arzularını yetirmişdir.
Zirə qəsəbəsinin sakini Əlisahib Məmmədov isə çıxışında demişdir: “Tele
viziya ekranlarında nəvələrimizin də birbirinə “bizim deputatımızdır” deyə
fəxrlə göstərdiyi Mehriban xanım, düz bir il əvvəl Siz Zirə ağsaqqallarını yığıb
problemlərimizi soruşanda, mən kənd ağsaqqalları adından bir neçə məsələni
diqqətinizə çatdırmışdım. Fikirləşmişdim ki, zərif bir qadının çiyninə bu qədər
problemin həllini qoymaqla, bəlkə də, günah iş görürəm. İndi, bir ildən sonra
Sizə camaatımız adından ancaq, “Sağ olun, Allah xoşbəxt ailənizi başacan
eləsin!” deməyə gəlmişəm. Siz bizim dilə gətirmədiyimiz, özünüzün gəzib
gördüyünüz çatışmazlıqları da aradan qaldırmısınız”.
Daha sonra Heydər Əliyev Fondunun əməkdaşı İlqar Mustafayev son bir
ildə deputat Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Əzizbəyov rayonunda
görülmüş işlər haqqında qısa məlumat verərək demişdir: “Şüvəlan qəsəbəsində
beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, ye
tim və valideyn himayəsindən məhrum uşaqlar üçün respublika yardımçı inter
nat məktəbi, 1 nömrəli uşaq evinin yay düşərgəsi, Şimal DRESi qəsəbəsindəki
10 nömrəli uşaq bağçası və 230 nömrəli məktəb, 31 nömrəli birləşmiş şəhər
xəstəxanası əsaslı şəkildə bərpa edilib yenidən qurulmuş, 156 nömrəli orta
məktəb üçün 700 şagird yerlik yeni bina inşa edilmişdir. Müasir tipli şahmat
mərkəzinin tikintisi layihələndirilir, Şüvəlan qəsəbəsinin yolları təmir edilmiş
və işıqlandırılmış, dayanacaqlar quraşdırılmışdır. Qəsəbəyə su xətti çəkilmişdir.
Şimal DRESi qəsəbəsində binaların dam örtüyünün və fasadının təmir işlərinə
başlanılmışdır.
Binə qəsəbəsində alaqapı tikilmiş, 1176 şagird yerlik 218 nömrəli əsas
məktəbin yeni binasının inşasına başlanılmışdır. 70 nömrəli körpələr evi – uşaq
bağçası, İmam Rza məscidi, Möhsün Səlim məscidi yenidən qurulmuş, 110 ki
lovoltluq “Yeni Binə” yardımçı stansiyası istifadəyə verilmiş, qəsəbəyə su xətti
çəkilmiş, əsas yollar təmir olunaraq işıqlandırılmış, dayanacaqlar quraşdırılmışdır.
Türkan qəsəbəsində alaqapı, Təhsiltədris Mərkəzi və 256 nömrəli əsas
məktəbin 300 şagird yerlik yeni binası inşa olunmuş, nitqi qüsurlu uşaqlar üçün
respublika internat məktəbi, 214 nömrəli uşaq bağçası, 17 nömrəli şəhər polik
linikası, 18 nömrəli təcili yardım stansiyasının 25 nömrəli filialı yenidən qu
rulmuş, aptek istifadəyə verilmiş, bankomat quraşdırılmış, Türkan parkının
117
yenidən qurulması işlərinə başlanılmışdır. Qəsəbənin əsas yolları təmir edilərək
işıqlandırılmış, yol boyu dayanacaqlar quraşdırılmışdır.
Zirə qəsəbəsində alaqapının, Qışlaq sahəsindəki 122 nömrəli ibtidai məktəb
üçün 100 şagird yerlik binanın inşası başa çatmış, neftçi Əbdülhəsən Ba
bayevin abidəsi yenidən qurulmuş, xalq rəssamı Baba Əliyevin barelyefi
açılmış, bankomat qoyulmuş, qəsəbənin əsas yolları təmir edilmiş, işıqlan
dırılmış, dayanacaqlar quraşdırılmışdır. Zirə parkının, mədəniyyət evinin, iaşə
kompleksinin inşasına başlanılmışdır.
Mərdəkan qəsəbəsində 2 nömrəli yetim və valideyn himayəsindən məhrum
uşaqlar üçün internat məktəbi, oğlanlar üçün respublika xüsusi məktəbi yeni
dən qurulmuş, 183 nömrəli məktəb üçün yeni tədris korpusu, rayon mərkəzi
kitabxanası üçün bina inşa olunmuşdur. Hazırda Əzizbəyov adına mədəniyyət
evində yenidənqurma işləri gedir. Pir Həsən ziyarətgahının yenidən qurulması
başa çatmaqdadır.
Buzovna qəsəbəsində, 206 nömrəli orta məktəb üçün əlavə korpus inşa
edilmiş, 1296 şagird yerlik məktəbin, Cümə məscidinin yenidən qurulmasına
başlanmışdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin türkdilli ölkələrin
dövlət başçılarının Antalyada keçirilən VIII zirvə görüşü çərçivəsində ölkə
mizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2006cı il
noyabrın 17də “Divan Palya” hotelində Türkiyə Prezidenti Əhməd Necdət Se
zərin xanımı Səmra Sezərlə görüşmüşdür.
Görüşdə iki dost və qardaş ölkə arasında səmimi münasibətlərin ardıcıl
olaraq möhkəmləndiyi, ikitərəfli əməkdaşlığın bütün sahələrdə genişləndiyi və
dərinləşdiyi vurğulanmışdır. Bu baxımdan türkdilli ölkələrin dövlət başçılarının
uğurla keçən VIII zirvə görüşünün də bütün türkdilli ölkələrin xalqlarının, o
cümlədən Azərbaycan və türk xalqlarının əlaqələrinin daha da inkişafına yeni
töhfələr verəcəyi diqqətə çatdırılmışdır.
Azərbaycan Respublikasının Birinci xanımı, AzərbaycanABŞ parlament
lərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun preziden
ti, YUNESKOnun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ABŞa 2006cı
il dekabrın 4də başlanmış səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdir.
ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədrləri, konqres
menlərdən: demokrat Solomon Ortis, respublikaçı Bil Şuster və qrupun üzvləri
Ed Uilfild, Visente Foks ilə görüşündə xanım Mehriban Əliyeva Azərbaycan ilə
ABŞ arasında münasibətlərin yüksək səviyyədə olduğunu və uğurla inkişaf et
diyini vurğulamışdır. Görüş zamanı bir neçə aktual məsələ, o cümlədən Er
mənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azadlığa Dəstək
Aktına 907ci düzəlişin aradan qaldırılması, Azərbaycanın geostrateji mövqeyi,
118
ölkəmizin müasir durumu ətrafında müzakirələr aparılmışdır. Hər iki tərəf
parlamentlərarası əlaqə və mübadilələrin ölkələrimiz arasında münasibətlərin
daha da gücləndirilməsi üçün əhəmiyyətini vurğulamış və bu sahədə müəyyən
proqramın tərtib edilməsinin zəruriliyini qeyd etmişlər.
Mehriban xanım ABŞ Konqresinin Avropa və yeni təhlükələr üzrə alt
komitəsinin sədri vəzifəsinin icrasına yaxın günlərdə başlayacaq konqresmen
Robert Ueksler ilə görüşmüşdür. Ölkələrimiz arasında münasibətlərin bütün
sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Mehriban xanım Əliyeva ABŞın
dəstəyi ilə regionda həyata keçirilən layihələrin əhəmiyyətini, ölkəmiz dövlət
müstəqilliyini əldə etdikdən sonra ABŞın Azərbaycana güclü dəstək verdiyini
qeyd etmişdir. Mehriban xanım Robert Ueksleri ölkəmizdə həyata keçirilən is
lahatlar, əldə edilmiş nailiyyətlər ilə tanış olmaq üçün Azərbaycana səfərə də
vət etmişdir.
Konqresmen Ueksler Azərbaycanın ABŞ üçün əhəmiyyətinə toxunaraq,
yeni seçilmiş Konqresin Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana diq
qətini daha da artıracağına ümidvar olduğunu bildirmişdir.
Görüşdə regional vəziyyət, Azadlığa Dəstək Aktına 907ci düzəlişin ləğvi
istiqamətində səylərin artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi
aparılmışdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Corc Buş
Prezident Kitabxanası Fondunun prezidenti, ABŞın Milli təhlükəsizlik məsə
lələri üzrə sabiq müşaviri general Brent Skoukroftla görüşmüşdür. Söhbət
zamanı Heydər Əliyev Fondu ilə Corc Buş Prezident Kitabxanası Fondu ara
sında əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi məsə
lələri müzakirə edilmişdir. General Brent Skoukroft Mehriban xanım Əliye
vanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil, mədəniyyət və səhiyyə
sahəsində həyata keçirdiyi layihələr barədə məlumatı maraqla dinləmiş və
görülən işləri yüksək qiymətləndirmişdir.
Azərbaycanın Birinci xanımı Vaşinqtonun nüfuzlu təhlil və tədqiqat
mərkəzlərinin, universitetlərinin nümayəndələri ilə görüş keçirmişdir. Görüşdə
ABŞın tanınmış alim və ictimai xadimləri, o cümlədən Syuzan Eyzenhauer,
Frederik Star, Svant Kornel, Ancela Stend, Ceyms Beyker, Rob Sobhani, Roald
Saqdeyev, Ariel Koen iştirak etmişlər. ABŞAzərbaycan münasibətlərinin inki
şafını yaxından izləyən alimlər Azərbaycanın hazırkı mərhələsinə dair öz müla
hizələrini söyləmiş və bu münasibətlərin dinamikasına yeni ahəng vermək üçün
fikirlərini bildirmişlər.
Səfər zamanı Mehriban xanım Əliyeva həmçinin “Volter Rid” adına hərbi
tibb mərkəzində və Vaşinqtondakı Toxuculuq muzeyində olmuşdur. Toxuculuq
muzeyində Azərbaycan xalçaçılıq muzeyi ilə uğurla həyata keçirilən layihələr
barədə Azərbaycanın Birinci xanımına məlumat verilmişdir.
119
Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun xoşməramlı səfiri
Mehriban xanım Əliyeva Vaşinqtondakı ABŞAzərbaycan Ticarət Palatası
nəzdində olan Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində Amerikada
yaşayıb fəaliyyət göstərən azərbaycanlı və amerikalı incəsənət xadimləri ilə
görüşmüşdür.
Azərbaycan ilə ABŞ arasında münasibətlərin yüksək səviyyəsindən danışan
Mehriban xanım Əliyeva vurğulamışdır ki, zəngin mədəni irsimizin Amerikada
tanıdılmasına dair layihələrin həyata keçirilməsinə ehtiyac vardır.
Bu layihələrin sərgilər, konsertlər, Amerikada Azərbaycan günləri kimi
keçirilməsini mümkün hesab edən Azərbaycanın Birinci xanımı bu işdə ABŞ
da yaşayan azərbaycanlı incəsənət xadimlərinin dəstəyinin vacib olduğunu bil
dirmişdir.
Dekabrın 7də Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Ağ evdə
ABŞın Birinci xanımı Lora Buş ilə görüşmüşdür. Mehriban xanım Əliyeva
ABŞa səfəri zamanı göstərilən qonaqpərvərliyə görə xanım Lora Buşa təşək
kürünü bildirmişdir. Səmimi şəraitdə keçən söhbətdə iki ölkənin birinci xanım
ları AzərbaycanABŞ münasibətlərinin möhkəmləndirilməsində təhsil, səhiyyə,
mədəniyyət sahələrinin rolundan danışmışlar.
Mehriban xanım Əliyeva və Lora Buş bu sahələrdə öz ölkələrində həyata
keçirilən proqram və layihələr barədə birbirilərinə məlumat vermişlər. Azər
baycanda Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində həyata keçirilən
layihələr ABŞın Birinci xanımında xüsusi maraq doğurmuşdur. Görüşdə vur
ğulanmışdır ki, hər iki ölkənin gələcəyi baxımından təhsil sahəsinə yönəldilən
sərmayə ən dəyərlisidir. Bu sahədə birgə səylərin görülməsinin əhəmiyyətindən
də danışılmışdır. Bununla bağlı Mehriban xanım Əliyeva Lora Buşun Ameri
kanın xarici ölkələrlə əməkdaşlıq təcrübəsi barədə məlumatını maraqla dinlə
mişdir. Görüşün sonunda Mehriban xanım Əliyeva ABŞın Birinci xanımını öl
kəmizə səfərə dəvət etmişdir.
Mehriban xanım Əliyeva ABŞ senatoru Key Beyli Hatçinson və Konqresin
üzvü Şila Sikula Qibs ilə görüşmüşdür.
Mehriban xanım Əliyeva Azərbaycan ilə ABŞ arasında münasibətlərin
uğurla inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın daha da gücləndi ril mə
sinin vacib olduğunu bildirmişdir. Azərbaycanın Birinci xanımı Xəzər höv
zəsində həyata keçirilən enerji layihələrinin əhəmiyyətinə də toxunmuş və bu
layihələrin reallaşmasında ABŞın mühüm rol oynadığını xüsusi qeyd etmişdir.
Senator Hatçinson ABŞ ilə Azərbaycanın müxtəlif sahələrdə uğurlu əmək
daşlığını, ABŞın bir çox şirkətlərinin ölkəmizə irihəcmli investisiyalar qoydu
ğunu diqqətə çatdırmışdır. Azərbaycana səfərini məmnuniyyətlə xatırla dan se
nator bu səfərin onda xoş təəssüratlar yaratdığını bildirərək demişdir: “Region
da dostlara malik olmaq bizim üçün çox önəmlidir”.
120
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və sena
tor Hatçinsonun həmsədri olduğu “Vital Voice” qeyrihökumət humanitar təş
kilatı arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.
Mehriban xanım Əliyevanın Azərbaycanın ABŞdakı səfirliyində Ameri
kanın müxtəlif ştatlarında təhsil alan azərbaycanlı tələbələr ilə görüşü maraqlı
keçmişdir. Heydər Əliyev Fondunun fəaliyyətində təhsil layihələrinin prioritet
yer tutduğunu qeyd edən Mehriban xanım Əliyeva Fondun bu istiqamətdə
apardığı konkret işlərdən danışmışdır. O, Prezident İlham Əliyev tərəfindən
imzalanmış Fərmanın Azərbaycanın istedadlı tələbələrinin xarici ölkələrdə təh
sil almasına geniş imkanlar açacağını bildirmişdir. Azərbaycanın Birinci
xanımı tələbələri ABŞda təhsillərini bitirdikdən sonra Vətənə qayıdıb
biliklərini ölkə nin inkişafı naminə sərf etməyə çağırmışdır.
ABŞAzərbaycan Ticarət Palatası Vaşinqtonun möhtəşəm “Endryu Melon”
Auditoriumunda Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın şərəfinə
ziyafət vermişdir. Ziyafətdə 300dən artıq qonaq, o cümlədən Ağ evin və
Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri, ABŞ Konqresinin üzvləri,
görkəmli siyasi və ictimai xadimlər, xarici ölkələrin ABŞda akkreditə olunmuş
səfirləri iştirak etmişlər. Mərasimin aparıcısı, ABŞAzərbaycan Ticarət Palata
sının həmsədri Ceyms Beyker Mehriban xanımı və onu müşayiət edən Milli
Məclisin üzvlərini salamlamışdır. Ziyafətdə ABŞ Senatının Xarici əlaqələr
komitəsinin sədri, senator Riçard Luqar geniş nitq söylədikdən sonra Mehriban
xanım Əliyevaya söz verilmişdir. Mehriban xanım Əliyeva nitqində ABŞa
səfərindən məmnunluğunu ifadə etmiş, AzərbaycanABŞ əlaqələrinin əhəmiy
yətindən danışmış və bu səfərin ikitərəfli əməkdaşlığın daha da genişləndirilmə
si və möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Ziyafətdə Mehriban xanım Əliyevaya ABŞAzərbaycan Ticarət Palatasının
“2006cı ilin xoşməramlı səfiri” mükafatı təqdim edilmişdir.
Palata, həmçinin senator Riçard Luqarı “Azadlığa dəstək” mükafatı ilə təltif
etmişdir.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ABŞa işgüzar səfəri çərçi
vəsində dövlət katibinin ictimai diplomatiya və ictimai məsələlər üzrə müavini
Karen Hyuz ilə görüşmüşdür. Mehriban xanım rəhbərlik etdiyi Heydər Əliyev
Fondu tərəfindən humanitar sahədə həyata keçirilən layihələr barədə danışaraq,
neftdən əldə edilən gəlirlər hesabına ölkəmizdə təhsil, səhiyyə və mədəniyyət
sahələrinin inkişaf etdirildiyini vurğulamışdır. O, ErmənistanAzərbaycan, Dağ
lıq Qarabağ münaqişəsindən söhbət açaraq, münaqişə nəticəsində vali deyn
lərindən məhrum olmuş uşaqlara qayğı göstərilməsinin Heydər Əliyev Fondu
nun daim diqqət mərkəzində olduğunu qeyd etmişdir.
Karen Hyuz Heydər Əliyev Fondu tərəfindən görülən işləri yüksək qiymət
ləndirmiş və bunun Azərbaycanın gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb
121
etdiyini vurğulamışdır. O, Azərbaycanın dini azadlığa hörmət edilməsi
baxımından nümunəvi ölkə olduğunu bildirmiş və 2007ci ildə İslam Konfransı
Təşkilatı tərəfindən Bakıda “Dözümlülüyün təbliğ olunmasında kütləvi infor
masiya vasitələrinin rolu” mövzusunda keçiriləcək konfrans ilə maraqlan
mışdır. Bu konfransın Azərbaycanda keçirilməsinin ölkəmiz üçün mühüm
olduğunu qeyd edən Mehriban xanım Karen Hyuzu bu tədbirə dəvət etmişdir.
Mehriban xanım Əliyeva ABŞ dövlət katibinin demokratiya və qlobal
məsələlər üzrə müavini Paula Dobryanski ilə görüşmüşdür. Görüşdə ümumi
təhlükələr, xüsusilə quş qripi xəstəliyinin qarşısının alınması istiqamətində iki
ölkənin əməkdaşlığı məsələləri müzakirə edilmiş və xanım Dobryanski bu işdə
ölkəsinin Azərbaycana hərtərəfli kömək göstərməyə hazır olduğunu bildir
mişdir. Ölkələrimiz arasında iqtisadi və təhlükəsizlik məsələləri üzrə işçi qrup
larının fəaliyyət göstərdiyini qeyd edən Paula Dobryanski, həmçinin demok
ratiya və insan hüquqları məsələləri üzrə də müzakirələrin keçirilməsinin
zəruriliyinə toxunmuşdur. O, Azərbaycanın müasir dünyəvi dövlət kimi Qərblə
İslam aləmi arasında körpü rolunu oynaya biləcəyini bildirmişdir.
Azərbaycanda tam dini və etnik tolerantlığın mövcud olduğunu qeyd edən
Mehriban xanım Əliyeva YUNESKO və İSESKOnun xoşməramlı səfiri kimi
bu istiqamətdə bütün təkliflərə açıq olduğunu vurğulamışdır. Görüş zamanı
Azərbaycanın Birinci xanımı ölkəmizdə demokratik təsisatların daha da təkmil
ləşdirilməsi üçün görülən tədbirlər barədə də danışmışdır.
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş nazirinin xanımı Əminə
Ərdoğan 2007cı il martın 9da Heydər Əliyev Fondunda olmuşdur.
Mehriban xanım 2004cü ilin mayında Ümummilli Lider Heydər Əliyevin
xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlu
mat vermişdir. Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim
Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın so
sialiqtisadi, mədəni tərəqqisinə xidmət edən genişmiqyaslı fəaliyyəti barədə
gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiy
yətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəklə
məkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar ölkə
daxilində və xaricdə aparılan işlərə kömək göstərməkdən ibarətdir. Son 2 ildə
respublikanın bütün regionlarında, hətta indiyədək məktəbi olmayan ən ucqar
kəndlərdə Fondun təşəbbüsü ilə 200ə yaxın müasir tipli məktəb binası tikilib
istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Səhiyyə sahəsin
də, xüsusilə talassemiya və şəkərli diabetdən əziyyət çəkən xəstələrin müalicə
sinə yardım məqsədi ilə genişmiqyaslı layihələr reallaşdırılmış, 4 minə qədər
vətəndaşın müalicəsinə kömək göstərilmişdir. Fond həm də elmin, mədəniy
yətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə
həyata keçirmiş, ali məktəblərə müxtəlif dillərdə nəşr olunmuş 20 minədək
122
dərslik və digər elmi kitablar alıb hədiyyə etmiş, 29 uşaq evi və internat mək
təbinin yenidən qurulmasına dəstək vermişdir.
Son illər Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə
inkişaf etdiyini, gündəngünə möhkəmləndiyini faktlarla vurğulayan Mehriban
xanım, Fondun qardaş ölkənin ictimai təşkilatları ilə əlaqələrinin genişlən
məsində maraqlı olduğunu bildirmişdir.
Polşa Prezidentinin xanımı Mariya Kaçinska 2007ci il martın 30da
Heydər Əliyev Fondunda olmuşdur.
Mehriban xanım Əliyeva xanım Kaçinskaya 2004cü ilin mayında Ümum
milli Lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fond
haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Fondun əsas məqsədləri gör
kəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etmək
dən, genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani
təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə
əlaqədar ölkə daxilində və xaricdə aparılan işlərə kömək göstərməkdən iba
rətdir. Eyni zamanda son iki ildə respublikanın bütün regionlarında Fondun
təşəbbüsü ilə 200ə yaxın müasir tipli məktəb binası tikilib istifadəyə verilmiş,
bütün lazımi avadanlıqlarla təmin edilmişdir. Səhiyyə sahəsində, xüsusilə talas
semiya və şəkərli diabetdən əziyyət çəkən xəstələrin müalicəsinə yardım məq
sədi ilə genişmiqyaslı layihələr reallaşdırılmış, 4 minə qədər vətəndaşın müali
cəsinə kömək göstərilmişdir. Fondun son layihəsi olan “Hərəmiz bir ağac
əkək!” çağırışı bütün ölkədə geniş əkssəda doğurmuş, qısa müddətdə 100 min
dən çox ağac əkilmişdir. Elmin, mədəniyyətin inkişafına, informasiya tex
nologiyalarının tətbiqinə də dair bir neçə layihə həyata keçirilmişdir. 29 uşaq
evi və internat məktəbi yenidən qurularaq təzə, müasir avadanlıqla təchiz
olunmuşdur.
Mehriban xanım Fondun dünyanın bir çox beynəlxalq qurumları, ictimai,
qeyrihökumət təşkilatları ilə də sıx əlaqə yaratdığını vurğulamışdır.
Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun pre
zidenti, YUNESKOnun və İSESKOnun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva 2007ci il aprelin 2də Fransaya səfərə
gəlmişdir.
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKOnun və İSESKOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva həmin gün Fransa Senatının sədri Kristian Ponsöle ilə
görüşmüşdür.
Cənab Kristian Ponsöle Senatın dəvətini qəbul etdiyi üçün Mehriban xanı
ma minnətdarlıq etmiş, Azərbaycanla Fransa arasında ikitərəfli müna sibətlərin
son dövrdə daha da inkişaf etməsindən razı qaldığını bildirmişdir. O, Prezident
İlham Əliyevin bu ilin yanvarında Fransaya dövlət səfərini xatır ladaraq
123
demişdir ki, hazırda iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə
əlaqələr çox sürətlə inkişaf etməkdədir.
Mehriban xanım Əliyeva YUNESKOnun xoşməramlı səfiri kimi fəaliy
yətindən danışmış, son vaxtlar Azərbaycanın YUNESKO ilə əməkdaşlığa xüsu
si diqqət yetirdiyini, müxtəlif layihələrin həyata keçirilməsində qurumla yaxşı
əlaqələr yaradıldığını xatırlatmış, bu əməkdaşlığın daha da dərinləşməsi və
inkişaf etdirilməsi üçün bütün səylərin davam etdiriləcəyini bildirmişdir.
Kristian Ponsöle Mehriban xanım Əliyevanı Senatın binasının tarixi, ayrı
ayrı salonları, keçmiş tarixdən xəbər verən əşyalarla, parkla tanış etmiş,
dünyanın müxtəlif ölkələrindən gətirilərək parkda əkilmiş gül və bəzək kolları,
nadir ağac növləri barədə məlumat vermişdir.
Fransa hökumət başçısı Dominik de Vülpenin xanımı Marillor de Vülpen
Mehriban xanım Əliyevaya Parisin ən qədim və möhtəşəm memarlıq abidə
lərindən olan Matinyon sarayının tarixi barədə danışmış, hörmətli qonağı ayrı
ayrı salonlarla tanış etmişdir.
Mehriban xanım iqamətgaha daha əzəmətli görkəm verən bağdakı nadir
ağac növlərinə, tarixi abidələrə də baxmışdır.
Baş nazirin xanımı rəhbərlik etdiyi Cəmiyyətin ölkədəki əlil uşaqlara,
onların təhsilinə göstərdiyi qayğıdan danışmış, bu qəbildən olan uşaqların ümu
mi orta təhsil almaları üçün Cəmiyyətin hazırladığı xüsusi proqram, xəstə uşaq
ların təhsilinin normal şagirdlərin bilik səviyyəsinə çatdırılması üçün görülən
işlər barədə məlumat vermişdir.
Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliy
yətinin bu sahəyə yaxınlığını xatırlatmış, Fondun bu istiqamətdə xüsusi proq
ramının olduğunu, valideyn qayğısından məhrum uşaqların təlimtərbiyəsinə
hərtərəfli qayğı göstərildiyini bildirmiş və bu sahədə təcrübə mübadiləsinin xü
susi əhəmiyyətini vurğulamışdır.
2007ci il aprelin 3də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondu
nun prezidenti, YUNESKOnun və İSESKOnun xoşməramlı səfiri, Milli Məc
lisin deputatı Mehriban Əliyeva İordaniya kraliçası, YUNESKOnun xoşmə
ramlı səfiri Raniyə əlAbdullah ilə görüşmüşdür.
Dostları ilə paylaş: |