3. İctimai təşkilatlar,siyasi partiya və təşkilatlar



Yüklə 24,94 Kb.
səhifə4/7
tarix22.04.2023
ölçüsü24,94 Kb.
#101471
1   2   3   4   5   6   7
Siyasi tarix sual 3 4 5 6

Mühafizəkarlar- Mühafizəkarlıq ictimai inkişafın obyektiv meyllərinin daim təhlükə vəziyyətində saxladığı imtiyazlı siniflərin, sosial təbəqə və qrupların mənafeyini əks etdirən ideya-siyasi cərəyandır. Əvvəllər bunlar dvoryanlardan, mülkədarlardan, adi məmurlardan, iri sahibkarlardan və maliyyəçilərdən ibarət olmuşdular. Zəmanəmizdə mühafizəkarlar çox vaxt gələcək qarşısında vahimələnən orta və xırda sahibkarların, kəndlilərin, xırda alverçilərin, sənətkarların müdafiəçisi rolunu oynayırlar. Mühafizəkarlıqda mühüm yeri əhalinin çox təbəqələrinin psixologiyası üçün xas olan ənənəvi dəyərlərə, qayda və qanunlara meyllilik tutur.
Ümumən mühafizəkarlıq mövcud qayda-qanunları qoruyub saxlamaq tərəfdarıdır. Lakin XX əsrdə onun əsas təlim və prinsipləri köklü dəyişikliklərə düçar olmuşdur. Mühafizəkarlığa görə ictimai-siyasi proseslər ikili təbiətə malikdir. O, bir tərəfdən təkamül, inkişaf və köhnəni inkar etmək, keçmişlə əlaqəni kəsmək və yenini yaratmaq xarakteri daşıyır, digər tərəfdən, o, keçmişdən bütün yaşamağa qabil olanları, ümumbəşəriliyi və dəyişməyənləri indi və gələcək üçün qoruyub saxlayır. Bu da, varisliyi saxlamaq şərtilə bütün sahələrdə daim yeniləşən və inkişaf edən ictimai-siyasi proseslərə uyğun gəlir. Məlumdur ki. tarix ancaq yeniliklə varisliyin qarşılıqlı əlaqəsi və sıx surətdə çulğalaşması prosesi əsasında irəliləyir
Hər bir millətin, tarixin müəyyən dövründə əldə edilmişlərin müdafiə olunmasını və gələcək nəsillərə ötürülməsini təmin edən adamlara ehtiyacı vardır. Çünki keçmiş barədə yaddaşı olmayan xalqın gələcəyi də yoxdur. Burada şərq zərb məsəllərindən birini yada salmaq yerinə düşərdi: «Kim keçmişinə tapançadan atəş açırsa, gələcəyini topla güllələyəcəkdir».
Deməli, tarixdə ictimai-siyasi proseslər belə qarşılıqlı əlaqədə inkişaf edir və etməlidir. Dünya daim inkişafda olduğundan və dəyişikliklərə məruz qaldığından mühafizəkarlıq bu dəyişiklikləri qəbul etməyə bilməz. Məhz, azad-bazar münasibətlərinin, konstitusiyaçılığın, nümayəndəlik və hakimiyyət orqanlarının seçilməsi sisteminin, parlamentarizmin, siyasi və ideoloji plüralizmin bərqərar olması sayəsində mühafizəkarlar öz ideoloji görüşlərini əsaslı sürətdə dəyişdirmişlər. Onlar da dünyada gedən dəyişiklikləri qəbul etməyə məcbur olmuşlar. Onlar dövlət tərəfindən iqtisadiyyatın tənzim edilməsi, sosial islahatlar, rifah dövləti, keynsiançılıq və b. kimi ideyaları qəbul etmişlər.

Yüklə 24,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin