Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün



Yüklə 61.71 Kb.

səhifə14/17
tarix14.04.2017
ölçüsü61.71 Kb.
1   ...   9   10   11   12   13   14   15   16   17

mƏnƏVİ İrsİmİz
Azərbaycan  xalqının  klassik  mədəni  irsi,  cəmiyyətin  mənəvi  və  sosial 
həyatına daxil olmuş dini­fəlsəfi təlim  –  sufizm ilə qırılmaz tellərlə bağlı ol­
muşdur.  Azərbaycanda  islamaqədərki  dövrün  zəngin  mədəni  ənənələrinin 
saxlanılması  və  yenidən  dərkində  sufizm  müstəsna  rol  oynamışdır.  Sufizmlə 
bağlı  yaranmış  fəlsəfi,  etik  və  estetik  normalar  müəyyən  bir  həyat  tərzini 
şərtləndirərək, Azərbaycan  xalqının  mədəniyyət  və  incəsənətinə  elə  dərindən 
nüfuz etmişdir ki, onları öyrənmədən, o dövrün fəlsəfəsini, poeziyasını, musi­
qisini və incəsənətini daha dərindən dərk etmək çətindir. Sufilər habelə hesab 
edirdilər ki, insanın ən yüksək həyat amalı şəxsiyyətin mənəviləşməsi və ka­
milləşməsidir. Ancaq kamil bir şəxsiyyət Allaha olan mistik məhəbbət vasitəsi­
lə müəyyən bir əhval­ruhiyyədə ona yaxınlaşmaq və onunla qovuşmaq iqtida­
rındadır. Bu vəziyyətə çatmaqda musiqi, poeziya və rəqs sufilərə yardımçı idi. 
Belə ki, sufi ordenlərində təşəkkül tapmış mərasimlər həyata keçirilir, Sufi xa­
nəgahlarında yaşayan sufi­dərvişlər hər bahar səyahətə çıxır və bu təlimi təbliğ 
edirdilər. 
Səyyah sufi­dərvişlər xalq arasında o qədər populyar idilər ki, xalq nağıl və 
dastanlarının  qəhrəmanlarına  çevrilir,  onların  təsviri  miniatürlərdə,  xalçalarda 
və s.­də həkk olunurdu. Azərbaycan torpağında Şərqin məşhur sufi alimləri – 
ulu şeyxlər Səfiəddin İshak Ərdəbili, Əbuhəfs Ömər əs­Sührəvərdi və Sədrəd­
din əl­Xəlvəti yaşayıb yaratmışlar. Dünyada tanınmış Səfəviyyə, Sührəvərdiy­
yə,  Xəlvətiyyə  ordenlərini  məhz  onlar  yaratmışdı. Azərbaycan,  sufi  aləmində 
böyük nüfuza malik Baba Kuhi Bakuvi, Əyn əl­Kuzat, Şeyx Zahid Lənkərani, 
Mahmud Şəbustəri, Əbu Nəcib əs­Sührəvərdi, Şihabəddin Əbülfatih Sührəvər­
di, Fəzlullah Təbrizi, Şibli və başqalarının vətənidir. Nizami, Məhsəti Gəncəvi, 
Həqiqi, Nəsimi, Xətai, Füzuli, Mirzə Şəfi Vazeh kimi dahi Azərbaycan şairləri­
nin  yaradıcılığı  da  sufizm  ideyaları  ilə  hopdurulmuşdur.  Sufizmin  təsirindən 
XIX­XX  əsrlərin  əvvəllərində  yaşayıb­yaratmış Azərbaycan  şair  və  yazıçıları 
da yan keçməmişlər. XX əsrin əvvəllərində yaranmış romantizm ədəbi məktə­
binin banisi Hüseyn Cavid, Məhəmməd Hadi və başqalarının əsərlərindəki güc­
lü və təsirli romantik obrazlar sufi ideallarını özlərində daşıyan qəhrəmanlardır. 
Musiqi sənətinin və musiqi ənənələrinin inkişafı və hifz olunmasında da sufilər 
böyük rol oynamışlar.  Sufı məclislərində daim musiqi səslənir, mərasim rəqs­
ləri ifa olunurdu. Bu məclislərdə qadınlar da iştirak edir, şeirlər söyləyir, oxu­
yur və rəqs edirdilər. Jurnalın bu nömrəsi sufizmin Azərbaycan mədəniyyəti və 
incəsənətinə  təsirindən  bəhs  edən  materialları  təqdim  edir.  İnanırıq  ki,  topla­
dığımız  və  təqdim  etdiyimiz  materiallar  oxucu  auditoriyası  tərəfindən  böyük 
maraqla qarşılanacaq.

173
musİqİ, musİqİ…
Dünyanın  ən  dilbər  guşələrindən  biri  olan Azərbaycan  əsrlər  boyu  böyük 
mədəniyyətin beşiyi, musiqiçilərin vətəni olmuşdur. “Musiqi azərbaycanlıların 
qanına ana südü ilə hopur” kəlamı tarixi həqiqəti əks etdirən müdrik sözlərdir. 
Azərbaycanın  simvolu  kimi  dünyanın  hər  yerində  bəlli  olan  minilliklərin 
yaddaş  kitabəsi  –  Qobustan  qayaüstü  rəsmlərindən  ən  məşhuru  yallı  gedən 
insanlardır. Bu rəqsi indi də toyda­düyündə, el şənliklərində, bayramlarda ifa 
edirlər. Atropatenanın zərdüştlük ayinlərini müşayiət edən musiqinin izləri indi 
də  musiqi  folklorunda  yaşayır.  Böyük  Nizaminin  əsərlərində  adları  çəkilən 
çeşid­çeşid  orta  əsr  musiqi  alətlərinin  (saz,  ud,  bərbər,  setar,  çəng,  qanun, 
müşkar, ərğanun, kamança, rübab, tənbur, ney, kəranay, şeypur, kus, davul, dəf, 
nağara,  zəndan)  mövcudluğu  onu  sübut  edir  ki,  dahi  şairin  yaşadığı  dövrdə 
Azərbaycanda  nəinki  solo,  həmçinin  ansambl  ifacılığı  da  geniş  yayılmışdı. 
Azərbaycanlı alimlər – Səfiəddin Urməvi (XIII) və Əbdülqadir Marağayi (XIV) 
orta  əsr  Şərq  klassik  musiqi  elminin  ən  nüfuzlu  simaları  kimi  tanınır.  Tarix 
boyu  Azərbaycan  müxtəlif  siyasi­ictimai  şəraitdə  varlığı  və  müstəqilliyi, 
mənliyi uğrunda mübarizə aparıb. Onun qəhrəmanlıq səhifələri musiqi salna­
məmizdə – aşıq dastanlarında, qəhrəmani cəngi havalarında təcəssüm olu nub. 
Azərbaycan muğamı dünya musiqi sənəti xəzinəsi incilərindən biri kimi təra­
vətini  əsrlərdən  bəri  qoruyub  saxlamışdır.  Qafqazın  konservatoriyası  adlan­
dırılan Şuşa Azərbaycan musiqi sənəti tarixinə onlarla böyük muğam ustası – 
xanəndələr, tarzənlər bağışlamışdır. “Şuşa və Azərbaycan musiqisi” sözləri isə 
Azərbaycanla  maraqlanan,  onu  sevən,  tədqiq  edən  hər  kəs  üçün  ayrılmaz 
vəhdətdir. Səttar, Sadıxcan, Cabbar Qaryağdıoğlu, Məşədi Əmil Əmirov, Xan 
Şuşinski,  Seyid  Şuşinski,  Zülfü  Adıgözəlov,  Məcid  Behbudov  və  neçə­neçə 
muğam  ustadının  adı  Azərbaycanın  hüdudlarından  çox­çox  uzaqlarda  məş­
hurdur. XX yüzillik Azərbaycan musiqisinin çoxəsrlik inkişafında yeni mərhələ 
açdı. Cəmi bir neçə onillik ərzində Azərbaycanda Avropa  zəmininə dayaqlanan 
yeni musiqi ənənələri, ifaçılıq məktəbi yarandı. 1908­ci ildə “Şərq musiqisinin 
patriarxı“  sayılan  Üzeyir  Hacıbəylinin  “Leyli  və  Məcnun”  operası  ilə  bəstə­
karlıq  erasının  təməli  qoyulur.  Təkcə  Azərbaycanda  deyil,  bütün  müsəlman 
Şərqində  ilk  opera  olan  “Leyli  və  Məcnun”  musiqi  aləminə  muğam  ilə 
operanın orijinal sintezini təqdim etdi. Üzeyir Hacıbəylinin “Arşın mal alan” 
operettası dünyanın bütün qitələrini fəth etdi. Şərqin ilk konservatoriyala rından 
biri də 1921­ci ildə Bakıda açıldı. Hal­hazırda Azərbaycan dünya miq yasında 
yüksək  ifaçılıq  ənənələri,  gözəl  musiqi  kollektivləri,  bəstəkarlıq  mək təbi  ilə 
tanınır. 
Azərbaycan  bəstəkarları  –  Qara  Qarayev,  Əfrasiyab  Bədəlbəyli,  Fikrət 
Əmirov, Niyazi, Arif Məlikov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Azər Rzayev, 

174
Rauf Hacıyev, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Fərəc Qarayev, Rəhilə Həsəno­
va  və  başqalarının  əsərləri  XX  əsr  dünya  musiqi  sənətinin  ayrılmaz  tərkib 
hissəsidir. Beynəlxalq müsabiqələr laureatları Fərhad Bədəlbəyli, Sərvər Qəni­
yev, Xuraman və Fidan Qasımovalar, Adilə Əliyeva, Vasif Həsənov və başqala­
rı Azərbaycan ifaçılıq məktəbinin dünya miqyasında tanınmış nümayəndələri­
dir. Xanəndə Alim Qasımovun, caz müğənnisi Əzizə Mustafazadənin beynəl­
xalq aləmdə böyük uğurları da xüsusi qeyd olunmalıdır. 1991­ci ildə Azərbay­
can dövlət müstəqilliyini bərpa etdikdən sonra musiqi sahəsində də beynəlxalq 
əlaqələr genişlənmişdir. Bakıda xarici musiqiçilərin iştirakı ilə beynəlxalq mu­
siqi festivalları təşkil edilir. Öz növbəsində bizim musiqi xadimlərimiz xarici 
ölkələrdə keçirilən musiqi tədbirlərində iştirak edirlər. 
Dünya  miqyaslı  musiqiçilər  –  Mstislav  Rostrapoviç,  Bella  Davidoviç, 
Dmitri  Sitkovetski  böyük  həvəslə  Bakıya  gəlir,  konsertlərlə  çıxış  edir,  açıq 
dərslər verirlər. Yeni mərhələdə Azərbaycan musiqi sənətinin inkişafında Azər­
baycan  Mədəniyyətinin  Dostları  Fondu  yaxından  iştirak  edir.  Fondun  son 
tədbirlərin dən biri “İpək yolu Birinci Simfonik və Kamera musiqisi festivalı” 
da  böyük  əks­səda  oyatmışdır.  Əminik  ki,  jurnalımızın  bu  sayı  oxucularda 
Azərbaycan  musiqisinin  müxtəlif  sahələri,  dünəni,  bugünü,  sabahı  haqqında 
müəyyən tə əssürat yaradacaq və mədəniyyətin, sənətin xalqın həyatında əvəz­
edilməz rolunu bir daha təsdiqləyəcək.

175
“qarabağ XanƏndƏLƏrİ”
aLbomunun tƏqdİmat mƏrasİmİ
2005­ci  il  aprelin  8­də  “Gülüstan”  sarayında YUNESKO­nun  xoşməramlı 
səfiri,  Azərbaycan  Mədəniyyətinin  Dostları  Fondunun  prezidenti  Mehriban 
xanım  Əliyevanın  “Azərbaycan  muğamları”  layihəsi  çərçivəsində  “Qarabağ 
xanəndələri” albomunun təqdimatı keçirilmişdir. 
YUNESKO­nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mərasimi aça­
raq demişdir: “Hörmətli mərasim iştirakçıları! “Qarabağ xanəndələri” albomu­
nun  təqdimat  mərasiminə  xoş  gəlmisiniz.  “Qarabağ  xanəndələri”  albomu 
“Muğam­İrs” layihəsinin ilk albomudur. Siz hər biriniz bu albomu hədiyyə ola­
raq almısınız. Mən inanıram ki, bu albomla tanış olanda hiss etmisiniz ki, biz 
onu nə qədər məsuliyyətlə, digər tərəfdən də böyük məhəbbətlə hazırlamışıq. 
Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olun­
muşdur.  Biz  Qarabağ  torpağının  acısını,  Azərbaycanın  haqq  səsini  muğam 
vasitəsilə bütün dünyaya çatdırırıq. 
Bu ilin mart ayında YUNESKO­nun qərargahında xoşməramlı səfirlərin il­
lik toplantısında bu albom təqdim olunmuş və çox böyük diqqət və maraq cəlb 
etmişdi. Mənim muğam ustaları ilə ilk görüşümdən çox az vaxt keçib, amma 
bu  müddətdə  kifayət  qədər  iş  görülübdür. Artıq  muğam  dəstgahlarının  Filar­
moniyada səslənməsi bir ənənəyə çevrilibdir. Muğam mərkəzinin inşası barə­
sində qərar qəbul olunub, muğam ensiklopediyası hazırlanır. Muğam sənətinə 
həsr olunmuş traktatlar tərcümə edilir və çapa hazırlanır. Bütün bu addımlar bi­
zim  birgə  səylərimizin  nəticəsidir.  Mən  bu  gün  Azərbaycanın  bütün  muğam 
ustalarına,  sənətkarlarımıza,  alimlərimizə,  muğamı  sevən  hər  bir  insana  çox 
dərin minnətdarlığımı və hörmətimi bildirmək istəyirəm. 
Muğam artıq təkcə bizim Azərbaycanın yox, bütün dünyanın sərvətidir. Bi­
zim  məqsədimiz  muğamı  qorumaq,  inkişaf  etdirmək,  muğamın  gözəlliyini, 
onun  dərin  fəlsəfəsini  gələcək  nəsillərə  çatdırmaqdır.  Bu  yolda  hər  birimizə 
uğurlar arzulayıram və mərasimi açıq elan edirəm”. 
Sonra “Qarabağ xanəndələri” albomunda səs yazısı olan 24 sənətçinin ifa­
sında  muğam  parçaları  səsləndirildi.  Xalqımızın  bənzərsiz  muğam  sənəti  nü­
munələri  bütün  Şərqin  əvəzsiz  ifaçılarından  Cabbar  Qaryağdıoğlunun,  Keçə­
çioğlu  Məhəmmədin,  Məşədi  Məhəmməd  Fərzəliyevin,  Məcid  Behbudovun, 
Seyid Şuşinskinin, Xan Şuşinskinin, İslam Abdullayevin, Bülbülün, Zülfü Adı­
gözəlovun,  Əbülfət  Əliyevin  və  müasir  muğam  ustalarının  ifasında  böyük 
maraqla  qarşılandı.  Muğam  ustalarının  ürəkləri  riqqətə  gətirən  ifası  layihə 
çərçivəsində “Salnamə” studiyasında rejissor Xamis Muradovun rəhbərliyi ilə 
hazırlanmış sənədli filmin kadrlarının nümayişi ilə müşayiət olunur, belə nadir 
sənətkarlar  yetirən  Azərbaycan  torpağının  misilsiz  gözəllikləri  bir  daha  göz 

176
önündə canla nır, sanki indi yağı tapdağında, işğal altında olan doğma torpaq­
ları mızın  azad  edilməsi  uğrunda  mübarizəyə  səsləyirdi.  Bəli,  belə  möcüzəli 
musiqinin beşiyi olan torpaq düşmən əlində qala bilməz! 
“Qarabağ bülbülləri”nin ecazkar səsi, gözəl ifası isə əmin etdi ki, xalqımı­
zın  zəngin  mədəniyyət  xəzinəsi  olan  muğam  sənətimizin  gələcəyi  etibarlı 
əllərdədir. 
Xalq artisti Habil Əliyev mərasimin sonunda sənət yoldaşları adından çıxış 
edərək dedi ki, bu gün xalq musiqisi ifaçılarının bayramıdır, amma bu təkcə musi­
qimizə, ifaçılara yox, xalqımızın milli­mədəni sərvətinə verilən qiymətdir. Mən 
muğamlarımızın qorunmasına, təbliğinə göstərdiyi qayğıya görə YUNESKO­nun 
xoşməramlı səfiri Mehriban xanıma bütün sənət adamları adından təşəkkür edi­
rəm. Həqiqətən, çox böyük iş görülmüşdür və bu xeyirxahlığa görə hamımız 
ona minnətdarıq. 

177
hEYdƏr ƏLİYEV fondunun hazırLadığı
“azƏrbaYcan” İntErnEt portaLının
tƏqdİmat mƏrasİmİ
2005­ci il iyulun 22­də Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əli­
yev  Fondunun  yeni  layihəsi  olan  “Azərbaycan”  internet  portalının  təqdimat 
mərasimi keçirilmişdir. 
Mərasimi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun xoşməram­
lı səfiri Mehriban Əliyeva açmışdır: 
“Hörmətli cənab Prezident! Xanımlar və cənablar! Əziz qonaqlar! 
Sizi  Heydər  Əliyev  Fondu  tərəfindən  hazırlanmış  “Azərbaycan”  internet 
portalının təqdimat mərasimində salamlayıram və bu axşam bizimlə olduğunuz 
üçün sizə dərin minnətdarlığımı bildirirəm. 
Heydər Əliyev Fondu artıq bir ildən çoxdur ki, fəaliyyətə başlayıbdır. Biz 
qarşımıza  çox  böyük  vəzifələr  qoyaraq,  onların  həllinə  nail  olmağa,  konkret 
layihələr işləyib həyata keçirməyə çalışırıq. 
Yardıma ehtiyacı olan hər bir insana qayğı və diqqət Heydər Əliyev Fondu­
nun  əsas  vəzifələrindən  biridir.  Ölkəmizdə  sosial  problemlərin  həllində  Fond 
çox  fəal  iştirak  edir  və  bir  sıra  humanitar  layihələr  hazırlayıb  həyata  keçirir. 
İnternat  məktəblərinin  və  uşaq  evlərinin  inkişafı  layihəsi  çərçivəsində  indi 
Bakıda 12 məktəbdə əsaslı təmir aparılır. Demək olar ki, bu məktəblərin əksə­
riyyəti yenidən inşa edilir. “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemi­
yasız həyat naminə” layihələri ilə yanaşı, cəmiyyətimizin bu cür problemlərinə 
yeni bir nəzər nöqtəsindən baxmağa çağırırıq. Fondun təşəbbüsü ilə respublika­
mızın bütün guşələrində ən ağır vəziyyətdə olan 132 məktəb üçün bina tikilir. 
Məktəblər  yerli  şəraitə  uyğun  layihələrlə  inşa  edilir.  Bu  gün  demək  olar  ki, 
məktəblərin  əksəriyyətində  tikintiyə  başlanılıb.  Ölkəmizin  tarixi  abidələrinin 
qorunmasında  da  Fond  fəal  iştirak  edir.  Gəncə  şəhərində  Cavadxan  türbəsi, 
Bakının  Mərdəkan  qəsəbəsində  yerləşən  Pir  Həsən  ziyarətgahının  bərpa  edil­
məsi, Abdulla Şaiqin ev­muzeyinin təmir edilməsi Fondun bu istiqamətdə gör­
düyü tədbirlərin yalnız bir neçəsidir. 
Amma Fondumuzun ən məsul və ən şərəfli vəzifəsi Heydər Əliyev tərəfin­
dən  yaradılan  azərbaycançılıq  ideyasını,  azərbaycançılıq  fəlsəfəsini  təbliğ  et­
məkdir. Biz çalışırıq ki, bu ideyanı davam etdirək. Bu gün diqqətinizə çatdırı­
lan layihə də bu məqsədə xidmət edir. 
Portalın üzərində işə başlamazdan əvvəl, biz “Azərbaycan və internet” adla­
nan maraqlı bir araşdırma aparmışıq. Azərbaycanın dünya informasiya məkanı­
na inteqrasiya olunması, Azərbaycan dilində internet resursları bizi maraqlandı­
rıbdır. Bu araşdırmaların bəzi nəticələrini sizin diqqətinizə çatdırmaq istərdim. 
Bəzi mənbələrə görə, Azərbaycanda internetdən istifadə edənlərin sayı 300 min, 

178
digərlərinə görə isə 400­450 min nəfərə çatır. Yer kürəsində internet istifadəçi­
lərinin  sayı  1  milyarda  çatır  ki,  bu  da  dünya  əhalisinin  14  faizini  təşkil  edir. 
Məlumdur ki, Azərbaycanda internet poçt sistemi 1991­ci ildən fəaliyyət göstə­
rir.  İndi  artıq Azərbaycanda  internet  resurslarının  mövcudluğundan  danışmaq 
mümkündür. Hazırda ölkəmizdə 3145 azərbaycandilli, 830 türkdilli, 1300 in­
gilisdilli, 1600 rusdilli sayt mövcuddur. Saytların məzmununu təhlil etsək, on­
ların  150­si  dövlət  qurumlarına,  nazirliklərə,  siyasi  partiyalara,  ictimai  təşki­
latlara  məxsusdur.  Azərbaycanın  rayonları  barədə  ümumi  məlumatları  əks 
etdirən  cəmi  15  sayt  mövcuddur.  Qarabağ  müharibəsinə,  Xocalı  soyqırımına, 
erməni vəhşiliklərinə həsr olunmuş 17 sayt mövcuddur. 26 sayt diasporla bağlı 
məsələləri əhatə edir. 
Çox yaxşı haldır ki, dünyada gedən qloballaşmanın aparıcı qüvvələrindən 
biri  olan  informasiya  və  kommunikasiya  texnologiyaları  da Azərbaycanda  öz 
yerini  tutur.  İnternet  ölkəmizdə  dinamik  inkişaf  edir.  Yeni  texnologiyalarla 
məşğul olan təşkilatların sayı günbəgün artır. Bizdə indi kifayət qədər internet 
resursu  var.  Amma  məsələni  daha  dərindən  öyrənəndə  bir  sıra  daha  ciddi 
nöqsanlar  üzə  çıxır.  Şəbəkənin  abbreviaturası  ilə  bağlı  problemlər,  yüksək 
səviyyəli axtarış sistemlərinin olmaması, saytların yeni informasiyalarla təmin 
edilməməsi,  konkret  bir  problemə  həsr  olunmuş  saytlarla  yanaşı  çox  formal, 
müasir  tələblərə  cavab  verməyən  saytlar  da  vardır.  Ölkəmizin  beynəlxalq 
imicinə zərbə vuran, böhtan, yalan yayan, yanlış mövqeli, o cümlədən xalqımı­
zın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə Ermənistanın  
mövqeyini əks etdirən külli miqdarda müxtəlifdilli saytlar da mövcuddur. Məhz 
bütün bunlara görə biz “Azərbaycan” portalının yaradılmasını çox zəruri hesab 
etdik. Bunu vaxtında atılmış bir addım kimi qiymətləndiririk. Əminəm ki, ölkə­
mizin ən qədim tarixindən tutmuş, bugünkü reallığına qədər dövrü özündə əks 
etdirən bu portal çox problemlərin həllində mühüm rol oynayacaqdır. 
Portal  3  dildə  –  Azərbaycan,  ingilis  və  rus  dillərində  tərtib  olunmuşdur. 
Yaxın  gələcəkdə  portalın  alman,  fransız,  ərəb  versiyalarının  da  hazırlanması 
nəzərdə tutulur. Mən portalın hazırlanmasında fəal iştirak edən bütün təşkilatla­
ra, hər bir insana Heydər Əliyev Fondu adından dərin minnətdarlığımı bildir­
mək istəyirəm. İnanıram ki, “Azərbaycan” internet portalı çox qısa bir zamanda 
qiymətli və dəqiq informasiya mənbəyinə çevriləcəkdir. 
Əziz qonaqlar, çıxışımın sonunda sizə işlərinizdə böyük uğurlar, həyatınız­
da çoxlu işıqlı və xoşbəxt günlər arzulayıram. İndi isə sizi Azərbaycan portalı 
haqqında filmə baxmağa dəvət edirəm. 
Çox sağ olun”. 
2005­ci il avqustun 24­də “Gülüstan” sarayında “YUNESKO­Azərbaycan: 
gələcəyə körpü” mövzusunda konfrans keçirilmişdir. 

179
Konfransı  Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  xoşmə­
ramlı səfiri Mehriban xanım Əliyeva açmışdır: 
“Cənab baş direktor! 
Hörmətli xanım Matsuura! 
Əziz xoşməramlı səfirlər! 
Xanımlar və cənablar! 
Bugünkü konfransın iştirakçılarının hamısını salamlayır, Sizin hər birinizə 
“Xoş  gəlmisiniz!”  deyirəm.  İnanıram  ki,  bugünkü  konfransımız  çox  səmərəli 
keçəcək və Azərbaycan təhsilinin inkişafına öz müsbət təsirini göstərəcəkdir. 
İlk növbədə icazə verin, ölkəmizdə rəsmi səfərdə olan YUNESKO­nun baş 
direktoru Koişiro Matsuuranı sizin hamınızın adından salamlayım. Cənab baş 
direktorla  birlikdə  Azərbaycana  gəlmək  üçün  vaxt  və  imkan  tapdığına  görə 
xanım Takaka Matsuuraya öz minnətdarlığımı bildirirəm. 
Nəzərinizə  çatdırmaq  istərdim  ki,  bu  gün  bizim  qonaqlarımız  arasında 
mənim  həmkarlarım,  YUNESKO­nun  xoşməramlı  səfirləri  də  iştirak  edirlər. 
İcazə verin, onları Sizə təqdim edim. 
Məşhur fransız astronavtı cənab Patrik Bodrini və onun ailə üzvlərini sizə 
təqdim  edirəm.  Xüsusi  vurğulamaq  istərdim  ki,  cənab  Patrik  Bodri  gənclər 
üçün  Avropa  kosmik  düşərgəsi  layihəsinin  müəllifidir.  Onun  təhsillə  bağlı 
çoxsaylı layihələri böyük uğur qazanmışdır. 
Bizim hörmətli qonaqlarımızın arasında xoşməramlı səfir cənab Ömər Zülfi 
Livanelli də var. Onun zəngin yaradıcılığı xalqlar və mədəniyyətlər arasında di­
aloqun qurulmasına xidmət edir.
Xoşməramlı  səfir  cənab  Kitin  Minyoz  məşhur  səyyah  və  alimdir.  O,  sülh 
ideyalarının  təbliği  və  ətraf  mühitin  qorunması  sahəsində  çox  mühüm  işlər 
görmüşdür. Mən onu və onunla birlikdə ölkəmizə gələn xanımını salamlayır və 
sizə təqdim edirəm. 
Mahir musiqiçi İvri Gitlis artıq 20 ildir ki, xoşməramlı səfir kimi təhsilin və 
mədəniyyətin inkişafına xidmət edir. O, sülhə və birliyə çağıran mahnıları ilə 
bir çox ölkələrdə yaxşı tanınır. 
Xoşməramlı  səfir  xanım  Ki  Fuk  Fan  Ti  bütün  həyatını  sülh  və  barış 
ideyalarına həsr etmişdir. Onun yaratdığı Beynəlxalq Ki Fondu hərbi münaqi­
şələr zamanı zərər çəkən uşaqlara yardım göstərir. Mən onu və həyat yoldaşını 
sizə təqdim edirəm. 
Hörmətli cənab baş direktorla birlikdə Azərbaycana YUNESKO­nun məsul 
işçiləri və ekspertləri də gəliblər. Ekspertlərin bir çoxu ölkəmizdə olub, məcbu­
ri köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı 
müxtəlif layihələri işləyib hazırlayıblar və bu gün də bizimlə əlaqələrini uğurla 
davam etdirirlər. 

180
Bu gün bizim konfransda Azərbaycan təhsilinin çox nüfuzlu nümayəndələri 
iştirak  edirlər.  Mən  inanıram  ki,  siz  bugünkü  konfransın  ideyalarını  öz  konkret 
fəaliyyətinizdə həyata keçirməyə çalışacaqsınız. Sizə bu işdə uğurlar arzulayıram. 
Bugünkü tədbirimizdə  səfirlər və beynəlxalq  qurumların nümayəndələri də  
iştirak    edirlər.    Ümidvaram  ki, Azərbaycan  təhsilinin  dünya  təhsil  məkanı na 
daxil olması prosesində onlar da öz köməyini göstərəcəklər. 
Bizim konfransın çox simvolik və böyük mənaya malik adı var: “Gələcəyə 
körpü”. Mən inanıram ki, biz birlikdə bu körpünü yaratmağa nail olacağıq. 
Əziz  dostlar!  YUNESKO­nun  dəstəyi  ilə  2000­ci  ildə  Dakarda  keçirilən 
ümumdünya təhsil forumunun sənədləri sizə yaxşı məlumdur. Əslində bu hamı­
mız üçün təhsil sahəsində müəyyən edilmiş ümumi bir strategiyadır. Sözsüz ki, 
hər bir ölkə bu strategiyanı həyata keçirəndə öz milli xüsusiyyətləri ni və təhsil 
sahəsində toplanmış təcrübəni nəzərə almalıdır. 
Məlumdur ki, Azərbaycanın təhsil sistemində həyata keçirilən islahatlar xü­
susi dövlət proqramı şəklində təsdiq olunmuşdur. Bu qlobal proqramla yanaşı, 
Təhsil Nazirliyi və təhsillə bağlı olan digər qurumlar da çox mühüm layihələr 
üzərində işləyirlər. Bu layihələrin bir qismində mötəbər beynəlxalq təşkilatlar 
da iştirak edir. 
Mən təhsillə bağlı bir layihəni xüsusi vurğulamaq, “Yeniləşən Azərbaycana 
yeni məktəb” barəsində ayrıca danışmaq istərdim. Bu layihədə dövlət qurumla­
rı  ilə  yanaşı,  vətəndaş  cəmiyyətinin  bir  çox  strukturları  da  iştirak  edir.  Bildi­
yiniz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu layihə 
çərçivəsində təkcə bu il ərzində ölkəmizin müxtəlif regionlarında 132 məktəbin 
inşası və lazımi avadanlıqla təchiz olunması nəzərdə tutulmuşdur. 
Bu  gün  mən  böyük  fərəh  hissi  ilə  demək  istəyirəm  ki,  bu  il  ərzində 
Azərbaycanda  irimiqyaslı  bir  layihə  həyata  keçirilmişdir.  Ölkə  Prezidentinin 
sərəncamına müvafiq olaraq, klassik, müasir Azərbaycan və dünya ədəbiyyatı­
nın ən dəyərli əsərləri latın qrafikası ilə çap olunur. Bu layihə üzrə indiyədək 
250­dən  çox  kitab  hərəsi  25  min  tirajla  çap  edilərək Azərbaycan  oxucularına 
çatdırılmışdır. Azərbaycanın hər bir məktəbi, kitabxanası bu kitablarla  təmin 
olunmuşdur. Həmin kitablar bu gün bu sarayda nümayiş etdirilir. 
Bir sözlə, bütün bunlar deməyə imkan verir ki, bizim təhsilimizin inkişaf 
istiqaməti düzgündür və böyük uğurlarımız da vardır. Amma uğurlarla yanaşı, 
təhsil sistemində bu günə qədər həllini tapmayan problemlər də var. Bu prob­
lemlərin bir çoxu keçmiş sovetlər məkanına xas olan problemlərdir. Mənə elə 
gəlir ki, bu problemlərin aradan qaldırılması üçün pilot layihələr həyata keçir­
səydik  pis  olmazdı.  Digər  keçmiş  sovet  respublikalarında  da  bu  təcrübədən 
istifadə oluna bilərdi. 
Bizim ən ağır problemimiz Ermənistan­Azərbaycan, Dağlıq Qarabağ müna­
qişəsidir. Azərbaycan 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkə­

181
dir. Ərazimizin 20 faizi işğal altındadır. Məcburi köçkünlərin təhsilinin təşkili 
ilə  bağlı  ölkəmizdə  nadir  təcrübə  qazanılmışdır.  Biz  işğala  məruz  qalan  əra­
zilərdə əvvəllər mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya bilmi şik. 
Bu  məktəblər  qaçqın­köçkünlər  yaşayan  düşərgələrdə  yerləşir.  Biz  həm  də 
müəllim kollektivlərini saxlaya bilmişik və onlar düşərgələrdə uşaqların təlim­
tərbiyəsi ilə məşğul olurlar. Bu, doğrudan da nadir bir təcrübədir. Mən inanıram 
ki, bu təcrübədən bütün münaqişə zonalarında istifadə oluna bilər. Hamımızın 
ən böyük arzusu odur ki, torpaqlarımız azad olunandan sonra bu məktəblər öz 
doğma yerlərinə qayıtsın və fəaliyyətini artıq normal şəraitdə davam etdirə bilsin. 
Ümidvaram ki, YUNESKO ilə birlikdə hazırlanan yeni proqramlar məcburi 
köçkün və qaçqın uşaqlarının təhsilinə öz müsbət təsirini göstərəcəkdir. 
Hörmətli baş direktor! Çıxışımın sonunda Sizə bir kitab təqdim etmək is­
tərdim. Sizin nitqlərinizdən ibarət olan bu kitab xüsusi nəşrdir. Bu kitab Azər­
baycan oxucularına ünvanlanmış sözlərinizlə açılır. Kitaba Azərbaycan xalqı­
nın qəhrəmanlıq dastanı olan “Dədə Qorqud”un təntənəli yubileyində çıxışınız 
da daxildir. Bu kitabın nəşri ilə bağlı Sizi ürəkdən təbrik edirəm. İcazə verin, 
kitabı Sizə təqdim edim və Sizi çıxışa dəvət edim”. 

182

183

184

185

186
1   ...   9   10   11   12   13   14   15   16   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə