etmişdir.
2006cı il aprelin 4də Azərbaycan Prezidentinin xanımı Mehriban Əliye
vanın və Türkiyə Prezidentinin xanımı Səmra Sezərin görüşü olmuşdur.
Xanım Səmra Sezər Azərbaycanda olmasından və Mehriban xanımla bir
daha görüşməsindən məmnunluq duyduğunu bildirmiş və vurğulamışdır ki,
Türkiyənin dövlət başçısının bu səfəri ölkələrimiz arasında qarşılıqlı müna
sibətlərin daha da inkişafına öz töhfəsini verəcəkdir.
MDB ölkələri Yəhudi İcmaları Federasiyasının prezidenti Lev Levayevin
rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri 2006cı il aprelin 11də Heydər
Əliyev Fondunda olmuşlar.
Fondun prezidenti, YUNESKOnun xoşməramlı səfiri, Milli Məclisin depu
tatı Mehriban xanım Əliyeva MDB ölkələrində yaşayan yəhudiləri birləşdirən
109
təşkilatların təmsilçilərini ölkəmizdə və Ulu Öndərin adını daşıyan Fondda
görməkdən məmnunluğunu söyləmişdir. O, Fond haqqında qısa məlumat verə
rək bildirmişdir ki, Fondun əsas məqsədi dahi şəxsiyyət, müstəqil Azərbaycan
dövlətinin qurucusu Heydər Əliyevin zəngin elminəzəri, siyasi irsini öyrənib
gələcək nəsillərə çatdırmaqdan ibarət olsa da, təhsil, səhiyyə, mədəniyyət, so
sial layihələrin həyata keçirilməsinə də xüsusi diqqət yetirir, ölkəmizin
hərtərəfli inkişafına öz töhfəsini verir. Ötən il Fondun təşəbbüsü və layihəsi ilə
132 mək təb binası tikilib istifadəyə verilmişdir, bu il isə daha 100 məktəb
binasının inşası nəzərdə tutulmuşdur. Fond uşaq evləri və internat məktəb
lərində böyüyən, eləcə də talassemiyalı və diabetli uşaqlara ardıcıl qayğı və
köməyi də özünün prioritet vəzifələrindən sayır, bu istiqamətdə xüsusi proq
ramlar hazırla yıb həyata keçirir. Nüfuzlu beynəlxalq təşkilatlarla, dünyanın
müxtəlif ölkələri nin ictimai, qeyrihökumət təşkilatları ilə əməkdaşlığa da çox
böyük əhəmiyyət verilir və onların sırasında yəhudi təşkilatları da vardır.
Yəhudi təşkilatlarının təmsilçiləri Fondun və onun prezidentinin konkret
insanların və ölkənin sosial problemlərinin həlli sahəsində çox böyük layihələr
həyata keçirməsi barədə məlumatlı olduqlarını vurğulamışlar. Onlar Bakıda
olarkən Azərbaycan xalqının zəngin mədəniyyəti, klassik və müasir musiqi
sənəti ilə əyani tanışlıqdan məmnun qaldıqlarını bildirmiş, Mehriban xanımın
həm də YUNESKOnun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dost
ları Fondunun və Gimnastika Federasiyasının prezidenti kimi səmərəli fəaliy
yətini yüksək qiymətləndirmişlər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2006cı il
aprelin 25də Bakıda səfərdə olan Dünya Səhiyyə Təşkilatının baş direktoru Li
Yonq Vuk ilə görüşmüşdür.
Mehriban xanım Əliyeva cənab Li Yonq Vuku Bakıda və müstəqil Azər
baycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyan Fondda görməkdən
məmnunluğunu söyləmişdir.
2004cü ildən fəaliyyət göstərən Fondun ölkəmizdə təhsil, mədəniyyət sa
həsində bir sıra layihələr həyata keçirdiyini bildirən Mehriban xanım Əliyeva
demişdir ki, səhiyyə sahəsindəki problemlərə xüsusi diqqət yetirilir.
Bu sahədə həyata keçirilən ilk tədbirlərdən biri “Diabetli uşaqlara ən yük
sək qayğı” layihəsidir. 2004cü il dekabrın 4də Fondda layihənin təqdimatın
dan sonra ictimaiyyətin, yerli və xarici təşkilatların diqqətini ölkəmizdəki dia
betli uşaqların problemlərinə yönəltdiyimizə görə, Beynəlxalq Diabet Federasi
yasının bu işdə iştirakı fəallaşdı. Beləliklə, Azərbaycanda bu xəstəliyə tutulmuş
14 yaşınadək 310 nəfər uşağın insulinlə təminatındakı çətinliklərin bir çoxu
aradan qaldırıldı.
Mehriban xanım demişdir ki, səhiyyə sahəsində Fondun həyata keçirdiyi
digər layihə ölkədə talassemiyanın qarşısının alınmasına yönəlmişdir. Talas
110
semiyalı xəstələrin sayı, vəziyyəti, müalicə imkanları ilə bağlı müvafiq infor
masiya toplandıqdan sonra 2005ci ilin fevralında “Talassemiyasız həyat
naminə” mövzusunda keçirilən dəyirmi masada ictimaiyyət nümayəndələri,
beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Talassemiya Federasiyası ilə
birgə əməkdaşlıq məsələləri müzakirə olunmuş, müasir avadanlıqla təchiz
olunmuş Talassemiya Diaqnostika Mərkəzinin yaradılması qərara alınmışdır.
Layihədə bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli
qanla təmin olunması ücün donor xidmətinin inkişafı, əhalinin maarifl ən di ril
məsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə
də daim diqqət yetirilir. Talassemiya ilə mübarizədə İtaliya, Türkiyə, Yunanıs
tan və İsrailin təcrübəsi öyrənilir. Bir neçə ölkənin talassemiya sahəsində tanın
mış mütəxəssislərinin Azərbaycana səfərləri təşkil edilmiş və müzakirələr
aparılmışdır. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda yüksək ixtisaslı kadr
ların hazırlanması üçün başqa ölkələrlə mütəxəssis mübadiləsinin təşkili də
nəzərdə tutulur.
Mehriban xanım ölkəmizdə bu xəstəliyin vaxtında aşkar edilməsi üçün
lazımi müasir avadanlığın olmadığını bildirərək, bu və digər sahələrdə Dünya
Səhiyyə Təşkilatının köməyinə ehtiyac olduğunu vurğulamışdır. DST kimi
mötəbər qurumun rəhbərinin Azərbaycana səfərinin ölkəmizdə səhiyyənin inki
şafına müsbət təsir göstərəcəyinə inandığını bildirmişdir.
DSTnin baş direktoru Li Yonq Vuk bu sahədə təşəbbüslərini və konkret
fəaliyyətini yüksək qiymətləndirmişdir. Ölkəmizə ilk səfərinin, Azərbaycan
Prezidenti və onun xanımı ilə görüşlərin onda xoş təəssürat yaratdığını vurğu
lamışdır. Cənab Li Yonq Vuk rəhbərlik etdiyi təşkilatın Fondla əməkdaşlığa
hazır olduğunu, səmərəli əlaqə qurulacağına əminliyini söylədi, qaldırılan mə
sələlərin bir çoxunun həllinə kömək edəcəyini bildirmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun xoşməramlı səfiri
Mehriban xanım Əliyeva 2006cı il mayın 11də Almaniyanın “Fresenius Me
di cal Care” şirkətinin nümayəndəsini qəbul etmişdir.
Mehriban xanım ölkədə talassemiyanın qarşısının alınmasına yönəlmiş
layihə barədə də danışaraq demişdir ki, respublikanın bəzi rayonlarında bu
xəstəlik geninin yayılma tezliyi xüsusi təşviş doğurur. Ona görə də Heydər
Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə talassemiyalı xəstələrin sayı,
vəziyyəti, müalicə imkanları barədə müvafiq informasiya toplandıqdan sonra
Beynəlxalq Talassemiya Federasiyası ilə birgə əməkdaşlıq məsələləri müzakirə
olunmuş, müasir avadanlıqla təchiz ediləcək Talassemiya Diaqnostika Mərkə
zinin yaradılması qərara alınmışdır. Layihədə bu xəstəlikdən əziyyət çəkən
uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması ücün donor xidməti
nin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstə
liyin proqnozlaşdırılması məsələlərinə də diqqət yetirilir.
111
Heydər Əliyev Fonduna son vaxtlar xroniki böyrək çatışmazlıqlarından
əziyyət çəkən xəstələrdən daxil olan müraciətlərin sayının getdikcə artdığını
xatırladan Mehriban xanım Əliyeva, xəstəliyin qarşısının alınması, tibbi yardım
xidmətinin vəziyyəti ilə bağlı görülən işlər barədə məlumat vermişdir. O, Fon
dun müraciətinə müsbət yanaşaraq, 200 min avro dəyərində 10 ədəd hemodia
liz aparatının verilməsinə görə “Fresenius Medical Care” şirkətinin rəhbər
liyinə təşəkkürünü bildirmişdir. Respublikamızda böyrək çatışmazlığından
əziyyət çəkən yüzlərlə xəstənin və cəmi 94 belə aparatın olduğunu bildirən
Mehriban xanım, hədiyyəni yüksək dəyərləndirmişdir.
Almaniya şirkətinin nümayəndəsi və səhiyyə naziri Fondun həyata keçir
diyi layihələri, Azərbaycan əhalisinin sağlamlığına diqqət və qayğısını yüksək
qiymətləndirmişlər. Şirkətin təmsilçisi bu aparatların yüzlərlə xəstə üçün
əvəzsiz kömək olacağını vurğulamış və Fondla əlaqələrin inkişafına bundan
sonra da səy göstərəcəklərini bildirmişdir.
Ölkəmizdə səfərdə olan BMTnin Qadınlar üçün İnkişaf Fondunun
(YUNİFEM) icraçı direktoru xanım Noelin Heyzer 2006cı il mayın 26da
Heydər Əliyev Fondunda olmuşdur.
Fondun prezidenti, YUNESKOnun xoşməramlı səfiri, Milli Məclisin depu
tatı Mehriban xanım Əliyeva Noelin Heyzeri müstəqil Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyevin adını daşıyan Fondda görməkdən məmnun oldu
ğunu söyləyərək, Fond haqqında qısa məlumat vermişdir. Bildirilmişdir ki,
2004cü ilin mayında fəaliyyətə başlamış Fondun əsas məqsədi dahi şəxsiyyət,
müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin elminəzəri,
siyasi irsini öyrənib, gələcək nəsillərə çatdırmaqdan ibarət olsa da, təhsil,
səhiyyə, mədəniyyət, idman, sosial layihələrin həyata keçirilməsinə də xüsusi
diqqət yetirir, ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verir. Ötən il Fondun
təşəbbüsü və layihəsi ilə 132 məktəb binası tikilib istifadəyə verilmişdir. Fond
ölkədə mövcud olan uşaq evlərinin və internat məktəblərinin hamısını daim
diqqətdə saxlayır və mütəmadi olaraq, təmir işlərinin aparılmasını təşkil edir.
Səhiyyə sahəsindəki layihələrə toxunan Mehriban xanım, talassemiyalı və
diabetli uşaqlara qayğı və köməyin Fondun prioritet vəzifələrindən biri oldu
ğunu söyləmiş, ölkəmizdə müasir avadanlıqla təchiz olunmuş Talassemiya
Diaqnostika Mərkəzinin inşa ediləcəyini bildirmişdir.
Mehriban xanım demişdir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticə
sində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soyda
şımızın, xüsusən də bu ailələrdən olan uşaqların təhsili ilə bağlı məsələləri və
qadınların problemlərini həll etməyə çalışırıq.
Nüfuzlu beynəlxalq qurumlarla, qeyrihökumət təşkilatları ilə əməkdaşlığa
da çox böyük əhəmiyyət verildiyini vurğulayan Mehriban xanım, Fondun ötən
112
ildən BMT ilə birgə böyük bir proqramın icrasına başladığını diqqətə çat
dırmışdır. Bu proqram kor və zəif görən insanların informasiyakommunikasi
ya texnologiyalarından istifadə etməsinə imkan yaradacaqdır.
YUNİFEMin icraçı direktoru xanım Noelin Heyzer vaxt tapıb onunla gö
rüşdüyünə görə Mehriban xanıma təşəkkür edərək demişdir ki, sizin gör düyünüz
işlər barədə ölkənizə gəlməzdən əvvəl də məlumatım olmuşdur. N.Heyzer Fon
dun prezidentinin bu sahədə təşəbbüslərini və konkret fəaliyyətini yüksək
qiymətləndirmişdir.
Qonaq, dünyada ən böyük iqtisadi artımın müşahidə edildiyi Azərbaycanda
əldə olunan gəlirlərin insanların rifahına yönəldilməsini və bu işdə Mehriban
xanımın rolunu xüsusi vurğulamışdır.
Ölkəmizdə səfərdə olan Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana
Anodina, onun müavini Aleksandr Filatov, “Azərbaycan Hava Yolları” Dövlət
Konserninin baş direktoru Cahangir Əsgərov və konsernin bir qrup nüma
yəndəsi 2006cı il iyunun 2də Heydər Əliyev Fondunda olmuşlar.
Fondun prezidenti, YUNESKOnun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva qonağı ölkəmizdə və Ulu Öndər Heydər
Əliyevin adını daşıyan Fondda görməkdən şad olduğunu söyləmişdir. O,
Heydər Əliyev Fondunun müxtəlif yönümlü proqramları haqqında məlumat
vermiş, əsas məqsədi Azərbaycan xalqının Ümummilli Lideri tərəfindən yara
dılmış azərbaycançılıq ideologiyasının təbliği və gələcək nəsillərə çatdırılması
olan Fondun, qayğıya və köməyə ehtiyacı olanların problemlərinin həlli, uşaq
evləri və internat məktəblərində tərbiyə alan uşaqlara, qaçqın və məcburi köç
künlərə yardım, elm, təhsil, səhiyyə və mədəniyyət sahəsində gördüyü işlərdən
danışmışdır.
T.Anodina səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanda gedən
nəhəng quruculuq işlərinin miqyasına heyran qaldığını, Heydər Əliyev Fondu
nun onda zəngin təəssürat doğurduğunu söyləmişdir. Qonaq hələ 1991ci ildə
Dövlətlərarası Aviasiya Komitəsinin yaradılmasında Heydər Əliyevin xüsusi
rolunu vurğulamışdırı. Moskvada ali vəzifədə işləyərkən nəqliyyat sektoruna
rəhbərlik etmiş Heydər Əliyevin bu sahədə də peşəkar olduğunu, daim dəyərli
məsləhətləri ilə düzgün yol göstərdiyini, hava məkanında təhlükəsizlik prob
lemlərinin həlli üçün vahid əlaqələndirici regional təşkilatın yaradılmasının
zəruriliyini müdrikcəsinə tövsiyə etdiyini diqqətə çatdırmışdır.
Birinci Beynəlxalq rus kitabı festivalının iştirakçılarından böyük bir qrupu
2006cı il sentyabrın 15də Heydər Əliyev Fondunda olmuşdur.
Qonaqlara məlumat verilmişdir ki, Fond 2004cü il mayın 10da –
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günü fəaliy
yətə başlamışdır. Görkəmli siyasi xadimin xatirəsinə ehtiram əlaməti olaraq
yara dılmış Fondun əsas məqsədləri Heydər Əliyevin zəngin irsini öyrənmək və
113
təbliğ etməkdən, Ulu Öndərin Azərbaycanın sosialiqtisadi, mədəni tərəqqisinə
yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda
əyani təsəvvür yaratmaqdan ibarətdir. Fond dahi şəxsiyyətin müəllifi olduğu
beynəlxalq layihələrin həyata keçirilməsinə kömək etməyi, ölkənin sosial
problemlərinin həllini dəstəkləməyi, konkret insanlara qayğını da prioritet vəzi
fələrindən sayır. Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliğində də quru
mun dəyərli, səmərəli köməyi var.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva qonaqları
Azərbaycanda Rusiya İli çərçivəsində keçirilən Birinci beynəlxalq rus kitabı
festivalı münasibətilə təbrik edərək demişdir: “İlk belə festivalın məhz Bakıda
keçirilməsi tamamilə qanunauyğundur. Siz yəqin bilirsiniz ki, Azərbaycanda
rus ədəbiyyatına, incəsənətinə, mədəniyyətinə həmişə ehtiramla yanaşmışlar.
Lakin tariximizin müəyyən dövründə – ölkələrimizin müstəqilliyə qovuşduğu
dövrdə yəqin ki, obyektiv səbəblərə görə biz “mədəni qıtlıq” hiss etdik. Biz bu
gün də mədəni dialoqun zəruriliyinə, ünsiyyətə, qonşuların və dostların
mədəniyyəti ilə tanış olmağa ikiqat ehtiyac duyuruq.
Bu baxımdan bizim çox yaxşı ənənələrimiz var və çox xoşdur ki, onlar da
vam və inkişaf edir.
Azərbaycan postsovet məkanında yeganə dövlətdir ki, müstəqillik əldə
olun duqdan sonra burada heç bir rusdilli məktəb bağlanmamış, bu məktəblərin
hamısı fəaliyyətini davam etdirmişdir. Azərbaycan və bakılılar dünya mədə
niyyətinin bir hissəsi olan rus mədəniyyətinə həmişə məhəbbət və hörmətlə
yanaşmışlar. Ölkənin paytaxtında Bakı Slavyan Universiteti fəaliyyət göstərir”.
Mehriban xanım Əliyeva başçılıq etdiyi Fondun fəaliyyətindən danışaraq
bildirmişdir ki, onun fəaliyyət sahəsi çox genişdir. Humanitar proqramlar, yəni
təhsil, səhiyyə, sosial məsələlər, cəmiyyətin ən aztəminatlı təbəqələrinə, qaç
qınköçkünlərə, – onlar Azərbaycanda təxminən bir milyon nəfərdir, – yar dım
öncül istiqamətlərdir.
Təhsil sahəsinə xüsusi diqqət yetirilir. Çox böyük layihələr həyata keçirilir,
iki il əvvəl yeni məktəblərin tikintisi layihəsinə başlanılmışdır. Heydər Əliyev
Fondunun dəstəyi ilə 2004cü ilin mayından bu günədək 260 yeni məktəb
binası tikilmişdir. Onların əksəriyyəti dağlıq ərazilərdə, gedişgəlişi çətin olan
rayonlarda inşa edilmişdir. Bu proqram davam etdirilir və yaxın illərdə daha
500 məktəb binası tikmək planlaşdırılır.
Görüşdə görkəmli yazıçılar, ictimai xadimlər Çingiz Aytmatov, Oljas Süley
menov, Tatyana Ustinova, Federal Mətbuat və Kütləvi Kommunikasiyalar
Agentliyinin rəhbəri Mixail Seslavinski, “Rus Klubu” Beynəlxalq Mədəni
Maarif İttifaqının prezidenti Nikolay Sventitski, İTARTASSın baş direktoru
Vitali İqnatenko və başqaları çıxış edərək bildirmişlər ki, bu festival dövlə t
lərimizin həyatında çox böyük hadisədir. Bu, təkcə ədəbi hadisə, humanitar
114
münasibətlər sahəsində hadisə deyil, həm də xalqlarımızın düzgün yolla,
müstəqil və çox gözəl yolla getmələrinin daha bir sübutudur.
Qonaqlar qeyd etmişlər ki, onlar Azərbaycanda sovet və müasir rus ədəbiy
yatının, klassik rus ədəbiyyatının necə sevildiyinin və oxunduğunun şahidi
olmuşlar. Tədbirlər zamanı paytaxt vətəndaşları ilə görüş və söhbətlərinin necə
səmimilik və mehribanlıq şəraitində keçməsindən yaxşı mənada təəccüb
lənmişlər.
Qonaqlar Heydər Əliyev Fondunun fəaliyyətindən danışaraq, Mehriban
xanım Əliyevanın rolunu yüksək qiymətləndirmiş, bildirmişlər ki, indi dünyada
fondlar çoxdur. Lakin Heydər Əliyev Fondunun fərqləndirici xüsusiyyəti bun
dadır ki, o, fəaliyyətin müxtəlif istiqamətlərini özündə birləşdirmişdir – bunlar
mədəniyyət və tarix, təhsil və səhiyyə, bir çox digər humanitar məsələlərdir.
Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, bu qurumun planlarına
ölkədə kitab mağazalarının geniş bir şəbəkəsini yaratmaq da daxildir.
Gürcüstan Prezidenti Mixail Saakaşvilinin xanımı Sandra Elizabet Rulofs
2006cı il oktyabrın 9da Heydər Əliyev Fondunda olmuşdur.
Azərbaycanın Birinci xanımı 2004cü ilin mayın 10da dahi şəxsiyyət,
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış
Fondun məqsədləri barədə hörmətli qonağa məlumat verərək demişdir ki, quru
mun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və
təbliğ etməkdən, onun Azərbaycanın sosialiqtisadi, mədəni tərəqqisinə yönəl
miş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəv
vür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin hə
yata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş
təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Bununla
yanaşı, Fond təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə də bağlı genişmiq
yaslı layihələr hazırlayıb həyata keçirir. Uşaq evləri və internat məktəblərinin
yenidən qurulması, bu qurumların madditexniki bazasının yaxşılaşdırılması,
valideyn himayəsindən məhrum olan uşaqlara hərtərəfli qayğı göstərilməsi,
dia bet və talassemiyadan əziyyət çəkən insanlara kömək, yeni məktəblərin
tikintisi, əlil uşaqlarda informasiya texnologiyaları ilə işləmək vərdişlərinin
aşılanması, zəngin mədəniyyətimizin öyrənilməsi, təbliği istiqamətində görül
müş işlərdən danışan Mehriban xanım bildirmişdir ki, ötən ilyarımda respubli
kamızda hər biri müasir tələblərə cavab verən 190 məktəb tikilib istifadəyə
verilmişdir. Bunun 90ı ən ucqar dağ kəndlərindədir. Gələn il daha 50 məktəb
binasının tikilməsi nəzərdə tutulur.
Hazırda Bakıda xalqımızın qədim musiqi sənəti olan muğamın təbliğinə
xidmət edən Muğam Mərkəzinin, talassemiyalı xəstələrin müayinə və müali
cəsi mərkəzinin tikilməkdə olduğu da vurğulanmışdır.
115
Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2006cı il oktyabrın 20də
YUNESKOnun baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür.
Görüş zamanı Azərbaycanla YUNESKO arasındakı əməkdaşlığın yeni
yolları və formaları müzakirə edilmiş, xüsusilə, qurumun təşəbbüsü ilə
Azərbaycanda 2008ci ildə “Avropada və Mərkəzi Asiyada qlobal maarif
lənmə” mövzusunda regional konfransın keçirilməsi imkanları araşdırılmışdır.
Mehriban xanım Əliyeva bu məsələyə müsbət yanaşaraq, onu dəstəkləmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2006cı il noyabrın 6da
Bakının Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində, Fuad Fərhadoğlu adına
230 nömrəli orta məktəbdə seçicilərlə görüşmüşdür.
Şüvəlan qəsəbəsinin sakinləri adından çıxış edən Tamilla Rəcəbova bu
görüşə hədsiz sevinc hisləri ilə gəldiyini, Mehriban xanımın deputatlıq fəaliy
yətinin bir ili ərzində görülən işlərin göz qabağında olduğunu bildirdi. Qəsə
bənin illərdən bəri həlledilməmiş su probleminin aradan qaldırıldığını xüsusi
vurğulayaraq minnətdarlıq etmişdir. O, Mehriban xanıma müraciətlə demişdir
ki, qonşuluqda yaşayan tənha qarıya teztez baş çəkirəm, evə girən kimi
görürəm ki, bir tərəfdə Sizin, o biri tərəfdə Prezidentimiz İlham Əliyevin port
reti vurulubdur. Şüvəlanda hansı evə qədəm bassanız, belə mənzərəni görə
cəksiniz. Allahtaaladan Sizə və ailənizə cansağlığı arzu edirik, Sizi həmişə de
putatımız kimi görmək istəyirik.
Müəllim Vəzirxan Əbilov son bir ildə Binə qəsəbəsində görülən işlərin
əhatə dairəsinin genişlənməsindən, yeni məktəb, xəstəxana, mədəniyyət evi və
kitabxananın, yardımçı elektrik stansiyasının, idman kompleksinin tikintisindən
danışaraq, park salındığını, qəsəbəyə təzə asfalt yol, su xətti çəkildiyini, qaz
təminatı məsələsinin həll edildiyini vurğulamışdır. Xalqımızın millimənəvi
dəyərlərinə həmişə hörmətlə yanaşan Mehriban xanıma qəsəbədəki İmam Rza
və Möhsün Səlim məscidlərinin bərpasına göstərdiyi qayğıya görə xüsusi
təşəkkürünü bildirmişdir. İyunun 15də Prezident İlham Əliyevlə birlikdə Meh
riban xanımın da Hövsanda təməlqoyma mərasimində iştirak etdiyi 1176 yerlik
məktəbin təzə binasının inşasının da sürətlə davam etdiyini söyləmişdir. O,
çıxışının sonunda demişdir: “Bu yaxınlarda Sizin təşəbbüsünüzlə Parisdə
YUNESKO çərçivəsində Azərbaycan günü keçiriləndə təmiz ingilis dilində
çıxış etməyiniz qəlbimizi fərəh, iftixar hissi ilə doldurmuşdur. Bir də ona görə
çox sevinirik ki, Azərbaycanın Birinci xanımı olmaqla yanaşı, Siz həm də bi
zim deputatımızsınız”.
Türkan qəsəbəsinin sakinləri adından Mehriban xanımı salamlayan Mətanət
Mayılova qəsəbəyə təzə asfalt yol çəkildiyini, poliklinika tikildiyini, park sa
lındığını, uşaq bağçası, şahmat klubu, təcili tibbi yardım binaları inşa edildi
116
yini, internat məktəbinin yenidən qurulduğunu, abadlıqquruculuq işlərinin da
vam etdiyini vurğulamışdır. Ramazan bayramında Mehriban xanımın adından
dindarlar üçün süfrə açılmasını dini dəyərlərimizə hörmətin ifadəsi kimi
səciyyələndirmişdir. Bu il mayın 9da dövlət başçısı ilə birlikdə Mehriban xa
nımın qəsəbədə olmasının türkanlıların qəlbində silinməz izər buraxdığını,
“Əzizbəyov rayonunun inkişafı fondu”nun rayon sakinlərinin problemlərinin
həllinə yardımçı olduğunu bildirərək, yekdilliklə səs verdikləri deputata ən xoş
Dostları ilə paylaş: |