Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün



Yüklə 61.71 Kb.

səhifə5/17
tarix14.04.2017
ölçüsü61.71 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   17
arzulamışlar.  Heydər  Əliyev  Fondu  adından  xüsusi  hazırlanmış  hədiyyələr  – 
yubilyarların ifa etdikləri musiqi əsərlərindən ibarət nəfis tərtibatlı disk dəstləri 
və  onların  unudulmaz  Bakı  görüşlərinin  əks  etdirildiyi  fotoalbomlar  mərasim 
iştirakçılarına təqdim olunmuşdur. 
2005­ci il sentyabrın 13­də Parisdə YUNESKO­nun iqamətgahında görkəmli 
Azərbaycan alimi, akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 il­
liyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. 
Tədbirdə  iştirak  etmək  üçün  Parisə  gəlmiş  Heydər  Əliyev  Fondunun  və 
Azərbaycan  Mədəniyyətinin  Dostları  Fondunun  prezidenti,  YUNESKO­nun 
xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevanı YUNESKO­nun  iqamətgahında 
təşkilatın  baş  direktorunun  xanımı  Takaka  Matsuura,  baş  direktorun  müavini 
Valter Erdelen və digər rəsmi şəxslər qarşılamışlar. 
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu foto həvəskarı olan alimin 
vaxtilə çəkdiyi fotoşəkillərdən ibarət sərgi barədə Mehriban xanım Əliyevaya 
və qonaqlara məlumat verərək bildirmişdir ki, bu fotolar dünya şöhrətli alimin 
maraq  dairəsinin  genişliyini,  eyni  zamanda  Vətəninə,  xalqına  bağlılığını  əks 
etdirir. 
YUNESKO­nun baş direktoru adından onun müavini Valter Erdelen, habelə 
Fransa Kimya Cəmiyyətinin prezidenti Arman Latt və Azərbaycan Milli Elmlər 
Akademiyasının prezidenti Mahmud Kərimov mərasimdə çıxış etmişlər. Natiqlər 
akademik Yusif Məmmədəliyevin 100 illiyinin YUNESKO­nun iqamətgahında 
keçirilməsinin bu qurum üçün böyük şərəf olduğunu vurğulamış, alimin kim ya 
elminin,  müasir  neft  kimyası  sənayesinin  inkişafında  əvəzsiz  xidmətlər  gös­
tərdiyini,  onun  200­dən  artıq  elmi  məqalənin  və  6  monoqrafiyanın  müəllifi 
oldu ğunu,  alimin  ixtirasının  məhsulu  olan  yeni  yanacaq  texnologiyasının 
İkinci Dünya müharibəsində qələbənin qazanılmasında böyük rol oynadığını, 
Sumqayıtda kimya müəssisələrinin yaradılmasında xüsusi əmək sərf etdiyini, 
ölkəsini  bey nəlxalq  elmi  məclislərdə  layiqincə  təmsil  etdiyini  vurğulamış, 
Azərbaycanda Şamaxı astrofizika rəsədxanasının, beş yeni elmi­tədqiqat insti­
tutunun  fəaliyyətə  başlamasının  məhz  Yusif  Məmmədəliyevin  adı  ilə  bağlı 
olduğunu bildirmişlər. 

58
Alimin nəvəsi Yusif Məmmədəliyev çıxışında bu mərasimin təkcə babasının 
xatirəsinə  deyil,  bütün  Azərbaycan  elminə  həsr  edildiyini,  alimin  xatirəsinin 
əbədiləşdirilməsində Ulu Öndərimiz Heydər Əliyevin böyük xidmətləri olduğunu 
xüsusi vurğulamışdır. O, babasının adını daşımasından fəxr duyduğunu söyləmiş, 
belə  bir  mötəbər  tədbirin  keçirilməsinə  görə  YUNESKO­nun  baş  direktoru 
Koişiro Matsuuraya və Azərbaycan Prezidenti İlham Əliyevə Məmmədəliyevlər 
ailəsi adından təşəkkür etmişdir. 
2005­ci il noyabrın 17­də Heydər Əliyev Fondunun və Azərbaycan Mədə­
niyyətinin Dostları Fondunun prezidenti, BMT­nin Elm, Təhsil və Mədəniyyət 
Məsələləri Təşkilatının  (YUNESKO)  xoşməramlı  səfiri  Mehriban  Əliyeva  bu 
qurumun  60  illiyi  ilə  bağlı  keçirilən  yubiley  tədbirlərində  iştirak  etmək  üçün 
Parisdə olmuşdur. 
Mərasimdən  əvvəl  Mehriban  xanım  Əliyeva  BMT­nin  keçmiş  baş  katibi 
Butros Butros Qali, ayrı­ayrı vaxtlarda YUNESKO­nun baş direktorları işləmiş 
Amadu Mathar M.Bov və Federiko Mayor ilə görüşmüşdür. 
Yubiley tədbirini giriş sözü ilə açan YUNESKO­nun baş direktoru Koişiro 
Matsuura dünyanın tanınmış ictimai və siyasi xadimlərinin mərasimdə iştirak 
etməsinin qurumun yüksək nüfuzundan xəbər verdiyini bildirmişdir. O, müxtəlif 
ölkələrin təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq qurmaq məqsədi ilə 
1945­ci il noyabrın 16­da yaradılmış təşkilatın – YUNESKO­nun çətin, lakin 
şərəfli  yol  keçdiyini  xatırlatmış,  onun  kommunikasıya,  mədəniyyət,  elm  və 
təhsil kimi mühüm sahələri əhatə etdiyini, insanların formalaşmasında xüsusi rol 
oynadığını vurğulamışdır. Baş direktor rəhbərlik etdiyi təşkilatın xalqlar arasında 
hər cür dini və irqi ayrı­seçkiliyi rədd etdiyini, insanların yaratdığı maddi və 
mədəni irslərə hörmətlə yanaşdığını, dünyanın bütün bölgələrində qeyri­maddi 
sərvətlərin qorunması, müasir dövrdə mədəniyyətlərin sintezinə, elm, təhsil və 
mədəniyyətin inkişafına xüsusi qayğı göstərdiyini bildirmişdir. 
Koişiro Matsuura YUNESKO­nun fəaliyyətinin təkcə bu missiya ilə məh­
dudlaşmadığını  diqqətə  çatdırmış  və  demişdir  ki,  hazırda  bəşəriyyətin  əsas 
problemlərindən olan müharibələrə və beynəlxalq terrorizmə: “Yox!” – deyən 
YUNESKO­nun əsas məqsədi insan ləyaqətini, insan mənəviyyatını uca tutmaqla, 
haqq, ədalət və sülh naminə fəaliyyətini genişləndirməklə beynəlxalq mədəni 
irsin qorunmasına töhfə verməkdir. YUNESKO bu yolda dünya xalqlarının sıx 
birliyinə daha çox ümid edir. 
2005­ci il dekabrın 9­da BMT­nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu 
arasında saziş imzalanmışdır. 
İki  qurum  arasında  görmə  qabiliyyətini  itirmiş  və  görmə  qabiliyyəti  zəif 
olan insanlar üçün informasiya­kommunikasiya texnologiyalarına çıxışın təmin 
edilməsinə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalanmışdır. 

59
Sənədləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun xoşməramlı 
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və BMT­nin Azər bay­
candakı rezident­əlaqələndiricisi Marko Borsotti imzalamışlar. 
Sənədlər  imzalandıqdan  sonra  Mehriban  xanım  Əliyeva  çıxış  edərək 
demişdir: “Bu gün Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında 
çox önəmli bir saziş imzalandı. Ölkəmizdə kor və görmə qabiliyyəti zəif olan 
insanların  informasiya­kommunikasiya  texnologiyalarına  çıxışını  təmin  edən 
layihə  artıq  həyata  keçirilməyə  başlanır.  Azərbaycanda  320  min  əlil  insan 
yaşayır. Onlardan 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə 
bu insanların həyata qoşulmasına, onların informasiya kommunikasiyaları va­
sitələri  ilə  bilik  və  məlumat  əldə  etmək  imkanlarının  genişləndirilməsinə, 
onların məşğulluğunun artırılmasına, ümumən bu insanların yaşayış tərzini yax­
şılaşdırmağa xidmət edəcəkdir. Bu saziş Heydər Əliyev Fondu ilə BMT­nin İnkişaf 
Proqramı arasında əməkdaşlığın ilk təməlidir. Heydər Əliyev Fondu yaradıldığı 
ilk  gündən  cəmiyyətimizin  ən  zəif  təbəqələrinə  böyük  diqqət  və  qayğı  ilə 
yanaşır. Artıq bu gün hamıya tanış olan fəaliyyətimiz bunu sübut edir. “Diabetli 
uşaqlara  ən  yüksək  qayğı”,  “Talassemiyasız  həyat”,  “Yeniləşən Azərbaycana 
yeni məktəblər”, “Uşaq evi və internat məktəblərinin inkişafı” proqramları qısa 
bir zamanda həyata keçirilmişdir və nəticədə minlərlə insana yardım göstərilmiş, 
kimsəsiz uşaqlara qayğı artırılmış, mühüm sosial problemlər həllini tapmışdır. 
Məhz bu fəaliyyətinə görə Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə 
malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan bir qurumdur. 
Bu gün Heydər Əliyev Fondu beynəlxalq səhnəyə çıxır. Dünyanın ən mötəbər, 
ən nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə birgə fəaliyyətə başlayır. 
Mən əminəm ki, bu gün başladığımız layihə çox böyük uğurla nəticələnəcək, 
əldə olunan təcrübə kor və görmə qabiliyyəti zəif olan insanların imkanlarını 
genişləndirmək üçün hazırlanan yeni strategiyaya yardım göstərəcəkdir”. 
İmzalanan  saziş  layihələri  BMT­nin  “Minilliyin  Bəyannaməsi”ndə  dövlət 
və  hökumət  başçıları  tərəfindən  yeni  texnologiyaların,  xüsusilə  informasiya­
kommunikasiya  texnologiyalarının  (İKT)  hamı  üçün  təmin  olunması  barədə 
götürülmüş öhdəliyə və Azərbaycan hökumətinin İKT üzrə Milli Strategiyasına 
uyğun hazırlanmışdır. Bu layihə üç mərhələdə həyata keçiriləcəkdir. İlk mərhələ 
kor  və  görmə  qabiliyyəti  zəif  olan  insanların  İKT­yə  ehtiyaclarını  müəyyən 
etmək,  onlar  üçün  rəqəmsal  fərqin  aradan  qaldırılması  üzrə  ayrıca  proqram 
layihəsi hazırlamaqdan ibarətdir. 
İkinci mərhələdə kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün internat 
məktəbində  model  İKT  sinfinin  yaradılması  istiqamətində  işlər  aparılacaqdır. 
Burada  kompyuter  avadanlığının  alınıb  quraşdırılması,  proqram  təminatının 
lokallaşdırılması, internetə çıxışın təmin edilməsi və xüsusi tədris­təlim proq­
ramlarının hazırlanması başlıca vəzifələr hesab olunmuşdur. 

60
Audiokitabxanaların  hazırlanması,  təlim  mərkəzlərinin  yaradılması,  kitab­
xana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyasının qurulması, 
bu studiyanın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli və audiokitabların 
bərpası, internetə çıxış, informasiya­texnologiya əsaslı təlim kursları, internetdə 
informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompyuter 
mərkəzinin yaradılması, təlim kurslarında dərs deyəcək müəllimlərin, təlimçilərin 
hazırlığının üçüncü mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Səkkiz ay müddətində həyata keçiriləcək layihənin ümumi dəyəri 418 min 
ABŞ dolları təşkil etmişdir. 
2006­cı il fevral ayının 1­də Heydər Əliyev Fondunda Rusiyanın “Puşkin 
kitabxanası” Fondundan kitabların hədiyyə edilməsi mərasimi keçirilmişdir. 
Mərasimi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO­nun xoşməramlı 
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva açmışdır.
“Puşkinskaya  biblioteka”  Fondunun  baş  direktoru  Mariya  Vedenyapina 
səmimi  sözlərə  görə  Mehriban  xanım  Əliyevaya  təşəkkür  edərək  demişdir: 
“Mən həqiqətən hesab edirəm ki, kitab ən yaxşı hədiyyədir, çünki “Puşkinskaya 
biblioteka” Fondu, ilk növbədə, kitablar və kitabxanalarla işləyir. İkincisi, demək 
istərdim ki, ölkələr arasında münasibətlərdə kitab ən xeyirxah və etibarlı səfirdir. 
Ona görə mənə çox xoşdur ki, məhz bugünkü hadisə – “Puşkinskaya biblioteka” 
Fondunun Heydər Əliyev Fonduna kitablar hədiyyə etməsi Azərbaycanda Rusiya 
ilinin açılışının başlanğıcı olacaqdır. Həqiqətən hesab edirəm ki, ən başlıcası, 
ən  vacibi  və  faydalısı  bir­birimizə  olan  marağı  itirməməkdir.  Əgər  bu  meyar 
varsa, əgər tələbələrə və müəllimlərə rus dilində ədəbiyyat lazımdırsa, biz onlara 
həvəslə kömək edirik. Əslində bu, yardım deyil, birgə layihədir. 
Mən “Puşkinskaya biblioteka” Fondu haqqında bir neçə kəlmə demək istər­
dim,  çünki  burada  məndən  soruşurlar  ki,  Sankt­Peterburqdakı  Puşkin  evinə 
bizim hansı aidiyyətimiz var? Biz Puşkin evi deyilik, baxmayaraq ki, onunla 
çox  yaxşı  və  sıx  əməkdaşlıq  edirik.  “Puşkinskaya  biblioteka”  Fondunun  əsas 
qayğısı kəndlərdəki, məktəblərdəki kiçik kitabxanalardan başlayaraq, federal və 
ali məktəb kitabxanalarınadək Rusiya kitabxanalarıdır. Biz fondları komplek­
tləşdirir, həm universitet kitabxanaları, həm də kütləvi kitabxanalar üçün müxtəlif 
tipli kataloqlar buraxırıq. Eyni zamanda kitabxana işinin dəstəklənməsinə yö­
nəldilmiş  müxtəlif  sosial  layihələr  həyata  keçiririk,  bu  isə  mahiyyət  etibarilə 
elmin, təhsilin, mədəniyyətin dəstəklənməsi deməkdir. Odur ki, biz artıq federal 
hökumət  tərəfindən  də  dəstəklənən  ayrıca  böyük  layihə  həyata  keçiririk.  Bu, 
“Kənd kitabxanaları” layihəsidir. Cari ildən həqiqətən böyük problemləri olan 
məktəb kitabxanalarının komplektləşdirilməsinin yenidən qurulmasına dair tə­
zə  layihənin  gerçəkləşdirilməsinə  başlamışıq.  Doğrudan  da,  əvvəllər  deyirdik 
ki, biz ən çox mütaliə edən millətik, kitab ən yaxşı hədiyyədir. Ancaq hazırda, 

61
yeni informasiya texnologiyalarının dünyanı fəth etdiyi dövrdə, təəssüf ki, kitab 
nüfuzunu itirir. 
Başqa bir proqramımız – mütaliənin dəstəklənməsinə və genişləndirilməsinə 
yönəldilmiş “Mütaliə edən Rusiya” proqramıdır. Biz bunu əsas layihəmiz sa­
yırıq, çünki həqiqətən, kitabsız savadlı nəsil tərbiyə etmək olmaz. Ona görə də 
çox ümid edirəm ki, bugünkü tədbir ölkələrimizin rifahı naminə, başlıcası isə, 
uşaqlarımızın  həqiqətən  savadlı,  mədəni  böyüməsi  və  bizim  onlarla  fəxr  edə 
bilməyimiz naminə əməkdaşlığın möhkəm bünövrəsini qoyacaqdır”. 
Moskva  Dövlət  Beynəlxalq  Münasibətlər  İnstitutunun  kafedra  müdiri, 
professor Tatyana Alekseyeva bu hadisəni yüksək dəyərləndirərək demişdir: “Bu 
sərgidə 800­dən çox dərslik nümayiş etdirilir. Mən bunu bir daha vurğulamaq 
istərdim,  çünki  bu  rəqəm  özlüyündə  çox  təsirli  olsa  da,  müəllimlərin,  elmi 
işçilərin  daim  qarşılaşdıqları  bəzi  məsələlər  barədə  düşünməyə  vadar  edir. 
800 dərslik çoxdur, yoxsa azdır? Ümumiyyətlə, bu cür ədəbiyyatı nəşr etmək 
vəzifəsinin  yerinə  yetirildiyini,  həm  müəllimlərin,  həm  də  tələbələrin  xarici 
elmin və vətən elminin ən yeni ixtira və kəşflərinə yolunun açıldığını söyləmək 
üçün nə qədər dərslik lazımdır? Bu, olduqca aktual məsələdir. Son 2­3 ildə elmi 
ictimaiyyətdə, Rusiyada bu mövzuda çox ciddi diskussiyalar gedir: yeni nəsil 
üçün dərslik nədən ibarətdir, o, necə olmalıdır, nə qədər, hansı fənlər üzrə dərslik 
olmalıdır? Ümumiyyətlə, kifayət qədər ciddi problem də var ki, universitetdə 
dərslik lazımdırmı? Universitet təhsili əzəldən onu nəzərdə tutmuşdur ki, tələbə 
lap əvvəldən orijinal mətnlərlə, orijinal əsərlərlə tanış olmalıdır. İndiki halda mən 
humanitar sahədən danışıram. Ola bilsin, burada heç bir dərslik gərək deyildir. 
Bu, heç də sadə bir məsələ deyil və həqiqətən, ciddi fikir ayrılıqlarına səbəb olur. 
Son nəticədə bizim elmi ictimaiyyətimiz – hər halda, Moskvadakı – razılaşdı 
ki, dərsliklərin və dərs vəsaitlərinin hansısa faizi lazımdır. Bu dərsliklərin kimə 
lazım olması, onların tələbələrə, yoxsa, ilk növbədə, müəllimlərə lazım olması 
isə başqa məsələdir. Həm bu, həm də digər nöqteyi­nəzərin öz tərəfdarları və 
əleyhdarları var. Tələbələrə gəldikdə isə, düşünürəm ki, burada hər şey aydındır. 
Müəyyən xətt var, baza bilikləri olmalıdır, tələbələr imtahanları uğurla vermək 
üçün hansısa kitaba əsaslanmalıdırlar. 
Müəllimlərə gəldikdə isə, burada vəziyyət bir qədər mürəkkəbdir. Humanitar 
sahənin mütəxəssisləri çox yaxşı bilirlər ki, biz XX yüzilliyin böyük hissəsini 
bada vermişik – ilk növbədə, xaricdə yaranan elmi məktəblərlə, XX əsrin dəyərləri 
sayılan  böyük  əsərlərlə  tanış  olmaq  imkanımız  yox  idi.  Müəllim  heyətinin 
əksəriyyəti onlarla 1990­cı illərin əvvəllərində tanış olmağa başlamışdır. 
Mənim sahəmə gəldikdə isə, burada tezliklə üzə çıxan kifayət qədər ciddi 
problemlər var. Məsələn, məlum olmuşdur ki, siyasi nəzəriyyədən, siyasi elm­
lərdən dərs deyən müəllimlərin yalnız 0,2 faizi xarici dilləri hansısa mətni ori­
jinaldan  oxuya  biləcək  səviyyədə  bilir.  Mən  hələ  təhlildən  danışmıram.  Bu, 

62
1990­cı illərin məlumatıdır. Başqa sözlə, müəllim heyəti qarşısında humanitar 
sahədə nəhəng dünya təcrübəsini qısa müddətdə mənimsəmək kimi çox ciddi 
problem dururdu. Nə qədər kədərli olsa da, onların əksəriyyəti ozü öyrənənlər 
idi. Axı, hamı yaşa dolmuş, formalaşmış insanlardır və onlar tələbələrlə birlikdə 
parta arxasında əyləşərək, bu böyük ədəbiyyat axınını mənimsəməyə başlamalı 
idilər. Bu zaman fəal surətdə tərcümələrlə məşğul olmağa başlayan Rusiyanın 
nəşriyyat korpusu böyük kömək göstərdi. 
Biz yaxşı başa düşürük ki, bu tərcümələr, onların tirajları azdır, bu kitablara 
ehtiyacı olan adamlara çatmır. İndi yeni nəsil dərsliklər problemi yaranır. Onlar 
bir tərəfdən, sovet tədris­təhsil sistemində olan nailiyyətlərini itirməməli, digər 
tərəfdən  isə,  bizim  tanış  ola  bilmədiyimiz  ən  yeni  kəşflərlə  tamamlanmalıdır. 
Düşünürəm  ki,  bu  işdə  “Puşkinskaya  biblioteka”  kimi  fondların  əhəmiyyəti 
olduqca böyükdür. 
Dərslik  naşirləri  qarşısında  çox  ciddi  problem  durur  –  ənənələri,  mövcud 
bilik və bacarığı qoruyub saxlamaq şərti ilə, müasir, habelə xarici ictimai­siyasi 
təfəkkürün bizə təklif etdiklərinə tənqidi yanaşmaq. 
Məncə, burada təqdim olunan dərsliklərin bir hissəsi bu ciddi fikir ayrılığını, 
ciddi  dilemmanı  həll  etmək  cəhdidir.  Bunun  nə  dərəcədə  uğurla  həyata  keçi­
riləcəyini isə bu kitablarla işləyənlər deyə biləcəklər. Demək istəyirəm ki, belə 
kitablar  çox  olmalıdır,  onlar  müəllimlərin  masasının  üstündə  olmalıdır.  Belə 
kitablar çox olduqca, biz müqayisəli təhlil aparır və ümumi məqsədimiz olan 
yeni, bizdən daha savadlı nəsil yetişdirmək kimi nəticə əldə edirik”. 
AMEA­nın prezidenti akademik Mahmud Kərimov çıxış edərək demişdir: 
Biz Fondun gördüyü çox böyük işlər, nəcib xeyriyyəçilik fəaliyyəti, təhsilə, 
səhiyyəyə dəstəyi, uşaq  evlərinə yardımı barədə bir  daha məlumat aldıq. Bu, 
həqiqətən, böyük işdir və biz onu yüksək qiymətləndiririk. İndi yenə də Heydər 
Əliyev Fondu tərəfindən təşkil olunmuş tədbirə toplaşmışıq. Bu da çox əlamətdar 
hadisədir,  “Puşkin  kitabxanası”  Fondunun  hədiyyə  etdiyi  kitabların  bizə  belə 
gözəl kolleksiyası təqdim olunmuşdur. 
Bu  hədiyyənin  bizim  üçün  dəyərini  lazımınca  qiymətləndirmək  çətindir. 
Azərbaycanı və Rusiyanı iki yüzillik birgə tarix, bütün sahələrdə – iqtisadiyyat, 
mədəniyyət,  elm  və  təhsildə  ən  sıx  dostluq  əlaqələri  birləşdirir.  Sirr  deyil  ki, 
Azərbaycan  xalqı  dünya  və  Avropa  ədəbiyyatına  rus  mədəniyyəti  vasitəsilə 
qovuşmuşdur. Əlbəttə, biz onu da bilirik ki, ümumi mənəvi dəyərlərin forma­
laşmasına  Puşkin,  Dostoyevski,  Tolstoy,  Qoqol  ilə  yanaşı,  Nizami,  Nəsimi, 
Füzuli, Mirzə Fətəli Axundov da çox böyük təsir göstərmişlər. Bu ənənələr indi 
də davam etdirilir, əlaqələrimiz bu gün də uğurla inkişaf edir. Bu kitabların indiki 
təqdimatı  buna  misal  ola  bilər.  Biz  bu  hədiyyəni  Heydər  Əliyevin  xatirəsinə 
ehtiram, Azərbaycan xalqına, onun mədəniyyətinə hörmət kimi dəyərləndiririk. 

63
Həqiqətən, bu gün elektron­informasiya vasitələri həyatımızın bütün sahə­
lərinə tətbiq edilsə də, zənnimcə, kitab öz əhəmiyyətini itirməyib və necə deyər­
lər, bilik mənbəyi, ən yaxın adamın sənə edə biləcəyi ən əziz hədiyyə olaraq 
qalmaqdadır. Azərbaycanda kitabı həmişə yüksək qiymətləndirmişlər”. 
AMEA­nın prezidenti xatırlatmışdır  ki, Azərbaycan dövlətinin başçısı İlham 
Əliyev 2003­cü ildə İsveçrədə keçirilmiş informasiya cəmiyyətinə dair dünya 
zirvə toplantısında belə bir məqsəd irəli sürmüşdür: neftin dəyərini insani dəyərə 
çevirək.  O,  İsveçrədən  qayıtdıqdan  dərhal  sonra  latın  qrafikası  ilə  kitabların 
kütləvi nəşri haqqında Fərman imzalamışdır. Bu sahədə iş görülür, artıq hərəsi 
25 min nüsxə ilə yüzlərlə kitab nəşr edilmişdir. Bu kitablar respublika və məktəb 
kitabxanalarına hədiyyə olunmuşdur. 
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO  və  İSESKO­nun  xoşmə­
ramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyeva  Dünya  Səhiyyə 
Assambleyasının 60­cı sessiyasında iştirakı çərçivəsində 2007­ci il mayın 18­də 
BMT­nin Cenevrədəki bölməsinin iqamətgahında “Azərbaycan otağı”nın açılışında 
iştirak etmişdir. 
Mərasimdə  BMT­nin  Cenevrədəki  bölməsi  yanında  akkreditə  olunmuş 
diplomatik  korpusun  nümayəndələri,  beynəlxalq  təşkilatların  yüksək  vəzifəli 
təmsilçiləri, ölkəmizin daimi nümayəndəliyinin və səfirliyinin əməkdaşları iş­
tirak etmişlər. 
BMT­nin  Cenevrədəki  bölməsinin  baş  direktoru  Sergey  Orconikidze  və 
Mehriban xanım Əliyeva açılışı bildirən lenti kəsmiş, “Azərbaycan Respublikası 
tərəfindən  təmir  edilmiş  və  bəzədilmişdir.  2007”  sözləri  yazılmış  lövhənin 
üzərindəki örtüyü götürmüşlər. 
 Mehriban xanım Əliyeva ölkəmizi təmsil edən eksponatlar – İçərişəhərin 
təsvir edildiyi tablo, Bakıda, Qarabağda və Qubada toxunmuş XVII və XVIII 
əsrlərə aid xalçalar haqqında baş direktora məlumat vermişdir. 
Sergey Orconikidze Azərbaycanı başqa ölkələrə örnək göstərərək, belə otaq­
ların  açılmasının  BMT  və  onun  məqsədləri  üçün  çox  dəyərli  töhfə  olduğunu 
xüsusi vurğulamış, yaxın vaxtlarda “Azərbaycan otağı”nda mühüm tədbirlərin 
keçiriləcəyini bildirmişdir. 
Mehriban  xanım  Əliyeva  çıxışında  otağın  bərpa  olunmasında  yaxından 
iştirak etmiş BMT bölməsinin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Son illər 
Azərbaycanda  mühüm  layihələrin  həyata  keçirildiyini,  beynəlxalq  aləmdə  öl­
kəmizin nüfuzunun getdikcə artdığını xatırladan Mehriban xanım Əliyeva res­
publikamızın iqtisadi qüdrətinin dinamik şəkildə yüksəldiyini vurğulamışdır. 
 Ölkəmizin ən ağrılı problemi olan Ermənistan­Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsindən  danışan  Mehriban  xanım  Əliyeva  işğalçılıq  siyasəti  yeridən 
Ermənistanın ərazilərimizin 20 faizini zəbt etdiyini, doğma yurdlarından silah 

64
gücünə çıxarılmış bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziy­
yətində  yaşadığını  bildirmişdir.  İşğalçı  dövlətin  zəbt  etdiyi  ərazilərdən  silahlı 
qüvvələri  qeyd­şərtsiz  çıxarması  barədə  BMT  Təhlükəsizlik  Şurasının  dörd 
qətnaməsinə indiyə qədər əməl etmədiyini bildirən Azərbaycanın Birinci xanımı 
beynəlxalq təşkilatları məsələnin sülh yolu ilə həllində öz təsir imkanlarından 
istifadə etməyə çağırmışdır. 
2008­ci il noyabrın 7­də Parisdə, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyət­
ləri İnstitutunda (İNALCO) Azərbaycan dili fakültəsi açılmışdır. Azərbaycanın 
Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO­nun 
xoşməramlı səfiri Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir. 
Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Mərkəzi və Şərqi 
Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və Amerikanın aborigen xalqlarının 
dilləri, həmin ərazilərdəki ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi və ictimai 
həyatı tədris olunur. 1669­cu ildə, Fransa kralı XIV Lüdovikin hakimiyyəti döv­
ründə əsası qoyulmuş Gənclər Dil Məktəbi XX əsrdə institut statusu almışdır. 
İkinci Dünya müharibəsindən sonra institutda tədris olunan dillərin sayı 50­yə 
çatmışdı.  1971­ci  ildən  indiki  adla  adlanan  institut  3­cü  Paris  Universitetinin 
nəzdində idi. 1985­ci ildən isə müstəqildir. Hazırda institutda 11 mindən çox 
tələbə təhsil alır, burada bütün qitələri əhatə edən 90 dil tədris olunur. Tədris 
olunan fənlərin sayı isə 1500­ə çatır. Azərbaycan dili institutun Avrasiya depar­
tamentinə daxildir. 
  İNALCO­da Azərbaycan  dili  1999­cu  ildən  etibarən  fakültativ  (könüllü) 
fənn  kimi  tədris  olunur.  Dərslər  iki  qrupda  –  1­3­cü  kurs  tələbələri  üçün  və 
“Licence” təhsil pilləsində aparılır. Birinci qrupda hər il təxminən 15­20 tələbə 
il ərzində 40 saat Azərbaycan dili dərsi keçir. 
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva institutun rektoru Jak Löq­
ranla görüşdə institutda Azərbaycan dili fakültəsinin açılmasını mühüm hadisə 
kimi qiymətləndirmişdir. Bildirmişdir ki, bu, Fransa ilə Azərbaycan arasındakı 
mədəni və humanitar əməkdaşlığın bariz nümunəsi, eyni zamanda təhsil sahə­
sində əlaqələrin inkişafına yönəlmiş tarixi addımdır. 



1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə