5
ÖN SÖZ
Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün
təkmil dövlətçilik fəlsəfəsində humanizm, sosial ədalət və insanpər vərlik prin
sip lərinə əsaslanmış, milli və bəşəri ideallara bağlı olmuşdur. Ulu Öndərimiz
hər bir fərdin maraq və mənafeyinin, qanuni hüquqlarının müdafiəsini dövlətin
başlıca vəzifəsi saymışdır. Azərbaycan bu gün məhz Ulu Öndərin dövlətçilik
ideallarına sədaqət nümayiş etdirərək, nailiyyətlərini gün bəgün zənginləşdirir.
Ulu Öndərin əsasını qoyduğu çoxşaxəli və effektli islahatlar kursu Prezident
İlham Əliyev tərəfindən dönmədən, ardıcıllıqla, yeni dünya nizamının tələblərinə
uyğun tərzdə davam etdirilir. Dövlət başçısı Heydər Əliyev dühasından, onun
müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsindən qədə rincə bəhrələnərək
xalqımızı inamla xoşbəxt gələcəyə doğru aparır. İqtisadi inkişaf yolu ilə dövlət
müstəqilliyimizin daha da möhkəmləndirilməsi, milli mədəniyyətimizin qoru
nub inkişaf etdirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, ölkə
mizin dünya birliyində layiqli yerini tutması baxımından mövcud siyasi kursun
müstəsna əhəmiyyəti praktik surətdə təsdiqini tapır.
Müasir Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf yolu ilə nurlu sabahına doğru sürətlə irəliləyir. Bu yolda geriyə boyla
nan hər kəsin gözləri önündə Ulu Öndərin millət və xalq qarşısındakı misilsiz
xidmətləri canlanır. Bir daha aydın olur ki, ölkəmizin tərəqqisinin yeganə yolu
məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsi və Ulu Öndərin sağlı
ğında həyata keçməyən ideyalarının ardıcıl surətdə gerçəkləşdirilməsidir. Ulu
Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş
təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir
qloballaşma dövründə xüsusən aktualdır.
Heydər Əliyev Fondu hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu Öndərin
zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəslə təlqin edilməsi, onun
ölməz ideyalarının gerçəkləşdirilməsi prosesində yaxından iştirak etmişdir.
Fond geniş ictimaiyyətlə əlaqələri möhkəmləndirməklə Azərbaycanın hərtərəfli
inkişafına, ölkəmizdə vətəndaş cəmiyyətinin bərqərar edilməsi prosesinə layiqli
töhfəsini verir.
Millətin işıqlı gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inam la
həyata keçirən Heydər Əliyev Fondu qısa müddətdə bir çox insanların ümid
yerinə çevrilmişdir. Ulu Öndərin ölməz ideyalarının layiqli daşıyıcısına çev ril
miş Fond hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, prob
lemlərinin operativ həllinə maddimənəvi dəstək verir. İnsanlara ən müxtəlif
6
səviyyələrdə yardım göstərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin
əxlaqimənəvi dəyərlərin möhkəmlənməsinə çalışır.
2004cü ildə YUNESKOnun, 2006cı ildə isə İSESKOnun xoşməramlı
səfiri kimi yüksək titula layiq görülmüş Mehriban xanım Əliyevanın özünün də
vurğuladığı kimi, Fondun çoxşaxəli fəaliyyətinin bir başlıca qayəsi var – insanlara
təmənnasız yaxşılıqlar etmək.
Fondun prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi, başqalarına
yaxşılıq ömrü boyu onun üçün ümdə anlayışlara, ülvi insani keyfiyyətlərə çev
rilmiş, eyni zamanda bu xeyirxahlıq missiyasının kökündə təmənnasızlıq prin
sipi dayanmışdır.
Mehriban xanım Əliyeva hələ 1995ci ildə təsis etdiyi Azərbaycan Mədə
niyyətinin Dostları Fondu ilə öz həyat amalını, istəyini müəyyən etmişdir: milli
mədəniyyətimizin inkişafına kömək göstərmək, xalqımızın dəyərli mədəniyyət
nümunələrinin xaricdə təbliğini dəstəkləmək.
Dünyanın nüfuzlu mədəniyyət qurumu – YUNESKOnun Azərbaycanın
Birinci xanımına göstərdiyi yüksək etimad təkcə bir fərdin deyil, ümumilikdə
respublikamızın uğuru olmaqla bərabər, həm də müasir dünyanın xalqımızın
milli mədəniyyətinə, folkloruna, tarixinə, dilinə, incəsənətinə göstərdiyi yüksək
diqqətin ifadəsidir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xalqımı
zın milli varlığını özündə yaşadan zəngin mənəvi, elmiintellektual və mədəni
mülkiyyəti qloballaşma dövrünün mənfi təzahürlərindən hifz etmək üçün geniş
miqyaslı işlər görmüşdür.
Heydər Əliyev Fondunun fəaliyyət prioritetləri sırasında elm və təhsilin
mühüm yer tutması qətiyyən təsadufi deyil. Ulu Öndərin ideyalarını əldə rəhbər
tutaraq onların gerçəkləşdirilməsinə çalışan Fond, bir zamanlar vətənpərvər
ziyalılarımızın yeritdiyi fəal maarifçilik təmayülünü davam etdirmək kimi çətin
və şərəfli missiyanı öz üzərinə götürmüşdür.
Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələri
yüksək qiymətləndirən İSESKOnun rəhbəri Əbdüləziz bin Osman əlTüveycri
ilk qadın xoşməramlı səfiri kimi Mehriban xanımın bu şərəfli missiyanın yerinə
yetirilməsində şəxsi nümunə göstərdiyini bildirmişdir. Azərbaycanın Birinci xanımı
həm də sivilizasiyalararası dialoqa verdiyi şəxsi töhfəsinə görə İslam Konfransı
Təşkilatı Gənclər Forumunun mükafatına layiq görülmüşdür.
“Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi Azərbaycan Diabet Cəmiyyəti
və Danimarkanın “Novo Nordisk” şirkəti ilə birgə əməkdaşlıq nəticəsində
həyata keçirilmişdir.
Azərbaycan talassemiya xəstəliyinin geniş yayıldığı ölkələrdən biri hesab
olunur. Layihə çərçivəsində müasir avadanlıqla təchiz olunmuş Talassemiya
Diaqnostika Mərkəzi yaradılmışdır.
7
Səhiyyə məsələləri ilə bağlı Fonda ayrıayrı insanlardan 10 mindən çox
müraciət daxil olmuş, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx
əlaqə qurulmuş, lazımi tədbirlər həyata keçirilmişdir. Ürək xəstəliklərindən
əziyyət çəkən 1300 uşağın ölkə daxilində müalicəsində, bir qismində isə xarici
ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına köməklik göstərilmişdir.
Fond, həmçinin, ekologiya, idman və sosial problemlərlə bağlı müxtəlif
layihələr hazırlayaraq səylə icra edir. Qurumun müxtəlif layihələrini birləşdirən
ortaq nöqtə isə məhz milli genofondun qorunmasıdır. Bu ali mərama xidmət edən
hər bir fəa liyyət Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet mahiyyət
daşıyır.
Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri də Azərbaycan
mədəniyyətinin dünyada geniş təbliğidir. Son 10 ildə Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun vasitəsilə bu istiqamətdə bir sıra uğurlu layihələr həyata
keçirilmişdir. Azərbaycan milli musiqisinin incilərindən olan muğamın inkişafı
və təbliği ilə bağlı ciddi addımlar atılmışdır.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində YUNESKOnun Baş
direktoru cənab Koişiro Matsuuranın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin
təməli qoyulmuş və qısa zaman ərzində istifadəyə verilmişdir.
Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində “Qarabağ
xanəndələri” musiqi albomunun nəfis şəkildə nəşr olunması, tanınmış ifaçıların
iştirakı ilə ardıcıl olaraq muğam axşamlarının təşkili yüksək dəyərləndirilir.
Azərbaycan muğam sənətinin inkişafı və muğam mədəniyyəti ənənələrinin
qorunub saxlanmasını nəzərdə tutan “Muğamİrs”, “MuğamDəstgah”, “Muğam
Ensiklopediyası”, “Muğamİnternet”, “MuğamAntologiya”, “Muğam dünyası”,
“Muğam Mərkəzi” layihələri silsiləsindən “Muğamİrs” layihəsi çərçivəsində
“Qarabağ xanəndələri” musiqi albomu nəfis şəkildə nəşr olunmuşdur. 2005ci
ilin martında Parisdə YUNESKOnun qərargahında, xoşməramlı səfirlərin illik
toplantısında “Qarabağ xanəndələri” albomunun təqdimatı olmuşdur.
“Muğam Ensiklopediyası” layihəsi çərçivəsində Azərbaycan muğamına
həsr olunmuş “Muğam Ensiklopediyası”nın nəşri həm elektron, həm də kitab
variantlarında həyata keçirilir.
“MuğamAntologiya” layihəsi çərçivəsində isə muğamla bağlı zəngin nə
zəri musiqi irsinin qiymətli nümunələrindən Səfiəddin Urməvinin, Fəthullah
Şirvaninin və digər görkəmli müəlliflərin əsərləri işıq üzü görmüşdür.
Fondun təşəbbüsü ilə YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi
və qeyrimaddi irsin şah əsərləri siyahısına daxil etmişdir.
Heydər Əliyev Fondunun dəstəyi və köməyi hesabına Gəncənin sonuncu xanı
Cavad xanın və VII əsrdən Gəncədə öz xeyirxahlığı ilə məşhur olan, mənəviəxlaqi
dəyərləri təcəssüm etdirən Comərd Qəssabın məzarüstü türbələrində bərpa işləri
aparılmış, tarixi Gəncə darvazaları bərpa edilmiş, ətraf ərazi abadlaşdırılmışdır.
8
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə BMTnin Cenevrədəki ofisinin
iqamətgahında, Parisdə Eyfel qülləsi yaxınlığında “Azərbaycan otağı”nın,
“Azərbaycan Mədəniyyət evi”nin təntənəli açılışları olmuşdur.
Ermənistanın işğalı nəticəsində tarixi torpaqlarından didərgin düşmüş
qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yardım göstə
rilməsi də Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir.
Mehriban xanım Əliyeva bu təbəqədən olan vətəndaşlarımızın problemlərini
həssaslıqla duyur və imkan daxilində maddi və mənəvi yardımlarla onlara təsəlli
verməyə çalışır.
Vaxtilə Tbilisi şəhərində yaşayıbyaratmış görkəmli Azərbaycan ziyalıları
Mirzə Şəfi Vazehin və Mirzə Fətəli Axundovun, habelə Fətəli xan Xoyskinin,
digər tanınmış simaların qəbirüstü abidələri yenidən qurulmuş və xiyaban
salınmışdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada, Rusiya Federasiyası hökuməti
yanında Maliyyə Akademiyasında “Beynəlmiləl dostluq klubu”, Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Azərbaycan gəncləri klubu,
Rusiyadakı Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurası tərəfindən ardıcıl
təşkil edilən Azərbaycan Mədəniyyəti Günləri Rusiya ictimaiyyətinin ölkəmizin
zəngin mədəniyyəti, qədim ənənələri, incəsənəti və milli mətbəxi ilə tanışlığına
imkan yaradır. MDBMİnin gənclər hərəkatının lideri Leyla Əliyevanın rəh
bərliyi ilə həyata keçirilən belə tədbirlər iki ölkə arasında münasibətlərin daha
da yaxşılaşmasına xidmət edir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr olunmuş, beynəlxalq ictimaiyyətə
ünvanlanan “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”,
“Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı
erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana
qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Bu topluların elektron variantları
qanlı soyqırımın 15 illiyində Fondun təşəbbüsü ilə Avropanın 15 dövlətində
keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkə
lərin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasi
tələrinə, tanınmış ictimaisiyasi xadimlərə paylanılmışdır.
Respublikanın internet məkanında məlumat bazasının zənginliyinə görə
analoqu olmayan “Azərbaycan” portalı (www.azerbaijan.az) yaradılmışdır.
Portal 12 bölməni əhatə edir: “Xəbərlər”, “Ümumi məlumat”, “Təbiət”, “Tarix”,
“İqtisadiyyat”, “Mədəniyyət”, “Cəmiyyət”, “Dövlət hakimiyyəti”, “Azərbaycan
beynəlxalq aləmdə”, “ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi”,
“İnzibati ərazi vahidləri” və “Xəritələr”.
Respublikada kor və görmə qabiliyyəti zəif olan şəxslərin sayı təxminən 40
min nəfərdir. Onlara informasiya toplamaq və məşğulluğu artırmaq üçün əlavə
9
imkanlar yaratmaq mexanizmi kimi İKTdən istifadənin təşkili zəruri sayılmış,
BMTnin İnkişaf Proqramı ilə birgə Milli Strategiya hazırlanmışdır.
Fondun “Dini tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində
Bakıdakı Pravoslav kilsəsinin, məscidlərin yenidən qurulması tamamlanmışdır.
Dünya yəhudilərinin nüfuzlu təşkilatlarından olan “OrAvner” Beynəlxalq
Fondu ilə əməkdaşlıq sazişi çərçivəsində Mehriban xanım Əliyevanın iştirakı
ilə Bakının Xətai rayonunun Əbilov yaşayış sahəsində Azərbaycanda yaşayan
yəhudi uşaqları üçün orta məktəb, uşaq bağçası, yəhudi tarixi və mədəniyyəti
muzeyindən ibarət kompleks tikilmişdir.
Fondun təşəbbüsü ilə Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək
bir sıra xarici nəşrlər dilimizə tərcümə edilərək çap olunmuşdur.
Mehriban xanım təsisçisi olduğu “Azərbaycan İRS” jurnalının 3 dildə nəşri
ilə də Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsi və təbliğində, xüsusən
Rusiya və digər MDB ölkələrinin rusdilli əhalisinə Azərbaycan həqiqətlərinin
çatdırılmasında təqdirəlayiq iş görür.
Bütün beynəlxalq əhəmiyyətli görüşlərdə, nitqlərdə Mehriban xanımın ölkə
mizdə, eləcə də YUNESKO və İSESKOnun xoşməramlı səfiri kimi beynəlxalq
aləmdə fəaliyyəti yüksək dəyərləndirilmiş, bu fəaliyyətin Azər baycanın gələ
cək inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanmış, birinci xanıma
ABŞAzərbaycan Ticarət Palatasının “2006cı ilin xoşməramlı səfiri” mükafatı
təqdim edilmişdir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin
keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011ci
il tarixli Sərəncamına uyğun olaraq Heydər Əliyev Fondunun həyata keçirdiyi
tədbirlər xüsusi əhəmiyyət kəsb etməkdədir.
“Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubi
leyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərən
camına əsasən, şairin yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin
iştirakı ilə 2012ci il aprelin 20də Roma şəhərindəki məşhur “Villa Borghese”
parkında böyük söz ustadının abidəsinin açılışı olmuşdur.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanmış böyük
formatlı nəşrdə toplanmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin 5 poema
sının hər birinə yazılan ön söz əsərlərin mahiyyətini dolğun ifadə edir.
Xəlil Yusifli, Səməd Vurğun, Məmməd Rahim, Abdulla Şaiq və Mikayıl
Rzaquluzadənin tərcüməsində təqdim olunan “Xəmsə”yə CD disk əlavə olun
muşdur. Diskə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq
Quliyev, Şəfiqə Axundova və başqa görkəmli bəstəkarların Nizami Gəncəvinin
10
sözlərinə yazdığı mahnı və romanslar, Niyazinin “Xosrov və Şirin” operası,
Əfrasiyab Bədəlbəylinin “Nizami” operası, Fikrət Əmirovun “Nizami” simfo
niyası, eləcə də Qara Qarayev, Cövdət Hacıyev, Ramiz Mustafayev və başqa
bəstəkarların dahi şairin sözlərinə xor üçün yazdığı əsərlər daxil edilmişdir.
Heydər Əliyev Fondu tərəfindən oxuculara təqdim olunan yeni nəşrdə
“Xosrov və Şirin” poemasının Azərbaycan dilində yeni tərcüməsi yazıldığı öl çüdə
– əruz vəznində yerinə yetirilmiş, dilimizin bugünkü tələblərinə uyğun ifadə
edilmişdir.
Yeni nəşrlər sırasında olan “Nizami məqbərəsinin tarixi və taleyi” kitabında
dahi mütəfəkkirin məzarı üzərində XIII əsrin əvvəllərində ucaldılan məqbərənin
tarix boyu düşdüyü müxtəlif vəziyyətlər və onun səbəbləri araşdırılmışdır. İran,
Osmanlı və Rusiya imperiyalarının Qafqazda yürütdüyü siyasət nəticəsində
dəfələrlə bərbad vəziyyətə düşən məqbərənin zamanzaman bərpa olunması, bu
istiqamətdə görülən işlər barədə maraqlı faktlar öz əksini tapmışdır.
Heydər Əliyev Fondu fəaliyyəti dövründə digər nəşrlərlə yanaşı, davamlı
olaraq Azərbaycan klassiklərinin müxtəlif əsərlərini də nəşr etdirir. Nizaminin
yaradıcılıq manifesti sayılan “Xəmsə”nin yüksək poliqrafik nəşrini bu sahədə
uğurlu layihə kimi dəyərləndirmək olar. Yeni nəşr dünya poeziyasında epik
romantik janrın banisi, Şərq intibahının parlaq nümayəndəsi, mütəfəkkir şair
Nizami Gəncəvinin 870 illik yubileyinə layiqli töhfədir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012ci il iyunun 5də Sankt
Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik
yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olmuşdur.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva
iştirak etmişdir.
Leyla Əliyeva mərasimi açaraq bildirmişdir ki, Nizami Gəncəvi adına bağın
açılışı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə SanktPeterburq
Administrasiyasının daha bir layihəsidir. O demişdir: “2002ci il iyunun 9da
XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkirinin SanktPeterburqda abidəsinin
açılışında prezidentlər Heydər Əliyev və Vladimir Putin iştirak etmişdilər.
Bakıda hazırlanmış abidə Azərbaycan xalqının SanktPeterburqa hədiyyəsi
olmuşdur”.
Nizaminin obrazını Azərbaycan heykəltəraşı, V.Muxina adına Leninqrad Ali
Rəssamlıq Məktəbinin məzunu Qəyruş Babayev yaratmışdır. Bu il şairin anadan
olmasının 870 illi tamam olur. Bununla əlaqədar, fondun nümayəndəliyinin
hamiliyi ilə bağda qranitdən nadir skamyalar və Nizaminin əsərlərindən fraq
mentlər təsvir edilmiş pannolar qurulmuş, şairin abidəsi bərpa olunmuşdur.
SanktPeterburq qubernatorunun qərarı ilə bu gözəl bağa Nizami Gəncəvinin
adı verilmişdir.
11
Qeyd etməliyik ki, SanktPeterburq ziyalıları Böyük Vətən müharibəsinin
ən ağır illərində dahi şairin 800 illik yubileyini qeyd etmişlər. Böyük Nizamiyə
bu qayğıkeş münasibəti Azərbaycan xalqı heç vaxt unutmayacaqdır. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə SanktPeterburq şəhərində dahi Azərbaycan şairi
və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə ucaldılmış abidə və salınmış bağ
Azərbaycanın möhtəşəm qədim tarixə və zəngin irsə malik olan mədəniyyətini
təcəssüm etdirir.
Bu gün Heydər Əliyev Fondu Azərbaycanda yüz minlərlə insanın inam və
etimadını qazanmış ictimai təşkilat olmaqla yanaşı, Ulu Öndərimizin adını şərəflə
daşıyır.
Unutmamalıyıq ki, Azərbaycan cəmiyyətinin həyatına və dilimizin lüğət
tərkibinə daxil olan “birinci xanım”, “xoşməramlı səfir” məfhumları bilavasitə
Mehriban xanımın adı və yüksək mənəvi keyfiyyətlərə malik olan şəxsiyyəti ilə
bağlıdır.
Elmar VƏLİYEV,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
12
Xanım mEhrİban ƏLİYEVa
zİYaLı soYkökƏ mƏnsubdur
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun
və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESCO və
İSESKOnun xoşməramlı səfiri, alim Mehriban Arif qızı Əliyeva Azərbaycanın
görkəmli mütəfəkkiri, alimi və ədibi Mir Cəlal Paşayevin yüksək genetik xüsu
siyyətlərinin daşıyıcısı olan böyük ziyalı ailənin nümayəndəsidir. Mehriban
xanımın babası Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti
və elmi tarixində şöhrət tapmış parlaq şəxsiyyətlərdən biridir. O, yetmiş illik
ömrünün tam yarım əsrini çətin, lakin mənalı və şərəfli bədii, elmi və pedaqoji
yara dıcılıq işinə həsr etmişdir. Mir Cəlal Əli oğlu Paşayev 1908ci il aprel
ayının 26da Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur. Lakin
sonralar ailəsi Gəncə şəhərinə köçmüş, ibtidai təhsilini burada almış, uşaqlıq və
gənclik illərini keçirmiş olduğu doğma şəhəri Gəncəyə ömrünün sonuna qədər
məhəbbətlə bağlı olmuşdur.
O, 19241928ci illərdə Gəncə Darülmüəllim məktəbində təhsilini bitirdikdən
sonra Gədəbəy yeddiillik məktəbində müəllimlik fəaliyyəti ilə məşğul olmuş,
19291930cu illərdə isə Gəncə şəhər 1 saylı məktəbdə direktor vəzifəsində
çalışmışdır.
M.C.Paşayev 19301931ci illərdə təhsilini davam etdirmək məqsədi ilə
Kazan şəhərinə gedərək orada Kazan Pedaqoji İnstitutunun dilədəbiyyat fakül
təsində təhsilini davam etdirmişdir. O, 1932ci ildə Bakıya qayıdaraq Azərbaycan
Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuş, “Kommunist”
və “Gənc işci” qəzetlərində işləmişdir.
Mir Cəlal müəllim 1933cü ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan
şöbəsinin İctimai elmlər bölməsində elmi işçi vəzifəsində işləmiş, 19361941ci
illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmiş, 1940cı
ildə “Füzulinin poetik xüsusiyyətləri” tədqiqatına görə filologiya elmləri nami
zədi, 1947ci ildə isə “Azərbaycanda ədəbi məktəblər (19051917)” əsərinə görə
filologiya elmləri doktoru adına layiq görülmüşdür. Yazıçılıq, alimlik fəaliyyətini
müəllimlik sənəti ilə əlaqəli davam etdirərək uzun müddət Respublika Elmlər
Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri, 1961ci
ildən ömrünün sonuna qədər isə Azərbaycan Dövlət Universitetində kafedra
müdiri vəzifəsində çalışmışdır.
Ötən əsrin 20ci illərinin axırlarında ədəbiyyata şeirlə gələn Mir Cəlalın
bədii istedadı nəsr növündə parlamışdır. İlk hekayə və oçerkləri 1930cu ildə
çap olunmuşdur. Mir Cəlal ədəbiyyata “yeniləşən insan” surətləri gətirmiş,
xüsusən də Azərbaycan qadınının taleyi, fikri, mənəvi təkamülü ədibi ciddi
düşündürən problemlərdən olmuşdur. Bu baxımdan “Dəzgah qızı”, “Gözün
13
aydın”, “Badamın ləzzəti”, “Nanənin hünəri” forma və məzmun xüsusiyyətləri,
bədii detalları, müqayisə və təsvirləri ilə olduqca cazibəlidir.
Mir Cəlal həm də gözəl romanlar yazmışdır. Onun qələmi “Dirilən adam”
(19341935), “Bir gəncin manifesti” (1939), “Açıq kitab” (1941), “Yaşıdlarım”
(19461952), “Təzə şəhər” (19481950), “Yolumuz hayanadır” (19521957) kimi
romanlar yaratmışdır. O, Azərbaycan ədəbiyyatının 1975ci illərədək keçdiyi
yola, sənətkarlıq, realizm və xəlqilik axtarışlarına, ədəbi prosesin mən zərəsinə, janr
ların vəziyyət və imkanlarına dair məzmunlu çıxışlar etmiş, məqalələr yazmış,
elmi tədqiqat işləri aparmışdır.
Mehriban xanımım atası Arif Mir Cəlal oğlu Paşayev 1934cü il fevralın 15də
Bakıda anadan olmuşdur.
Akademik Arif Paşayev 1957ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu
radiofizika ixtisası üzrə bitirmiş, 1959cu ildən AMEAnın Fizika İnstitutunda
elmi fəaliyyətə başlamışdır. Görkəmli alim 19601964cü illərdə Moskvada
“QİREDMET” İnstitutunda aspirant olmuş, 1966cı ildə isə “Yüksək və ifrat
yüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız
üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyasını uğurla
müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
Akademik Arif Paşayev dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada,
maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə
tətbiq olunan yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız
ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burul
ğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb
seriya ilə istehsala buraxmışdır. Akademik Arif Paşayevin əldə etdiyi elmi
nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib potentləşdirilib, beynəlxalq sərgi
və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra
sənaye müəssisələrində tətbiq edilmişdir.
Elmi axtarışlarını uğurla davam etdirən alim 1978ci ildə “Yarımkeçiricilərin
tədqiqində qeyridağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi
perspektivləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə
edərək fizikariyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Qırx ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və
ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması
və onların tətbiqi ilə məşğul olan akademik Arif Paşayevin əsas elmi nailiyyəti
yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının
fiziki əsaslarını yaratması olmuşdur. Akademik Arif Paşayev ilk dəfə yarım
keçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsul
larının elmi əsaslarını işləmiş və bu üsulları reallaşdıran elmi cihazlar yaratmışdır.
Akademik Arif Paşayev 300ə yaxın elmi əsərin, 15dən artıq kitabın
və monoqrafiyanın müəllifidir. Alim 30dan çox ixtiraya görə müəlliflik
14
şəhadətnaməsi və sənaye nümunələri almış, medallar və diplomlarla təltif olun
muşdur. Bundan əlavə, akademik Arif Paşayev Azərbaycan Respublikasının
Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə “SSRİnin
ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Bey
nəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. “VEKTOR”
– Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın
tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olmuş və “XXI əsrin tanınmış
alimi” beynəlxalq diplomu ilə təltif edilmişdir.
Akademik Arif Paşayev 1971ci ildən 1996cı ilədək AMEAnın Fizika
İnstitutunun “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” laboratoriyasına
rəhbərlik etmişdir. 1996cı ildən indiyədək “Azərbaycan Hava Yolları” Dövlət
Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Onun rəhbərliyi ilə aka
demiyada tədris prosesi, elmimetodiki işlər yüksək səviyyədə təşkil edilmişdir.
Milli Aviasiya Akademiyasında rektor vəzifəsinə təyin edildiyi vaxtdan burada
“İqtisadiyyat və hüquq”, “Avianəqliyyat istehsalatı”, “İxtisasartırma” kimi ka
fedralar və yeni ixtisaslar açılmışdır. Burada ilk dəfə Azərbaycan dilində təhsilin
aparılmasına başlanılmışdır. Akademiyanın ərazisində yeni tədris korpusu,
müasir tələblərə cavab verən idman kompleksi, tələbə yataqxanası, mehmanxana
və s. binalar inşa edilmişdir.
Akademiyanın elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz uçan apa
ratların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan ro
botların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış
nəzarət sistemlərinin yaradılmasına və s. yönəldilmişdir. Onun rəhbərliyi altın
da Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Kom təsinin qərarı ilə
“Mülki Aviasiya ali təhsil müəssisəsi” sertifikatına layiq görülmüş və Bey
nəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil
edilmişdir.
Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya
standartları səviyyəsində şəhərciyin salınması işində gərgin, müntəzəm şəkil
də aparılan islahatlar, təhsilin səviyyəsinin yüksəldilməsinə şəxsi nəzarət,
aka demiyada sağlam elmipedaqoji mühitin yaradılması, yüksək ixtisaslı mü
təxəssislərin ali məktəbə dəvət edilməsi, alimin yüksək elmi potensiala və
təşkilatçılıq qabiliyyətinə malik olmasının sübutudur. Arif müəllim yüksək elmi
praktiki potensiala malik olmaqla yanaşı, yüksək vətəndaşlıq, vətənpərvərlik
hisləri ilə yaşayıbyaradan, respublika əhəmiyyətli işlərdə, xüsusən ölkəmizdə
aviasiya təhsilinin müasir səviyyədə inkişafına yorulmadan gərgin əmək sərf
edən, gənc nəslin təlimtərbiyə işlərində, onların yüksək vətənpərvərlik ruhunda
tərbiyə olunmalarını xüsusi diqqətdə saxlayan qayğıkeş rəhbər, səmimi insan
və ətrafında olan hər bir işgüzar, yaradıcı əməkdaşın yaxın məsləhətçisi və
köməkçisidir. Buna görə də elm və təhsilin inkişafında yüksək xidmətlərinə görə
15
akademik Arif Paşayev 2004cü il fevralın 15də Vətənimizin daha bir yüksək
mükafatına – “Şöhrət ordeni”nə layiq görülmüşdür.
Elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikası
olan Arif müəllim Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq
Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının
akademikidır.
Akademik Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komis
siyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının
üzvü, AMEAda cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli
Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixti
saslaşdırılmış şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində
aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.
Akademik Arif Paşayevin rəhbərliyi altında onlarla aspirant və dissertant
namizədlik dissertasiyası müdafiə etmişdir. O, eyni zamanda iki doktorluq
dissertasiyasının məsləhətçisi olmuş, Rusiyada, Ukraynada, Latviyada, Esto
niyada və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları
üzrə rəsmi opponent kimi çıxış etmişdir.
Xanım Mehriban Əliyevanın anası görkəmli şərqşünas alim Aida İmanquliyeva
1939cu il oktyabrın 10da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət
Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almışdır (1957
1962). Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb
filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının
Yaxın və Orta Şərq Xalqları İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonralar baş
elmi işçi (19661976), ərəb filologiyası şöbəsinin müdiri (19761988), elmi
işlər üzrə direktor müavini (19881991), həmin institutda direktor vəzifəsində
çalışmışdır (1991ci ildən).
“Mixail Nüayma və XIX əsr qabaqcıl rus ədəbiyyatı” adlı ilk mətbu məqa
ləsi “Azərbaycan” jurnalında (1964, № 12) dərc olunmuşdur. O, Livan yazıçısı
M.Nüaymanın bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib “Vostoçnı
almanax”da (Moskva, 1979, VU buraxılış) çap etdirmişdir. Müasir ərəb ədə
biyyatının aktual problemləri və rusərəb ədəbi əlaqələri haqqında məqalələri
dövri mətbuatda – toplularda və elmikütləvi məcmuələrdə müntəzəm çap
olunmuşdur.
Azərbaycanın ictimai həyatında fəal çalışdığı üçün 1987ci ildə Ümumittifaq
Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan
bölməsi sədrinin müavini olmuşdur. Moskva, Bakı, Düşənbə, Hamburq (ADR)
şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda
məruzələrlə çıxış etmişdir. 1992ci il sentyabrın 19da Bakıda vəfat etmişdir.
16
Dostları ilə paylaş: |