 20-300 C həddində olmalıdır. Eyni zamanda hazırkı məlumatlara əsasən(E.İ.Qonçaruk) aerob bioloji oksidləmə prosesi hətta 60 C aşağı olmayan temperaturda belə gedir.Öyrənilmişdir ki,tullantı sularının bioloji təmizlənməsi daha yüksək temperaturda (36-400 C) gedə bilər. Amma. S.İ. Roqovskoyun (1972) məlumatlarına görə 37-400 C temperaturda (normada 200 Cəksinə olaraq) aerotenkin aerasiyası üçün havanın xərci(həcmi) 1,7-2,2 dəfə artır, bəzən hətta aktiv lilin quruması müşahidə edilir;
f) həll olmuş duzların ümumi konsentrasiyası biokimyəvi oksidləşmə prosesinə mənfi təsir etməməlidir, 10 q/l-dən yuxarı qalxmamalıdır. Daha yüksək konsentrasiyada (20 q/l) aktiv lilin adaptasiyasına uzun vaxt (1 ayadək) lazımdır; 14 g) tullantı suyunun hidrogen göstəricisinin (pH) mikroorqanizmlər üçün optimal qiyməti 6,5-8,5 həddində olmalıdır. pH – qiymətinin artması köpük əmələ gəlməsilə müşayiət olunur, xüsusən tullantı suyunda SAM, yağlar, sulfitlər, və sulfat əsasları olduqda daha aktiv müşahidə edilir.
Yüklə 35,25 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin