Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün



Yüklə 61,71 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix14.04.2017
ölçüsü61,71 Kb.
#13986
1   2   3   4   5   6   7   8   9   ...   17

mEhrİban Xanım ƏLİYEVa
Mehriban xanım Əliyeva 1982­ci ildə Bakı şəhəri 23 №­li orta məktəbi qızıl 
medalla  bitirərək  N.Nərimanov  adına  Azərbaycan  Dövlət  Tibb  İnstitutunun 
müalicə­profilaktika fakültəsinə daxil olmuşdur. 1988­ci ildə M.Seçenov adına 
1­ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1988­
1992­ci  illər  ərzində  Moskvada  akademik  Krasnovun  rəhbərliyi  altında  Göz 
Xəstəlikləri Elmi­Tədqiqat İnstitutunda işləmişdir. Fəlsəfə elmləri namizədidir. 
1 monoqrafiya, 4 kitab və bir çox elmi məqalələrin müəllifidir. Rus və ingilis 
dillərini bilir. Mehriban xanım 1983­cü ildə Cənab İlham Əliyevlə ailə qurmuş, 
Leyla və Arzu adında iki qızı, Heydər adında oğlu, Mikayıl və Əli adında iki 
nəvəsi vardır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyi dövründən 
etibarən  Mehriban  xanım  Əliyeva  Azərbaycan  mədəniyyətinin  geniş  təbliğ 
olunması sahəsində nəhəng və misilsiz tədbirlər həyata keçirməyə başlamışdır. 
Belə ki, 1995­ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mə­
dəniyyətinin  Dostları  Fondu  təsis  olunmuşdur.  Mehriban  xanımın  rəhbərliyi 
ilə fəaliyyətə başlamış qeyri­hökumət xeyriyyə fondu olan Azərbaycan Mədə­
niyyətinin Dostları Fondu milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə 
daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, 
yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsi isti­
qamətində əvəzsiz töhfələr vermişdir.
Mehriban xanım Əliyeva fondun işini 3 istiqamətə: mədəni tədbirlər, xeyriyyə 
aksiyaları, naşirlik fəaliyyətinə yönəltmişdir. 
Azərbaycan Mədəniyyətinin Dostları Fondu görkəmli incəsənət xadimlərinin 
– dahi Rəşid Behbudovun xatirəsinə, Müslüm Maqomayevin, Arif Məlikovun, 
Fidan və Xuraman Qasımova bacılarının şərəfinə yubiley gecələri təşkil etmiş, 
Rəşid  Behbudovun  ifa  etdiyi  mahnılardan  ibarət  CD  disk  buraxılmış,  Arif 
Məlikovun yaradıcılıq gecəsi və rəsmlərindən ibarət sərgi təşkil edilmişdir. 
Keçirilmiş tədbirlərlə əlaqədar Rəşid Behbudov, Fidan və Xuraman Qasımova 
bacılarının  həyat  və  yaradıcılığına  həsr  olunmuş  “Azərbaycan­İrs”  jurnalının 
xüsusi  nömrələri  nəşr  olunmuşdur.  Mehriban  xanım  Əliyevanın  1996­cı  ildə 
təsis etdiyi və 3 dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan –
İrs” jurnalına gəldikdə isə deyə bilərik ki, bu hadisə Azərbaycan mədəniyyətinin 
təbliğ olunması istiqamətində önəmli bir addım kimi dəyərləndirilməkdədir. 
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun maliyyə köməyi ilə 1900­cü 
illərin  əvvəllərində  nəşr  olunan  “Molla  Nəsrəddin”  məcmuəsinin  I­II  cildləri 
yeni, nəfis şəkildə çapdan çıxmış, İncəsənət muzeyinin kataloqu, görkəmli şair 
Səməd  Vurğunun  xatirəsinə  həsr  olunmuş  “Ellər  vurğunu”,  professor  Səadət 
Abdullayevanın  “Azərbaycan  xalq  musiqi  alətləri”  kitabları  (Azərbaycan  və 

17
rus  dillərində),  professor  Əhməd  İsazadənin  “Azərbaycan  xalq  musiqisinin 
antologiyası” kitabının I­VII cildləri, Azərbaycanın dahi şair və mütəfəkkirləri 
– Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, İmadəddin Nəsimi, 
Mirzə  Ələkbər  Sabir  və  başqalarının  əsərlərindən  ibarət  toplular,  akademik 
Çingiz Qacarın “Qədim Şuşa” kitabı nəşr edilmişdir. 
Fəaliyyət dövrü ərzində Fondun Azərbaycanda keçirdiyi xarici ölkə incəsənət 
xadimlərinin  konsertləri,  teatr  tamaşaları,  təqdimat  mərasimləri,  sərgilər,  fes­
tivallar,  mədəniyyət  günləri  və  s.  tədbirlər  beynəlxalq  miqyaslı  hadisələr  ol­
muşdur.  Dünya  şöhrətli  incəsənət  xadimlərinin  –  həmyerlilərimiz  maestro 
Mstislav  Rostropoviç,  ABŞ­ın  Culyard  Musiqi  Akademiyasının  professoru, 
pianoçu Bella Davidoviç, Belfast simfonik orkestrinin Baş dirijoru, violinoçu 
Dmitri  Sitkovetskinin,  “Most­Vivaldi”  kamera  orkestrinin,  Nadejda  Pavlova 
və  Vyaçeslav  Qordeyev  kimi  balet  ulduzlarının,  İqor  Moiseyevin  rəhbərlik 
etdiyi  Rus  Dövlət  rəqs  ansamblının  Bakıdakı  çıxışları  bu  qəbildəndir.  Həmin 
istiqamətdə  təşkil  olunan  tədbirlər  arasında  “Musiqinin  Böyük  İpək  Yolu” 
Beynəlxalq Klassik Musiqi Festivalı və SEBA (Seul­Bakı) Azərbaycan­Koreya 
Mədəniyyət  Mübadiləsi Assosiasiyası  ilə  birgə  keçirilən  Koreya  Mədəniyyəti 
Günləri xüsusi qeyd olunmalıdır. 
Azərbaycan  muğamını  dünya  miqyasında  təbliğ  etmək  və  eyni  zamanda, 
yaymaq,  həmçinin  bu  ulu  sənəti  yaşadan  musiqiçi  və  müğənnilərə  qayğı 
göstərmək Azərbaycan Mədəniyyətinin Dostları Fondu qarşısında duran mühüm 
işlərdəndir. Bu istiqamətdə atılan addımlar arasında “Bakı Muğam Mərkəzi”nin 
yaradılması,  nəfis,  əhatəli,  rəngarəng  şəkildə  tərtib  edilmiş  “Qarabağ  xanən­
dələri” musiqili albomun buraxılması və onun dünyanın bir çox mötəbər incə­
sənət  mərkəzlərində  yayılması,  2005  və  2007­ci  illərdə  Respublika  muğam 
müsabiqələrinin keçirilməsi diqqətəlayiqdir. 
Azərbaycan Mədəniyyətinin Dostları xeyriyyə fondunun təşəbbüsü ilə xüsusi 
aylıq təqaüd təsis olunmuşdur ki, müğənnilər, teatr xadimləri, rəssamlar, muğam 
ifaçıları bu təqaüdlə təmin edilir. Azərbaycan muğamını beynəlxalq miqyasda 
daha geniş təbliğ etmək məqsədi ilə Fond görkəmli muğam ifaçılarının, alimlərin, 
muğam ilə caz sənətinin sintezini yaradan musiqiçilərin xarici səfərlərini də təşkil 
etmişdir. Dünya şöhrətli muğam ifaçısı Alim Qasımovun Yaponiyanın Naqoya 
şəhərində “EXPO­2005” sərgisindəki çıxışı, musiqişünas Sənubər Bağırovanın 
ABŞ­ın Massaçuset Universitetində elmi məruzələri, caz sənətinin mahir ifaçıları 
Salman Qəmbərov və Cəmil Əmirovun ABŞ­ın Çikaqo şəhərindəki konsertləri 
bu qəbildəndir. 
Azərbaycan Mədəniyyətinin Dostları Fondu daha bir neçə böyük layihənin 
təşkilatçısıdır. Bunların arasında “Bakı payızı” Beynəlxalq Festivalı, IX Şərq­
Qərb Bakı Beynəlxalq Kino Festivalı, “Reklam acgözləri gecəsi” – Beynəlxalq 

18
reklam filmlərinin nümayişi, 2007­ci ildə artıq üçüncü dəfə keçirilən Beynəlxalq 
Bakı Caz Festivalı ənənəyə çevrilmişdir. 
Fondun  keçirdiyi  mədəni  tədbirlərin,  təşkil  etdiyi  xeyriyyə  aksiyalarının 
miqyasına, yüksək səviyyəsinə görə təkcə vətənimizdə deyil, dünyanın bir çox 
ölkəsində böyük diqqətə və qiymətə layiq görülmüş, beynəlxalq aləmdə nüfuz 
qazanmışdır. Azərbaycan mədəniyyətinin təbliği və inkişafı ilə yanaşı Mehriban 
xanım Əliyeva idman sahəsinin inkişafı istiqamətində də Azərbaycan Gimnastika 
Federasiyasının prezidenti kimi fəal mövqe nümayiş etdirir və əməli tədbirlər 
həyata keçirir.
Azərbaycanda  bədii  gimnastikanın  yaranma  və  inkişaf  tarixi  keçən  əsrin 
40­cı illərinə təsadüf edir. Qızlardan ibarət qrup yaradan Nadejda Merkulova 
Azərbaycanda  bu  idman  növünün  formalaşması  istiqamətində  uzun  müddət 
fəaliyyət  göstərmişdir.  Məhz  onun  rəhbərliyi  altında  yetişən  gimnastlar 
ümumittifaq və beynəlxalq yarışlarda uğurlar qazanmışlar. Larisa Zebina, Lina 
Vinnikova,  Svetlana  Senatorova,  Nina  Hacıbəyli,  Mila  Şibayeva  və  Elmira 
Hacıyeva  belə  gimnastlardandır.  1961­ci  ildə  Lina  Vinnikova  keçmiş  SSRİ 
yığmasının  tərkibində  Almaniyada  keçirilən  1­ci  Ümumdünya  gimnastika 
turnirində iştirak etmişdir. Bu, Azərbaycan gimnastlarının dünya arenasında ilk 
çıxışı olmuşdur. Lina 1965­ci ildə Bolqarıstanda keçirilən tələbələrin Ümum­
dünya Spartakiadasında çempion adını qazanmışdır. “Burevestnik” idman cə­
miyyətinin  komandası  tərkibində  bir  neçə  dəfə  SSRİ  çempionu  titulunu  əldə 
edən  Lina  Vinnikova  3  dəfə  “Miss  Qrase”  seçilmişdir.  1984­cü  il  Olimpiya 
oyunlarından  sonra  Azərbaycanda  bədii  gimnastikaya  güclü  axın  müşayiət 
olunmuşdur.  Həmin  dövrdə  gimnastikamızın  parlayan  ulduzu  Yana  Saplina 
(məşqçisi  V.Ukleyina)  hesab  olunurdu.  Ən  müxtəlif  ümumittifaq  yarışlarında 
yaxşı nəticələrə imza atan Yana Saplina 1985­ci ildə “Umid Kuboku”na sahib 
olmuşdur.  Yananın  uğurlarını  sonrakı  illərdə  Dinarə  Nəbiyeva  və  Natalya 
Bulanova (məşqçiləri – əməkdar məşqçi L.Sidirova) davam etdirmişlər. İkiqat 
Azərbaycan  çempionu  Dinarə  Nəbiyeva  1995­ci  ildə  Antaliyada  (Türkiyə) 
keçirilən Beynəlxalq Uşaq Festivalında bürünc medal qazanmışdır. O, 1996­cı 
ildə İsraildə keçirilən beynəlxalq turnirdə də üçüncü nəticə göstərmişdir. Beşqat 
Azərbaycan  çempionu  (1991­95)  Natalya  Bulanova  da  bir  sıra  beynəlxalq 
yarışlarda iştirak etmiş və “Miss Press” seçilmişdir.
Azərbaycan gimnastika idmançılarının beynəlxalq yarışlarda yüksək müka­
fat qazanması şöhrətinin bərpa olunması zəruriyyətini nəzərə alaraq ölkəmizin 
Birinci  xanımı  Mehriban  Əliyeva  2002­ci  ildə Azərbaycan  Gimnastika  Fede­
rasiyasının prezidenti seçilmişdir.
Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident 
seçildikdən  sonra  bu  sahədə  mühüm  canlanma  hiss  olunmağa  başlamışdır. 
Federasiyanın  məqsədyönlü  və  səmərəli  fəaliyyəti  nəticəsində  bu  gün  ölkə 

19
gimnastikası,  sözün  əsl  mənasında,  özünün  yeni  inkişaf  mərhələsinə  qədəm 
qoymuşdur.
Gimnastikanın bütün növlərinin, o cümlədən də bədii gimnastikanın maddi­
texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində 
görülən işlər öz bəhrəsini verməkdədir. Mehriban xanım Əliyevanın sayəsində 
Azərbaycanda bədii gimnastikamızın zəngin ənənələrini davam etdirməyə qadir 
olan  beynəlxalq  dərəcəli  idman  ustası  Dinarə  Gimatova,  üçqat  Azərbaycan 
çempionu Nurcahan Əsgərova, Xədicə Hacıyəhyayeva, Dina Qorina, Valeriya 
Yeqay kimi perspektivli gimnastlar nəsli yetişməkdədir.
2003­cü  ilin  fevral  ayında  Rusiyada  keçirilən  beynəlxalq  turnirdə  gümüş 
medal qazanan ölkəmizin ən güclü gimnastı Dinarə Gimatova sonra daha bir 
neçə nüfuzlu yarışlarda qüvvəsini sınamışdır. O, 2003­cü ilin may ayında Dünya 
kubokunun Fransada keçirilən 1­ci mərhələsində də uğurlu çıxış edərək lentlə 
hərəkətlərdə 8­ci nəticə göstərmişdir.
Mehriban  xanım  Əliyevanın  rəhbərliyi  altında  Azərbaycan  Gimnastika 
Federasiyasının  qısa  müddət  ərzində  gördüyü  işləri  yüksək  qiymətləndirən 
Beynəlxalq  Gimnastika  Federasiyası  özünün Afinada  keçirilən  74­cü  konqre­
sində  Dünya  Kubokunun  “A”  kateqoriyalı  mərhələsinin  2003­cü  il  avqustun 
7­11­də Azərbaycanda keçirilməsini qərara almışdır. 
Ölkəmizin Birinci xanımının yüksək səviyyədə qayğısı və Milli Olimpiya 
Komitəsinin  gərgin  əməyi  sayəsində  Azərbaycanda  digər  idman  növləri  ilə 
yanaşı, bədii gimnastika da diqqətdən kənarda qalmamışdır.
2004­cü il avqustun 13­də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi 
irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylə­
rinə  görə  Mehriban  xanım  Əliyeva  YUNESKO­nun  xoşməramlı  səfiri  adına 
layiq görülmüşdür.
2004­cü il dekabrın 28­də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli 
Olimpiya Komitəsinin IV Baş Məclisində MOK­un İcraiyyə Komitəsinə və Yeni 
Azərbaycan Partiyası Siyasi Şurasına üzv seçilmişdir.
2005­ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban xanım 
Əliyeva “İlin qadını” adına, həmin il iyun ayının 9­da isə ictimai, mesenatlıq 
və  xeyriyyəçilik  fəaliyyətinə  görə,  təhsil  və  mədəniyyət  müəssisələrinin  dəs­
təklənməsinə,  Rusiya  və  Azərbaycan  xalqları  arasında  dostluğun  möhkəm­
lənməsində  gözəçarpan  töhfələrinə  görə  Rusiyanın  “Yüzilliyin  mesenatları” 
Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülmüşdür. O, 
2005­ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
2005­ci il noyabrın 6­da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni 
Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən irəli 
sürülmüş Mehriban xanım Əliyeva 92,12% (23106 səs) səs toplayaraq deputat 
seçilmişdir.

20
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkə­
mizin  təhsil  sisteminin  inkişafında  xidmətlərinə,  milli­mədəni  irsin  qorunub 
saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə Azərbaycanın müsbət imi­
cinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27­ci dünya 
çempionatının respublikamızda yüksək səviyyədə keçirilməsinə, genişmiqyaslı 
xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı “2005­ci ilin adamı” elan 
etmişdir.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və 
fədakar fəaliyyətinə, qayğıya ehtiyac duyan uşaqlara diqqətinə, onların yaşayış 
şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə bö­
yük dəstəyinə görə Mehriban Əliyeva 2006­cı il noyabrın 24­də İSESKO­nun 
xoşməramlı səfiri adına layiq görülmüşdür.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 2007­ci il yan­
varın 29­da Cenevrədə keçirilən 120­ci sessiyasının yekdil qərarı ilə Meh riban 
Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində 
xüsusi xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq gö rülmüşdür.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət 
sahəsində əldə etdiyi yüksək nailiyyətlərinə görə 2007­ci ilin mayında Mehriban 
Əliyeva Rusiyada “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülmüşdür.
Yetim  və  kimsəsiz  uşaqlara,  müharibə  və  təbii  fəlakətlərdən  zərər  çəkmiş 
insanlara  yardım  göstərilməsi  sahəsində  İslam  Konfransı Təşkilatı  ilə  yüksək 
səviyyədə əməkdaşlığa görə 2008­ci ilin iyununda Mehriban Əliyeva “İKT­nin 
humanitar məsələlər üzrə xüsusi elçisi” diplomuna layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2009­cu il 5 may tarixli Sərəncamı 
ilə  Mehriban Arif  qızı  Əliyeva Azərbaycan  Respublikasının  ictimai­siyasi  və 
mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı” ilə təltif 
edilmişdir.
2009­cu  il  sentyabrın  14­də Azərbaycan  ilə  Polşa  arasında  dostluq  müna­
sibətlərinin  inkişafındakı  xidmətlərinə  görə  Mehriban  xanım  Əliyeva  Polşa 
Respublikasının  “Xidmətlərə  görə”  Böyük  Komandor  Xaçı  ordeni  ilə  təltif 
edilmişdir. 
2010­cu il fevralın 15­də Mehriban xanım Əliyeva Fransaya münasibətdə 
göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respub­
likası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə 
təltif edilmişdir. 

21
mİLLƏt VƏkİLİ
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  xoşməramlı  səfiri, 
Milli Məclisin üzvü Mehriban xanım Əliyeva seçkiqabağı kampaniya zamanı 
seçicilərlə görüşlərdə qaldırılan məsələlərin həlli, verdiyi vədlərin yerinə yeti­
rilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə 2006­cı il fevralın 8­də Əzizbəyov 
rayonunun  Binə  qəsəbəsində  sakinlərlə  görüşmüş,  yeni  tikilən  obyektlərə 
baxmışdır. 
Mehriban xanım Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Möhsün 
Səlim məscidində təmir­bərpa işləri ilə tanış olmuş, yerli ustaların sənətkarlığını 
yüksək qiymətləndirmişdir. Usta və fəhlələr bildirmişlər ki, onlar məscidi əv­
vəlki  görkəminə  qaytarmaq,  keyfiyyətli  təmir  etmək  üçün  bütün  qüvvə  və 
səylərini əsirgəməyəcəklər. Milli Məclisin deputatı məscidin istilik sisteminin 
quraşdırılmasına xüsusi diqqət yetirməyi də tövsiyə etmiş, binanın daxili gör­
kəminə uyğun çilçıraq, xalı­xalçanın da sifariş olunduğunu bildirmişdir. 
Dindarlar savab əməllərinə, xeyriyyəçilik fəaliyyətinə görə Mehriban xanıma 
minnətdarlıq etmiş, milli­dini dəyərlərimizin qorunub saxlanmasına göstərdiyi 
qayğıya  görə  Prezident  İlham  Əliyevə  də  razılıqlarını,  ən  xoş  arzularını 
bildirmişlər. 
Seçkiqabağı görüşlərdə sakinlərin əsas narazılıqlarından biri elektrik enerjisi 
təchizatı ilə bağlı olmuşdu. Bununla əlaqədar Milli Məclisin deputatının  xahişinə 
əsasən, “Azərenerji” Səhmdar Cəmiyyəti “Yeni Binə” adlanan sahədə yardımçı 
stansiyanın yenidən qurulmasına başlamışdır. 
Stansiyaya  gələrək  burada  aparılan  tikinti­quraşdırma  işləri  ilə  tanış  olan 
Mehriban  xanıma  məlumat  verildi  ki,  1952­ci  ildə  istifadəyə  verilmiş  obyekt 
istismar  müddətini  başa  vurmuşdu.  Ona  görə  də  stansiya,  əslində,  tamamilə 
yenidən tikilmişdir. Burada quraşdırılan 10 və 16 kvt gücündə 2 transformator 
Binə  qəsəbəsinin  elektrik  enerjisinə  olan  hazırkı  tələbatının  yarıdan  çoxunu 
ödəyəcəkdir. Stansiya martın əvvəlində tam istismara veriləcəkdir. 
Qəsəbə  sakinləri  elektrik  enerjisi  çatışmazlığının  aradan  qaldırılmasına 
göstərdiyi köməyə görə millət vəkilinə öz razılıqlarını çatdırdılar. Stansiyanın 
ərazisində aparılmış abadlıq işlərindən də razı qaldığını bildirən Mehriban xanım 
buraya gələn yolların da qaydaya salınacağına əminliyini söylədi. Xüsusi qeyd 
etdi ki, dövlət başçısı İlham Əliyev Bakının ətraf qəsəbələrinin elektrik enerjisi
qaz,  su  təchizatını  yaxşılaşdırmaq  üçün  ayrıca  proqram  işlənib  hazırlanması 
üçün səlahiyyətli orqanlara tapşırıqlar vermişdir və bu proqram yaxın günlərdə 
təsdiq  edilərək  icrasına  başlanacaqdır.  Regionda  enerji  müstəqilliyinə  malik 
olan yeganə dövlət kimi Azərbaycanın energetika gücünün daha da artırılması, 
əhalinin,  dövlət  və  qeyri­dövlət  sektorunun  fasiləsiz  elektrik  enerjisi  ilə 
təminatına sanballı stimul verəcəkdir. 

22
Hövsan  237  nömrəli  məktəbin  müəllimi  Nəzakət  Məmmədova  həmyer­
lilərinin  ürək  sözlərini  ifadə  edərək  dedi  ki,  Heydər  Əliyev  Fondu  fəaliyyətə 
başladığı ilk gündən təhsil problemlərinin həllini özünün başlıca vəzifələrindən 
biri kimi elan etmiş, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən 
Azərbaycana yeni məktəb” proqramları çərçivəsində respublikamızda, o cüm­
lədən  Əzizbəyov  rayonunda  çox  dəyərli  işlər  görmüşdür.  Mehriban  xanım 
seçkiqabağı  görüşlərində  rayonun  bütün  qəsəbələrində  keçirdiyi  görüşlərdə 
mövcud  problemlərlə  ətraflı  tanış  olaraq,  onların  həlli  barədə  öz  təkliflərini 
hazırlamış, rəhbərlik etdiyi Fond tərəfindən proqramlar tərtib edilmiş və dərhal 
da  icrasına  başlanmışdır.  Qəsəbənin  ən  böyük  problemi  olan  su  çatışmazlığı 
artıq aradan qaldırılmışdır və elə təkcə buna görə Mehriban xanım hər bir ailənin 
sevimlisinə  çevrilmişdir,  sakinlər  özlərinə  ən  layiqli  deputat  seçdiklərinə  bir 
daha əmin olmuşlar. 
Son illər ölkəmizdə yeni təhsil, səhiyyə obyektlərinin inşasının geniş vüsət 
aldığını, ötən il Fondun təşəbbüsü ilə respublikada müasir tələblərə cavab verən 
132 məktəbin tikilib istifadəyə verildiyini, bu il isə daha 100 məktəbin, o cüm­
lədən 50­sinin Bakıda inşa olunacağını xatırladan Mehriban xanım Əliyeva, bu 
genişmiqyaslı proqramdan Əzizbəyov rayonuna da pay düşəcəyini qeyd etmişdir. 
Mehriban  xanım  ünvanına  deyilən  xoş  sözlərə,  ona  etibar  etdiklərinə  görə 
təşəkkür edərək, qaldırılan hər bir məsələnin bundan sonra da diqqətlə öyrənilib 
tədbirlər görüləcəyini söyləmişdir. Bildirmişdir ki, yaxın 2­3 ildə məktəblərin 
bütün maddi­texniki bazası yeniləşəcək, uşaqlarımızın yüksək səviyyədə təhsil 
almaları üçün hər cür şərait yaradılacaqdır. 
Sakinlərin  arzu  və  istəklərini,  ayrı­ayrı  məsələlər  barədə  müraciətlərini 
də  səbirlə  dinləyən  Mehriban  xanım  Əliyeva  Fondun  əməkdaşlarına  müvafiq 
tapşırıqlar vermişdir. 
Sonra Fondun prezidenti uşaq bağçasında gedən təmir işləri ilə tanış olmuş,  
uzun illər təmir üzü görməyən bu təlim­tərbiyə ocağının nümunəvi müəssisəyə 
çevrilməsi üçün bütün lazımi köməyin göstəriləcəyini, təzə avadanlıqla da təchiz 
olunacağını bildirmişdir. 
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  xoşməramlı  səfiri, 
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həmin gün rayonun Türkan, 
Zirə və Şüvəlan qəsəbələrində də olmuşdur. 
Mehriban  xanım  Əliyevanın  Türkanda  ilk  görüşü  qəsəbənin  alaqapısının 
tikinti  meydançasında  olmuşdur.  Bakı  ətrafındakı  iri  qəsəbələrin  girəcəyində 
alaqapılar  mövcud  olmamışdır  və  onların  tikilməsi  barədə  təşəbbüsü  Heydər 
Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva irəli sürmüşdür. 
Türkan  qəsəbəsindəki  14  saylı  uşaq  bağçasının  əsaslı  şəkildə  yeniləşməsi 
də Mehriban xanım Əliyevanın seçkiqabağı görüşlərində verdiyi vədin nəticəsi 
olmuşdur.  1933­cü  ildə  tikilmiş,  lakin  uzun  illərdən  bəri  təmir  olunmayan 
bu  binada  qısa  vaxtda  görülən  işlər  Mehriban  xanımı  razı  salmışdır.  Geniş 

23
sahəsi olan binanın bir hissəsində Mehriban xanımın şəxsi məsləhəti ilə təcili 
tibbi yardım stansiyası və aptek açılması da nəzərdə tutulmuşdur. Bu, qəsəbə 
sakinlərinin tibbi xidmətlə təmin edilməsi işinə sanballı töhfə olacaqdır. 
Mehriban  xanım  Əliyeva  bildirmişdir  ki,  Azərbaycan  Prezidenti  İlham 
Əliyevin  göstərişi  ilə  Bakıətrafı  qəsəbələrin  sosial­iqtisadi  inkişafını,  yeni  iş 
yerlərinin açılmasını, su, qaz, elektrik enerjisi təminatının yaxşılaşmasını əha­
tə edən irimiqyaslı proqram hazırlanır. Bu proqram Əzizbəyov rayonunun da 
hərtərəfli  inkişafına  yeni  stimul  verəcək,  türkanlılar  da  bunun  real  bəhrəsini 
görəcəklər. 
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  xoşməramlı  səfiri, 
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həmin gün rayonun Şüvəlan 
qəsəbəsində də olmuşdur.
Fondun prezidenti qəsəbədəki 10 nömrəli körpələr evi və uşaq bağçasında 
ötən ildə iki dəfə olmuş, 1953­cü ildə inşa edilmiş ikimərtəbəli bu təlim­tərbiyə 
müəssisəsinin  ciddi  təmirə,  əsaslı  şəkildə  yenidən  qurulmasına  zəruri  ehtiyac 
olduğunu,  bu  işə  lazımi  kömək  göstəriləcəyini  bildirmişdi.  Mütəxəssislərin 
rəyi  ilə  hazırlanmış  layihə­smeta  sənədlərində  binanın  memarlıq  baxımından 
əhəmiyyətli  olması,  buna  görə  də  əvvəlki  zahiri  görkəminin  saxlanmasının 
vacibliyi  də  nəzərə  alınmışdı.  Ötən  ilin  sonlarından  başlayaraq  burada  apa­
rılan təmir­yenidənqurma işləri xeyli sürətlənmişdir. Binanın dam örtüyü dəyiş­
dirilmiş,  özüldə  bərkitmə  işləri  aparılmışdır.  Mehriban  xanım  Əliyeva  təmir 
işlərinin tezliklə tamamlanıb binanın yenidən uşaqların istifadəsinə verilməsinin 
zəruriliyini vurğulamışdır. 
Qəsəbə sakinləri Heydər Əliyev Fondunun hazırlayıb həyata keçirdiyi “Dia­
betli  uşaqlara  ən  yüksək  qayğı”,  “Talassemiyasız  həyat  naminə”,  “Yeniləşən 
Azərbaycana  yeni  məktəb”,  “Uşaq  evləri  və  internat  məktəblərinin  inkişafı” 
və  digər  layihələrin  cəmiyyətdə  yüksək  dəyərləndirildiyini  vurğuladılar.  Eyni 
zamanda, ötən parlament seçkilərində yekdilliklə səs verdikləri ölkənin Birinci 
xanımının deputat kimi fəaliyyətindən qürur duyduqlarını söylədilər, seçkiqabağı 
vədləri yerinə yetirdiyinə, problemlərin həllinə ardıcıl diqqət, tələbkar münasibət 
göstərdiyinə  görə  razılıqlarını  bildirdilər.  Xəstəxananın  yenidən  qurulması 
təşəbbüsünə görə də minnətdarlıq etdilər. 
Mehriban  xanım  Əliyeva  son  vaxtlar  respublikamızda  səhiyyə  sistemində 
köklü islahatların başlandığını, geniş layihələrin hazırlandığını, müasir tələblərə 
cavab verən yeni infrastrukturun yaradıldığını bildirdi. O dedi ki, Prezident İlham 
Əliyevin  tapşırığı  ilə  Bakıətrafı  qəsəbələrin  sosial  problemlərinin  həlli  üçün 
geniş dövlət proqramı hazırlanır. Onun həyata keçirilməsi Əzizbəyov rayonunda 
olan çatışmazlıqların da aradan qaldırılmasına imkan yaradacaqdır. Bu qəsəbədə 
lazımi tibb xidmətinin təşkili üçün imkan olmamasından təəssüfləndiyini söy­
ləyən Mehriban xanım bildirdi ki, əslində, yenidən tikilən bu binada xeyli təzə 

24
şöbələr  də  açılacaq,  müasir  tibb  avadanlığı  alınıb  quraşdırılacaq,  xəstəxana 
ixtisaslı həkimlərlə tam komplektləşdiriləcəkdir. Hazırlanan dövlət proqramında 
burada diaqnostika mərkəzinin inşası da nəzərdə tutulur. 
Xəstəxana binasında aparılan yenidənqurma işləri ilə ətraflı tanış olan, key­
fiyyətə  xüsusi  diqqət  yetirilməsinin  zəruriliyini  vurğulayan  Mehriban  xanım 
Əliyeva  Fondun  əməkdaşlarına  tez­tez  buraya  baş  çəkməyi  və  işlərin  gedişi 
barədə ona məlumat verməyi tapşırdı. 
Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsi Heydər 
Əliyev  Fondunun  hazırladığı  “Uşaq  evləri  və  internat  məktəblərinin  inkişafı” 
proqramına  müvafiq  olaraq,  əslində,  tamamilə  yenidən  qurulur.  Layihəçi  və 
inşaatçılar Mehriban xanıma nəzərdə tutulan işlər barədə ətraflı məlumat verdilər. 
Bildirildi ki, burada ikimərtəbəli yataqxana, təlim­tədris korpusları, yeməkxana, 
mətbəx, duşxana, tibbi müayinə otağı və s. tikiləcək, ərazidə idman­sağlamlıq 
guşəsi, istirahət mərkəzi yaradılacaqdır. Təzə avadanlıq sifariş verilmiş, ərazidə 
yaşıllaşdırma işlərinə də başlanmışdır. Hazırda 45 nəfərin çalışdığı bu obyekt, 
nəzərdə tutulduğu kimi, mayın 10­dək istifadəyə veriləcəkdir. 
Mehriban xanım Əliyeva yardımçı binaların köhnə şəkilləri və yeni layihə 
sənədləri ilə ətraflı tanış olduqdan sonra düşərgənin payız­qış mövsümündə də 
fəaliyyət göstərməsi təklifini verdi, bununla bağlı daha hansı işlərin görülməli 
olduğunu  soruşdu.  Fikir  mübadiləsindən  sonra  bu  kompleksdə  digər  zəruri 
tədbirlərin də görülməsinin, xüsusilə qazanxana­istilik sisteminin yenidən layi­
hələndirilməsinin vacibliyi  bildirildi. Fondun prezidenti bunun üçün qısa vaxtda 
müvafiq işlərin görülməsini tapşırdı.
Noyabrın  6­da Azərbaycan  Respublikasının  ali  qanunvericilik  orqanına  – 
Milli Məclisə seçkilər keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının verdiyi mə­
lumata görə, 5 min 137 məntəqədə 4 milyon 662 min 603 seçicinin 46,83 faizi, 
yəni 2 milyon 183 min 913 nəfəri səsvermədə iştirak etmişdir. 
Azərbaycan  Respublikasının  Konstitusiyası,  Seçki  Məcəlləsi,  Prezident 
İlham  Əliyevin  seçkilərlə  bağlı  mayın  11­də  və  oktyabrın  25­də  imzaladığı 
sərən camlar  seçkilərin  azad,  şəffaf  və  demokratik  keçməsi,  vətəndaşların  öz 
iradələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür imkan və şərait yaratmışdır. 
Bunu hələ seçkilərdən əvvəl 45 ölkədən Azərbaycana gəlmiş 1580­dən çox bey­
nəlxalq müşahidəçinin böyük əksəriyyəti də təsdiq etmişdir. 
Namizədliyi  Yeni  Azərbaycan  Partiyası  tərəfindən  Mərdəkan,  Şüvəlan, 
Zirə, Türkan  və  Binə  qəsəbələrini  əhatə  edən  14  saylı  Əzizbəyov  ikinci  seç­
ki dairəsindən irəli sürülmüş və 26.08.2005­ci il tarixində qeydə alınmış Azər­
baycan  Respublikasının  Birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  Prezidenti, 
YUNESKO­nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyeva  92,12%  (23106 
səs) səs toplayaraq deputat seçilmişdir. 

25
Qeyd etmək lazımdır ki, 14 saylı Əzizbəyov ikinci seçki dairəsi üzrə ümumi 
sayı 41292 olan seçicilərin 64,93%­i səsvermədə iştirak etmişdir. Bu dairədən 
namizədliyi irəli sürülmüş beş namizədin topladığı səs faizləri aşağıdakı kimi 
olmuşdur: 
Əliyeva Mehriban Arif qızı – 92,12% (23106 səs) 
Rüstəmov Həsrət Qurbanəli – 5,60% (1405 səs) 
Hacıyev Bəyəli Ələkbər – 1,00% (253 səs) 
Əzizbəyova Səbinə Mikayıl – 0,74% (186 səs) 
Xəlilov Məmməd  Nizami – 0,52% (132 səs) 
Azərbaycan  Respublikasının  Birinci  xanımı, Azərbaycan­ABŞ  parlament­
lərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, 
YUNESKO­nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ABŞ­a 2006­cı il 
dekabrın 4­də başlanmış səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdir. 
ABŞ  Konqresində  Azərbaycan  üzrə  işçi  qrupunun  həmsədrləri,  konqres­
menlər demokrat Solomon Ortis, respublikaçı Bil Şuster və qrupun üzvləri Ed 
Uilfild,  Visente  Foks  ilə  görüşündə  xanım  Mehriban  Əliyeva Azərbaycan  ilə 
ABŞ  arasında  münasibətlərin  yüksək  səviyyədə  olduğunu  və  uğurla  inkişaf 
etdiyini  vurğulamışlar.  Görüş  zamanı  bir  neçə  aktual  məsələ,  o  cümlədən 
Ermənistan­Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azadlığa Dəstək 
Aktına 907­ci düzəlişin aradan qaldırılması, Azərbaycanın geostrateji mövqeyi, 

26
ölkəmizin müasir durumu ətrafında müzakirələr aparılmışdır. Hər iki tərəf par­
lamentlərarası  əlaqə  və  mübadilələrin  ölkələrimiz  arasında  münasibətlərin 
daha da gücləndirilməsi üçün əhəmiyyətini vurğulamış və bu sahədə müəyyən 
proqramın tərtib edilməsinin zəruriliyini qeyd etmişlər. 
Mehriban  xanım  ABŞ  Konqresinin  Avropa  və  yeni  təhlükələr  üzrə  alt 
komitəsinin  sədri  vəzifəsinin  icrasına  yaxın  günlərdə  başlayacaq  konqresmen 
Robert  Ueksler  ilə  görüşmüşdür.  Ölkələrimiz  arasında  münasibətlərin  bütün 
sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Mehriban xanım Əliyeva ABŞ­ın 
dəstəyi ilə regionda həyata keçirilən layihələrin əhəmiyyətini, ölkəmiz dövlət 
müstəqilliyini əldə etdikdən sonra ABŞ­ın Azərbaycana güclü dəstək verdiyini 
qeyd  etmişdir.  Mehriban  xanım  Robert  Ueksleri  ölkəmizdə  həyata  keçirilən 
islahatlar,  əldə  edilmiş  nailiyyətlər  ilə  tanış  olmaq  üçün  Azərbaycana  səfərə 
dəvət etmişdir. 
Konqresmen Ueksler Azərbaycanın ABŞ üçün əhəmiyyətinə toxunaraq, yeni 
seçilmiş Konqresin Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana diqqətini 
daha da artıracağına ümidvar olduğunu bildirmişdir. 
Görüşdə regional vəziyyət, Azadlığa Dəstək Aktına 907­ci düzəlişin ləğvi 
istiqamətində səylərin artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi 
aparılmışdır. 
Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  xanım  Əliyeva  Corc  Buş 
Prezident Kitabxanası Fondunun prezidenti, ABŞ­ın Milli təhlükəsizlik məsə­
lələri üzrə sabiq müşaviri general Brent Skoukroftla görüşmüşdür. Söhbət za­
manı Heydər Əliyev Fondu ilə Corc Buş Prezident Kitabxanası Fondu arasın da 
əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi məsələləri 
müzakirə  edilmişdir.  General  Brent  Skoukroft  Mehriban  xanım  Əliyevanın 
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil, mədəniyyət və səhiyyə sahəsində 
həyata keçirdiyi layihələr barədə məlumatı maraqla dinləmiş və görülən işləri 
yüksək qiymətləndirmişdir. 
Azərbaycanın  Birinci  xanımı  Vaşinqtonun  nüfuzlu  təhlil  və  tədqiqat  mər­
kəzlərinin,  universitetlərinin  nümayəndələri  ilə  görüş  keçirmişdir.  Görüşdə 
ABŞ­ın  tanınmış  alim  və  ictimai  xadimləri,  o  cümlədən  Syuzan  Eyzenhauer, 
Frederik Star, Svant Kornel, Ancela Stend, Ceyms Beyker, Rob Sobhani, Roald 
Saqdeyev, Ariel  Koen  iştirak  etmişlər. ABŞ­Azərbaycan  münasibətlərinin  in­
kişafını  yaxından  izləyən  alimlər  Azərbaycanın  hazırkı  mərhələsinə  dair  öz 
mülahizələrini söyləmiş və bu münasibətlərin dinamikasına yeni ahəng vermək 
üçün fikirlərini bildirmişlər. 
Səfər zamanı Mehriban xanım Əliyeva həmçinin “Volter Rid” adına hərbi 
tibb mərkəzində və Vaşinqtondakı Toxuculuq muzeyində olmuşdur. Toxuculuq 
muzeyində Azərbaycan xalçaçılıq muzeyi ilə uğurla həyata keçirilən layihələr 
barədə Azərbaycanın Birinci xanımına məlumat verilmişdir. 

27
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  xoşməramlı  səfiri 
Mehriban xanım Əliyeva Vaşinqtondakı ABŞ­Azərbaycan Ticarət Palatası nəz­
dində olan Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində Amerikada yaşayıb 
fəaliyyət göstərən azərbaycanlı və amerikalı incəsənət xadimləri ilə görüşmüşdür. 
Azərbaycan ilə ABŞ arasında münasibətlərin yüksək səviyyəsindən danışan 
Mehriban xanım Əliyeva vurğulamışdır ki, zəngin mədəni irsimizin Amerikada 
tanıdılmasına dair layihələrin həyata keçirilməsinə ehtiyac vardır. 
Dekabrın  7­də Azərbaycanın  Birinci  xanımı  Mehriban  Əliyeva Ağ  evdə 
ABŞ­ın  Birinci  xanımı  Lora  Buş  ilə  görüşmüşdür.  Mehriban  xanım  Əliyeva 
ABŞ­a səfəri zamanı göstərilən qonaqpərvərliyə görə xanım Lora Buşa təşək­
kürünü bildirmişdir. Səmimi şəraitdə keçən söhbətdə iki ölkənin birinci xanım­
ları Azərbaycan­ABŞ münasibətlərinin möhkəmləndirilməsində təhsil, səhiyyə, 
mədəniyyət sahələrinin rolundan danışmışlar. 
Səfər  çərçivəsində  Mehriban  xanım  Əliyeva  ABŞ  senatoru  Key  Beyli 
Hatçinson və Konqresin üzvü Şila Sikula Qibs ilə görüşmüşdür. 
Mehriban  xanım  Əliyevanın  Azərbaycanın  ABŞ­dakı  səfirliyində  Ameri­
kanın müxtəlif ştatlarında təhsil alan azərbaycanlı tələbələr ilə görüşü maraqlı 
keçmişdir. Heydər Əliyev Fondunun fəaliyyətində təhsil layihələrinin prioritet 
yer tutduğunu qeyd edən Mehriban xanım Əliyeva Fondun bu istiqamətdə apar­
dığı konkret işlərdən danışmışdır. O, Prezident İlham Əliyev tərəfindən imza­
lanmış  Fərmanın  Azərbaycanın  istedadlı  tələbələrinin  xarici  ölkələrdə  təhsil 
almasına  geniş  imkanlar  açacağını  bildirmişdir. Azərbaycanın  Birinci  xanımı 
tələbələri ABŞ­da  təhsillərini  bitirdikdən  sonra  Vətənə  qayıdıb  biliklərini  öl­
kənin inkişafı naminə sərf etməyə çağırmışdır. 
ABŞ­Azərbaycan Ticarət Palatası Vaşinqtonun möhtəşəm “Endryu Melon” 
Auditoriumunda  Azərbaycanın  Birinci  xanımı  Mehriban  Əliyevanın  şərəfinə 
ziyafət vermişdir. Ziyafətdə 300­dən artıq qonaq, o cümlədən Ağ evin və Dövlət 
Departamentinin yüksək vəzifəli rəsmiləri, ABŞ Konqresinin üzvləri, görkəmli 
siyasi və ictimai xadimlər, xarici ölkələrin ABŞ­da akkreditə olunmuş səfirləri 
iştirak etmişlər. Mərasimin aparıcısı, ABŞ­Azərbaycan Ticarət Palatasının həm­
sədri  Ceyms  Beyker  Mehriban  xanımı  və  onu  müşayiət  edən  Milli  Məclisin 
üzvlərini salamlamışdır. Ziyafətdə ABŞ Senatının Xarici əlaqələr komitəsinin 
sədri,  senator  Riçard  Luqar  geniş  nitq  söylədikdən  sonra  Mehriban  xanım 
Əliyevaya söz verilmişdir. Mehriban xanım Əliyeva nitqində ABŞ­a səfərindən 
məmnunluğunu  ifadə  etmiş,  Azərbaycan­ABŞ  əlaqələrinin  əhəmiyyətindən 
danışmış  və  bu  səfərin  ikitərəfli  əməkdaşlığın  daha  da  genişləndirilməsi  və 
möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir. 
Mehriban  xanım  Əliyevaya ABŞ­Azərbaycan Ticarət  Palatasının  “2006­cı 
ilin xoşməramlı səfiri” mükafatı təqdim edilmişdir. 
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ABŞ­a işgüzar səfəri çər­
çivəsində dövlət katibinin ictimai diplomatiya və ictimai məsələlər üzrə müavini 

28
Karen Hyuz ilə görüşmüşdür. Mehriban xanım rəhbərlik etdiyi Heydər Əliyev 
Fondu tərəfindən humanitar sahədə həyata keçirilən layihələr barədə danışmış, 
neftdən əldə edilən gəlirlər hesabına ölkəmizdə təhsil, səhiyyə və mədəniyyət 
sahələrinin  inkişaf  etdirildiyini  vurğulamışdır.  O,  Ermənistan­Azərbaycan, 
Dağlıq  Qarabağ  münaqişəsindən  söhbət  açaraq,  bu  münaqişə  nəticəsində  va­
lideynlərindən  məhrum  olmuş  uşaqlara  qayğı  göstərilməsinin  Heydər  Əliyev 
Fondunun daim diqqət mərkəzində olduğunu qeyd etmişdir. 
Mehriban  xanım  Əliyeva  ABŞ  dövlət  katibinin  demokratiya  və  qlobal 
məsələlər üzrə müavini Paula Dobryanski ilə görüşmüşdür. Azərbaycanda tam 
dini və etnik tolerantlığın mövcud olduğunu qeyd edən Mehriban xanım Əliyeva 
YUNESKO  və  İSESKO­nun  xoşməramlı  səfiri  kimi  bu  istiqamətdə  bütün 
təkliflərə  açıq  olduğunu  vurğulamışdır.  Görüş  zamanı  Azərbaycanın  Birinci 
xanımı ölkəmizdə demokratik təsisatların daha da təkmilləşdirilməsi üçün görü­
lən tədbirlər barədə də danışmışdır. 
Milli  Məclisin  2007­ci  il  mayın  8­də  keçirilmiş  iclasında  əvvəlcə  parla­
mentin sədri Oqtay Əsədovun təşəbbüsü ilə Azərbaycanın ən qədim mədəniyyət 
mərkəzlərindən biri olan Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalı 
zamanı şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla 
yad edilmişdir.
Sonra Oqtay Əsədov gündəlikdəki birinci məsələ – Heydər Əliyev Fondunun 
prezidenti,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyevanın  hazırladığı 
“Azərbaycan  xalqının  Ümummilli  Lideri  Heydər  Əliyevin  xatirəsinə  həsr 
olunmuş amnistiya haqqında” qərar layihəsini müzakirəyə təqdim etmişdir.
Əvvəlcə  layihənin  müəllifi,  Heydər  Əliyev  Fondunun  prezidenti,  Milli 
Məclisin deputatı mehriban xanım Əliyeva çıxış edərək demişdir: 
“Hörmətli sədr!
Hörmətli həmkarlar! 
Bu gün sizin diqqətinizə amnistiya aktının layihəsi təqdim olunmuşdur. Bu 
təşəbbüsü  irəli  sürərkən  mən  hesab  edirdim  ki,  səhv  etmiş,  cinayət  törətmiş 
insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, 
yaxınlarına  qovuşsunlar,  cəmiyyətdə  öz  yerlərini  tapa  bilsinlər.  Ağır  cinayət 
törətməyən  insanları  bağışlayaraq  biz  həm  onları  normal  həyata  qaytarırıq, 
həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini 
nümayiş etdiririk. 
Mən  əminəm  ki,  cəmiyyətdə  bütün  ağır,  çətin  problemləri  xeyirxahlıqla, 
insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiy­
yətinin formalaşmasında ən əsas şərtlərdən biridir. 
Fikrimcə, vətəndaş cəmiyyəti elə bir cəmiyyətdir ki, orada bütün azadlıqlar, 
qanunun aliliyi mövcuddur, vətəndaşlar fəaldır, cəmiyyətdə birlik və mərhəmət 
vardır.  Məhz  belə  bir  cəmiyyətin  qurulması  üçün  dahi  azərbaycanlı,  böyük 

29
insan Heydər Əliyev öz səylərini göstərmişdir. O, Azərbaycanı müstəqil, azad, 
qüdrətli, güclü və firavan dövlət kimi görmək istəyirdi və bu gün ölkəmiz bu 
istiqamətdə inkişaf edir. Mən ümidvaram ki, Heydər Əliyevin xatirəsinə həsr 
olunmuş amnistiya aktı bütün həmkarlarım tərəfindən dəstəklənəcək. 
Təşəkkür edirəm”. 
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komis­
siyasının  sədri  Əli  Hüseynov  layihə  barədə  məlumat  verərək  bildirmişdir  ki, 
Heydər Əliyev Fondu həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda 
elm, təhsil, mədəniyyət və sosial sahələrdə bir çox tədbirlər həyata keçirmişdir. 
Humanizm və insanpərvərlik Heydər Əliyev Fondunun başlıca məramlarından 
biridir və müzakirəyə təqdim olunmuş amnistiya layihəsi də humanist əməllərin 
məntiqi davamıdır. 
Amnistiya aktı əsasən böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə 
görə məhkum olunmuş qadınlara, birinci qrup əlillərə, 60 yaşına çatmış kişilərə, 
cinayət törədərkən 16 yaşına çatmayanlara, himayəsində yetkinlik yaşına çat­
mayan  və  ya  1­ci  və  2­ci  qrup  əlil  övladı  olan  kişilərə,  habelə  Azərbaycan 
Respublikasının suverenliyi, ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə 
iştirak etmiş şəxslərə, bu döyüşlərdə həlak olmuş, xəbərsiz itkin düşmüş şəxs­
lərin  yaxın  qohumlarına,  1948­ci,  1953­cü  və  1988­ci  illərdə  Ermənistandan 
deportasiya olunmuş şəxslərə, 1988­1993­cü illərdə işğal nəticəsində məcburi 
köçürülmüş şəxslərə, 1990­cı ilin 20 Yanvar faciəsində və Xocalı soyqırımında 
əlil olmuş şəxslərə və şəhid olmuş şəxslərin yaxın qohumlarına şamil ediləcəkdir.
Amnistiya  aktının  Heydər  Əliyevin  xatirəsinə  həsr  olunması  da  məntiqə 
uyğundur. Ona görə ki, məhz Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin 
mahiyyətini  özündə  əks  etdirən  humanizm  nəticəsində  1995­ci  ildən  əfv  və 
amnistiya  təsisatları  bərpa  edilmiş,  həmin  vaxtdan  ölkəmizdə  Ulu  Öndərin 
təşəbbüsü ilə 7 amnistiya aktı, 32 əfv fərmanı qəbul olunmuş və minlərlə insan 
azadlığa çıxmışdır. 
Məhz  Heydər  Əliyevin  təşəbbüsü  ilə  1993­cü  ildə  ölüm  cəzasının  icrası 
dayandırılmış,  1998­ci  ildə  isə  bu  cəza  növü  birdəfəlik  ləğv  olunmuşdur. 
Beləliklə,  Azərbaycan  Şərqdə  ölüm  cəzasını  ləğv  edən  ilk  dövlət  olmuşdur. 
Belə bir siyasət nəticəsində Azərbaycanda cinayətkarlığa qarşı uğurla mübarizə 
aparılmış,  cinayət  törətmiş  şəxslərə  humanistlik  göstərilmiş  və Azərbaycanda 
ictimai­siyasi sabitlik bərqərar olmuşdur. 
Sonuncu amnistiya aktı parlament tərəfindən 2003­cü ildə qəbul edilmişdir. 
Bu baxımdan da yeni amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisin deputatı 
Mehriban xanım Əliyevanın təşəbbüsü çox aktualdır. Bu addım cinayət­hüquq 
siyasətinin liberallaşdırılması, cinayətkarlığın profilaktikası və onun qarşısının 
alınması  cəzaçəkmə  müəssisələrində  məhkumların  sayının  azalmasına  gətirib 
çıxaran çox müsbət bir amildir. Statistik məlumatlara görə, 1992­ci ildə əhalinin 
hər yüz min nəfərinə nisbətdə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin 

30
sayı 390 idisə, bu rəqəm 1993­cü ildən həyata keçirilən humanist siyasət nəti­
cəsində getdikcə azalmış, 2003­cü ilin amnistiya aktından sonra 200­dən aşağı 
olmuşdur.  Bu  göstərici  ilə  biz  MDB  ölkələrini  qabaqlayaraq,  Şərqi  Avropa 
ölkələri  ilə  bir  səviyyəyə  çatmışıq.  Bu  baxımdan  da  yeni  amnistiya  aktının 
müstəsna əhəmiyyəti olacaqdır. 
Amnistiya aktı üç hissədən ibarətdir. Birinci hissədə amnistiya tətbiq edi­
ləcək  şəxslərin  dairəsi  müəyyənləşdirilir.  Aparılan  təhlillərə  görə,  amnistiya 
nəticəsində 1500 şəxsin cəzaçəkmə müəssisələrindən azad olunması gözlənilir. 
Təqribən 7500 nəfərin isə (bu şəxslər azadlıqdan məhrumetmə ilə bağlı olmayan 
cəzalara məhkum şəxslərdir) cəzalardan azad edilməsi nəzərdə tutulur. Beləliklə, 
amnistiyanın təsir dairəsinə təxminən 9000 şəxsin düşməsi ehtimal olunur. 
Sənədin  ikinci  hissəsində  isə  amnistiyanın  tətbiqinin  məhdudiyyətləri 
müəyyənləşdirilmişdir.  Amnistiya  aktı  fərdi  qaydada  müəyyən  edilməyən 
şəxslər barəsində qəbul edilən qərardır və buna görə də ağır və xüsusilə ağır 
cinayətlərə, korrupsiya cinayətinə görə, o cümlədən cinayətin xarakterindən asılı 
olaraq, Cinayət Məcəlləsinin bir sıra maddələri ilə məhkum olunmuş şəxslərə 
amnistiyanın tətbiqi məhdudlaşdırılır. Eyni zamanda, layihənin ikinci hissəsinin 
6­cı bölməsində “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” 
1994­cü il 24 fevral tarixli Qanuna da istinad olunur. Bu Qanuna görə, 1990­cı il 
yanvarın 19­u və 20­də Bakı şəhərinə sovet qoşunlarının qanunsuz yeridilməsi 
ilə  əlaqədar  törədilmiş  cinayətlərdə,  Xocalı  soyqırımının  baş  verməsində,  o 
cümlədən  Azərbaycan  ərazilərinin  erməni  silahlı  qüvvələri  tərəfindən  işğal 
edilməsində təqsirli bilinən şəxslər barəsində amnistiyanın tətbiqi qadağandır. 
Qərarın üçüncü hissəsi isə amnistiyanın tətbiqi qaydalarına həsr olunmuşdur. 
Amnistiya aktı qüvvəyə mindiyi gündən, qüvvəyə minmiş ittiham hökmləri ilə 
məhkum olunmuş şəxslər barəsində tətbiq olunur. Bu hissədə, eyni zamanda, 
amnistiyanı icra edəcək orqanlar sadalanır. Amnistiyanın tətbiqi müddəti 3 ay 
müəyyənləşdirilmişdir.
Layihə Azərbaycan Respublikasında mövcud olan qanunvericilik texnikasına 
uyğun hazırlanmışdır. 
Respublika Prokurorluğunun, Ədliyyə Nazirliyinin mütəxəssisləri layihədə 
nəzərdə tutulanların icrası ilə bağlı fikirlərini bildirmişlər. 
Müzakirələr zamanı deputatlar amnistiya aktı layihəsini çox yüksək dəyər­
ləndirmiş və Heydər Əliyev siyasətinin məntiqi davamı kimi səciyyələndirmişlər. 
Qərar layihəsi lehinə 112 səs olmaqla yekdilliklə təsdiq edilmişdir. 
2009­cu  ildə  Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  və 
İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliye­
va Novruz bayramı münasibətilə amnistiya elan edilməsi təklifi ilə Milli Məclisə 
müraciət etmişdir. 
Müraciətdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin 
irsini və siyasi məfkurəsini təşviq edən Heydər Əliyev Fondunun Ulu Öndərin 

31
sosial­iqtisadi,  mədəni  inkişafa,  dünya  birliyinə  inteqrasiyaya  yönəlmiş  siya­
sətinin öyrənilməsinə və bu ideyaların həyata keçirilməsinə hər zaman dəstək 
verdiyi vurğulanır. Mayın 10­da 5­ci ildönümü qeyd olunacaq Fond bu istiqa­
mətdə iş apararaq cəmiyyət həyatında önəmli yer tutmağa çalışır. Müraciətdə 
qayğı və yardıma ehtiyacı olan insanlara kömək göstərilməsi ümummilli liderin 
insanpərvərlik  və  humanizm  ideallarının  daşıyıcısı  olan  Heydər  Əliyev  Fon­
dunun fəaliyyətində əsas qayələrdən biri kimi dəyərləndirilir. 
Bu baxımdan Heydər Əliyev Fonduna məhkum edilmiş şəxslərdən və onların 
ailə üzvlərindən çoxlu müraciətlərin daxil olduğu, bununla bağlı araşdırmaların 
aparıldığı qeyd olunur və həmin insanlara münasibətdə də mərhəmət göstərilməsi 
zərurəti vurğulanır. 
Müraciətdə  ümummilli  liderin  humanist  siyasətinə  sədaqət  nümayiş  etdi­
rilərək Azərbaycan xalqının firavanlıq, əmin­amanlıq və mərhəmət rəmzi olan 
milli bayramı – Novruz bayramı münasibətilə amnistiyanın elan edilməsi təşəb­
büsü irəli sürülür. 
 Amnistiya Aktının layihəsində böyük ictimai təhlükə törətməyən və bir sıra 
az ağır cinayətlərə görə məhkum edilmiş qadınların, cinayət törədərkən 18 yaşına 
çatmayanların,  birinci  və  ya  ikinci  qrup  əlillərin,  60  yaşına  çatmış  kişilərin, 
öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı 
olanların  və  bəzi  digər  kateqoriyadan  olan  şəxslərin  azadlıqdan  məhrumetmə 
cəzasından azad ediləcəyi nəzərdə tutulur. 
Həmçinin azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış 
qadınlara və kişilərə, islah işləri, ictimai işlər cəzasına məhkum edilmiş bütün 
şəxslərə,  habelə  cərimə  cəzasına  məhkum  edilmiş,  cəzasının  çəkilməsi  təxirə 
salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara 
amnistiya tətbiq etməklə, onların cəzadan azad olunmaları təklif edilir. 
Aparılan  təhlillərə  əsasən  təqribən  9  min  şəxsin Amnistiya Aktının  təsiri 
altına düşməsi ehtimal olunur. Bunlardan təqribən 1700 məhkumun azadlıqdan 
məhrumetmə yerlərindən azad edilməsi gözlənilir.  
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun 
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2009­cu il  
martın 18­də Bakının Əzizbəyov rayonunda olmuşdur.
Fondun prezidenti əvvəlcə Buzovna qəsəbəsində yenidənqurma işləri davam 
edən Cümə məscidinə baş çəkmişdir.
Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çər­
çivəsində yenidən qurulan bu məscidin tikintisinə hələ 1896­cı ildə başlansa da, 
1900­cü ildən inşaat işləri yarımçıq qalmışdı. Sovet dövründə tikilidən anbar 
və  dükan  kimi  istifadə  olunmuşdur.  2006­cı  ilin  dekabrında  Heydər  Əliyev 
Fondunun prezidenti Mehriban xanımın şəxsi təşəbbüsü ilə məscidin yenidən 
qurulması üçün smeta dəyəri 700 min manat olan layihə hazırlanmış, 2007­ci 
ilin fevralında işə başlanılmışdır. 

32
Sahəsi 500 kvadratmetr olan məsciddən başqa burada köməkçi və inzibati 
binalar, kişilər və qadınlar üçün dəstəmazxanalar, digər otaqlar vardır. Məscidin 
hündürlüyü  28  metr,  o  cümlədən  günbəzin  hündürlüyü  12  metrdir.  Podratçı 
şirkət həmin vaxtadək 550 min manatlıq iş görmüşdür.
Mehriban xanımın diqqətinə çatdırılmışdır ki, tikinti işləri zamanı qadınların 
və  kişilərin  ayrı­ayrılıqda  ibadət  etməsi  üçün  imkan  yaradılması  nəzərə 
alınmışdır. Belə ki, məscidin 1­ci mərtəbəsində kişilər, 2­ci mərtəbəsində isə qa­
dınlar ibadət edəcəklər. Məsciddə eyni vaxtda 500 nəfər namaz qıla biləcəkdir. 
2009­cu ilin birinci rübündə tikinti işləri başa çatacaq, sonra məscidin həyəti 
abadlaşdırılacaq, ağaclar əkiləcəkdir.
Görülən işləri yüksək qiymətləndirən Heydər Əliyev Fondunun prezidenti 
binanın divarlarında bəzək işlərinin milli üslubda aparılması ilə bağlı tövsiyələrini 
vermişdir.
Buzovna  sakinləri  onların  problemlərinin  həllinə  göstərdiyi  diqqətə  görə 
Mehriban xanıma minnətdarlıqlarını bildirmişlər. Prezident İlham Əliyevin və 
Mehriban xanımın Novruz bayramını təbrik edən sakinlər Azərbaycanın Birinci 
xanımına xatirə hədiyyəsi təqdim etmişlər.

33

34

35

36

37

38
Yüklə 61,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin