Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün



Yüklə 61.71 Kb.

səhifə4/17
tarix14.04.2017
ölçüsü61.71 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   17

mEhrİban Xanım ƏLİYEVanın 
“2005-ci İLİn adamı” mükafatına LaYİq görüLmƏsİ
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən 
2001­ci ildən başlayaraq təqdim edilən “İlin adamı” mükafatı, bir qayda olaraq, 
vətənpərvərliyi  və  millətə  göstərdiyi  xidmətləri  ilə  seçilən  insanlara  verilir. 
Azərbaycanın tərəqqisi, milli keyfiyyətlərin qorunub saxlanılması, habelə ölkə­
mizin  dünyadakı  imicini  layiq  olduğu  şəkildə  formalaşdırmaq  kimi  böyük 
amallara  xidmət  edən  mükafatın  əsas  mənası  özlərinin  fəaliyyət  və  yaşam 
tərzlərini Azərbaycanın rifahına yönəldən şəxslərin müəyyən edilməsi və həvəs­
ləndirilməsindən ibarətdir. 
Qısa zaman kəsiyində əsas qayəsi Azərbaycan və azərbaycançılıq uğrunda 
çalışan insanların həyat və fəaliyyətini hər bir vətəndaş üçün örnəyə çevirmək 
olan Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərə­
findən təsis edilmiş “İlin adamı” mükafatı artıq ictimai həvəsləndirmə və təş­
viqetmənin ciddi atributuna çevrilmişdir. 
Milli  Qəhrəman  Çingiz  Mustafayev  Fondu  və  ANS  Şirkətlər  Qrupu  ölkə­
mizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli­mədəni irsimizin qorunub 
saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin 
möhkəmlənməsi  üçün  gördüyü  işlərə,  bədii  gimnastika  üzrə  27­ci  dünya  çem­
pionatının  respublikamızda  yüksək  səviyyədə  hazırlanıb  keçirilməsinə,  geniş­
miqyaslı  xeyriyyəçilik  fəaliyyə tinə  görə  Heydər  Əliyev  Fondunun  prezidenti, 
YUNESKO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım 
Əliyevanı “2005­ci ilin adamı” elan etmişdir. 2006­ci il yanvar ayının 31­də “Park 
İnn” hotelinin böyük mərasim salonunda Mehriban xanım Əliyevaya “2005­ci ilin 
adamı”  mükafatının təqdim edilməsi mərasimi keçirilmişdir.
Beləliklə, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev tərəfindən 
“2005­ci ilin adamı”  mükafatı, dünyanın ilk və ən məşhur saat firması tərəfindən 
xüsusi olaraq hazırlanmış saat və mükafatın əsasnaməsinə uyğun olaraq, 20 milyon 
manat (4 min yeni manat) Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun 
xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təqdim edilmişdir.

48
mEhrİban Xanım ƏLİYEVanın 
ümumdünYa ƏqLİ müLkİYYƏt tƏşkİLatının (üƏmt) 
qızıL mEdaLına LaYİq görüLmƏsİ
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  xoşməramlı  səfiri, 
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2006­ci ildə BMT­nin aparıcı 
qurumlarından  biri  olan  Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatının  (ÜƏMT) 
qızıl medalına layiq görülmüşdür. 2006­cı il mart ayının 3­də Heydər Əliyev 
Fondunda mükafatın təqdimat mərasimi keçirilmişdir. 
ÜƏMT­nin  baş  direktoru  Kamil  İdris  və  təşkilatın  nümayəndə  heyətinin 
üzvləri  Heydər  Əliyev  Fondunun  sərgi  və  ekspozisiyası  vasitəsi  ilə  fenomen 
şəxsiyyət  Heydər  Əliyevin  həyatının  ən  müxtəlif  məqamlarını  əks  etdirən  və 
Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı 
fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiy­
yələrə,  Ulu  Öndərimiz  haqqında  kitablara  baxmış,  onun  müxtəlif  ölkələrin 
lider ləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri ilə tanış 
olmuşlar.
Mehriban xanım dünyanın mötəbər təşkilatının təmsilçilərini ölkəmizdə və 
Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondda görməkdən qürur duyduğunu 
vurğulamışdır. Fondun prezidenti Azərbaycan mədəniyyətinin tədqiqi, öyrənil­
məsi, nəşri, qorunub saxlanılması, gənc nəslə çatdırılması, dünyaya yayılması, 
təbliği sahəsində nəhəng tədbirlər həyata keçirildiyini, Fondun nüfuzlu beynəl­
xalq  təşkilatlarla, dünyanın  müxtəlif  ölkələrinin ictimai,  qeyri­hökumət  təşki­
latları ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirmişdir.
ÜƏMT­nin baş direktoru Kamil İdris Azərbaycanın Birinci xanımının xey­
riyyəçilik  fəaliyyəti,  rəhbərlik  etdiyi  fondların  elm,  ədəbiyyat,  mədəniyyət, 
təhsil, səhiyyə və digər sahələrdə çox dəyərli layihələr işləyib həyata keçirdiyini 
yüksək qiymətləndirərək demişdir: “Mehriban xanımın qısa nitqi də onun əhatəli 
dünyagörüşünə, dərin intellektə malik olduğunu sübut edir. ÜƏMT­nin ən yük­
sək  mükafatı  olan  qızıl  medala  da  məhz  mədəni,  mənəvi  dəyərlərin  qorunub 
saxlanmasına mühüm töhfələr verən, əməli yardım edən dərin intellektli şəxslər 
layiq görülür”. 
Beləliklə, ÜƏMT­nin baş direktoru Kamil İdris tərəfindən BMT­nin aparıcı 
qurumlarından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) qızıl 
medalı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun xoşməramlı səfiri, 
Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təqdim edilmişdir. 

49
mEhrİban Xanım ƏLİYEVanın 
İsEsko-nun XoşmƏramLı sƏfİrİ tİtuLuna
LaYİq görüLmƏsİ
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı 
və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış 
şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük 
dəstəyinə görə ölkəmizin Birinci xanımı Mehriban Əliyeva 2006­cı il noyabrın 
24­də İSESKO­nun (İSESKO – təhsil, elm və mədəniyyət məsələləri üzrə İslam 
təşkilatıdır. 1979-cu ildə təşkil edilmişdir. İSESKO-nun baş direktoru Əbdüləziz 
bin Osman əl-Tüveycridir. Azərbaycan dövləti İSESKO ilə yaxından əməkdaşlıq 
edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. Bakı 
şəhərinin 2009-cu il üçün İslamın paytaxtı elan olunması Azərbaycanın dinamik 
inkişafının təzahürüdür) xoşməramlı səfiri adına layiq görülmüşdür. Mehriban 
xanım  Əliyeva  İSESKO­nun  xoşməramlı  səfiri  adına  layiq  görülən  ilk  qadın 
olmuşdur. 
2006­cı  il  noyabrın  23­də  Heydər  Əliyev  Fondunda  görkəmli  şərqşünas 
alim,  professor  Aida  İmanquliyevanın  “Yeni  ərəb  ədəbiyyatının  korifeyləri” 
kitabının təqdimatına və Fondun prezidenti, YUNESKO­nun xoşməramlı səfiri, 
Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya İslam Ölkələri Təhsil, Elm 
və  Mədəniyyət  Təşkilatının  (İSESKO)  xoşməramlı  səfiri  adının  verilməsinə 
həsr  edilmiş  mərasim  keçirilmişdir.  Mərasimdə  iştirak  edən  elm  və  təhsil 
xadimləri  Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə  ölkəmizdə  təhsil  sahəsində 
görülən  işləri  yüksək  qiymətləndirmiş  və  son  iki  ildə  respublikamızda  130 
məktəbin tikilməsində və  bir o qədər məktəbin əsaslı təmir edilməsində Heydər 
Əliyev  Fondunun  təşəbbüsünü  təhsilin  inkişafı  yolunda  əvəzsiz  töhfə  kimi 
dəyərləndirmişlər.
Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  xanım  Əliyevaya  İSESKO 
kimi mötəbər təşkilatın xoşməramlı səfiri adının verilməsi Azərbaycanın təhsil 
işçiləri tərəfindən dərin razılıq hissi ilə qarşılanmışdır. “Yeniləşən Azərbaycana 
yeni  məktəb”  proqramı  çərçivəsində  böyük  işlər  görən Azərbaycanın  Birinci 
xanımı  ölkəmizdə  təhsilin  xeyirxah  hamisi  dərəcəsinə  yüksəlmişdir.  Onun 
uşaq tərbiyə müəssisələrində, internat evlərində, yeni məktəblərin açılış məra­
simlərində görüşləri hamının qəlbində silinməz xatirəyə çevrilmişdir.
Görkəmli  şərqşünas  və  ilahiyyatçı  alim,  akademik  Vasim  Məmmədəliyev 
İSESKO­nun xoşməramlı səfiri adının qadınlar arasında ilk dəfə olaraq Azər­
baycanın Birinci xanımına verilməsini bu xeyirxah xanımın ölkəmizdə təhsilin, 
mədəniyyətin, səhiyyənin inkişafına, konkret insanların qayğı və problemlərinə 
göstərdiyi  diqqətin,  genişmiqyaslı  xeyriyyəçilik  fəaliyyətinin  təsdiqi  kimi 
dəyərləndirmişdir.

50
İSESKO­nun  baş  direktoru  Əbdüləziz  bin  Osman  əl­Tüveycri  Mehriban 
xanım  Əliyevaya  bu  təşkilatın  xoşməramlı  səfiri  adına  layiq  görülməsini  hər 
şeydən öncə Azərbaycan Prezidenti İlham Əliyevin İSESKO­ya göstərdiyi böyük 
dəstəyin,  İslam  aləmində  aparılan  böyük  işlərə  onun  qoşulmasının  göstəricisi 
kimi  qiymətləndirərək  demişdir:  “Mehriban  xanıma  bu  qurumun  ən  yüksək 
fəxri  adının  verilməsi  ilə  əməkdaşlıq  bundan  sonra  daha  da  genişlənəcəkdir. 
İSESKO­nun  tarixində  ilk  dəfədir  ki,  bu  ad  xanıma  verilir.  Mehriban  xanım 
sivilizasiyalararası dialoq və digər cəsarətli fəaliyyətləri çərçivəsində gördüyü 
genişmiqyaslı  işlərə  görə,  qayğıya  ehtiyacı  olan  uşaqlara  diqqətinə,  onların 
yaşayış  şəraitinin  yaxşılaşmasına,  təhsilə  verdiyi  dəstəyə  görə  bu  ada  tam 
layiqdir.  Cəmi  4  nəfər  bu  adı  alıbdır.  Dünyanın  bu  ağır  günlərində,  cəsarətli 
insanlara ehtiyac duyulduğu bir zamanda, münaqişələrin qarşısının alınmasında, 
sivilizasiyalararası dialoqun aparılmasında xidmətlərinə, İslam aləmində görülən 
işlərə  böyük  dəstəyinə  görə  Mehriban  xanıma  İSESKO­nun  ən  yüksək  adını 
veririk. Bu, İSESKO­ya da, İslam aləminə də şərəf gətirəcəkdir”.

51
mEhrİban Xanım ƏLİYEVanın 
dünYa sƏhİYYƏ tƏşkİLatının YüksƏk mükafatına 
LaYİq görüLmƏsİ
2007­ci il may ayının 17­də Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) 
ali  orqanı  olan  Dünya  Səhiyyə Assambleyasının  60­cı  sessiyasının  yığıncağı 
keçirilmişdir. Assambleyanın  sədri, Avstraliyanın  səhiyyə  naziri  xanım  Ceyn 
Halton yığıncağı açaraq, bəşəriyyəti təhdid edən və geniş yayılmış xəstəliklərin 
qarşısının alınmasında həkimlərin şərəfli əməyindən danışmışdır. Sədr Heydər 
Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın təkcə mədəniyyət 
və təhsil sahəsində deyil, həm də səhiyyə sahəsində göstərdiyi xidmətləri yüksək 
qiymətləndirmişdir.
Ceyn Halton Mehriban xanım Əliyevanın İhsan Doğramacı Ailə Sağlamlığı 
Fondunun  mükafatına  layiq  görüldüyünü  bildirmişdir.  İhsan  Doğramacı  Fon­
dunun təmsilçisi xanım Filis Ərdoğan uşaq həkimi kimi professor İhsan Doğ­
ramacının səhiyyə sahəsində xidmətlərini xatırlatmış və Fondun yaranma tari­
xindən danışmışdır. Xanım Ərdoğan Azərbaycanda səhiyyənin inkişafında, yeni 
xəstəxanaların açılmasında və onların müasir avadanlıqlarla təchiz edil mə sində 
Mehriban xanım Əliyevanın gördüyü işləri xüsusi vurğulamışdır. 
Mehriban xanım bu əlamətdar hadisə ilə bağlı  çıxış edərək demişdir: “Dünya 
Səhiyyə Təşkilatı planetimizdə yaşayan bütün xalqlar üçün sağlamlığın mümkün 
qədər  ən  yüksək  səviyyəsinin  təmin  edilməsi  naminə  çalışan  əsl  universal 
təsisatdır.
Burada olmaq və Dünya Səhiyyə Təşkilatının bu mükafatını almaq böyük 
şərəfdir. Məni bu cür yüksək mükafata layiq gördüklərinə görə DST­nin İcraiyyə 
Şurasına və professor İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun seçim heyə­
tinə minnətdarlığımı bildirmək istəyirəm.
Əminəm  ki,  bu  mükafat  ölkəmdə  ana,  uşaq  və  ailə  sağlamlığının  yaxşı­
laşdırılması məqsədilə göstərdiyim səyləri daha da gücləndirəcəkdir. Bu mükafat 
mənim üçün çox önəmlidir, çünki o, böyük hörmət və ehtiram bəslədiyim şəxsin, 
professor İhsan Doğramacının adını daşıyır.
Dünya  şöhrətli  pediatr  və  böyük  xeyriyyəçi,  professor  İhsan  Doğramacı 
bütün  həyatını  uşaqların  sağlamlığı  və  ali  təhsili  kimi  yüksək  amallara  həsr 
etmişdir. Dünya Səhiyyə Təşkilatının yaradıcılarından biri, onun nizamnaməsinə 
imza atmış, bu təşkilatın canlı tarixi sayılan belə böyük şəxsiyyət tərəfindən təltif 
edilmək mənim üçün böyük şərəfdir. Əfsuslar olsun ki, professor Doğramacı bu 
tədbirdə iştirak edə bilmədi. Mən öz adımdan ona qarşıdan gələn bir çox illər 
ərzində möhkəm cansağlığı və səadət arzulayıram.
Hazırda  sürətlə  inkişaf  edən  Azərbaycanda  yaşayan  hər  bir  şəxsin  həyat 
tərzini və sağlamlığını köklü şəkildə yaxşılaşdırmaq üçün bir çox imkanlar var. 

52
Azərbaycanda səhiyyə sisteminin müasirləşdirilməsi haqqında dövlət proqramı 
uğurla  həyata  keçirilir.  Təkcə  son  iki  il  ərzində  ölkəmizdə  onlarca  müalicə­
diaqnostika  mərkəzləri  tikilmişdir.  Onların  hamısı  ən  müasir  avadanlıqlarla 
təchiz olunur. Biz gənc həkimlərimizin təhsilinə xüsusi diqqət yetiririk. Məq­
sədimiz ölkədə ən yüksək dünya standartlarına cavab verən səhiyyə sis teminin 
qurulmasıdır. Əminəm ki, hazırkı sürətlə biz yaxın gələcəkdə öz məqsədlərimizə 
nail olacağıq.
Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq çox səmərəlidir. 
Bu təşkilat Azərbaycanda tibbi təhsil, təhlükəsiz immunlaşdırma, ana və uşaqların 
sağlamlığının qorunması kimi sahələrdə bir sıra layihələr həyata keçirir. İnanıram 
ki, əməkdaşlığımız gələcəkdə daha səmərəli olacaqdır.
Məni təltif etdiklərinə görə, Dünya Səhiyyə Təşkilatına və İhsan Doğramacı 
Ailə Sağlamlığı Fonduna sonda bir daha minnətdarlığımı bildirir, bu mükafatı 
Azərbaycanda işləyən bütün həkimlərin və səhiyyə işçilərinin əməyinə verilən 
qiymət kimi qəbul edirəm”.
Assambleya sədri Ceyn Halton və DST­nin baş direktoru xanım Marqaret 
Çan İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafafını Mehriban xanım 
Əliyevaya təqdim etmişlər. 

53
mEhrİban Xanım ƏLİYEVanın 
“qızıL ürƏk” bEYnƏLXaLq mükafatına
LaYİq görüLmƏsİ
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət 
sahəsində  yüksək  nailiyyətlərinə  görə  Azərbaycanın  Birinci  xanımı,  Heydər 
Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşməramlı sə­
firi, Milli Məclisin deputatı Mehriban Əliyevaya yüksək mükafat – “Qızıl ürək” 
beynəlxalq mükafatı təqdim olunmuşdur.
2007­ci  il  may  ayının  27­də  Moskvanın  Stanislavski  və  Nemiroviç­
Dançenko adına Musiqili Teatrında keçirilən mərasimə gələn Mehriban xanım 
Əliyeva əvvəlcə məşhur İtaliya aktrisası, mərasimin patronessası Sofi Lorenlə 
görüşmüşdür.  Sofi  Loren  Azərbaycanın  Birinci  xanımını  bu  mükafata  layiq 
görülməsi münasibətilə təbrik etmişdir. 
  Sonra  “Qızıl  ürək”  beynəlxalq  mükafatının  dördüncü  təqdimat  mərasimi 
olmuşdur.  Mərasimi  Sofi  Loren  açmışdır.  Mehriban  xanım  Əliyevaya  “Qızıl 
ürək” mükafatını – heykəlciyi və “Beynəlxalq mükafatın laureatı” fəxri nişanını 
Sofi  Loren,  Rusiya  Federasiyası  Federal  Məclisi  Federasiya  Şurasının  sədri 
Sergey  Mironov  və  Rusiya  Federasiyası  Təhlükəsizlik  Şurasının  katibi  İqor 
İvanov təqdim etmişlər. 
Azərbaycanın  Birinci  xanımına  mükafatı  təqdim  edən  Sergey  Mironov 
Mehriban Əliyevanın Heydər Əliyev Fondu çərçivəsindəki fəaliyyəti ilə yaxşı 
tanış  olduğunu  bildirərək  vurğulamışdır  ki,  “belə  xeyirxah  və  qızıl  ürəklər 
insanlara və dünyaya fəzilət bəxş edir”.
Mehriban Əliyeva təşəkkür edərək demişdir: “Mükafata görə çox sağ olun, 
mənim ünvanıma deyilən səmimi sözlərə görə çox sağ olun!
Çox  sağ  olun  ki,  mürəkkəb  zəmanəmizdə  səylə  mərhəmətə  çağırırsınız. 
Düşünürəm ki, həm laureatlarınızın və həm də nominantlarınızın xeyirxah işləri 
mərhəmətə, rəhmdilliyə, başqasının dərdinə şərik olmağa, ətrafdakıların və bizim 
köməyimizə ehtiyacı olanların ağrı­acısını duymağa və bölüşməyə çağırışdır.
Mən arzu edirəm ki, bu mükafatın laureatlarının sayı ilbəil artsın və beləliklə, 
dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərd­qüssə isə azacıq da olsa, 
əskilsin. “Qızıl ürək” müxtəlif ölkələrdən olan insanları, müxtəlif peşə və vəzifə 
sahiblərini universal və əbədi ideya – xeyirxahlıq ideyası ətrafında birləşdirir”.
Azərbaycanın Birinci xanımına “Qızıl ürək” mükafatının təqdimatından əv­
vəl Heydər Əliyev Fondu haqqında sənədli film nümayiş etdirilmişdir. Filmdə 
Mehriban  Əliyevanın  fəaliyyətindən,  təhsil,  mədəniyyət,  səhiyyə  sahəsində 
həyata  keçirilən  geniş  layihələrdən,  habelə  xəstə,  yetim  uşaqlara,  aztəminatlı 
ailələrin uşaqlarına göstərilən yardımdan bəhs olunmuşdur.
Tədbirin təşkilatçısı, “Qızıl ürək” Xeyriyyə Fondunun təşkilat komitəsinin 
rəhbəri, tibb elmləri doktoru Yakov Brand demişdir ki, Mehriban xanım Əliyeva 

54
bu yüksək mükafata layiqdir, çünki onun başçılıq etdiyi Fond, ilk növbədə, xəstə 
uşaqlara yardım sahəsində çox böyük işlər görür. Mehriban xanım Əliyevaya 
“Qızıl ürək” mükafatının verilməsi barədə qərar qəbul edilməzdən əvvəl Fondun 
fəaliyyəti ətraflı öyrənilmiş, diabet, talassemiya, vərəm ilə mübarizə proqramı 
çərçivəsində,  habelə  evsiz­eşiksiz  və  əlil  uşaqlara  yardım  sahəsində  görülən 
konkret işlər yüksək qiymətləndirilmişdir. 
Mötəbər  mükafatın  təqdim  olunması  mərasimində  Rusiya  Federasiyasının 
Prezidenti Vladimir Putinin təbrik məktubu oxunmuşdur.
   Humanizm ideyalarına və bəşəri ideallara xidmətə xüsusi töhfələrinə görə 
görkəmli insanların mükafatlandırılması mərasimi hər il Rusiya Federasiyasının 
YUNESKO­nun İşləri üzrə Komissiyasının, Rusiya Hökumətinin, Rusiya Qızıl 
Xaç  Cəmiyyətinin,  Federasiya  Şurasının,  “Qızıl  ürək”  Xeyriyyə  Fondunun, 
İTAR­TASS  agentliyinin  və  bir  sıra  digər  təşkilatların  himayəsi  ilə  keçirilir. 
Bu il “Qızıl ürək” mükafatına yanğın zamanı uşaqları xilas etmiş 11 yaşlı Olqa 
Kozlova və Dmitri Filyuşin, 60­dan çox uşağı övladlığa götürmüş Sorokinlər 
ailəsi və ayrı­ayrı şəxslər layiq görülmüşlər.

55
mEhrİban Xanım ƏLİYEVanın böYük komandor Xaçı 
ordEnİnƏ LaYİq görüLmƏsİ
2009­cu  ildə Azərbaycanın  Birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  pre­
zidenti,  YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin 
deputatı  Mehriban  Əliyeva  Polşa  Respublikasının  “Xidmətlərə  görə”  Böyük 
Komandor Xaçı ordeni ilə təltif edilmişdir.
2009­cu il sentyabr ayının 14­də Heydər Əliyev Fondunda ordenin təqdim­
etmə mərasimi keçirilmişdir. 
Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski bildirmişdir  ki, Prezident Lex 
Kaçinski Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı 
xidmətlərinə görə Mehriban xanımı bu ordenlə təltif etmişdir. 
Azərbaycanın Birinci xanımının fəaliyyətinin Polşada yaxşı məlum olduğunu 
qeyd edən diplomat demişdir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban 
Əliyevanın fəaliyyəti hər kəsə nümunədir. 
Kşiştof Krayevski Heydər Əliyev Fondunun 5 illik fəaliyyətini yüksək qiy­
mətləndirərək Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı 
ordenini Mehriban xanım Əliyevaya təqdim etmişdir.
 Fəaliyyətinə verilən yüksək qiymətə görə Polşa Prezidentinə minnətdarlığını 
bildirən Mehriban xanım Əliyeva bu ordenə layiq görülməsinin onun üçün böyük 
şərəf olduğunu vurğulamışdır.
Ölkələrimiz  və  xalqlarımız  arasında  tarixən  dostluq  əlaqələrinin  mövcud 
olduğunu diqqətə çatdıran Heydər Əliyev Fondunun prezidenti bildirmişdir  ki, 
dövlətlərimiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr müxtəlif sahələrdə 
daha da inkişaf etmişdir. 
Heydər  Əliyev  Fondunun  “Yeniləşən Azərbaycana  yeni  məktəb”  layihəsi 
çərçivəsində  Samux  rayonunun  Sarıqamış  kənd  orta  məktəbinin  tikintisinə 
Polşanın göstərdiyi kömək, habelə Azərbaycanda “Şopen ili”nə Heydər Əliyev 
Fondunun verdiyi dəstək yüksək səviyyədə dəyərləndirilmişdir.

56
mEhrİban Xanım ƏLİYEVanın tƏşƏbbüsü İLƏ 
kEçİrİLmİş dünYa ƏhƏmİYYƏtLİ mƏrasİmLƏr
2005­ci il martın 23­də YUNESKO­nun xoşməramlı səfiri, Heydər Əliyev 
Fondunun  prezidenti  Mehriban  xanım  Əliyeva  Bakının  Nəsimi  rayonundakı 
23 nömrəli orta məktəbdə olmuş, bu təhsil ocağının 70 illiyinə həsr olunmuş 
yubiley mərasimində iştirak etmişdir. 
Məktəbin  direktoru,  respublikanın  əməkdar  müəllimi  Nailə  Rzaquliyeva 
ötən  70  ildə  təhsil  ocağının  keçdiyi  şərəfli  yol,  onun  pedaqoji  kollektivi, 
yetirmələri haqqında məlumat vermişdir. Bildirilmişdir ki, tədrisin Azərbaycan 
və rus dil lərində aparıldığı, 1500­ə yaxın şagirdin təhsil aldığı, 100­dən artıq 
müəllimin çalışdığı məktəb 1995­ci ildən Azərbaycanın Milli Qəhrəmanı Tahir 
Həsənovun  adını  daşıyır.  Həmin  il  Azərbaycan  xalqının  ümummilli  lideri 
Heydər  Əliyev  burada  olmuş  və  qəhrəmanın  barelyefi  olan  xatirə  lövhəsini 
açmışdır. Son üc il ərzində məktəbin 7 müəllimi “İlin müəllimi” respublika 
müsabiqəsində birinci yeri tutmuş, məzunların əksəriyyəti 650­dən yuxarı bal 
toplayaraq müxtəlif ali məktəblərə qəbul olunmuşlar. 2003 və 2004­cü illərdə 
məktəb təlim­tərbiyə göstəricilərinə görə Bakı şəhəri üzrə “İlin ən yaxşı təhsil 
müəssisəsi” adına layiq görülmüşdür. Yubilyar məktəbin məzunları arasında 
tanınmış  adamlar  –  siyasətçilər,  alimlər,  memarlar,  incəsənət  xadimləri  və 
başqaları vardır. Mehriban xanım Əliyeva 1981­ci ildə bu təhsil ocağını qızıl 
medalla bitirmişdir. 
YUNESKO­nun  xoşməramlı  səfiri,  Heydər  Əliyev  Fondunun  prezidenti 
Mehriban xanım Əliyeva mərasimdə çıxış edərək demişdir ki, mən 23 nömrəli 
məktəbi  həmişə  xoş  hislərlə  xatırlayıram. Adətən,  bir  işə  başlayanda  qarşıma 
çox ciddi tələblər qoyur və onlara əməl etməyə çalışıram. Bu məsuliyyət hissinə 
görə doğma məktəbə, müəllimlərimə minnətdaram. Bugünkü şagirdlərin bizdən 
üstünlüyü  onların  müstəqil  Azərbaycanda  yaşayıb  təhsil  almasıdır.  Məktəbə 
adı  verilmiş  Tahir  Həsənov  bu  müstəqillik  uğrunda  şəhid  olanlardan  biridir. 
Şagirdlərimiz bunu unutmamalıdırlar.
2005­ci il maynın 18­də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun 
xoşməramlı səfiri Mehriban xanım Əliyeva Moskvada dünya şöhrətli musiqiçi 
Mstislav Rostropoviçin və xanımı, məşhur müğənni Qalina Vişnevskayanın ailə 
həyatı  qurmalarının  50  illiyinə  həsr  olunmuş  “qızıl  toy”  mərasimində  iştirak 
etmişdir. 
Mərasim ərəfəsində Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın 
Rusiya Federasiyası Prezidentinin xanımı Lyudmila Putina ilə görüşü olmuşdur. 
Məşhur  sənətçilərin  “qızıl  toy”una  300­dən  çox  qonaq,  o  cümlədən  Meh­
riban  xanım  Əliyeva  və  qızı  Leyla,  İspaniya  və  Niderland  kraliçaları,  Fransa 
Prezidentinin  xanımı,  Rusiyanın  birinci  Prezidenti  Boris  Yeltsin,  Moskvanın 

57
meri Yuri Lujkov dəvət olunmuşdular. Mərasim Qalina Vişnevskayanın artıq bir 
neçə il hamilik etdiyi uşaq məktəb­teatrında başlamış, sonra müğənninin Opera 
İfaçılığı  Mərkəzində  davam  etmişdir.  Konsertdən  sonra  yubilyarların  1955­ci 
ildə burada tanış olduqları “Metropol” restoranında ziyafət verilmişdir.
Mehriban xanım Əliyeva mərasimdə həmçinin Rusiyanın keçmiş Prezidenti 
Boris Yeltsin və onun xanımı, SSRİ xalq artisti Tamara Sinyavskaya ilə və digər 
qonaqlarla görüşmüşdür.
Mərasim  iştirakçıları  dünya  musiqi  mədəniyyətinin  fəxri  olan  Mstislav 
Rostropoviçə və Qalina Vişnevskayaya yeni uğurlar, sənət və həyat sevincləri 



1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə