3. İctimai təşkilatlar,siyasi partiya və təşkilatlar



Yüklə 24,94 Kb.
səhifə1/7
tarix22.04.2023
ölçüsü24,94 Kb.
#101471
  1   2   3   4   5   6   7
Siyasi tarix sual 3 4 5 6


3. İctimai təşkilatlar,siyasi partiya və təşkilatlar
Kapitalizmin bərqərar olması ilə cəmiyyətin ictimai-siyasi həyatında da köklü dəyişikliklər yarandı. Onun sosial-sinfi strukturunda, siyasi quruluşunda yeniliklər baş verdi. Cəmiyyətdə siyasiləşmə gücləndi. Siyasiləşməni ehtiva edən ideyalar, cərəyanlar, prinsip və konsepsiyalar, hərəkatlar, partiya və təşkilatlar formalaşmağa başladı. Ümumən, XIX əsrin sonu üçün dünyanın 11 ölkəsində 20-yə qədər burjua partiyası fəaliyyət göstərir və 21 ölkəsində 30-a qədər fəhlə, sosialist və sosial-demokratiya partiyaları təşəkkül tapmışdı. XX əsrin əvvəllərində onların sıralarında 30 minə yaxın adam birləşmişdi.
Bu dövrdə Rusiyada fəhlə hərəkatı da başlayır. 1875-ci ildə Odessada və 1878-ci ildə Peterburqda ilk fəhlə təşkilatlarıyaradılır. 1898-ci ildə Peterburqda Rusiya Sosial-Demokrat Fəhlə Partiyası — (RSDFP) yaradılır. 1902-ci ildə «sosialist inqilabçılar» (eserlər), 1904-cü ildə «Azadlıq ittifaqı» partiyaları təşəkkül tapır. 1903-cü ildə RSDFP iki yerə — bolşeviklərə və menşeviklərə parçalanır. 1912-ci ildən onlar müstəqil partiya kimi fəaliyyət göstərməyə başlayırlar.
XIX əsrin sonu — XX əsrin əvvəllərində Rusiyada milli partiyalar da meydana çıxmağa başlayır. 1887-ci ildə erməni «Qnçaq» (Zəng), 1890-cı ildə «Daşnakstyun» (Mübarizəittifaqı), 1896-cı ildə Litva Sosial-demokratiya, 1897-ci ildəyəhudi Bund (ittifaq), 1901-ci ildə Latış sosial-demokratiya, 1904-cü ildə müsəlman Sosial-demokratiya (Hümmət), 1905-ci ilin əvvəllərində Gürcüstanda «Sosialist federalistlər», Belorusiyada «Sosialist partiyası» və b. təşkilatlar formalaşır.
1905-ci il 17 oktyabr «Manifesti» Rusiyanın siyasi həyatında da dönüş yaradır. «Manifest»dən sonra Rusiyada partiyaların sayı 50-yə çatır. Onlardan «Rus xalqının ittifaqı»nı, «Kadetlər»i (Konstitusion demokratlar), «Oktyabristlər»i (17 oktyabr ittifaqı), «Dinc yeniləşmə», «Demokratik islahatçılar», «Enesləri» (Xalq sosialistləri), «Trudoviklər»i və b. göstərmək olar.
Qeyd edək ki, Qərbdən fərqli olaraq Rusiyada burjua partiyaları fəhlə, sosialist və sosial-demokratiya partiyalarından sonra meydana gəlmişdilər.
Artıq XX əsrin əvvəlləri üçün dünyada təqribən 150-yə kimi siyasi partiya və təşkilat fəaliyyət göstərirdi. Onlar müxtəlif ideya-siyasi istiqamətli ictimai hərəkatlarda qruplaşmışdılar.

Yüklə 24,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin