Molekullar XVIII əsrin ortalarında Rus alimi M. V. Lomonosov və ondan 50 IL sonra ingilis alimi Con Dalton maddələrin molekullardan və atomlardan əmələ gəlməsi



Yüklə 10.91 Kb.
tarix31.01.2017
ölçüsü10.91 Kb.
Molekullar

XVIII əsrin ortalarında Rus alimi M.V. Lomonosov və ondan 50 il sonra ingilis alimi Con Dalton maddələrin molekullardan və atomlardan əmələ gəlməsi, bu hissəciklərin xassələri haqqında daha inandırıcı elmi fikirlər irəli sürmüşlər. Onların mülahizələri 1860-cı ildə dünya alimlərinin əksəriyyəti tərəfindən qəbul olunan «Atom-molekul təlimi»nin əsasını qoymuşdur.

c:\users\windows\downloads\su molekulu.jpg

Molekullar bir çox maddələrin ən kiçik hissəciyi olub, onların tərkibi və kimyəvi xassələri həmin maddələrdə olduğu kimidir. Molekullar kimyəvi reaksiyalar zamanı parçalanır, yəni onlar kimyəvi cəhətdən bölünən hissəciklərdir. Molekul-molekulyar quruluşlu maddənin kimyəvi xassələrini və tərkibini özündə saxlayan ən kiçik hissəcikdir. Atomlar maddənin kimyəvi cəhətdən bölünməyən ən kiçik hissəciyidir. Bu tərifdə «kimyəvi cəhətdən bölünməyən» sözlərini xüsusi qeyd etmək lazımdır, çünki elə hadisələr məlumdur ki, onların nəticəsində atomlar parçalanır və atom enerjisi ayrılır.

c:\users\windows\downloads\скачанные файлы.jpg

Atom-molekul təliminin əsas müddəaları aşağıdakılardır: 1) Maddələr molekullardan və atomlardan təşkil olunur; 2) Molekullar arasında boşluqlar vardır ki, onun da ölçüsü maddənin aqreqat halından və temperaturdan asılıdır; 3) Molekullar daim hərəkətdədir, molekulların hərəkət sürəti temperaturla düz mütənasibdir; 4) Molekulların arasında qarşılıqlı cazibə və itələmə qüvvələri vardır; 5) Molekullar atomlardan təşkil olunur, atomlar da molekullar kimi daim hərəkətdədir; 6) Mir atom növü başqasından öz kütləsinə və xassələrinə görə fərqlənir; 7) Molekullar fiziki hadisələr zamanı dəyişməz qalır, lakin kimyəvi çevrilmələrdə parçalanır, atomlar isə kimyəvi çevrilmələr zamanı da parçalanmır; 8) Bərk halda molekulyar quruluşlu maddələrin kristal qəfəsinin düyünlərində molekullar olur; 9) Qeyri-molekulyar quruluşlu maddələrin kristal qəfəsinin düyünlərində atomlar və ya başqa hissəciklər olur.

c:\users\windows\downloads\moluk.jpg

Maddələrin tərkibi haqqında fikirlər hələ bizim eradan təqribən 2500 il əvvəl yunan alimləri (Demokrit və b.) tərəfindən söylənilmişdir. Onlara görə, bütün cisimlər gözlə görünməyən ən kiçik hissəciklərdən təşkil olunur. Həmin hissəciklər «atom» adlandırılmışdır. O dövrdə «atom» sözü bölünməz mənasında işlənirdi. Elmi axtarışlar göstərdi ki, maddələr təkcə yüksüz və neytral hissəciklər olan molekullardan və atomlardan deyil, həmçinin, müsbət və mənfi yüklü hissəciklərdən - ionlardan da təşkil oluna bilər. Məsələn, xörək duzu, soda, əhəng və başqaları belə maddələrdir (bu barədə IX sinifdə daha ətraflı məlumat alacaqsınız). Molekullardan təşkil olunan maddələr molekulyar quruluşlu, atomlardan və ionlardan təşkil olunanlar isə şərti olaraq qeyri-molekulyar quruluşlu maddələr adlandırılır.

Molekulaları təşkil edən atomların quruluşunu xüsusi formula ilə ifadə edirlər. Süni yolla alınmış maddələrin molekulaları minlərlə atomdan ibarət ola bilər. Polimerlərdə ayrıca olaraq mikromolekulalardan sohbət açılır. Ancaq heç də bütün kimyəvi maddələrin hamısı molekulalardan təşkil olunmamışdırlar.

Molekulalar molekulaların quruluşu nəzəriyyəsində, kvant fizikasına əsaslanan kvant kimyasında tədqiq edilirlər.

c:\users\windows\downloads\doluk.jpg


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə