3. İctimai təşkilatlar,siyasi partiya və təşkilatlar


İngiltərə sürətlə inkişaf edən gənc alman rəqibinin iqtisadi və maliyyə qüdrətini zəiflətmək



Yüklə 24,94 Kb.
səhifə6/7
tarix22.04.2023
ölçüsü24,94 Kb.
#101471
1   2   3   4   5   6   7
Siyasi tarix sual 3 4 5 6

İngiltərə sürətlə inkişaf edən gənc alman rəqibinin iqtisadi və maliyyə qüdrətini zəiflətməkAlmaniyanın hərbi-dəniz və ticarət donanmasını məhv etmək, Mesopotamiyanı işğal etmək, zəngin neft yataqları olan Ərəbistan yarımadasına sahib olmaq və Almaniyanın müstəmləkələrini ələ keçirtmək istəyirdi. 
Fransanın məqsədi əsas rəqibi olan Almaniyanın hərbi, iqtisadi və siyasi qüdrətini darmadağın etmək, 1871-ci ildə Fransadan alınan Elzas və Lotaringiyanı geri qaytarmaq, Reyn çayının sol sahilindəki torpaqları almaq, Saar vilayətini özünə birləşdirmək, Suriyanı, Fələstini, digər ərəb ərazilərini və alman müstəmləkələrini işğal etmək idi. 
Müharibənin başlanğıcında döyüşən dövlətlərin qüvvələrinin yerləşməsi fərqli olmaqla aşağıdakı kimi idi: bir tərəfdən İngiltərə, Fransa, Rusiya, Serbistan və müharibəyə zorla cəlb edilən Belçika; digər tərəfdən isə Almaniya və Avstriya-Macarıstan. 
​Hər iki blok dövlətlərinin maddi və insan ehtiyatı eyni cür deyildi. Almaniyanın hərbi hazırlığı Antanta ölkələrindən çox üstün idi. Onun ordusu artilleriya və təlim görmüş çoxlu zabit kadrları sarıdan yaxşı təchiz edilmişdi. Bundan fərqli olaraq Antanta ölkələrinin böyük insan, ərzaq və hərbi xammal ehtiyatı var idi. 
​Müharibənin ilk günündən Almaniya və Avstriya-Macarıstan Antanta ölkələrini dənizdən blokadaya aldılar. Almaniya bloku ölkələri işğal olunmuş Lüksemburq, Belçika və Şimali Fransa departamentlərinin iqtisadi qüdrətini, 1915-ci ilin ikinci yarısından isə Polşa, Litva, Kurlandiya və Serbistanın sənaye və kənd təsərrüfatını özlərinə cəlb etdilər. Almaniya həmçinin bitərəf dövlətlər olan Rumıniya, Bolqarıstan və Türkiyənin imkanlarından istifadə edirdi.
​İngiltərə və Fransa isə öz müstəmləkə və dominionlarının xammal və ərzaq sərvətlərindən istifadə edirdilər. Bundan başqa müharibə ehtiyaclarını ödəmək üçün xammal, sənaye və kənd təsərrüfatı məhsulları ABŞ və Cənubi Amerikadan gətirilirdi. İngiltərə və Fransanın müttəfiqi olan Rusiya müharibənin ilk günlərindən ağır vəziyyətə düşdü. Almaniya Baltik dənizini, Türkiyə isə Qara dənizi Rusiya üçün bağladı və Rusiya öz müttəfiqlərindən ayrı qaldı. 
Almaniyanın müharibəyə dair hərbi - strateji planlarının əsasını Baş qərargah rəisi general-feldmarşal qraf Şliffenin 15 il müddətində işləyib hazırladığı və 1905-ci ildə başa çatdırdığı plan təşkil edirdi. Şliffen planının strateji ideyasına görə Almaniya müharibəni iki cəbhədə aparmalı idi: alman ordularının əsas hissəsi Fransaya, kiçik bir hissəsi isə Rusiyaya qarşı vuruşmalı idi. 1913-cü ildə vəfat edən Şliffenin yerini tutan Kiçik Moltke bu planı qəbul etdi. 

Yüklə 24,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin