3. İctimai təşkilatlar,siyasi partiya və təşkilatlar


Birinci dünya müharibəsinin yekunları



Yüklə 24,94 Kb.
səhifə7/7
tarix22.04.2023
ölçüsü24,94 Kb.
#101471
1   2   3   4   5   6   7
Siyasi tarix sual 3 4 5 6

5.Birinci dünya müharibəsinin yekunları.
Almaniyanın və onun müttəfiqlərinin birinci dünya müharibəsində məğlubiyyətinin əsas səbəbləri aşağıdakılardan ibarət idi: 
​Birincisi, Antanta tərəfindən müharibədə döyüşən dövlətlərin iqtisadi və insan ehtiyatları Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstandan üstün idi. Bunu görə də üzücü müharibədə Almaniya blokunun tükənməsi tez baş verdi. 
​İkincisi, hərbi qüvvələrin nisbəti Antanta ölkələrinin xeyrinə idi. Belə ki, Antana ölkələrinin 48355 min. əsgər və zabiti və ya 525 diviziyası var idi. Almaniya bloku ölkələri isə orduya 25160 min. əsgər və zabit çağıraraq 372 diviziya yaratmışdılar. Müharibə dövründə Antanta ölkələri 9 mindən çox tank istehsal etmişdilər. Almaniya bloku ölkələrində isə tanklar yox idi. Antanta ölkələri aviasiya sarıdan iki dəfə, hərbi-dəniz donanması sarıdan daha çox üstün idi. Beləliklə, Antanta blokunun hərbi cəhətdən üstünlüyü müharibədə qələbəni təmin edən əsas amillərdən biri oldu.
​Üçüncüsü, Almaniyanın siyasi üstqurumu müharibə dövründə böhran vəziyyətinə düşdü. Alman hakim dairələri və onun müttəfiqləri bu böhrandan çıxa bilmədilər.
​Dördüncüsü, alman bloku ölkələrinin hərbi nəzəriyyəsi, strategiyası və taktikası rəqiblərindən zəif idi. Onlar öz qüvvələrini şişirdərək rəqibin qüvvələrini lazımınca qiymətləndirmirdilər, iki cəbhədə- Qərbdə Fransaya, Şərqdə Rusiyaya qarşı ildırım sürətli müharibədə qələbəyə ümid edirdilər. Alman siyasi rəhbərliyi və hərbi komandanlığı XX əsrdə müharibə aparılması şərtlərinə cavab verməyən Şliffen planın əsiri oldu. Bu plan Almaniyanın mövcud iqtisadi, siyasi və hərbi imkanlarına cavab vermirdi. 
Kompyen barışığının imzalanması ilə əhalisi 1 mlrd. nəfərdən çox olan 34 ölkənin və səfərbərliyə alınmış 74 mln. nəfərin iştirak etdiyi birinci dünya müharibəsi başa çatdı. Bu müharibədə 10 mln. nəfər öldürüldü və 20 mln. nəfər yaralandı. Müharibə külli miqdarda xərclərə səbəb oldu. Müharibədəki birbaşa hərbi xərclər 208 mlrd. dollar təşkil etdi. 
​Müharibə nəticəsində dünyanın siyasi xəritəsində ciddi dəyişikliklər oldu. Avstriya-Macarıstan və Osmanlı imperiyaları parçalandı. Rusiya imperiyası dağıldı və yeni müstəqil dövlətlər meydana gəldi.
Müharibə bütün dövlətlərin iqtisadiyyatına dərin təsir göstərdi, onların iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişafını sürətləndirdi. O, bir sıra ölkələrin iqtisadiyyatını dağıdaraq on illərlə geriyə atdı, digər ölkələrin isə yüksək inkişafına və varlanmasına şərait yaratdı. 
​1916-cı ilin sonunda sənayecə inkişaf etmiş bütün dövlətlər fəal hərbi əməliyyatlarda iştirak edirdilər. Əmək qabiliyyətli əhali iqtisadiyyatın müxtəlif sahələrində çalışırdı. Avropa və Yaxın Şərq dövlətlərinin əksəriyyətinin xalqlarının əməyi məhv edildi. Müharibə bütün döyüşən dövlətlərin iqtisadiyyatına böyük maddi ziyan vurdu. Müharibə nəticəsində iki dövlət - ABŞ və Yaponiya varlandı. 1914-cü ilə qədər dünya bankirləri hesab olunan və maliyyə zəncirini öz əllərində saxlayan İngiltərə, Fransa və Almaniya müharibə illərində xarici kapitallarının xeyli hissəsini itirdilər. 
​Müharibə başlanana qədər Avropa ölkələrinə borclu olan ABŞ müharibənin gedişində İngiltərə, Fransa, İtaliya və digər Avropa dövlətlərinə külli miqdarda borc verərək dünyanın maliyyə mərkəzinə çevrildi.
​Müharibənin ilk günündən Almaniya bloku dövlətlərini blokadaya alan ingilis donanması onları dünyanın xammal və ərzaq mənbələrindən məhrum etdi. Öz növbəsində Almaniya sualtı müharibənin köməyi ilə Antanta ölkələrini blokadaya almağa və onların müstəmləkələrlə əlaqələrini kəsməyə çalışırdı. Avropa dövlətləri ilə digər qitələr arasında təsərrüfat mübadiləsinin zorla kəsilməsi əsrlər boyu formalaşan iqtisadi əlaqələri qırdı və dünya bazarını dağıtdı. 
​Dünya müharibəsi müstəmləkə və yarımmüstəmləkə dövlətlərinin iqtisadiyyatında mühüm dəyişikliklər etdi. Müharibə ehtiyaclarının ödənilməsinə xidmət edən Avropa dövlətlərinin müstəmləkələrə və yarımmüstəmləkələrə sənaye malları ixrac etməsi xeyli azaldı. Bunun əvəzində metropoliyalar öz hərbi qüdrətlərinin artırılması üçün müstəmləkə və yarımmüstəmləkələrdə emal və yüngül sənaye sahələrinin qurulmasına şərait yaratdılar. Fabrik və zavodların tikilməsi müstəmləkə və yarımmüstəmləkələrdə kapitalizmin inkişafına təkan verdi.
Yüklə 24,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin