Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün



Yüklə 61,71 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix14.04.2017
ölçüsü61,71 Kb.
#13986
1   ...   9   10   11   12   13   14   15   16   17
mEhrİban Xanım ƏLİYEVanın
mƏqaLƏLƏrİ “azƏrbaYcan-İrs” jurnaLının 
sƏhİfƏLƏrİndƏ
Azərbaycan mədəniyyətinin ölkədə və xaricdə daha geniş təbliğ olunması 
məqsədilə  Mehriban  xanım  Əliyeva  1996­cı  ildə  Azərbaycan,  rus  və  ingilis 
dillərində çap olunan “Azərbaycan­İRS” jurnalını təsis etmişdir. Jurnal artıq 16 
dəfə dərc olunmuş və həmin buraxılışlar dünyanın bir sıra ölkəsində yayılmış­
dır. Jurnalda Azərbaycan tarixinə, mədəniyyətinə dair materiallar dərc olunur. 
“Azərbaycan­İRS”  jurnalında  Mehriban  xanım  Əliyeva Azərbaycanın  qə­
dim,  zəngin  və  əsrarəngiz  milli­mənəvi  dəyərləri  ilə  bağlı  məqalələrlə  çıxış 
etmişdir ki, onları hörmətli oxucuya təqdim etməyi vacib hesab edirik.
azƏrbaYcan mƏbƏdLƏrİ
Tarixən Azərbaycan böyük bir sahədə – Qafqaz dağlarından başlayıb müa­
sir İrandakı Səfiyurd çayı arasındakı ərazidə yerləşirdi. Azərbaycan ərazisindən 
karvan yolları, o cümlədən Şumer, Assuriya, yunan, Roma, İran, türk, hind, Çin 
və  s.  kimi  qədim  sivilizasiyaları  birləşdirən  Böyük  İpək  Yolu  keçirdi.  Bu 
sivilizasiyaların hər biri öz mədəniyyətini və etiqadını güclə, yaxud – xoşluqla 
Azərbaycanda yaymağa can atırdı. Azərbaycan bu gün özünə doğmalaşmış is­
lam  dinini  qəbul  edənə  qədər  demək  olar  ki,  dünyanın  bütün  dinlərindən 
keçmişdir.  Qərbdən  Bizans,  cənub­qərbdən  Suriya Azərbaycanda  xristianlığı, 
cənubdan, cənub­şərqdən İran zərdüştlüyü, şimaldan xəzərlər iudaizmi yayma­
ğa cəhd göstərirdi, səlcuqlar, türk­monqollar isə özləri ilə buddizmi gətirmişdi­
lər. Çox vaxt məbədləri əhalinin əsas hissəsinin dini qəbul etməsindən, yaxud 
da onun dövlət dini elan olunmasından çox­çox əvvəl inşa etməyə başlayırdılar. 
Belə ki, tək Qafqazda deyil, bütün xristian aləmində ən qədim abidələrdən sa­
yılan Şəkinin Kiş kəndindəki xristian məbədi Qafqaz Albaniyasının xristianlığı 
qəbul  etməsindən  xeyli  əvvəl  tikilmişdi.  Avestada  adı  çəkilən  Təxti­Süley­
mandakı odlar məbədi zərdüştlüyün ən qədim abidələrindən biri olmaqla bəra­
bər, həm də ən çox  sayılanı idi. Özlərinin məşhur məbədləri olmasına baxma­
yaraq,  Sasani  şahənşahlarının  tacqoyma  mərasimləri  bu  məbəddə  keçirilirdi. 
Yampolski Azərbaycanı  zərdüştlüyün  papalıq  vilayəti  adlandırırdı.  Belə  vila­
yətlərdən  biri,  özündə  Qobustanı  və Abşeronu  birləşdirən  və  hazırda  Suraxa­
nıda fəaliyyətdə olan Atəşgah məbədi, qədim odlar məbədi və odlar mehrabının 
qalıqları tapılan Bakı rayonu idi. Zaqatala rayonunda eramızın əvvəllərində çox 
unikal qayaüstü məzdəkizm abidəsi günümüzədək gəlib çatmışdır. Qarabağda, 
Şəki­Zaqatala  rayonunda,  həmçinin  Qazax  rayonunda  xristianlığın  çoxlu  mə­

163
bədləri qalmışdır. İlk dəfə İlhanilər tərəfindən inşa edilmiş çoxlu budda məbəd­
ləri sonradan islamı qəbul etmiş xələfləri tərəfindən dağıdılmışdı. Qədim yəhu­
di məbədi qalmamışdır. 
Dağ yəhudilərinin bu gün də Qubada fəaliyyətdə olan ilk sinaqoqu XIX əs­
rin sonlarında tikilmişdir. Ərəb müsəlman dünyasından xaricdə ən qədim məs­
cidlər Azərbaycanda inşa edilib bugünümüzədək qalmışdır. Yuxarıda deyilən­
lərlə əlaqədar çoxları Azərbaycanı Allah tərəfindən xeyir­dua verilmiş ölkə he­
sab  edirdilər.  O,  (Azərbaycan  ölkəsi)  bəxtiyar  ölkələrdən  biridir.  Onda  günəş 
idrakı parladı. Bu ölkə Allahdan xeyir­dua alıb. O, peyğəmbərlərin və müqəd­
dəslərin  mehrabıdır.  Gənc,  müstəqil  Azərbaycan  qarşısında  bugünümüzədək 
gəlib çatmış zəngin irsi bərpa edib qorumaq kimi məsul və şərəfli vəzifə daya­
nır.  Jurnalın  bu  nömrəsi Azərbaycan  məbədlərinə  həsr  olunmuşdur.  Biz  gələ­
cəkdə də bu problemə qayıdacaq və oxucularımızı bu mövzularla tanış edəcəyik.

164
hƏYat dƏrsİ
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60­cı 
illərin sonundan başlanan və XXI əsrə adlayan tarixi zaman. İlk baxışda quru 
statistika  və  faktlarla  dolu,  möhtəşəm,  ziddiyyətli,  enişli­yoxuşlu  bir  dövrün 
mənzərəsi  yaranacaq.  Lakin  ikicə  kəlmə  söz  tarix  səhifələrini  canlandırıb, 
uğurları, itkiləri, tərəqqi və inkişafı onlarca müfəssəl cədvəldən, araşdırmalar­
dan qat­qat tutumlu əks etdirə bilər. Heydər Əliyev. Tarix salnaməsinin XX əsr 
üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı. 30 ildən artıq Azər­
baycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi 
tarixin  sınaqlarından  çıxaran  Vətəndaş,  Şəxsiyyət,  Lider.  Mənim  də  mənsub 
olduğum nəsil üçün  – dünyaya 60­cı illərdə göz açanlara  – o,  ailə üzvü qədər 
yaxın və doğmadır. Və bu yaxınlıq tamamilə təbiidir. 
Hələ məktəb illərindən universitetə qədər, oradan da müstəqil həyata vəsiqə 
alanlar üçün Heydər Əliyev möhkəm iradəsi, təşkilatçılıq və dövlətçilik vərdiş­
lərinin  unikal  virtuozluğu  ilə  heyran  edən,  geniş  erudisiyası,  qibtəediləcək 
işgüzarlığı, sənətə vurğunluğu və sənət adamlarına himayədarlığı ilə örnək bir 
lider olmaqla yanaşı, həm də bizim gündəlik həyatımızın, məişətimizin təcride­
dilməz hissəsi idi. 
O zamanın qanunlarına görə yaşayan bir cəmiyyətdə respublika başçısının,  
sözün  yaxşı mənasında, millətpərəst bir insan olması onun həyatının nə qədər 
maneələrlə, üstüörtülü təhlükələrlə, daxili sarsıntılarla dolu olduğunu göstərir. 
Başqa  cür  ola  da  bilməzdi!  Axı  Azərbaycan  üçün  Heydər  Əliyev    möhkəm 
sipər, dayaqdır. Bunu bizim nəslimiz 80­ci illərin sonunda Vətənin üstünü qara 
buludlar alanda – Qarabağ savaşında, 20 Yanvar faciəsində haqsızlıq və laqeyd­
lik ilə üz­üzə qalanda hiss etdi. Onun Azərbaycan üçün varlığının taleyin Tanrı 
payı olduğunu onda dərindən duyduq. Hiss etdik ki, “Azərbaycan və Heydər 
Əliyev qırılmaz tellərdir” kəlmələrinin ifadəsi adi ritorika deyil. Tərəqqisi üçün 
çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi üçün düşün­
düyü Vətən – Azərbaycan taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı. 
Hüseyn Cavidi uzaq soyuq Sibirdən Vətəninə qaytaranda, dahi həmvətənlərinin 
xatirəsini əbədiləşdirmək üçün bir­birindən əhəmiyyətli tarixi­mədəni layihələ­
ri  reallaşdıranda,  yüzlərlə  gənci  keçmiş  SSRİ­nin  aparıcı  ali  məktəblərinə 
oxumağa göndərəndə, mənəvi irsimizin qorunması, təbliği ilə bağlı məsələləri 
daim  diqqət  mərkəzində  saxlayanda  o,  bizlərə  –  “bu  Vətən  sənin,  mənim, 
hamımızındır” kəlmələrinin əsl mahiyyətini anladan həyat dərsi keçirdi. 1993­
cü ildə yenidən Azərbaycan tarixini yaradan Heydər Əliyevi dəstəkləmək üçün 
meydanlara  yığışan,  onun  səsinə  səs  verən  milyonlarla  azərbaycanlı  arasında 
biz də – dünyaya 60­cı illərdə göz açanlar da var idik.
Mənim  həmyaşıdlarım  həyatlarındakı  Heydər  Əliyev  mərhələsinin  bu  gü­
nünü  yaşayır,  yenə  də  həyat  dərsi  keçir.  Bu  dərs  onun  timsalında  ruhun, 
iradənin gücünə, insanın məğlubedilməzliyinə inam dərsidir.

165
üzüYümün qaşı fİruzƏdƏndİr...
Müasir Azərbaycan  mədəniyyətinin  möcüzəli,  ecazkar  bir  musiqi  dünyası 
var. Bu dünyanın parlaq ulduzları – Fidan və Xuraman Qasımovalar artıq iyir­
mi beş ildir valehedici, bənzərsiz, ilahi səsləri ilə Azərbaycanı dünyada tanıdan 
əsl sənət elçiləridir. Milli vokal məktəbimizin mötəbər beynəlxalq müsabiqələr­
də ən yüksək səviyyədə – qaliblər zirvəsində təmsil olunması ilk dəfə Fidan və 
Xuraman Qasımovaların adı ilə bağlıdır. Fidan xanımın İtaliyada (Viotti adına), 
Xuraman xanımın Yunanıstanda (Mariya Kallas adına), Rusiyada (Pyotr Çay­
kovski adına) sənət yarışmalarında parlaq  qələbələri XX əsr Azərbaycan mu­
siqi  tarixinə  qızıl  hərflərlə  yazılmışdır.  Tale  onlardan  sanki  heç  nəyi  əsirgə­
məyib – gözəl səs, gözəl sima, nadir istedad... Hər iki bacının ümumiləş dirilmiş 
obrazı məhz bu iki kəlməyə köklənir: Gözəllik və İstedad. Fidan Qasımovanın 
Nigarı, Marqaritası, Dezdemonası, Tatyanası, Mimisi..., Xuraman Qasımovanın 
Sevili, Toskası, Aidası... 
Müğənnilərin opera səhnəsində yaratdıqları obrazlar qalereyası texniki ka­
milliyi, obrazın daxili aləminin parlaq təcəssümü ilə diqqəti cəlb edir. Hələ on­
ların dünya vokal ədəbiyyatını – Baxdan tutmuş müasir Azərbaycan bəstəkar­
larının  əsərlərinə  qədər  –  əhatə  edən  zəngin  repertuarını  demirik.  İyirmi  beş 
ildə Fidan və Xuraman Qasımovaların həyatında uğur, parlaq qələbələr kədərli, 
qəmli anlarla qoşa addımlayıb. Lakin hər iki sənətkar taleyin zərbələrinə sinə 
gərərək bu gün də dünyanın hər bir guşəsində bol­bol alqış qazanır, Azərbay­
can  musiqisinin  salnaməsini  yaradır.  Fidan  və  Xuraman  Qasımovalar  ən  ali 
dövlət mükafatlarına layiq görülüblər. Lakin onların ən böyük mükafatı tama­
şaçı ilə dolu, güllü­çiçəkli konsert zalları, teatr səhnələri, xarici ölkələrə çox­
saylı  dəvətlər,  Bakı  Musiqi  Akademiyasındakı  tələbələri  və  həmkarlarının 
məhəbbətidir.

166
azƏrbaYcan İdmanının qƏdİm ƏnƏnƏLƏrİ
Bu il biz Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılma­
sının 10 illiyini qeyd edirik. 
Komitə 1992­ci ildə, ölkəmizin müstəqillik qazandığı gündən üç ay sonra 
yaradılmışdır. Olimpiya oyunları – bu heyrətamiz yaradıcılıq insan cəmiyyəti­
nin mədəni, humanist minilliyə qədəm qoymasının ifadəsidir. İnsana xas olan 
mübarizlik ruhu, güc nümayişi,  döyüşkənlik  humanist formada özünü göstər­
məyə başladı. Oyunlar və yarışların müharibələri əvəz etməsi qədim Elladanın 
ən  möhtəşəm  nailiyyəti  hesab  olunmalıdır.  Çünki  o  dövrdə  olimpiadada, 
vicdanlı yarışda rəqibinə qalib gələn və iştirak etdiyi idman növündə gör-
kəmli nailiyyətlər qazanan idmançı ölkəsinin ən hörmətli şəxsi, qəhrəmanı 
hesab olunurdu. Bu da əlamətdardır ki, Olimpiya oyunları keçirilən zaman bü­
tün hərbi münaqişələrə son qoyulurdu. Bu isə öz növbəsində ümumi sülhə tərəf 
addım  idi.  Azərbaycanda  bədən  tərbiyəsi  və  idmana  bütün  dövrlərdə  böyük 
diqqətlə yanaşırdılar. Çünki insanın cəmiyyətdəki mövqeyi at çapmaq, ox at­
maq, qılınc oynatmaq, güləşmək məharətinə və eyni zamanda fiziki qüvvəsinə 
görə müəyyənləşirdi. Yaşlılar öz bacarıqlarını ov zamanı, hərbi yürüşlər zamanı 
və bayramlar münasibəti ilə müntəzəm keçirilən yarış və oyunlarda təkmilləş­
dirirdilər. Cıdır və dəvələrin yarışı xüsusilə məşhur idi. Çovqan zadəgan oyu nu 
hesab  edilirdi  ki,  onu  da  xüsusi  atlar  üzərində  bunun  üçün  nəzərdə  tutulmuş 
ayrıca meydanda keçirirdilər. Lakin çovqanı at sürməyi azacıq da olsa bacaran 
hər bir kəs istənilən meydançada oynayırdı. Yarışlarda Şah ailəsinin üzvləri də  
iştirak edirdilər. Meydanda özünü xarici qonaqlara göstərmək və on ların hərbi 
hazırlığını sınamaq olardı. 
Uşaqlar  çovqanı  ot  üzərində  oynayırdılar.  Oxatma  yarışları  da  geniş 
yayılmışdı. Bunlardan ən mürəkkəbi at çaparaq uzaq məsafədəki hədəfi – uzun 
şaquli taxtanın ucuna qoyulmuş kiçik həlqədən keçirmək üzrə yarış idi. 
Azərbaycan milli yarışları arasında ən qədimi və ən çox seviləni Güləşdir. 
Bu  idman  növünün  xüsusiyyətlərini  bir  çox  Şərq  güləş  növlərində  tapmaq 
mümkündür. Bayram şənliklərində tanınmış pəhləvan­güləşçilər arasında yarış­
ların  keçirilməsi  ənənəsi  bizim  günlərə  qədər  gəlib  çatmışdır.  Bahadır­
pəhləvanlar  xalq  arasında  böyük  hörmətə  malik  idilər.  Pəhləvan  adına  layiq 
görülmək  və  bu  adı  təsdiqləyən  sənədə  sahib  olmaq  üçün  fiziki  hazırlığın 
yüksək  mərhələsinə  çatmaq  lazım  idi.  Qədim  dastanlarda  bir­birinə  qarşı 
vuruşan iki düşmən ordunun və ya dəstənin taleyini pəhləvanların görüşü həll 
edirdi. Azərbaycanın  orta  əsr  pəhləvanlarının  adlarını  tarixi  yazılar  və  şairlər 
bizə çatdırmışlar. Belə hesab olunur ki, Şah İsmayılın dövründə xüsusi alətlər 
ilə çıxış edən pəhləvanlar hazırlanan Zorxanalar yaradılmışdı. 

167
İdmançılar üçün meydança və tamaşaçıların əyləşməsi üçün amfiteatrı olan 
gümbəzli  Zorxana  binaları  bir  növ  idman  sarayları  idi.  Hal­hazırda  Zorxana 
binaları  Bakıda,  Gəncədə  və  Ordubadda  var.  Azərbaycan  Tarixi  muzeyində 
Zorxanada çıxış edən pəhləvanların idman alətləri saxlanılır. İntellektual oyun­
lar da çox geniş yayılmışdı. Bunlar arasında xüsusən şahmat, nərd və başqaları­
nı  qeyd  etmək  olar.  Şahmat    və  dama  oyununu  adətən  ənənəvi  tərzdə  və 
gözübağlı oynayırdılar. Gözübağlı oyun tərzi karvan səyahətləri zamanı təkmil­
ləşmiş və uzun sürən vaxtı qısaltmağa kömək etmişdir. Yarışların demək olar 
ki, hamısı musiqi sədaları ilə müşayiət olunurdu. Hətta şahmat oyunu zamanı 
ud  alətində  incə  musiqi  ifa  edilirdi.  Zorxanalarda  güləş  zamanı  səslənən 
ənənəvi musiqidən başqa pəhləvanların şücaətindən bəhs edən mahnılar da ifa 
olunurdu. 1894­cü ildə Pyer de Kuberten müasir Olimpiya hərəkatının başlan­
ğı cını qoyan Beynəlxalq Olimpiya Komitəsini yaratdı. İnsanların çoxdankı ar­
zusu – bərabər döyüşdə qələbə çalmaq, müharibə ilə deyil, hamı tərəfindən qə­
bul edilmiş qanunlar üzrə bitərəf hakimlər qarşısında yarışlarda öz məharətini 
sübut etdirmək arzusu həyata keçdi. Birinci Müasir Olimpiya Oyunları 1896­cı 
ildə Afinada keçirildi. Bundan düz 100 il sonra Azərbaycan Atlantada keçirilən 
XXVI  Olimpiya  oyunlarında  müstəqil  dövlət  kimi  çıxış  etdi  (Azərbaycan 
idmançıları  Olimpiya  oyunlarında  ilk  dəfə  50  il  bundan  əvvəl,  SSRİ  yığma 
komandası tərkibində çıxış etmişlər). Bundan sonra idmançılarımızın Avstrali­
yanın Sidney şəhərində keçirilən yay Olimpiya oyunlarında zəfərli çıxışları baş 
verdi – onlar Vətənə iki qızıl və bir bürünc medal ilə qayıtdılar. Olimpiya hərə­
katının bu on ili ərzində Azərbaycanda artıq müstəqil dövlətin vətəndaşları olan 
çoxlu miqdarda yeni nəsil idmançıları hazırlanmış, Bakıda, Naxçıvanda, Gən­
cədə və Maştağada müasir tələblərə cavab verən idman kompleksləri ucaldıl­
mış,  bir  neçə  beynəlxalq  turnir, Avropa  və  dünya  birincilikləri  keçirilmişdir. 
Ölkəmizin  Olimpiya  hərəkatının  10  illiyi  münasibətilə  jurnalımızın  növbəti 
sayını Azərbaycanda idmanın inkişafı mövzusuna həsr etmək qərara alınmışdır.  

168
qızıL İrsİmİz
2001­ci ildə Şah İsmayılın Azərbaycan Şahı kimi taxta çıxması və Səfəvi 
dövlətini yaratmasının 500 illiyi tamam olur. Səfəvilər dövründə Azərbaycanda 
təsviri sənət qeyri­adi yüksəkliklərə çatmışdı ki, bu da öz növbəsində, ölkədə 
bu  incəsənət  növünün  gələcək  inkişafına  böyük  təsir  göstərmişdi.    O  dövrün 
dahi Azərbaycan rəssamları, dünya şöhrəti qazanmış Sultan Məhəm məd, Ağa 
Mirək,  Mir  Müsəvvir,  Mir  Seyid  Əli,  Müzəffər  Əli,  Muhammədi  və  başqa­
larının xatirəsini yad etmək üçün jurnalımızın bu nömrəsini təsviri sənət möv­
zusuna həsr etmişik. Azərbaycan təsviri sənətinin tarixi kökləri çox qədimdir. 
Qədim rəssamlar insan və ov etdikləri heyvan təsvirlərini yüksək bədii ustalıqla 
təsvir  etmişlər.  Onlar  artıq  o  dövrdə  mərasim  rəqslərinin  hərə kətlərini  və  ov 
zamanı təqib səhnələrinin dinamikasını təsvir etməyi bacar mışlar. Qobustanda 
olan  bir  çox  qayaüstü  rəsmlər  sübut  edir  ki,  rəssamlar  mərasimlərin  məzmu­
nundan  asılı  olaraq  qadağan  olunmuş  ecazkar  obrazların  abstrakt  təsvirlərini 
verməyi  öyrənmişlər.  Azərbaycanın  ərazisində  (Manna  dövləti,  e.ə.  IX­VII 
əsrlər) öz gözəlliyi və işləmə texnikası ilə insanı heyran edən və üzərində al­
lahlara  qurbankəsmə  səhnələri,  ölkə  başçıları,  musiqiçilər  və  başqalarının 
təsvirləri olan nadir qablar tapılmışdır. Tanınmış rus sənətşünası Lukonin hesab 
edir ki, qonşu ölkələrin incəsənətinin mənbəyini Manna dövlətinin ərazisində 
axtarmaq lazımdır. O yazır: “Bu ərazinin incəsənəti həm skiflərin incəsənətinin, 
həm midiyalıların incəsənətinin, həm farsların incəsənətinin formalaşması üçün 
əsas olmuşdur. Zaviye abidələri ilə təqdim olunan bu dövr xüsusilə maraqlıdır. 
Çünki bir tərəfdən, bu abidələrdə biz yaxın zamanlarda tapılmış sivilizasiyanın 
son  inkişaf  mərhələsini  müşahidə  edirik,  o  biri  tərəfdən  isə,  onlar  skif  incə­
sənətinin  başlanğıc  mərhələsi  və  fars  incəsənətinin  ilk  abidələri  ilə  bilavasitə 
bağlıdırlar.  Orta  əsrlərdə  kitab  incəsənətinin  inkişafı  ilə  əlaqədar Azərbaycan 
müsəlman Şərqində kitab miniatürünün inkişafında əsas mərkəzlərdən biri olur. 
Yaxın və Orta Şərqdə ilk, ən erkən miniatürlər Azərbaycan şəhərlərindən Xoy, 
Marağa və Təbrizdə Azərbaycan Atabəyləri (Eldəgizlər) dövründə, XIV əsrin 
sonu  və  XV  əsrin  əvvəllərində  yaradılmışdır.  Bir  qədər  sonra  Azərbaycan 
dövlətləri  Qaraqoyunlu,  Ağqoyunlu  və  Səfəvilərin  bədii  emalatxanalarında 
dünya  bədii  mədəniyyəti  xəzinəsini  zənginləşdirmiş  özünəməxsus  və  orijinal 
kitab  miniatür  məktəbləri  yaranır. Alman  alimi  F.Şults  XIV­XV  əsrlər Azər­
baycan (Təbriz) miniatür məktəbini Şərqin bir çox bədii məktəblərinin “alma­
materi” adlandırmışdır. İlk mərhələdə Azərbaycan mi niatürü Mesopotamiya və  
türk­uyğur  incəsənətinin  təsiri  altında  inkişaf  edirdi.  Lakin  artıq  XVII  əsrin 
əvvəllərində  və  daha  sonra  Avropa  rəssamlığının  təsiri  təkcə  miniatür  yara­
dıcılığında  deyil,  təsviri  incəsənətin  başqa  növlərində  də  aydın  gözə  çarpır. 
XIX  əsrin  əvvəlləri  və  Azərbaycanın  şimal  hissəsinin  Rusiyaya  birləş­

169
dirilməsindən sonra bu proses öz ifadəsini saray və binaların divar naxışlarında 
və təzəcə yaranan dəzgah rəssamlığında tapır. 
Təbriz, İrəvan, Şuşa, Şəki, Xoy şəhərlərindəki saray və fərdi yaşayış evləri 
yeni üslubda naxışlanır. İranda və Azərbaycanda (İrəvani, Qarabaği, Allahverdi 
Əfşar,  Mir  Əli,  Məhəmməd  Həsən  Əfşar  və  bir  çox  başqaları)  Azərbaycan 
zadəganlarının gözəl portretləri yaradılır. Avropa­rus məktəbi rəssamlarının ilk 
nümayəndələri (İbrahim Səfi, Bəhruz Kəngərli, Əzim Əzimzadə və başqaları) 
yaradıcılıq  yoluna  qədəm  qoyurlar.  1920­ci  ildən  başlayaraq  ölkədə  Azər­
baycan  üçün  yeni  peşəkar  bədii  təhsil  sistemi  formalaşmağa  başlayır.  Yeni 
Azərbaycan rəssamlıq məktəbi yaranır. Sosialist realizmindən avanqarda kimi 
çətin inkişaf yolu keçmiş və özündə Şərqin və Qərbin ənənələrini birləşdirmiş 
bu məktəb yeni minilliyin əvvəlində kamillik səviyyəsinə çataraq özündə par­
laq bədii fenomeni təcəssüm etdirir. Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul 
Nərimanbəyov,  Rasim  Babayev,  Mikayıl Abdullayev,  Nadir  Əbdürrəhmanov, 
Cavad  Mircavadov,  Əşrəf  Murad  oğlu,  Tofiq  Cavadov,  Qorxmaz  Əfəndiyev, 
Müslüm Abbasov, Kamal Əhməd, Altay Sadıqzadə, Qəyyur Yunus və bir çox 
başqalarının adları Azərbaycanın hüdudlarından çox­çox uzaqlarda məşhurdur. 

170
rƏşİd adLı bİr möcüzƏ
Rəşid adlı bir möcüzəyə həsr olunub bu sayımız. Jurnalımızın tarixində ilk 
dəfə olaraq hər bir səhifəsini ayrılıqda və jurnalı bütövlükdə bir şəxsiyyətə, bir 
incəsənət xadiminə həsr edirik. Rəşid Behbudov yaradıcılığından bəhs edərkən 
–  “ilk  dəfə”  ifadəsi  tez­tez  səslənib.  Məhz  Rəşid  ilk  dəfə  olaraq  ekranda 
bənzərsiz  Əsgər  və  operada  Balaş  obrazlarını  yaradıb.  Məhz  Rəşid  bir  çox 
mahnının  ilk  və  təkrarolunmaz  ifaçısı  olub.  Məhz  Rəşid  ilk  dəfə  “Mahnı 
Teatrı”  adlı ecazkar bir dünya yaradıb. Məhz Rəşid ilk dəfə olaraq Azərbaycan 
nəğməsi  ilə,  demək  olar  ki,  bütün  dünyanı  dolanıb,  Yer  kürəsinin  hər  bir 
nöqtəsində doğma Azərbaycanı tərənnüm edib. Bütöv bir dünya idi Rəşidin özü 
də, sözü də. Hər birimiz özümüzü Rəşid adlı bir dünyanın ayrılmaz parçası hiss 
edərək çox gözəl başa düşürük ki, Rəşid nəğməsi, Rəşid səsi, Rəşid avazı hələ 
uzun  illər  bizim  daxilimizdə  yaşayacaqdır.  Rəşid  möcüzəsi  dedikdə,  biz 
Rəşidin  özünün  və  sənətinin  bu  bənzərsizliyinə  işarə  edərək  heç  vaxt  dəqiq 
təhlilə yatmayan bir çox problemləri sözün gücü ilə açıqlamaq istəyirik. Gözəl 
başa  düşürük  ki,  əslində,  Rəşid  yaradıcılığı,  Rəşid  sənəti  həyatımızın  elə 
ayrılmaz hissəsi olub ki, bu deyilən söz bizim özümüzün haqqındadır. Qəribə 
musiqi  duyumu  var  idi  Rəşid  Behbudovun.  Onun  nəğməsində,  onun  yaradı­
cılığında  dövrün  mühiti  ilə  ecazkar  bir  həmahənglik  duyulurdu.  Azərbaycan 
musiqi  tarixində  Rəşid  bizim  özümüzü  də,  bizim  bədii  zövqümüzü  də 
dəyişdirməyə  qadir  olan  bir  sənətkar  kimi  qalacaqdır.  XX  əsrdə Azərbaycan 
musiqisində  baş  verən  dəyişikliklərin  səbəblərini  Rəşid  möcüzəsində  axtarıb 
tapmaq  olar.  Müasir  dünyanın  bütün  ritmlərini,  daxili  melodiyalarını  böyük 
həssaslıqla duyan Rəşid Behbudov özünə xas olan dərin zövqü, coşqun ehtiras 
və hərarətli yeni melodiyalar, yeni ab­hava ilə, yeni musiqi mənzərəsi forma­
laşdırırdı. Rəşid Behbudovun sənət aləmində gerçəkləşdirdiyi bir inqilab, söz­
süz  ki,  Azərbaycan  musiqi  sənətinə  xas  olan  milli  muğam  ənənələrinin 
üzərində qurulmuşdu. O, bizim keçmişimizi öz daxilində əridərək, sənət süzgə­
cindən keçirə­keçirə Azərbaycan mahnısına yeni bir həyat verdi. Böyük bir us­
tad  kimi  o,  dünənimizi,  bugünümüzü  və  sabahımızı  öz  yaradıcılığında  bir 
vəhdət halında, bütöv bir şəkildə birləşdirməyə qadir oldu. Dərin ustalıq tələb 
edən  bu  heyrətamiz  dəyişikliklər  onun  nə  dərəcədə  böyük  ustad  olduğunun 
kiçik bir sübutudur. O, bu gün də hamımızın ustadıdır. Onun fəth etdiyi zirvələr 
bu gün də bizim üçün gözqamaşdırıcı üfüq lər açır. Rəşidin öz üslubu, öz sözü 
var idi sənətdə. Belə bir üslubun formalaş ması ilk növbədə Rəşid şəxsiyyəti ilə 
bağlı  idi.  Hansı  musiqişünası  dindirsəniz,  deyəcək  ki,  müğənnilərin  ifa  üs­
lubunu məhz bəstəkarlar formalaşdırır. Rəşid səsi, Rəşid ifa tərzi isə əksinə, bir 
çox  bəstəkarların  yaradıcılığına  böyük  təsir  göstərərək,  yeni  bir  üslubun 
formalaşmasına təkan verdi. Səhnədə Rəşidi dinlə məyə başlayan zaman insan­

171
da ancaq bir fikir yaranırdı ki, bu nəğmənin varsa­yoxsa bir müəllifi vardır  –  o 
da Rəşid Behbudov özüdür. Əbəs yerə deyil ki, Tofiq Quliyev Rəşidi ifa etdiyi 
bütün  əsərlərinin  həmmüəllifi  adlandırırdı.  Rəşidin  ürəyindən  gələn,  bizim 
ruhumuzu  oxşayan,  bizi  pərvazlandırıb  az  qala  uçmağa  vadar  edən  səsin 
sehrinə bürünüb gələn bu sözlər, bu cazibədar musiqi elə bil Rəşidin beynində, 
içində, qəlbində yaranıb bizə çatdırılır. Rəşid möcüzələrinin, Rəşid uğurlarının, 
Rəşid ölməzliyinin bir sirri də məhz budur. Ovsun dolu səsiylə Rəşid elə bir 
möcüzədir ki, sadəcə adını çəkməklə gözlər önündə bütöv bir dünya canlanır. 
Həm  də  elə  bir  dünya  ki,  hər  təzə  gələn  nəsil  onu  yeni  bir  tərzdə  qavrayır. 
Yaşamağı ondandı ki, dünyanı qurtaracaq ruhuyla gözəl idi Rəşid və bir da ona 
görə ki, bənzərsiz idi, bir daha təkrarı olmayacaq dı onun. Rəşid Behbudovun 
sənət  dünyasında  Şərqlə  Qərb,  Asiya  ilə  Avropa,  gündoğanla  günbatan  bir­
birinə qovuşur. Dünya şöhrətini qazandıqdan sonra da o, Rəşid olaraq qaldı. O 
yenə də həmin arşınmalçı Əsgər, talesiz Balaş, könülaçan, qəlboxşayan o şirin 
və məlahətli səsiylə doğma Qarabağı, doğma Azərbaycanı tərənnüm edən dahi 
müğənni, sadə insan, əsl vətəndaş olaraq qaldı. Elə Qarabağ dərdi də onun incə 
sənətkar qəlbini qırdı. Qarabağ dərdi ilə Rəşid köç etdi bu dünyadan. Şirin ana 
laylasından dilimizin ətri gəlir. Beşik dəykən uşaqlıq dünyamız anamızın ətrinə 
bürünən laylay və nazlamalarla dolu bir dildə yaranır. Bizim hamımızı öz qoy­
nuna alan böyük Azərbaycan dünyası da elə bil bütövlükdə Rəşid səsi, Rəşid 
avazı, Rəşid nəğməsi ilə bizi böyüdüb boya­başa çatdırıb. Bu dünya durduqca  
Rəşid möcüzəsi də yaşayacaqdır.

172
Yüklə 61,71 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin