Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün



Yüklə 61.71 Kb.
Pdf просмотр
səhifə6/17
tarix14.04.2017
ölçüsü61.71 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   17
Fransa  ictimaiyyəti,  institut  kollektivi  və  Azərbaycan  diasporu  nümayən­
dələrinin  iştirakı  ilə  keçirilən  mərasimi  institutun  rektoru  Jak  Löqran  açaraq 
demişdir ki, bu mərasim yaxşı təməllər üzərində qurulur. Bu gün iştirak etdi­
yimiz  tədbir  Dövlət  Şərq  Dilləri  və  Mədəniyyətləri  İnstitutunun  çoxəsrlik 
tarixində daim yadda qalacaqdır. Biz bu təşəbbüsün həyata keçirilməsinə xüsusi 
önəm veririk. Hazırkı toplantı Azərbaycanla institutumuz arasında qurduğumuz 
tərəfdaşlığın və əməkdaşlığın bariz nümunəsidir. 
Mərasimdə çıxış edən Mehriban xanım Əliyeva Azərbaycan dilinə və mədə­
niyyətinə  göstərilən  diqqətə  görə  təşəkkürünü  bildirərək  demişdir:  “Dünyada 

65
başqa belə bir institut yoxdur ki, orada 90 dil tədris olunsun. Mən fəxr edirəm 
ki, zəngin ənənələrə malik bu ali təhsil ocağında Azərbaycan dili fakültəsi açılır. 
Bu gün İNALCO­da Azərbaycan dili fakültəsinin açılması Fransada Azər­
baycanın tarixi haqqında daha geniş informasiya almağa imkan yaradacaqdır. Eyni 
zamanda hesab edirəm ki, bu hadisə dövlətlərimiz arasında olan münasibətlərə, 
xalqlarımız arasında olan əlaqələrə, xoşməramlı, mədəni dialoqun qurulmasına 
güclü  təkan  verəcəkdir.  Əsrlər  boyu  millətlərin,  xalqların  formalaşmasında 
dil  misilsiz  rol  oynayır. Azərbaycan  xalqı  da  çox  qədim  və  zəngin  tarixə  və 
mədəniyyətə malik olan bir xalqdır. Eyni zamanda Azərbaycan müstəqil dövlət 
kimi çox gəncdir. Biz Azərbaycan dilimizi qoruyub saxlamaqla, öz ənənələrimizi, 
milli­mənəvi dəyərlərimizi, öz köklərimizi qoruyub saxlamışıq. Əlbəttə, hər bir 
dil inkişaf edir, yeni kəlmələrlə, yeni terminlərlə zənginləşir. Amma biz gərək 
unutmayaq ki, dil özü­özlüyündə çox dəyərli bir mədəni və tarixi abidədir.
Azərbaycanda Fransa mədəniyyətinə, tarixinə, dilinə çox böyük diqqət və 
hörmət var. Bir əsrdən çoxdur ki, Azərbaycanda fransız dili tədris edilir. İndi 
Azərbaycanın 7 ali məktəbində fransız dili və ədəbiyyatı ixtisas fənni kimi tədris 
olunur,  orta  məktəblərdə  70  mindən  çox  şagird  xarici  dil  kimi  fransız  dilini 
öyrənir.
Qərblə Şərq arasında körpü yaradan bu institutda Azərbaycan dili fakültəsinin 
yaradılmasının böyük əhəmiyyəti vardır”. 
İNALCO­nun  kollektivinə  uğurlar  arzulayan  Mehriban  xanım  Əliyeva 
fakültəyə Azərbaycanda nəşr olunmuş 400­dən çox kitab bağışlamış və institutun 
əməkdaşlarını Bakıya dəvət etmişdir. 
Rektor  Jak  Löqran  hədiyyəyə  görə  təşəkkür  edərək  bildirmişdir  ki,  bu 
kitablar  Azərbaycan  dilinin  tədrisində  mühüm  vasitə  olacaqdır.  O,  ölkəmiz 
haqqında  yüksək  fikirlər  söyləmiş,  Heydər  Əliyev  Fondunun  mədəniyyət    və 
təhsil sahəsindəki xidmətlərini vurğulamışdır. Rektor demişdir ki, rəhbərlik et­
diyi institut müxtəlif xalqlar arasında körpü rolunu oynayır. Azərbaycan özü də 
tarix boyu Şərqlə Qərb arasında körpü olubdur. “Bakı müxtəlif xalqları təmsil 
edən ədiblərin ürəyində xüsusi yer tutub”, – deyən Jak Löqran bildirmişdir ki, bu 
institut həm də mədəni irsin qoruyucusu funksiyasını yerinə yetirir. 
Azərbaycan dilini tədris edən müəllim Jil Otye hər il üç ay ölkəmizdə səfərdə 
olduğunu  və  Azərbaycanda  yaşayan  kiçik  xalqların  dillərini  tədqiq  etdiyini 
bildirmişdir.  O  demişdir  ki,  qırız,  budıq  və  xınalıq  dillərini  tədqiq  edərkən, 
ölkəmizin mədəniyyəti, tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Belə 
bir  qənaətə  gəlmişdir  ki,  dünyanın  ən  gözəl  dili  Xəzər  sahillərində,  Kür  və 
Araz çaylarının qovuşuğunda danışılır. Jil Otye Mehriban xanım Əliyevaya bu 
missiyanın reallaşmasında xidmətinə görə təşəkkür etmişdir. O demişdir: “İndi 
Xınalığa gözəl asfalt yolu var. Hər kənddə yeni məktəb tikilib. Bu il sentyabr 
ayında  Quba  rayonundakı  kiçik  bir  kəndin  yeni  məktəbində  10  ədəd  təzə 

66
kompyuteri, kitabxanasında isə yenicə gətirilmiş 3 min təzə kitabı öz gözlərimlə 
görə  bildim.  Hörmətli  Mehriban  xanım,  bu  yeni  məktəbi  iyun  ayında  Siz 
açmısınız. Çox kiçik bir kənd olsa belə, orada yeni bir məktəb tikdirməyi qarşıya 
vacib bir məsələ kimi qoydunuz. Sonra Heydər Əliyev Fondunun da köməyi ilə 
və Sizin himayənizlə ən çalışqan universitet tələbələrini və məzunlarını xaricə 
göndərməyə  başladılar.  Nəhayət,  bu  gün  uzaq  Parisin  mərkəzində  yerləşən 
qədim ali məktəbimizi ziyarət etmək və Azərbaycan dilini tədris edənlərə kömək 
göstərmək üçün buraya gəldiniz. Ümidvaram ki, İNALCO­da Azərbaycan dili­
nin tədrisi üçün təyin ediləcək yeni müəllim bu böyük və vacib vəzifəyə layiq 
olacaqdırt”. 
Mərasimə  dəvət  olunan  yüksək  səviyyəli  qonaqlar  Mehriban  xanımla 
söhbətlərində  institutda  Azərbaycan  dili  fakültəsinin  fəaliyyətə  başlamasını 
Avropanın mədəniyyət mərkəzi olan Fransada Azərbaycanın təbliği baxımından 
xüsusi əhəmiyyət daşıdığını bildirmişlər. Onlar Azərbaycanın Birinci xanımına 
bu təşəbbüsünə görə təşəkkür etmişlər. 
XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətləri olan Mir 
Cəlal  Paşayevin  100  illiyinin  YUNESKO  səviyyəsində  qeyd  edilməsi,  ilk 
növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında 
verilən önəmin və dəyərin təzahürüdür. 2008­2009­cu illərdə YUNESKO­nun 
dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə 
bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edilməsi, həm də Azərbaycan­
YUNESKO əməkdaşlığının inkişafının bariz nümunəsidir. Azərbaycanın Birinci 
xanımı Mehriban Əliyevanın YUNESKO­nun xoşməramlı səfiri kimi bu sahədə 
geniş  və  səmərəli  fəaliyyəti  qurumla  ölkəmiz  arasında  əlaqələrin  inkişafına 
mühüm töhfə verir. 
2008­ci  il  noyabrın  10­da  Mehriban  Əliyevanın  iştirakı  ilə  Parisdə, 
YUNESKO­nun  iqamətgahında  XX  əsr  Azərbaycan  ədəbiyyatının  görkəmli 
nümayəndəsi, alim və pedaqoqu Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş 
mərasim keçirilmişdir. 
Görkəmli yazıçının əsərləri bir neçə nəslin tərbiyəsində, maariflənməsində 
və dünya baxışının formalaşmasında mühüm rol oynamışdır. Mir Cəlal Paşayev 
həm də alimliyi, müəllimliyi, ziyalılığı ilə Azərbaycanın fikir tarixində xüsusi 
yer tutur. Odur ki, bu böyük ziyalının yubileyinin YUNESKO səviyyəsində qeyd 
edilməsinin xüsusi mənası və özəlliyi var. 
YUNESKO­nun baş direktoru Koişiro Matsura demişdir: “Mir Cəlal Paşa­
yevin nəvəsi Mehriban xanım Əliyevanı burada görməkdən xüsusilə məmnunam. 
Mən  Mir  Cəlalın  dörd  övladına  da  xoş  gəlmisiniz  deyirəm.  Mehriban  xanım 
Əliyevanın  atası  ilə  bərabər,  Mir  Cəlal  Paşayevin  digər  üç  övladı  da  bu  ax­
şam  burada  bizimlədir.  Onun  iki  oğlu  və  iki  qızı  bu  salonda  əyləşiblər.  Mən 

67
Azərbaycanın  tanınmış  yazıçısı  Mir  Cəlal  Paşayevin  dörd  övladını  bir  daha 
səmimiyyətlə salamlayıram. 
Mən Azərbaycan Respublikasının Prezidenti, Zati­aliləri, cənab İlham Əli­
yevi  yenidən  Prezident  seçilməsi  münasibətilə  səmimi  qəlbdən  təbrik  etmək 
istərdim.  Bu  münasibətlə  mən  təbrik  məktubu  göndərmişəm,  lakin  yenidən 
xanım Əliyevadan xahiş edərdim ki, səmimi təbriklərimi ölkə başçısına çatdırsın.
Bu  ilin  mayında  Bakıda  keçirilmiş Avropa  və  Mərkəzi Asiyada  savadlılıq 
mövzusunda  regional  konfransda  iştirak  etmək  üçün  ölkənizə  etdiyim  səfər 
xatirimdədir.  Prezident  Əliyev  xeyirxahlıqla  məni  qəbul  etmişdir.  Bu  sahədə 
görülmüş  işlərə  görə  mən  ölkə  rəhbərliyinə  olduqca  minnətdaram.  Mənə 
məlumat verilmişdir ki, son illər Azərbaycan həcmi 30 faizdən artıq olan illik 
iqtisadi artımla dünyada birinci yerdədir. Çox heyranedici inkişaf sürətidir. Hətta 
deyərdim, rekorddan da artıqdır. Mən bu münasibətlə sizi təbrik edirəm. 
Eyni  zamanda,  çox  şadam  ki,  təşkilatımızın  fəaliyyət  göstərdiyi  bütün 
sahələrdə  –  elm,  mədəniyyət  və  təhsil  sahəsində YUNESKO  ilə Azərbaycan 
arasında  əməkdaşlıq  genişlənməkdədir.  Bu  işə  verdiyi  töhfəsinə  görə  mən 
YUNESKO­nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığımı 
bildirirəm. Onun səfir təyin olunduğu vaxtdan etibarən YUNESKO­Azərbaycan 
əməkdaşlığı yüksələn xətlə artmışdır və bir çox sahələri əhatə etmişdir. 
Əlbəttə,  onu  da  bilməliyik  ki, Azərbaycan  Prezidenti  cənab  İlham  Əliyev 
xoşməramlı  səfir  Mehriban  xanımın  təşkilatdakı  fəaliyyətinə  şəxsən  dəstək 
vermişdir. Buna görə mən ona bir daha minnətdaram. Gələn illər ərzində mən 
Prezident Əliyevlə birgə işimizi davam etdirməyi və YUNESKO ilə Azərbaycan 
arasında əsas sahələrdə əməkdaşlığın dərinləşməsini arzulayıram. 
Eyni  zamanda,  2004­cü  ildə  təyin  olunduğu  vaxtdan  etibarən  Mehriban 
xanım Əliyevanın YUNESKO­nun xoşməramlı səfiri kimi təşkilatımıza verdiyi 
töhfəsinə görə mən ona bir daha təşəkkürümü bildirirəm. O, nəinki təhsil, həm 
də mədəniyyət sahəsində olduqca fəal şəkildə çalışmışdır. 
Qeyd  etmək  istəyirəm  ki,  Mehriban  xanım  sivilizasiyalararası  və  mədə­
niyyətlərarası  dialoq  mövzusunda  bir  neçə  mühüm  tədbir  təşkil  etmişdir.  Bu 
tədbirlər zamanı gənclərin sivilizasiyalararası və mədəniyyətlərarası dialoq sa­
həsində  oynadığı  rola  xüsusi  önəm  verilmişdir.  Daha  sonra,  bu  ilin  iyununda 
Mehriban  xanım  qadınların  bu  sahədəki  rolu  ilə  bağlı  konfrans  keçirmişdir. 
Dəvət olunmağıma baxmayaraq, əfsuslar olsun ki, mən tədbirə gedə bilmədim, 
lakin öz həmkarımı göndərdim. Bu, olduqca uğurlu bir tədbir idi. 
Bu  gün  nəinki  yaşadığımız  regionlarda,  ümumilikdə  bütün  dünyada 
sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun xüsusilə əhəmiyyətli olma­
sını bir daha qeyd etmək istəyirəm. Ona görə də həmin sahəyə verdiyi mühüm 
töhfəsinə görə xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Bundan başqa, 
o, təhsil sahəsində də çox fəaldır. 

68
Mehriban  xanım  Əliyeva  qeyri­maddi  mədəni  irsin  qorunmasında  da 
xüsusi  rol  oynayır.  O, Azərbaycanın  qədim  musiqi  ənənəsi  sayılan  muğamın 
təşviq olunmasında çox fəaldır. Maddi və qeyri­maddi mədəni irsin qorunması 
sahəsində  yeni  nailiyyətlər  var.  Hazırda  qeyri­maddi  və  maddi­mədəni  irsin 
təşviqi ilə bağlı yeni Konvensiya qəbul etmişik. Azərbaycan çox zəngin qeyri­
maddi  və  maddi­mədəni  irsə  malikdir. Yaxın  vaxtlarda Azərbaycanın  mühüm 
qeyri­maddi mədəni irsinin şah əsəri sayılan muğama həsr olunmuş mərkəzin 
açılışı keçiriləcəkdir. Mən gələn il Muğam Mərkəzinin açılışında iştirak etmək 
məqsədi ilə Azərbaycanın paytaxtı Bakı şəhərinə səfər etməyi planlaşdırıram. Bu 
ilin mayında səfərim zamanı gördüm ki, həmin mərkəzin tikintisi başa çatmaq 
üzrədir. İndi isə xanım Əliyeva mənə məlumat verdi ki, mərkəzin tikintisi başa 
çatıb və rəsmi açılış üçün hazırdır. Mən gələn il, Prezident Əliyev və onun xanımı 
Əliyeva ilə birlikdə mərkəzin açılışında iştirak etmək üçün ölkənizə səfər etmək 
niyyətindəyəm. 
Biz Mir Cəlal Paşayevin anadan olmasının 100­cü ildönümünə həsr edilmiş 
bu sərginin və gecənin təşkilindən çox məmnunuq. Belə bir tədbirin keçirilməsi 
ilə bağlı irəli sürülmüş təşəbbüsə görə xanım Əliyevaya minnətdaram. 
Mən  Mir  Cəlal  Paşayevin  nailiyyətləri  haqqında  çox  danışmayacağam, 
lakin icazə verin, onun çox vaxt söylədiyi və mənim xoşuma gələn bir kəlamı 
təkrar edim. O demişdir: “Həyatımın ən böyük nailiyyəti mənim ailəmdir!” Bu, 
həqiqətən belədir. Əgər sizin hələ imkanınız olmayıbsa, lütfən həmin fotoları 
seyr edin, onda görərsiniz ki, o, ailəsini nə qədər sevirdi. Onlar çox gözəldir. 
Həmin kəlamı bir daha təkrar etmək istərdim: “Həyatımın ən böyük nailiyyəti 
mənim ailəmdir!” 
Azərbaycanın  Birinci  xanımı  Mehriban  Əliyeva  xalqımızın  malik  olduğu 
mədəni  dəyərlərin  zənginliyindən  danışaraq  bildirmişdir  ki,  çox  böyük  ədəbi 
irsə malik olan Azərbaycan böyük alimlər, mütəfəkkirlər nəsli yetişdiribdir. Mir 
Cəlal  Paşayevin  ədəbi  və  elmi  yaradıcılığının  xarakterik  xüsusiyyətlərindən 
danışan Mehriban xanım demişdir ki, onun əsərləri bütöv bir dövrün mənzərəsini 
yaradır. O, böyük pedaqoq kimi Azərbaycan cəmiyyəti üçün minlərlə açıq fikirli 
tələbə yetişdirmişdir. 
Yubiley  mərasiminə  dəvət  olunan  Fransa  Senatının  keçmiş  sədri  Kristian 
Ponsöle Azərbaycan  xalqının  görkəmli  ziyalısı  Mir  Cəlal  Paşayevin  100  illik 
yubileyi münasibətilə Mehriban xanım Əliyevanı təbrik etmiş, bu mərasimdən 
aldığı yüksək təəssüratın ölkəmizə olan rəğbətini daha da artırdığını vurğulamışdır. 
2009­cu il martın 20­də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, onun 
xanımı Mehriban Əliyevanın və  YUNESKO­nun baş direktoru Koişiro Mat­
suuranın iştirakı ilə Müasir İncəsənət Muzeyinin açılışı mərasimi olmuşdur. 
Muzeydə Azərbaycanın adlı­sanlı və gənc, əsasən avanqard üslubda işləyən 
rəssam və heykəltəraşlarının 800­dən çox işi toplanmışdır. Burada Azərbaycanın 
xalq rəssamları – Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, 

69
Tahir Salahov, Ömər Eldarov və Nadir Əbdürrəhmanovun, adları Azərbaycan 
mədəniyyəti xəzinəsinə daxil olmuş digər rəngkar və heykəltəraşların işləri ilə 
də tanış olmaq imkanı yaradılmışdır.
Qərbi Avropa  incəsənəti  salonunda  isə,  ümummilli  lider  Heydər  Əliyevə, 
habelə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Meh­
riban Əliyevaya hədiyyə olunmuş əsərlər nümayiş etdirilmişdir. 
2009­cu  il  mayın  10­da  Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban 
Əliyevanın  iştirakı  ilə  “Buta”  sarayında  xalqımızın  ümummilli  lideri  Heydər 
Əliyevin  anadan  olmasının  86­cı  ildönümü  və  Heydər  Əliyev  Fondunun 
fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. 
Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunan qonaq­
ların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­
nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliye­
va çıxış edərək demişdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyi ilk növbədə 
vətənpərvərliyə, Vətənə olan sonsuz məhəbbətə söykənirdi. 
Azərbaycanın Birinci xanımı Ulu Öndərin ölkəmiz və xalqımız qarşısında 
xidmətlərini xatırladaraq bildirmişdir ki, yalnız böyük və nadir insanlar yüksək 
və ali missiyanın daşıyıcıları olurlar. Belə insanların ömür yolu ali məqsədlərə 
xidmət edir və əbədi mübarizəyə həsr olunur. 
“Heydər  Əliyev  qalibiyyətinin  nəticəsi  müstəqil Azərbaycandır”,  –  deyən 
Mehriban  xanım  Əliyeva  rəhbərlik  etdiyi  Fondun  beşillik  fəaliyyətinə  nəzər 
salmışdır. 
Heydər  Əliyev  Fondunun  beşillik  fəaliyyəti  dövründə  cəmiyyəti  narahat 
edən  bir  çox  sahələrin  inkişafına,  problemlərin  həllinə  diqqət  yetirdiyini, 
iri  layihələr  həyata  keçirdiyini  bildirən  Mehriban  xanım  Əliyeva  demişdir: 
“Bu  beş  il  ərzində  görülən  işlər  bir  çox  sahələri  –  elmi,  təhsili,  mədəniyyəti, 
səhiyyəni, sosial sferanı əhatə edir. Lakin onları birləşdirən bir amil var. Bu da 
Azərbaycana, Vətənə xidmət etmək arzusu və şərəfidir. Bir daha sizi əmin etmək 
istəyirəm ki, Heydər Əliyevin adını daşıyan bu Fond Azərbaycanın bu günü və 
gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir. Qoy, Tanrı hər zaman 
Azərbaycanı qorusun”. 
Prezident  İlham  Əliyev  mərasimdə  çıxış  etmişdir.  Heydər  Əliyevin  bütün 
dövrlərdə ən ağır sınaqlardan şərəflə çıxdığını qeyd edən dövlətimizin başçısı 
demişdir  ki,  bu  gün  Ulu  Öndərin  siyasəti,  onun  ideyaları  yaşayır  və  uğurla 
davam etdirilir. Biz – onun davamçıları bundan sonra da onun siyasətini davam 
etdirəcəyik və Azərbaycanı onun yolu ilə irəliyə aparacağıq. 
Azərbaycan müasir dövlətdir və ölkəmiz inkişaf edir. Bu inkişaf yolunu isə 
bizə Heydər Əliyev göstərib və Ulu Öndərin bizə ərmağan etdiyi azərbaycançılıq 
ideyası dövlətimizin əsas ideoloji sütunlarından biridir. 

70
Çox  böyük  qürur  hissi  keçirirəm  ki,  biz  –  Heydər  Əliyevin  davamçıları 
ölkəmizi onun istədiyi kimi idarə edirik. Biz ölkəmizi idarə edərkən, ilk növbədə, 
Heydər Əliyev kimi xalqın inamına arxalanırıq, öz siyasətimizi xalqın iradəsi ilə 
aparırıq. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir. 
Fond  fəaliyyəti  dövründə  yardıma  ehtiyacı  olan  hər  kəsin  yanında  olmuş, 
onlara yardım əlini uzatmışdır. Heydər Əliyev Fondunun artıq ölkə həyatında 
önəmli amilə çevrildiyini qeyd edən Prezident İlham Əliyev demişdir: Bu Fond 
sübut  etdi  ki,  əgər  istək  olarsa,  əgər  iradə  olarsa  və  əgər  xoş  niyyət  olarsa, 
istənilən sahədə istənilən məsələ həll edilə bilər. Fondun çoxşaxəli fəaliyyətini 
əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “xoş niyyət” deyərdim. 
Azərbaycanın ictimai­siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Heydər Əliyev 
Mükafatı təqdim edilmişdir. 
Mehriban  xanım  Əliyeva  demişdir:  “İlk  növbədə,  cənab  Prezident,  Sizə 
və  mənim  fəaliyyətimə  belə  yüksək  qiymət  verən  bütün  insanlara  öz  dərin 
minnətdarlığımı bildirirəm. 
Vətənimizə ləyaqətlə xidmət etmək hər birimizin borcudur. Heydər Əliyev 
Mükafatı ilə təltif olunmaq mənim üçün ən böyük şərəfdir. Mənə inanan, mənə 
kömək edən, məni dəstəkləyən bütün insanlara bir daha öz dərin təşəkkürümü 
bildirirəm. Mənim üçün tükənməz güc mənbəyi olan ailəmə – atama, uşaqlarıma 
və həyat yoldaşıma öz hədsiz məhəbbətimi və dərin hörmətimi bildirirəm. Sonda 
mənə  verilən  pul  mükafatını  Silahlı  Qüvvələrə Yardım  Fonduna  keçirməyimi 
elan edirəm. Təşəkkür edirəm, çox sağ olun”. 
Bununla yanaşı, Azərbaycan təsviri sənətinin inkişafındakı xüsusi xidmət­
lərinə  görə  heykəltəraş,  xalq  rəssamı  Ömər  Eldarova,  musiqi  mədəniyyətinin 
inkişafındakı xüsusi xidmətlərinə görə bəstəkar, xalq artisti Arif Məlikova da 
“Heydər Əliyev Mükafatı” təqdim olunmuşdur.
Daha sonra Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq 
mükafatı  Fondun  layihə  və  proqramlarında  fəal  iştirakına,  xalqlararası  əla­
qələrin inkişafına töhfəsinə görə Ulu Öndərin məsləkdaşı və yaxın dostu İhsan 
Doğramacıya, qədim muğam irsinin qorunmasında, muğam ifaçılıq məktəbinin 
inkişafında, yeni ifaçılar nəslinin yetişmə sin dəki xidmətlərinə görə xalq artisti 
Əlibaba  Məmmədova,  BMT­nin  ölkə mizdəki  sabiq  rezident  əlaqələndiricisi 
Marko Borsottiyə, ürək və damar cərrahı Rəşad Mahmudova, “Yeniləşən Azər­
baycana yeni mək təb” layihəsi çərçivəsində Samux rayonunun Sarıqamış kənd 
orta  məktəbinin  tikintisinə  göstərdiyi  dəstəyə  görə  Polşanın  Azərbaycandakı 
səfiri Kşiştof Krayevskiyə, gənc nəslin hərtərəfli, sağlam vətəndaş kimi böyüməsi 
sahəsindəki  xidmətlərinə  görə  paytaxtın  Nizami  rayonundakı  1  nömrəli  uşaq 
evinin direktoru Nərminə Zöhrabovaya təqdim edilmişdir.
2010­cu  il  martın  18­də  Azərbaycan  Prezidenti  İlham  Əliyev  və  xanımı 
Mehriban Əliyevanın iştirakı ilə Müasir İncəsənət Muzeyində Heydər Əliyev 

71
Fondunun  layihəsi  çərçivəsində  hazırlanmış  “Azərbaycan”  nəşrinin  təqdimat 
mərasimi olmuşdur.
Azərbaycan  haqqında  müfəssəl  məlumat  vermək  məqsədi  ilə  hazırlanmış 
nəşrdə toplanmış 1000­dən çox fotoşəkil xalqımızın qədim tarixi, mədəniyyəti, 
ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, ölkəmizin müasir simasını təcəssüm 
etdirir. Kitabın ayrı­ayrı fəsilləri oxucuya Azərbaycanı qarış­qarış gəzmək imkanı 
yaradır. Bu rəmzi səyahət paytaxt Bakıdan başlayır. Kitabda əfsanəvi Xəzərin 
sahillərində yerləşən Bakının müxtəlif görməli yerlərini, o cümlədən İçərişəhəri, 
Şirvanşahlar sarayını, Qız qalasını əks etdirən şəkillər vardır. 
Paytaxtdan  başlanan  səyahət  qədim Abşeronda  davam  edir.  Sonra  kitabın 
səhifələrində  Qobustan  qayaüstü  rəsmləri, Yanardağ,  Şahdağın  qarlı  zirvələri, 
Quba­Xaçmazın gözoxşayan bağları, Şəki­Zaqatala və Gəncə­Qazax zonasının 
zümrüd meşələri və qədim qalaları, Lənkəran və Naxçıvanın nadir təbiəti, ta­
rixi  abidələrini  əks  etdirən  fotoşəkillər  bir­birini  əvəz  edir.  Kitabda  hələ  də 
Ermənistanın  işğalı  altında  qalan  torpaqlarımıza  həsr  olunmuş  bölmələr  də 
vardır. Nəşrə kompakt disk və buklet əlavə olunmuşdur. 
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitaba ön sözü Heydər Əliyev 
Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşmə ramlı səfiri, Milli 
Məclisin deputatı Mehriban xanım Əliyeva yazmışdır. 
2010­cu il mayın 10­da Prezident İlham Əliyev və xanımı Mehriban Əliye­
vanın iştirakı ilə “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Hey­
dər  Əliyevin  anadan  olmasının  87­ci  ildönümü  və  Heydər  Əliyev  Fondunun 
fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. 
Heydər Əliyevin fəaliyyəti nəticəsində bu gün müstəqil və dünya birliyində 
layiqli yer tutan ölkədə yaşadığımızı vurğulayan Mehriban xanım demişdir ki, 
azərbaycanlılar fəxr edirlər ki, Heydər Əliyev kimi unudulmaz lideri, qəhrəmanı 
vardır.  Mehriban  xanım  Əliyeva  bildirmişdir  ki,  Ulu  Öndərin  adını  daşıyan 
Fond artıq 6 ildir fəaliyyət göstərir və bu illər ərzində Heydər Əliyev Fondu 
Azərbaycanın  ictimai­siyasi  həyatında  fəal  iştirak  etmişdir.  Heydər  Əliyev 
Fondu  təhsil,  səhiyyə,  mədəniyyət  sahələrinin  inkişafında,  o  cümlədən Azər­
baycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynamışdır. Təsadüfi 
deyildir ki, bu gün Heydər Əliyev Fondu dünyada hörmət və etimad ünvanına 
çevrilmişdir. 
Azərbaycan  Prezidenti  İlham  Əliyev  mərasimdə  çıxış  edərək  demişdir  ki, 
Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xid­
mət etmişdir.
Azərbaycan  xalqı  Heydər  Əliyevə  daim  böyük  məhəbbət  və  inamla 
yanaşmışdır, – deyən Prezident İlham Əliyev bildirmişdir ki, Ulu Öndər ölkə­
mizin problemlərinin həllinə hər zaman həssaslıqla yanaşmışdır və bir vaxtlar 
üzləşdiyimiz çətinliklərin aradan qaldırılması məhz Heydər Əliyevin xidmətləri 

72
sayəsində  mümkün  olmuşdur.  Ulu  Öndərin  gərgin  fəaliyyəti  sayəsində Azər­
baycan riskli ölkə imicini dağıtmış, respublikada irimiqyaslı layihələrin icrasına 
başlanmış, bütün sahələrdə inkişaf meyilləri güclənmişdir. 
1993­2003­cü illərin Azərbaycanın gələcəyi üçün həlledici dövr, bu 10 ildə 
görülən işlərin əsrlər boyu görülən işlərə bərabər olduğunu vurğulayan Prezident 
İlham  Əliyev  bildirmişdir  ki,  Ulu  Öndərin  qurduğu  müstəqil Azərbaycan  bu 
gün yaşayır, inkişaf edir və xalqımızın qarşısında yeni imkanlar açılır, ölkəmiz 
Heydər  Əliyevin  yolu  ilə  gedir  və  Ulu  Öndərin  ideoloji  əsasları  ölkədə  tam 
bərqərar olunmuşdur. 
Bu uğurlu dinamika gələcək illərdə də davam etdiriləcəkdir. Bu işlərin təmə­
lində Heydər Əliyev amili dayanır. “Biz ümummilli liderimizə sadiqik”, – deyən 
Prezident İlham Əliyev bildirmişdir ki, Heydər Əliyev siyasəti Azər baycanda 
əbədi yaşayacaqdır. 
Mərasimdə  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  xanım  Əliyeva 
“Qızıl çinar” beynəlxalq mükafatını milli musiqimizin şah əsəri olan muğamın 
inkişafına verdiyi töhfəyə və Heydər Əliyev Fondunun mədəniyyət sahəsində 
həyata keçirdiyi layihələrdə fəal iştirakına görə xalq artisti Arif Babayevə, uşaq 
hüquqlarının  qorunması  və  onların  humanist  ruhda  böyüməsi  işinə  verdiyi 
dəstəyə görə YUNİSEF­in Azərbaycandakı keçmiş nümayəndəsi xanım Hana 
Singerə, müasir boyakarlıq sənətinin inkişafında göstərdiyi xidmətlərə görə xalq 
rəssamı Tahir Salahova təqdim etmişdir.
Xalq  artisti  Arif  Babayev  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban 
xanım Əliyevaya təşəkkürünü bildirərək demişdir: “Bu gün Azərbaycanın bö­
yük oğlu Heydər Əliyevin doğum günüdür. Ulu Öndərimiz biz sənət adamlarına 
həmişə öz qiymətini vermiş, öz hörmətini bildirmiş, mədəniyyətimizə aid olan 
xüsusi  töhfələri  aşılamışdır.  İndi  isə  bu  işi  bizim  çox  hörmətli, Azərbaycanın 
sevimlisi,  Heydər  Əliyev  siyasətinin  layiqli  davamçısı  cənab  İlham  Əliyev 
davam  etdirir.  Mən  çox  danışmayacağam,  vaxtımız  azdır.  Amma  bircə  onu 
qeyd edirəm ki, biz həmişə xəyalımızda deyirdik: “Kaş bir muğam mərkəzimiz 
olaydı”. Sağ olsun cənab Prezidentimiz. Şəhərimizin, Bakımızın görkəmli bir 
yerində, Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin tikilib sənət adamlarına 
təhvil verilməsi böyük bir hadisədir.
Mehriban xanım, siz bizim milli musiqimizin tacı olan muğamımızı dünya 
səviyyəsinə  qaldırmısınız.  Çox  sağ  olun.  Başqa  tərəfini  saysam,  burada  vaxt 
qalmaz. Bu gün bu mükafat Ulu Öndərimizin ad günündə mənə təqdim olunur. 
Bu, mənim həyatımda unudulmaz bir gün oldu”.
Yüksək  mükafata  layiq  görülən  YUNİSEF­in  Azərbaycandakı  keçmiş 
nümayəndəsi xanım Hana Singer demişdir: “YUNİSEF­in adından bu cür gö­
zəl  mükafatı  almaqdan  şərəf  hissi  duyuram. YUNİSEF  üçün  işləmək  təşkilat 
üçün işləmək demək deyildir, bu, məramdır. Bu məram uşaqların hüquqlarının 

73
qorunmasından, onların hər zaman müdafiə edilməsindən, problemlərinin həl­
lindən ibarətdir. Bu təşkilat üçün işləmək mənim üçün böyük şərəfdir. Bu təşkilat 
üçün işləyərək sizin ölkəyə gəlib uşaqların problemləri ilə məşğul olmaq, onları 
tanımaq mənim üçün çox böyük sevinc və iftixar hissidir. Hətta hər bir halda biz 
istənilən sözləri söyləmirik və bəzi hallarda biz problemlər haqqında da danışırıq. 
Mən məmnuniyyət və şərəf hissi ilə onu qeyd etmək istəyirəm ki, Azərbaycanda 
işləyərkən, bu problemləri qaldırarkən burada hər hansı bir qərəzli maraqların 
şahidi olmadım. Bu işdə Azərbaycan hökumətinin bizimlə sıx əməkdaşlığının 
şahidi  oluruq.  Xüsusən  də  biz  vətəndaş  cəmiyyətinə  Fondun  vacib  töhfəsini 
görürük.
Mən qeyd etmək istəyirəm ki, Mehriban xanım Əliyeva bu sahədə mühüm 
rol oynayır. Biz xeyriyyə üçün işləmirik, bizim üçün ən vacib, ən ülvi məqsəd 
uşaqların  hüquqlarının  müdafiəsi  və  qorunmasıdır.  O  ki  qaldı,  mənim  Azər­
baycanla olan əlaqələrimə, yalnız bunu deyə bilərəm ki, bu, xüsusi bir əlaqələrdir. 
Mən demək istəyirəm ki: 
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Xalq  rəssamı  Tahir  Salahov  layiq  görüldüyü  mükafatı  və  ümumiyyətlə 
mərasimi  yüksək  dəyərləndirərək  demişdir:  “Bu  gün  mənim  üçün  çox  həyə­
canlı gündür. Çünki gözlənilmədən belə yüksək mükafat alıram. Mən bu müka­
fatda Heydər Əliyevin ruhunu, onun incəsənətə, mədəniyyətə məhəbbətini gö­
rürəm,  özü  də  təkcə Azərbaycan  miqyasında  yox.  O,  bütün  Sovet  İttifaqının 
mədəniyyətinə rəhbərlik edirdi. O, 19 sahəyə, o cümlədən mədəniyyətə cavabdeh 
idi. Bu baxımdan demək istəyirəm ki, bu gün o, yenə bizimlədir, bizi təltif edir, 
onun hərarətini, diqqətini və səmimiyyətini həmişə hiss etməyimizə imkan verir. 
Ruhu şad olsun Heydər Əliyevin, yaşasın onun adını daşıyan Fond, sağ olsun 
birinci xanım! 
Mənim fikrimcə, o, alternativi olmayan birinci xanımdır, planetar miqyaslı 
birinci xanımdır”. 
Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanın 
öz  gələcəyini  daha  etibarlı  və  inamlı  görmək  əzmini  nümayiş  etdirir.  Heydər 
Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən, elm və təhsilin inkişafını 
təmin  edən  layihələri  dəstəkləyir.  Xalqımızın  ümummilli  liderinin  adını  daşı­
yan  Fond  bu  sahəyə  diqqət  yetirməklə  və  bir  çox  layihələri  reallaşdırmaqla 
Azərbaycanın gələcəyini təmin etmək işinə layiqli töhfələr verir. Heydər Əliyev 
Fondu “Or­Avner” Fondu ilə birlikdə “Tolerantlığın ünvanı – Azərbaycan” la­
yihəsi  çərçivəsində  ölkəmizdə  yaşayan  yəhudi  uşaqların  təhsili  üçün  mərkəz 

74
inşa etmişdir. Ulu Öndər Heydər Əliyev 2003­cü ildə binanın inşası ilə bağlı, 
Prezident  İlham  Əliyev  isə  2004­cü  ilin  dekabrında  yeni  kompleksin  tikintisi 
üçün torpaq sahəsinin ayrılmasına dair göstəriş vermişlər. 2007­ci il mayın 31­də 
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və MDB Yəhudi İcmaları 
Federasiyasının və “Or­Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev 
arasında 3 il müddətində təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin 
tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan 
saziş imzalanmışdır. Elə həmin gün paytaxtın Xətai rayonunda Azərbaycanda 
yaşayan yəhudi uşaqlar üçün təhsil mərkəzinin təməlqoyma mərasimi olmuşdur. 
Bu layihənin reallaşması bir daha təsdiqləyir ki, Azərbaycanda dilindən, dinindən, 
etnik  mənsubiyyətindən  asılı  olmayaraq,  bütün  xalqlar  tarixən  mehriban  ailə 
kimi yaşamışlar. “Xabad Or­Avner” təhsil mərkəzi ölkəmizdə çox böyük tarixə, 
ənənələrə malik olan yəhudi icmasının da özünün bənzərsiz mədəniyyətini, milli 
adət­ənənələrini qoruyub saxlaması üçün inşa edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev 2010­cu il oktyabrın 4­də Bakının Xətai 
rayonundakı  Əbilov  yaşayış  massivində  yəhudi  uşaqlar  üçün  Heydər  Əliyev 
Fondu  və  “Or­Avner”  Fondu  tərəfindən  inşa  edilmiş  450  yerlik  “Xabad­Or­
Avner” təhsil mərkəzinin açılış mərasimində iştirak etmişdir.
Məktəbin  açılışı  münasibətilə  respublikamıza  gələn  müxtəlif  ölkələrdəki 
yəhudi icmalarının, Azərbaycandakı yəhudi icmasının nümayəndələri, məktəbin 
müəllim və şagird kollektivi bu nəcib əmələ görə Prezident İlham Əliyevə və 
xanımı Mehriban Əliyevaya dərin təşəkkürlərini bildirmişlər.
Təhsil  mərkəzinin  açılışı  münasibətilə  İsrail  Prezidenti  Şimon  Peresin 
videomüraciəti səsləndirilmişdir. İsrail dövlətinin başçısı təhsil ocağının inşa­
sına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir. Şimon Peres mər­
kəzin  inşasını  böyük  hadisə  adlandırmış,  ümummilli  lider  Heydər  Əliyevi  və 
dövlətimizin başçısı İlham Əliyevi gələcəyi görmək qabiliyyətinə malik böyük 
tarixi  şəxsiyyətlər  kimi  dəyərləndirmişdir.  O,  həmçinin  tədbirdə  iştirak  edən 
bütün qonaqlara minnətdarlığını bildirmişdir.
  Mərkəzdə  müasir  avadanlıq  və  lazımi  dərs  vəsaitləri  ilə  təchiz  edilən  30 
sinif otağı yaradılmışdır. Azərbaycan dili kabinetində ölkəmizin dövlət rəmzləri, 
paytaxtımızın görməli yerlərinə aid stendlər quraşdırılmışdır. 
Mərkəzdə  məktəblilərin  idmanla  məşğul  olmaları  üçün  700  kvadratmetr 
sahədə süni örtüklü açıq stadion da vardır. Təhsil ocağının həyətində abadlıq 
işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır.
Dövlətimizin  başçısı  bildirmişdir  ki,  burada  uşaqlar  keyfiyyətli  təhsil  ala­
raq, Azərbaycanın layiqli vətəndaşları kimi yetişəcəklər. Prezident İlham Əli­
yev ölkəmizdə təhsilin inkişafına böyük diqqət yetirildiyini vurğulamışdır. Döv­
lətimizin başçısı demişdir ki, bu təhsil mərkəzinin inşası ölkəmizdə tole rantlığın 
yeni bir təzahürüdür. Mərkəz Azərbaycan və yəhudi xalqları arasında dostluq 
münasibətlərinin  inkişafına  daha  bir  töhfədir.  Prezident  İlham  Əliyev  bu  gün 

75
dinamik inkişaf edən Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin sülh 
və əmin­amanlıq şəraitində yaşadığını söyləmişdir. 
MDB  Yəhudi  İcmaları  Federasiyasının  və  “Or­Avner”  Beynəlxalq  Fon­
dunun prezidenti Lev Levayev mərkəzin inşasına görə dövlətimizin başçısına 
və xanımına minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, Ulu Öndər Heydər 
Əliyev də təhsil sahəsinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Lev Levayev 
Heydər  Əliyev  Fondunun  prezidenti, YUNESKO­nun  və  İSESKO­nun  xoşmə­
ramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyevaya  tolerantlığın 
və konfessiyalararası dialoqun inkişafındakı xidmətlərinə görə mükafat təqdim 
etmişdir.
2011­ci  il  fevralın  17­də  Parisdə  Azərbaycan  Respublikasının  müstəqil­
liyini  yenidən  bərpa  etməsinin  20­ci  ildönümünə  və  “Azərbaycan”  kitabının 
təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Heydər Əliyev Fon­
dunun,  ölkəmizin  Fransadakı  səfirliyinin  təşəbbüsü  və  dəstəyi  ilə  baş  tutan 
mərasimdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti 
Mehriban Əliyeva iştirak etmişdir.
Azərbaycan  mədəniyyətinin  təntənəsi  bu  dəfə  də  dünyanın  mədəniyyət 
paytaxtı  olan  Parisdə  yaşanmışdır.  Prezident  İlham  Əliyevin  Azərbaycanın 
müstəqilliyini bərpa etməsinin 20­ci ildönümünün qeyd olunması ilə bağlı im­
zaladığı  Sərəncama  əsasən  təşkil  edilən  bu  möhtəşəm  mərasim  Azərbaycan 
mədəniyyətinin təbliği baxımından mühüm addım olmuşdur.
Fransanın mədəniyyət naziri Frederik Mitteran Azərbaycanın müstəqilliyinin 
bərpa  edilməsinin  20­ci  ildönümü  münasibətilə  təbriklərini  çatdırmışdır. 
F.Mitteran  Fransanı  Azərbaycan  mədəniyyətinin  ən  yaxın  dostlarından  biri 
adlandırmışdır.  Nazir  Heydər  Əliyev  Fondunun  çoxşaxəli  fəaliyyətindən 
məlumatlı olduğunu bildirərək Fondun Azərbaycanda mədəniyyətin inkişafına 
töhfələrini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Azərbaycan muğam və 
aşıq musiqisinin vətənidir. Azərbaycan bəstəkarlarının əsərləri Fransada da çox 
sevilir və Azərbaycan Fransa yazıçılarının əsərlərində də təsvir olunmuşdur.
Fransanın mədəniyyət naziri hər iki ölkənin mədəni irsinin daha çox təşviq 
olunmasını arzulamışdır. O, Mehriban Əliyevanın YUNESKO çərçivəsində gör­
düyü işləri yüksək qiymətləndirmişdir. Frederik Mitteran ölkələrimiz arasında 
mədəni əlaqələrin genişlənməsindən məmnun olduğunu demişdir.
Mehriban xanım Əliyeva ölkəmizə və mədəniyyətimizə göstərilən diqqətə 
və verilən dəyərə görə minnətdarlığını bildirmişdir. Cari il Azərbaycanın müs­
təqilliyinin  bərpa  olunmasının  20  illiyinin  qeyd  edildiyini  deyən  ölkəmizin 
Birinci xanımı bu hadisəyə həsr olunan ilk tədbirin Fransada keçirilməsindən 
məmnunluğunu bəyan etmişdir. Mehriban Əliyeva demişdir ki, müstəqil ölkə 
kimi Azərbaycan  çox  gəncdir.  Lakin  Odlar  Yurdu  adlanan  bu  diyarın  qədim 
tarixi vardır.

76
Ölkəmizin  tarixi  barədə  mərasim  iştirakçılarına  məlumat  verən  Heydər 
Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyeva  Şərq  və  Qərbin  qovşağında 
yerləşən Azərbaycan uğrunda tarixin müxtəlif dövrlərində aparılan mübarizələr 
haqqında danışmış və bildirmişdir ki, bütün bunlara baxmayaraq, xalqımız öz 
tarixini,  dilini,  dinini,  mədəniyyətini  qoruyub  saxlamış,  milli  mənliyini  itir­
məmişdir. Mehriban Əliyeva Azərbaycanın Xalq Cümhuriyyəti dövründə əldə 
etdiyi nailiyyətləri xatırlatmışdır.
1918­ci  ildə  əldə  edilən  müstəqilliyin  cəmi  23  ay  çəkdiyini  deyən Azər­
baycanın  Birinci  xanımı  ölkəmizin  70  ildən  çox  sürən  dövr  ərzində  sovet 
rejiminin sərt qanunları ilə üzləşdiyini və bu illərdə də xalqımızın müstəqillik 
arzusu ilə yaşadığını və nəhayət, buna nail olduğunu vurğulamışdır. Mehriban 
Əliyeva diqqətə çatdırmışdır ki, tarixi baxımdan 20 il böyük dövr olmasa da, bu 
qısa zaman kəsiyində Azərbaycan çox böyük nailiyyətlər əldə etmiş, bölgənin ən 
sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir.
Sözügedən  mərasimin  keçirilməsi    bir  daha  təsdiq  etmişdir  ki,  bu  gün 
Azərbaycan mədəniyyətinin nadir incilərinin sorağı mötəbər mərasimlərdən gəlir. 
Bu da ilk növbədə, Azərbaycan dövlətinin mədəni irsimizə olan münasibətinin 
nəticəsidir. Təbii ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təb­
liğində oynadığı rol da əvəzolunmazdır. Elə bu mərasim də Fondun prezidenti 
Mehriban Əliyevanın mədəni irsimizə olan münasibətinin dinamikasını yetərincə 
göstərir.  Mərasimdə  ifa  olunan  Qara  Qarayevin  “Vals”ı,  Niyazinin  “Arzu”su, 
“Küçələrə su səpmişəm” məşhur xalq mahnısı, Natiq Şirinovun “Azərbaycan 
ritmləri” bir daha təsdiqləmişdir ki, Qərb tamaşaçısı son dərəcə maraqlı koloriti 
olan, incə hislərlə dolu bu musiqini sevir. Azərbaycan musiqisinin ovsunu istər­
istəməz insanı öz təsiri altına salmağı bacarır.
Bu  möhtəşəm  gecənin  yekununda  Fikrət  Əmirovun  dünyada  məşhur 
olan  “Min  bir  gecə”  baletindən  bir  parça  ifa  edilmişdir.  Bu  sənət  əsərləri 
Azərbaycan musiqisinin zənginliyindən xəbər verməklə yanaşı, Fransa mədə­
niyyətsevərlərində  Azərbaycana,  onun  zəngin  musiqisinə  böyük  maraq 
oyatmışdır.
Mərasim iştirakçıları Azərbaycan sərgisinə baxmışlar. Sərginin ən əhəmiyyətli 
məqamı  Qarabağ  xalılarının  nümayiş  etdirilməsi  olmuşdur.  Ölkəmizin  ayrıl­
maz parçası olan Qarabağda toxunan xalılar öz gözəlliyi, rəng çalarları, orna­
mentlərinin quruluşu ilə tamaşaçıları heyran etmişdir. Bu mədəniyyət nümunələri 
Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyərək xalqımızın 
sahib olduğu mədəni dəyərlərin zənginliyindən xəbər vermişdir.
  Xalçalarımıza  olan  maraq  təsdiqləmişdir  ki,  dünya  mədəniyyətinin  inki­
şafına yetərincə təsir edən Azərbaycan xalçaları tarix boyu öz gözəlliyi ilə bü­
tün dünyanı heyran qoymuşdur. İndi Azərbaycan xalılarının sorağı ən məşhur 
saraylardan, muzeylərdən gəlir. XVI əsrdə toxunan və Londonun Viktoriya və 
Albert  muzeyində  qorunan  “Şeyx  Səfi”  xalısı  ornamental  xalçaların  ən  gözəl 

77
nümunəsi kimi, bu gün də Azərbaycan xalçaçılıq məktəbini dünya miqyasında 
şərəflə təbliğ edir.
Sərgi  çərçivəsində  “Azərbaycan”  kitabının  fransız  dilində  nəşr  olunan 
versiyasının  təqdimatı  da  keçirilmişdir.  Heydər  Əliyev  Fondunun  ən  mühüm 
layihələrindən olan “Azərbaycan” nəşrinin doğma dilimizdə olan versiyası ötən 
ilin əvvəlində Bakıda Prezident İlham Əliyevin və Azərbaycanın Birinci xanımı 
Mehriban Əliyevanın iştirakı ilə təqdim olunmuşdur.
Nəşrə  daxil  olan  fotoşəkillər  ölkəmizin  tarixi,  mədəniyyəti,  təbiəti,  insan 
qaynaqları,  bölgələrimiz  haqqında  oxucularda  kifayət  qədər  dolğun  təəssürat 
yaratmış, Azərbaycanı, onun mavi Xəzərin sahilində qərar tutmuş, Şərq və Qərb 
koloritlərinin cəmləndiyi paytaxtını tərənnüm etmişdir.
Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunmuşdur.
Beləliklə, Azərbaycan mədəniyyətinin Parisdə nümayişi sözün əsl mənasında, 
hadisəyə çevrilmiş, soydaşlarımızın arzu və istəklərinin əks olunduğu bu mədə­
niyyət nümunələri hər bir azərbaycanlının qəlb döyüntüsünü və xalqımızın milli 
kimliyini uğurla Qərb tamaşaçısına çatdırmışdır. 
2011­ci il martın 14­də Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” 
II Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi olmuşdur.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun və İSESKO­nun 
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və Heydər 
Əliyev Fondunun vitse­prezidenti Leyla Əliyeva iştirak etmişlər.
Festivalın  açılış  mərasimində  ABŞ,  Türkiyə,  Çin,  İran,  Özbəkistan,  İraq, 
İordaniya, Küveyt, Mərakeş və digər ölkələrdən gəlmiş qonaqlar iştirak etmişlər.
2011­ci il mayın 4­də Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə Bakıdakı 
Müasir İncəsənət Muzeyində “Sənət inciləri” adlı maraqlı sərgi açılmışdır. 
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNES­
KO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban 
Əliyeva sərgi ilə tanış olmuşdur.
“Van Cleef & Arpels” şirkətinin tarixi sənət kolleksiyasının və azərbaycanlı 
əməkdar rəssam Əliyar Əlimirzəyevin biri digərindən maraqlı əsərlərinin təqdim 
olunduğu  sərginin  açılış  mərasimində  “Van  Cleef  &  Arpels”  Evinin  prezi­
denti  Stanislas  de  Kersiz,  Fransanın  məşhur  Luvr  Muzeyinin  direktoru Anri 
Luaret, tanınmış kinoaktrisa Katrin Denev, mədəniyyət və incəsənət xadimləri, 
diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Məşhur  “Van  Cleef  & Arpels”  şirkəti  1896­cı  ildə  Parisdə  yaradılmışdır. 
Şirkətdə  hazırlanan  zərgərlik  məmulatları  dünyada  sənət  inciləri  kimi  tanınır. 
XX əsrin əvvəllərində hind maharacalarından tutmuş, Vindzor hersoginyası və 
kral ailəsinin üzvü, zəngin və nüfuzlu Qreys Kelli və Hollivud ulduzlarına qədər 
çoxları  zəriflik  və  incəliyinə  görə  “Van  Cleef  & Arpels”  şirkətinin  zərgərlik 

78
məmulatına üstünlük vermişlər. Şirkətin tarixi kolleksiyası dünyanın ən tanınmış 
muzeylərində nümayiş olunur.
Müasir İncəsənət Muzeyində açılan sərgi “Van Cleef & Arpels”in yaradıcılıq 
dünyasının əsasını təşkil edən dörd əsas mövzuya həsr olunmuşdur: Təbiət, Şərq 
dünyası, yüksək moda və görünməz çərçivə. Sərgidə hər bir mövzu xüsusi çalara 
malik ayrıca sahə üzrə təqdim edilmişdir.
Bildirilmişdir ki, “Sənət inciləri” sərgisi eyni yaradıcı ideyanı paylaşan iki 
fərqli ifadə tərzini bir araya gətirməklə Fransa və Azərbaycan arasında mədəni 
dialoqu nümayiş etdirir. Bu yaradıcı ideyanın bir qolu “Van Cleef & Arpels”in 
məhsullarında,  digər  qolu  isə  Azərbaycan  rəssamı  Əliyar  Əlimirzəyevin 
əsərlərində  təcəssüm  tapmışdır.  Buna  görə  də  həm  Ə.Əlimirzəyevin  əsərləri, 
həm də “Van Cleef & Arpels”in nadir sənət nümunələri bir­birini heyrətamiz 
şəkildə tamamlayır.
Sərgi ilə tanışlıq zamanı tanınmış fransız kinoaktrisası Katrin Denev Azər­
baycanın Birinci xanımı Mehriban Əliyevaya məlumat vermişdir ki, Asiya və 
Şərq “Van Cleef & Arpels” üçün ən sevilən mövzulardan biridir. Həmin mədə­
niyyətlərin arxitekturası, tətbiqi və dekorativ incəsənəti “Van Cleef & Arpels”in 
məhsullarının orijinallığına və nadirliyinə güclü təsir göstərmişdir. Bu tanınmış 
brendin  kolleksiyasındakı  əksər  əsərlərin  ustaları  “Min  bir  gecə”  nağıllarının 
sehirli, sirli və valehedici dünyasından, Böyük İpək yolu barədə əfsanələrdən 
ilham almışlar. Bir çox imperiyaların cah­cəlalı məhz bu zərgərlik nümunələrində 
canlandırılır.  Rəngbərəng  daşlardan  ibarət  olan  bu  sənət  nümunələri  Misir 
ehramlarını, fironlar dövrünü xatırladır.
Təbiətin əsrarəngiz gözəlliyi 1920­ci ildən başlayaraq “Van Cleef & Arpels”in 
əsas  ilham  mənbələrindən  biri  olmuş,  brendə  dünya  şöhrəti  qazandırmışdır. 
Naturalizm ruhu ilə bədii zövq azadlığını özündə əks etdirən bu nadir nümunələr 
zərifliyi və incəliyi ilə seçilir. Təbiətin sonsuz möcüzələrini əks etdirən əsərlər 
bu gün də brendin ən çox müraciət etdiyi mövzulardan biri olaraq qalır, flora və 
faunanı zərgərlik sənətinin yeni kolleksiyalarında uğurla əks etdirir.
“Van  Cleef  & Arpels”  brendi  gözəllik  və  zövqlü  dəb  ilə  sıx  bağlıdır.  Bu, 
təsadüfi deyildir. Çünki Fransanın paytaxtı dəbin və gözəlliyin mərkəzi sayılır. 
“Van  Cleef  & Arpels”  bir  sıra  aksessuarların  yaradılmasına  ilham  vermişdir. 
Axşam  əl  çantaları,  minodyerlər,  portsiqarlar  brendin  ən  tələbkar  və  zövqlü 
müştərilərini cəlb edir.
“Van  Cleef  &  Arpels”  yarandığı  gündən  daim  mükəmməllik  axtarışında 
olmuş və qiymətli daşların gözəlliyini daha da artırmağa çalışmışdır. Lakin bu 
məsələnin  həllində  şirkətin  mütəxəssisləri  çətinliklə  də  rastlaşmışlar.  Belə  ki, 
zinət əşyalarının çərçivəsinin ağırlığı ən yüngül məmulat üçün belə problemə 
çevrilirdi. İxtiraçı zərgərlər uzun müddət metal korsetləri görünməz çərçivələrlə 
əvəz etmək axtarışında olmuşlar. Nəhayət, 1933­cü ildə gözəgörünməyən əfsa­
nəvi çərçivənin yaradılması uğurla nəticələnmişdir. Bunun sirri isə son dərəcə 

79
nazik olan qızıl tordur. Həmin torun konturu ilə daşlar dəqiqliklə bərkidilir. Bu 
eksklüziv  bərkitmə  texnikası  daşların  bütün  gözəlliyini,  təkrarolunmazlığını, 
yüngüllüyünü və parlaqlığını nümayiş etdirməyə imkan verir. Gözəgörünməyən 
çərçivə bu gün də brendin fəxridir və bir nəsildən digərinə ötürülür.
“Van Cleef & Arpels”in zinət əşyaları ilə tanışlıqdan sonra Azər baycanın Birinci 
xanımı  Mehriban  Əliyeva  rəssam  Əliyar  Əlimirzəyevin  əsərlərinə  baxmışdır. 
Rəssamın kompozisiyaları yuxu kimi paradoksaldır, onun gözlənilməz, parlaq, 
solğun  boyalarının  rəngarəngliyinə  həm  də  bir  qədər  melanxoliya  qatılır.  Bu 
sehirli ekspressionizm Şərq nağıllarını xatırladır. Məhz buna görə də rəssamın 
əsərləri  və  “Van  Cleef  & Arpels”in  məhsulları  ideya  ifadəsinə  görə  bir­birini 
tamamlayır.
Əliyar  Əlimirzəyev  2004­сi  ildə  Parisdə  “Grands  et  Jeunes”  Beynəlxalq 
sərgisində  “Qran­pri”  mükafatına  layiq  görülmüşdür.  Rəssam  “Van  Cleef  & 
Arpels” brendinin zərgərlik məhsullarının bənzərsiz naxışlarından ilhamlanaraq, 
o,  qadın  ilə  cavahirat  arasındakı  bağlılığı  yaradıcı  təxəyyülünün  süzgəcindən 
məharətlə keçirib bir sıra orijinal əsərlər yaratmışdır. Onun yaradıcılığı yüksək 
fantastik təxəyyüllə, fiqurativ yanaşmanı özündə birləşdirir. Rəssamın əsərləri 
Moskva, Paris, Vaşinqton, Kopenhagen, Seul, Pekin, İstanbul, Berlində nümayiş 
olunur və müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
  Müasir  İncəsənət  Muzeyində  açılan  bu  sərgidə  nümayiş  olunan  əsərlərin 
leytmotivini qısaca belə ifadə etmək olar: zərifliyi və gözəlliyi vəhdətdə təcəssüm 
etdirən incəsənət nümunələri.
2011­ci  il  mayın  10­da  Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban 
Əliyevanın iştirakı ilə “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri 
Heydər Əliyevin anadan olmasının 88­ci ildönümü və Heydər Əliyev Fondunun 
fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Mərasimdə  Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  və 
İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliye­
va çıxış edərək müstəqil Azərbaycanın mövcud olduğu 20 il ərzində ölkəmizin 
böyük  uğurlar  qazandığını  bildirmişdir.  Bu  gün Azərbaycanın  güclü  bir  döv­
lət  olduğunu  vurğulayan  Mehriban  xanım  Əliyeva  demişdir  ki,  biz  müasir 
tariximizin hər bir səhifəsində dahi şəxsiyyət Heydər Əliyevin silinməz izlərini 
görürük. Müstəqilliyimizin ilk illərindəki keşməkeşli vəziyyəti xatırladan Heydər 
Əliyev Fondunun prezidenti bildirmişdir ki, ümummilli liderimiz Azərbaycanı 
böyük bəlalardan xilas etmiş və xalqa güvənərək yeni, müasir tariximizin şanlı 
səhifələrini yazmağa başlamışdır.
Dahi  şəxsiyyət  Heydər  Əliyevin  ömür  yolunun  xalqa  və  Vətənə  xidmət 
rəmzinə  çevrildiyini  vurğulayan  Mehriban  xanım  Əliyeva  Ulu  Öndərin  adını 
daşıyan Fondun 7 illik fəaliyyətini xatırlatmışdır. Azərbaycanın Birinci xanımı 
demişdir  ki, Fond ötən ildə bir sıra irimiqyaslı layihələr həyata keçirmişdir. Meh­

80
riban xanım vurğulamışdır ki, ötən 7 ildə Fondun ən böyük uğuru Azərbaycan 
xalqının inamını və hörmətini qazanmasıdır.
  Ulu  Öndər  Heydər  Əliyevin  ölməz  xatirəsinə Azərbaycan  xalqının  dərin 
hörmət  və  ehtiramını  ifadə  edən  dövlətimizin  başçısı  Prezident  İlham  Əliyev 
demişdir ki, Ümummilli Lider bütün dövrlərdə doğma xalqına, Vətəninə səda­
qətlə  xidmət  edib.  Onun  xidmətləri  sayəsində  Azərbaycan  Sovet  İttifaqında 
inkişaf  baxımından  ən  qabaqcıl  yerlərə  çıxmış,  ölkəmizin  həyatının  bir  çox 
sahələrində sürətli inkişaf müşahidə olunmuşdur və beləliklə, ötən əsrin 70­ci illəri 
tariximizdə tərəqqi dövrü kimi qalmışdır. O, Sovet İttifaqının ali rəhbərliyində 
təmsil olunanda da Azərbaycanın inkişafı yolunda mühüm addımlar atmışdır, 
onun vəzifədən kənarlaşdırılmasından sonra isə ölkəmiz müxtəlif problemlərlə 
üzləşmiş, Dağlıq Qarabağda separatizm meyilləri güclənmişdir. “Lakin Heydər 
Əliyevin  Azərbaycana  verdiyi  töhfələr  xalqın  ürəyində  yaşayırdı”,  –  deyən 
Prezident İlham Əliyev bildirdi ki, Ulu Öndər bütün dövrlərdə şərəflə yaşayıb, 
bütün sınaqlardan üzüağ çıxmışdır.
 Ümummilli Liderin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışının zama nın 
və xalqın tələbi olduğunu bildirən dövlətimizin başçısı qeyd etmişdir ki, əgər 
o  vaxt  Heydər  Əliyevin  qətiyyəti,  cəsarəti  və  siyasi  nüfuzu  olmasaydı,  müs­
təqilliyimiz əldən gedə bilərdi. 1993­2003­cü illərin Azərbaycanda sabitlik və 
inkişaf illəri kimi tarixdə qaldığını deyən Prezident İlham Əliyev bildirmişdir ki, 
dövlətçiliyimizin, müstəqilliyimizin əsasları məhz 1993­cü ildə qoyulmuşdur və 
o vaxtdan bu günə qədər Azərbaycan yalnız inkişaf yolu ilə gedir.
Müstəqilliyin bizim üçün ən böyük sərvət olduğunu vurğulayan Prezident 
İlham Əliyev demişdir ki, bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər 
Əliyevin  xatirəsinə  olan  hörmətimizin  ən  gözəl  nümunəsidir.  Biz  bu  yolla 
gedəcəyik.  Heydər  Əliyevin  siyasəti Azərbaycanda  yaşayacaqdır.  Biz  bu  yol­
dan dönməyəcəyik, Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq.
Heydər Əliyev Mükafatı Komissiyasının qərarı və Prezident İlham Əliyevin 
2011­ci il 10 may tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında 
xüsusi xidmətlərinə görə yazıçı Anar Rəsul oğlu Rzayev Heydər Əliyev Müka­
fatı ilə təltif olunmuşdur.
Daha sonra Heydər Əliyev Fondunun 2009­cu ildə təsis etdiyi “Qızıl çinar” 
beynəlxalq mükafatı ümumbəşəri dəyərlərin qorunub saxlanılmasına, siviliza­
siyalararası  dialoqun  genişləndirilməsinə,  ölkəmizin  YUNESKO  ilə  əlaqə­
lərinin  inkişafına,  mədəniyyətlərarası  mübadilədə Azərbaycanın  uğurlu  təqdi­
matına  verdiyi  töhfələrə  görə  YUNESKO­nun  keçmiş  baş  direktoru  Koişiro 
Matsuuraya,  elm,  təhsil  və  mədəniyyət  sahəsində  əlaqələrin  yaradılması  və 
xalqlar  arasında  dialoqun  qurulmasında  səmərəli  fəaliyyətinə  görə  İSESKO­
nun baş direktoru Əbdüləziz bin Osman əl­Tüveycriyə təqdim edilmişdir.

81
Mayın 17­də Moskvada Azərbaycan Respublikasının müstəqilliyini yenidən 
bərpa etməsinin 20­ci ildönümünə həsr olunan “Azərbaycan gecəsi” adlı tən­
tənəli  mərasim  keçirilmişdir.  Heydər  Əliyev  Fondunun  təşəbbüsü,  ölkəmizin 
Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və Dövlət Kreml Sarayında keçi­
rilən  mərasimdə  Azərbaycanın  Birinci  xanımı,  Heydər  Əliyev  Fondunun 
prezidenti, YUNESKO­nun və İSESKO­nun xoşməramlı səfiri, Milli Məclisin 
deputatı Mehriban Əliyeva və Rusiyanın Birinci xanımı Svetlana Medvedeva 
iştirak etmişlər.
Dövlət Kreml Sarayında Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanı 
Rusiyanın Birinci xanımı Svetlana Medvedeva qarşılamışdır.
Burada  Azərbaycanın  və  Rusiyanın  birinci  xanımları  “Karl  Faberje  və 
daşoyma  ustaları.  Rusiyanın  əlvan  dəfinəsi”  adlı  sərgiyə  baxmışlar.  Ekspo­
zisiyada görkəmli rus zərgərı Karl Faberjenin şah əsərləri nümayiş etdiril mişdir. 
Bütün  dünyada  tanınan  zərgər  Karl  Faberje  1846­cı  ildə  Sankt­Peter burqda 
zərgər  ailəsində  dünyaya  gəlmişdir.  Faberje  Zərgərlik  Evi  rus  çar  ailəsi  üçün 
özünəməxsus  tərzdə  zinət  əşyalarının  istehsalı  sayəsində  məşhurlaşmışdır.  Bu 
zərgərlik məmulatları virtuoz hazırlanma tərzi və ideyanın orijinallığı ilə seçilir.
Mehriban Əliyeva və Svetlana Medvedeva sərgidə Faberje ilə eyni dövrdə 
yaşayan  və  imperator  sarayı  üçün  zinət  əşyaları  hazırlayan  zərgərlərin,  Ural 
sənətkarlarının işləri ilə də tanış olmuşlar. Ekspozisiyada İmperator, Yekaterin­
burq,  Peterqof  və  Kolıvan  fabriklərində  istehsal  edilən  əsərlər  də  nümayiş 
etdirilmişdir.
Sentyabrın  29­da  Almaniya  Federativ  Respublikasının  paytaxtı  Berlində 
Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  bərpa  edilməsinin  20­ci 
ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Heydər Əliyev Fondunun və ölkəmizin Almaniyadakı səfirliyinin təşəbbüsü 
və dəstəyi ilə təşkil olunmuş mərasimdə Azərbaycanın Birinci xanımı, Heydər 
Əliyev  Fondunun  Prezidenti,  YUNESKO­nun  və  İSESKO­nun  xoşməramlı 
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak etmişdir.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Almaniyanın Tarix Muze­
yinə gəlmiş, burada onun Almaniyanın Birinci xanımı Bettina Vulf ilə görüşü 
olmuşdur. 
Görüşdə  Bettina Vulf  Mehriban  Əliyevanı  ölkəsində  görməkdən  məmnun 
olduğunu söyləyərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa 
edilməsinin  20­ci  ildönümünə  həsr  olunmuş  mərasim  üçün  Berlinin  seçil­
məsinə görə təşəkkürünü bildirmişdir. 
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva bu tədbirə verdiyi dəstəyə 
və  müstəqilliyimizin  bərpasının  20­ci  ildönümünə  həsr  olunmuş  mərasimdə 
iştirakına görə Almaniyanın Birinci xanımına minnətdarlıq etmişdir. Mehriban 

82
xanım Əliyeva Azərbaycan mədəniyyətinin Almaniyada təbliği baxımından bu 
mərasimin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. 
Sonra  Mehriban  xanım  Əliyeva  İkinci  Dünya  müharibəsi  illərində  dağı­
dılmış  və  yandırılmış  Berlin  qəsrinin  bərpası  ilə  bağlı  başlanan  ianə  kampa­
niyasına Heydər Əliyev Fondunun töhfəsi olaraq 50 min avro məbləğində pul 
çekini Berlin qəsrinin rəhbərliyinə təqdim etmişdir. 
Birinci  xanım  Mehriban  Əliyeva  2012­ci  il  mayın  9­da  Zirə  qəsəbəsində 
müasir idman kompleksinin açılışında iştirak etmişdir.
Məlumat  verilmişdir  ki,  Heydər  Əliyev  Fondunun  dəstəyi  ilə  2011­ci  ilin 
oktyabrında kompleksin tikintisinə başlanılmışdır. Tikinti işləri yerli və xarici 
mütəxəssislər tərəfindən AFFA­nın və FİFA­nın nəzarəti altında həyata keçiril­
mişdir. Kompleksdə idman zalları, tədris otaqları, məşq avadanlığı, meydança 
FİFA­nın standartlarına tam uyğunlaşdırılmışdır.
İkimərtəbəli binanın birinci mərtəbəsində şahmat, dama, boks, güləş, trena­
jor  zalları,  məşqçi,  paltardəyişmə,  həkim  otaqları  və  sanitar  qovşaqları,  həm­
çinin ingilis və fransız dillərinin tədrisi üçün linqofon kabinetləri vardır.
Birinci  xanım  fransız  və  ingilis  dillərinin  tədrisi  otaqları  ilə  tanış  olmuş, 
məşqçi otaqlarına, trenajor, güləş və boks zallarına baxmışdır. Kompyuter otağı 
ilə tanışlıq zamanı bildirilmişdir ki, gənclər kompleksin bu bölməsində 3 min 
metr məsafədə fiber­optik kabellə internetə qoşula biləcək, data şəbəkəsindən, 
ADSL modem sistemindən istifadə edəcəklər.
Birinci xanım şahmat, dama otaqları ilə də tanış olmuşdur. Otaqlarda məx­
susi monitorlar quraşdırılmış, kompyuterlər xüsusi proqramlarla təchiz edilmişdir.
Binanın  ikinci  mərtəbəsində  isə VİP  otaq,  futbol  oyunlarını  izləmək  üçün 
VİP tribuna, qış bağı – vestibül, qonaqlar üçün xüsusi tərtib edilmiş iş otağı, 
eləcə də inzibati otaqlar vardır.
Birinci  xanım  VİP  otaqla  tanış  olmuş,  tribunadan  beynəlxalq  standartlar 
səviyyəsində xüsusi ot örtüyü ilə döşənmiş futbol meydançasına baxmışdır.
Stadionda  elektron  lövhə,  səsgücləndiricilər  və  şərhçilər  üçün  kabinələr 
quraşdırılmışdır. 1500­dən çox oturacağı olan tamaşaçı salonunda meydançanı 
dirəyinin  hündürlüyü  28  metr  olan  dörd  projektor  qurğusu  işıqlandıracaqdır. 
Salonun üstü xüsusi membran çadırla örtülmüşdür.
Mehriban  xanım  Əliyevaya  məlumat  verilmişdir  ki,  kompleksdə  dopinqə 
nəzarət, hakim, məşqçi, həkim, masaj, yuyunma otaqları və konfrans zalı yer­
ləşən xüsusi bina da tikilmişdir.
2012­ci  il  mayın  10­da  Bakıda  Heydər  Əliyev  Mərkəzinin  açılışı,  Ulu 
Öndərin  anadan  olmasının  89­cu  ildönümü  və  Heydər  Əliyev  Fondunun 
fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmiş, Pre­
zident  İlham  Əliyev,  xanımı  Mehriban  Əliyeva  və  ailə  üzvləri  mərasimdə 
iştirak etmişlər.

83
Mərasimdə çıxış edərək Heydər Əliyev Mərkəzini nadir memarlıq abidəsi 
adlandıran  Prezident  İlham  Əliyev,  bu  kompleksin  yaradılması  ideyasından 
danışmışdır.  Dövlətimizin  başçısı  məşhur  memar  Zaha  Hadidin  layihəsi  əsa­
sında  tikilən  bu  mərkəzin  müasirliyi  ilə  diqqəti  çəkdiyini  və  çoxfunksiyalı 
olduğunu bildirmiş, həm memara, həm də tikintidə iştirak edən bütün insanlara 
təşəkkür etmişdir. Dəfələrlə tikintinin gedişi ilə maraqlandığını deyən Prezident 
İlham Əliyev vurğulamışdır ki, bu mərkəz Azərbaycan vətəndaşlarına yüksək 
səviyyədə xidmət göstərəcəkdir.
“Bakı  sürətlə  gözəlləşir  və  inkişaf  edir”,  –  deyən  Prezident  İlham  Əliyev 
bildirmışdir  ki,  müasirliklə  qədimliyin  vəhdət  təşkil  etdiyi  paytaxtımızın  bir 
çox məşhur rəmzləri vardır. İndi isə müasir Bakının yeni rəmzləri yaradılır və 
bu  sırada  Dənizkənarı  Milli  Park,  Dövlət  Bayrağı  Meydanı,  Alov  qüllələri, 
“Kristal saray” və nəhayət, Heydər Əliyev Mərkəzi vardır.
“Heydər Əliyev bütün dövrlərdə öz xalqına xidmət edib”, – deyən Prezident 
İlham Əliyev, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə gördüyü işlərdən 
danışmışdır. Bildirmişdir ki, Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə Azər­
baycanın inkişafına çalışıb. Ulu Öndər hakimiyyətdən uzaqlaşdırılandan sonra 
Azərbaycan  böyük  problemlərlə  üzləşmiş,  Dağlıq  Qarabağda  separatçılıq 
meyilləri güclənmiş, Qanlı Yanvar hadisəsi, Xocalı soyqırımı baş vermiş, tor­
paqlarımızın işğalı prosesi başlamış, ölkə gərgin ictimai­siyasi təzyiqlərlə üz­
üzə qalmışdır. 1993­cü ildə xalqın tələbi ilə ölkədə yenidən rəhbərliyə qayıdan 
Heydər Əliyevin siyasi iradəsi, müdrikliyi, cəsarəti və xalqın ona olan məhəb­
bəti sayəsində, Azərbaycan üzləşdiyi fəlakətlərdən xilas olmuşdur. Ölkə tərəqqi 
dövrünə  qədəm  qoymuş,  bütün  sahələrdə  inkişaf  meyilləri  güclənmişdir.  Ona 
görə də Heydər Əliyev müasir, müstəqil Azərbaycanın banisi və qurucusudur.
Son  illərdə  Azərbaycanda  həyata  keçirilən  siyasi­iqtisadi  islahatlardan 
danışan  Prezident  İlham  Əliyev,  ölkədə  demokratikləşmə  prosesinin  sürətlə 
getdiyini  diqqətə  çatdırmışdır.  İqtisadi  sahədə  əldə  olunan  mühüm  nailiy­
yətlərdən danışan dövlətimizin başçısı bildirmişdir ki, bu uğurları beynəlxalq 
maliyyə qurumları da təsdiqləyir. Təsadüfi deyildir ki, indi Azərbaycan güclü 
iqtisadiyyata və güclü orduya malikdir. “Biz heç vaxt imkan vermərik ki, Azər­
baycanın  suverenliyinə  və  inkişaf  haqqına  kimsə  müdaxilə  etsin”,  –  deyən 
Prezident  İlham  Əliyev,  ölkəmizin  dünyada  artan  nüfuzundan  danışmışdır. 
Bildirmişdir ki, beynəlxalq təşkilatlarda prinsipiallığı ilə seçilən Azərbaycanın 
bu  mövqeyi  xalqımızın  milli  maraqlarına,  ədalətə  və  beynəlxalq  hüquqa 
əsaslanmışdır. Dövlətimizin başçısı ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv 
seçilməsini,  20  il  müstəqil  olan Azərbaycanın  diplomatik  uğuru  kimi  xarak­
terizə etmişdir.
Sonra  Heydər  Əliyev  Mərkəzindən  bəhs  edən  film  nümayiş  olunmuşdur. 
Filmdə Mərkəzin yaradılması ideyası, bu istiqamətdə həyata keçirilən tədbirlər, 

84
Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının rəmzinə çevriləcək nadir me­
marlıq kompleksinin əhəmiyyətindən bəhs edilmişdir.
Filmin  nümayişindən  sonra  Heydər  Əliyev  Fondunun  fəaliyyətinin  8 
illiyinə həsr olunmuş mərasim keçirilmişdir. Əvvəlcə Ümummilli Lider Heydər 
Əliyevin ictimai­siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.
Heydər  Əliyev  Fondunun  Prezidenti  Mehriban  xanım  Əliyeva  mərasimdə 
çıxış etmişdir.
Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəl­
xalq  mükafatının  2012­ci  il  qalibləri  elan  olunmuşdur.  Heydər  Əliyev  Fon­
dunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi böyük dəstəyə görə Litva Res­
publikasının Azərbaycandakı səfiri Kestutis Kudzmanasa “Qızıl çinar” beynəl­
xalq mükafatı təqdim edilmişdir. Səfir Kestutis Kudzmanas minnət darlığını bil­
dirmişdir.
2012­ci il mayın 17­də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – 
Afrikadan müasir incəsənət” sərgisinin açılışı olmuşdur. Azərbaycanın Birinci 
xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyeva  və  Fondun 
vitse­prezidenti Leyla Əliyeva sərgidə iştirak etmişlər.
Heydər  Əliyev  Fondunun  vitse­prezidenti  Leyla  xanım  Əliyeva  sərgi  işti­
rakçılarını salamlayaraq demişdir: “Afrika incəsənəti qeyri­adidir. Çünki bura­
dakı hər bir əsər böyük mənaya malikdir və özündə güclü enerji ehtiva edir.
Bu sərgi “Afrovision” adlanır. Burada 11 rəssam tərəfindən yaradılmış müa­
sir  sənət  nümunələri  nümayiş  olunur.  Onların  bəziləri  tanınmış  və  nüfuzlu, 
bəziləri isə gənc və perspektivli rəssamlardır.
Mən sərginin bu muzeydə keçirilməsindən çox məmnunam. Hesab edirəm 
ki,  ümumilikdə,  müasir  sənət  dünyasında  Afrika  rəssamlarının  rolu  getdikcə 
daha da yüksəlir. Ötən 20 ildə Afrika rəssamlarının sayı əhəmiyyətli dərəcədə 
artmışdır.
Azərbaycan mədəniyyətini bütün dünyada təbliğ edən Heydər Əliyev Fon­
du hər zaman başqa mədəniyyətlərə böyük hörmət və ehtiramla yanaşmışdır.
Mənim fikrimcə, Afrika incəsənəti xüsusi əhəmiyyətə malikdir. Çünki Afrika 
rəssamları insanların emosiyalarını, onların real həyatlarını nümayiş etdirirlər.
Mən burada iştirak edənlərin hər birinə təşəkkür etmək istərdim.
Heydər Əliyev Fondu rəssamları hər zaman dəstəkləmişdir. Biz Parisdə və 
Londonda “Bakıya uçuş” sərgisini təşkil etmiş və öz işlərini xaricdə nümayiş 
etdirmələri üçün Azərbaycandan olan 21 rəssama imkan yaratmışıq.
Biz  “Bakıya  uçuş”  sərgisini  hələ  başa  çatdırmamışıq.  Sərginin  Romada, 
Nyu­Yorkda, Moskvada və digər şəhərlərdə keçirilməsini planlaşdırırıq.
Mən  doktor  Bernd  Kleinə  təşəkkür  etmək  istərdim.  Çünki  o,  bu  sərginin 
keçirilməsinin  təşəbbüskarıdır.  Buradakı  bütün  işlər  onun  şəxsi  kollek siya­

85
sındandır. Mən, həmçinin cənab Hazumiyə təşəkkür etmək istərdim. O, böyük 
heykəltəraş və buradakı işlərdən birinin müəllifidir.
Bu  sərgi  Azərbaycan  əhalisinə  Afrika  mədəniyyətini  kəşf  etməyə  imkan 
verəcəkdir. Xüsusilə, əhəmiyyətlidir ki, bu sərgi çox əlamətdar bir gündə təşkil 
edilmişdir. Çünki bir neçə gündən sonra biz “Eurovision” mahnı müsabiqəsinin 
ən həyəcanlı anlarının şahidi olacağıq.
Ümid edirəm ki, “Afrovision” sərgisi bizə haqqında çox şey bilmədiyimiz 
dünyanın bir hissəsini kəşf etmək üçün imkan yaradacaqdır”.
Sərgidə alman kolleksioneri Bernd Kleinin də kolleksiyasından seçilmiş şe­
devrlər nümayiş etdirilmişdir. O, Afrikanın müasir incəsənətinin aparıcı kollek­
siyalarından birinə malikdir. Bernd Klein tədbirdə çıxış edərək bu kolleksiyanı 
uzun illərdir ki, topladığını demiş, iştirakçılara Afrika incəsənəti haqqında məlu­
mat  vermişdir.  Sərginin  yüksək  səviyyədə  təşkil  edildiyini  deyən  Bernd  Klein, 
Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun 
vitse­prezidenti Leyla xanım Əliyevaya təşəkkür edərək demişdir: “Mənin min­
nətdarlıq etmək istədiyim insanlar çoxdur. Lakin mən xüsusi olaraq iki xanıma 
təşəkkür etmək istərdim. Onlardan biri Mehriban xanım Əliyeva, digəri isə Leyla 
xanım  Əliyevadır.  Onlar  bu  sərginin  Bakıda  keçirilməsi  üçün  çox  böyük  işlər 
görmüşlər. Azərbaycanın fəxr etməli çox şeyi vardır. Lakin bu cür gözəl, ağıllı, 
vətənpərvər  Birinci  xanımı  olmaq  hər  bir  ölkəyə  heç  də  həmişə  nəsib  olmur. 
Bilirsiniz ki, birinci xanım nəyisə etməyə qərar verəndə bunu yüksək səviyyədə 
edir. Bu sözlər həm “Eurovision”a, həm də “Afro vision”a aiddir. Bu sözləri Ley­
la xanım Əliyeva haqqında da demək olar”.
Leyla xanım Əliyeva sərginin açılışını bildirən lenti kəsmişdir.
Sonra sərgi ilə tanışlıq olmuşdur. Ekspozisiyada Afrikanın 7 ölkəsini təmsil 
edən 11 rəssamın 63 əsəri təqdim edilmişdir. Sərgiyə çıxarılmış əsərlərin tema­
tikası  əsl  dəyərlər  uğrunda  mübarizəyə,  dəb  dünyasının  obrazlarına,  müx təlif 
mərasimlərə, Afrika  folkloruna  və  digər  mövzulara  həsr  olunmuşdur.  Əsərlər 
şən, cəlbedici rənglər, maraqlı obrazlarla insanlarda Afrika həyatının bir çox tə­
rəfləri haqqında geniş təsəvvür yaratmışdır.
Tədbir Afrikanın milli rəqs qrupunun ifasında musiqi proqramı ilə davam 
etmişdir.
Sərgidə  dövlət  və  hökumət  rəsmiləri,  Milli  Məclisin  deputatları,  Azər­
baycanda  akkreditə  olunmuş  diplomatik  korpusun  nümayəndələri,  incəsənət 
xadimləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mayın 19­da İçərişəhərdəki Kiçik Karvansarada “Qız qalası” Üçüncü Bey­
nəlxalq  incəsənət  festivalının  başa  çatmasına  həsr  edilmiş  mərasim  keçiril­
mişdir. Mərasimdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev
Fondunun  prezidenti  Mehriban  Əliyeva  və  Fondun  vitse­prezidenti  Leyla 
Əliyeva iştirak etmişlər.

86
Mədəniyyətlərarası  dialoqa  xüsusi  töhfə  verən  “Qız  qalası”  Beynəlxalq 
incəsənət festivalı 2010­cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü, 
“İçərişəhər” Dövlət Tarix­Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi 
və  “Qız  qalası”  Rəsm  Qalereyasının  təşkilatçılığı  ilə  keçirilir.  Festival Azər­
baycanın  ən  qədim  və  dünya  əhəmiyyətli  abidələrindən  olan  Qız  qalasının 
təbliğini qarşısına məqsəd qoymuşdur. Builki incəsənət festivalında 24 ölkədən 
30­dan çox tanınmış rəssam iştirak etmişdir. Onlar qalanın kiçik maketlərini öz 
milli  üslublarında  naxışlarla  bəzəyərək  fərqli  mədəniyyət  və  adət­ənənələrin 
sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaratmışlar. Əvvəlki fes­
tivallardan fərqli olaraq nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nə diqqəti cəlb 
etmək məqsədilə bu il ilk dəfə olaraq İDEA Beynəlxalq Ətraf Mühit Kampa­
niyası çərçivəsində ceyran maketləri hazırlanmış, ötən illərdəki müsabiqələrdə 
iştirak etmiş və artıq festivalın dostları hesab olunan rəssamlar tərəfindən bəzə­
dilmişdir. Bu işlər sırasında yer alan Mehriban xanım Əliyevanın və Leyla Əli­
yevanın əsərləri iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Festivalda 
sərgilənən işlərlə yaxından tanış olan Mehriban xanım Əliyevaya müəl liflər öz 
əsərlərinin ideya məzmunu haqqında ətraflı məlumat vermişlər. Heydər Əliyev 
Fondunun vitse­prezidenti Leyla xanım Əliyeva tədbirdə çıxış etmişdir.
İyunun  22­də  Romada  Heydər  Əliyev  Fondu  ilə  Müqəddəs Taxt­Tac  ara­
sında  “Roma  katakombalarının  bərpasına  dair  ikitərəfli  Saziş”  imzalan mışdır. 
Sənədi  Azərbaycanın  Birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti 
Mehriban Əliyeva və Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs 
Ar xe ologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazi imzalamışlar.
İmzalanma  mərasimindən  əvvəl  keçirilmiş  görüşdə  kardinal  Can­Franko 
Ravazi  bu  səfərinə  və  Roma  katakombalarının  bərpası  ilə  bağlı  layihənin 
reallaşmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun prezidenti 
Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir. Bugünkü görüşün səbir­
sizliklə gözlənildiyini deyən kardinal, onun xüsusi əhəmiyyətini qeyd etmişdir. 
Kardinal Ravazi vurğulamışdır ki, bu gün imzalanacaq sənəd dinlər və mədə­
niyyətlərarası  dialoqun  parlaq  nümunəsidir  və  İtaliya  mətbuatında  geniş  əks­
səda doğurub. Ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətinə toxunan kardinal 
demişdir  ki,  bu  günə  qədər  aramızda  olan  əməkdaşlıq  onu  göstərir  ki, Azər­
baycan açıq ölkədir.
Azərbaycanın  Birinci  xanımı  Mehriban  Əliyeva  görüşdən  məmnunluq 
duyduğunu deyərək, Azərbaycan ilə Müqəddəs Taxt­Tac arasındakı əlaqələrin 
əhəmiyyətini diqqətə çatdırmışdır. Birinci xanım Mehriban Əliyeva bildirmiş­
dir ki, 20 ili tamam olan diplomatik əlaqələrimiz gündən­günə inkişaf edir və 
Azərbaycan bu əməkdaşlığın genişlənməsində maraqlıdır. “Mən ümidvaram ki, 
biz  diplomatik  əlaqələrimizin  20­ci  ildönümünü  Vatikanda  xüsusi  mərasimlə 

87
qeyd  edəcəyik  və  təşkil  olunacaq  böyük  sərgi  Azərbaycan  mədəniyyətinin 
nümunələrini  izləyənləri  yenə  də  heyran  qoyacaqdır”,  –  deyən Azərbaycanın 
Birinci  xanımı,  bu  tədbirin  Heydər  Əliyev  Fondu  və  Vatikanın  təşəbbüsü  ilə 
reallaşacağını vurğulamışdır.
Roma  Papasının  Müqəddəs  Arxeologiya  üzrə  Şurasının  katibi  Covanni 
KARRU bu layihənin icrasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və 
onun prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya dərin təşək­
kürünü bildirərək demişdir: “Müqəddəs Marçellinio və Pietro katakombalarının 
bərpası  məqsədi  ilə  aparılacaq  işlərə  öz  dəstəyini  verəcək  və  həmçinin 
maliyyələşməni təmin edəcək, çox mərhəmətli iş aparacaq Heydər Əliyev Fon­
dunun prezidenti, doktor Mehriban xanım Əliyevaya Roma Papasının Müqəd­
dəs  Arxeologiya  üzrə  Şurasının  katibi  kimi,  dərin  təşəkkürümü  bildirmək 
istəyirəm.  Bu  addım  İtaliya  ərazisində  yerləşən  xristian  katakombalarının 
qorunması  və  onların  dəyərinin  təmin  edilməsi  ilə  məşğul  olan  Şuramızın 
nümayəndələri  tərəfindən  çox  böyük  yardım  rəmzi  kimi  qəbul  olunmuşdur. 
Əslində, Azərbaycan Respublikası tərəfindən atılan bu addım bizdə çox böyük 
iftixar  hissi  yaradan  bir  işdir.  Şuramızın  üzvləri  bundan  böyük  şərəf  hissi 
duyur.  Hələ  ki,  tam  tədqiq  edilməmiş  və  çox  zəngin  olan  ən  qədimi  xristian 
abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutan Müqəddəs 
Marçellinio və Pietro katakombalarının bərpasının həyata keçirilməsi nəzərdə 
tutulur. Aparılacaq  bərpa  işləri  Roma  bədii  irsinin  ən  gözəl  nümunələri  olan 
katakombaların  əhəmiyyətini  artıracaqdır.  Biz  görülən  işlər  barədə  Fondun 
nümayəndələrinə daim məlumat verəcəyik. Bizi çox məmnun edən və həddən 
artıq böyük təşəkkürümüzə layiq olan bu əla və mühüm təşəbbüsə görə Heydər 
Əliyev  Fonduna  və  onun  prezidenti  doktor  Mehriban  xanım  Əliyevaya  dərin 
minnət darlığımızı bildirmək istərdim. Çox sağ olun, xanım Əliyeva”.
Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının səlahiyyətli nüma­
yəndəsi  Fabrisio  BİSKONTİ  mərasimdə  çıxış  edərək  demişdir:  “Roma  şəhə­
rinin ətrafında yerləşən 60­a yaxın katakomba arasında Müqəddəs Marçellinio 
və  Pietro  katakombaları  xristian  aləmi  üçün  ən  mühüm  və  ən  maraqlı  abidə­
lərdən  biridir  və  Lavikano  küçəsində  yerləşir.  Öz  məzarının  və  anası  im­
peratriça Yelenanın şərəfinə tikdirdiyi mavzoleyin yerləşdiyi bu katakomba im­
perator Konstantinin tolerantlığa verdiyi dəyərin göstəricisidir. Qeyd edim ki, 
saysız­hesabsız rəsm əsərləri də burada saxlanılır. Onların arasında 100­ə yaxın 
əsər var ki, bunların kiçik bir hissəsini məhz Roma Papasının Müqəddəs Arxe­
ologiya üzrə Şurası öz vəsaiti hesabına bərpa etmişdir.
Bu  baxımdan  hazırda  Heydər  Əliyev  Fondunun  bizə  göstərdiyi  yardım 
tərəfimizdən olduqca yüksək dəyərləndirilir. Biz bundan böyük şərəf hissi du­
yuruq.  Buna  görə  mən  Fondun  prezidenti  Mehriban  xanım  Əliyevaya  təşək­

88
kürümü bildirmək istəyirəm ki, bu cür böyük xeyirxahlıq göstərib, bizim nü­
fuz lu  arxeoloji  abidəmizin  bərpasına  öz  töhfəsini  vermək  qərarına  gəlmişdir. 
Eyni zamanda, bildirmək istəyirəm ki, bərpa olunacaq əsərlər arasında Orfeyi 
əks etdirən şəkil də vardır. Bildiyiniz kimi, Orfey tarixdə xüsusi iz qoymuş bir 
şəxsiyyət olmuşdur. O hətta müəyyən xəstəliklərdən əziyyət çəkən heyvanları 
öz hikməti ilə sağaldırdı. Hətta xristian aləminin Romada tam təşəkkül tapma­
sından öncə, o, insanlar arasında həmin vaxtlar mövcud olan müna sibətlərdən 
xəbər verən bir məqamdır, əslində bir dövrdür. O vaxt artıq açıq dini dialoqun 
mövcud  olması  müxtəlif  mədəniyyətlər  arasında  sıx  müna sibətlərin  təşəkkül 
tapdığı mühiti xarakterizə edir. 
Beləliklə, bu mühit məhz Fondun atdığı xeyirxah addım nəticəsində daha 
da möhkəmlənəcəkdir. Orfeyin çox ahəngdar melodiyası bizim hamımız üçün 
bir  daha  səslənəcəkdir.  Orfey  tarixi  dövrlərdən  başlayaraq  insanlar  arasında 
daha  geniş,  daha  əhatəli  dialoqun  qurulmasına  çalışırdı.  Beləliklə,  o,  fikir  və 
idraki ideyaların, inamın tarixini göz qabağında bir daha canlandırırdı. Bu da 
məhz Romada mövcud olan polietnik və çoxdinli mühiti lap ilkin vaxtlardan 
əks etdirmişdir”.
Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can­
Franko  Ravazi


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə