Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün



Yüklə 61.71 Kb.

səhifə3/17
tarix14.04.2017
ölçüsü61.71 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   17

YunEsko-nun XoşmƏramLı sƏfİrİ
YUNESKO təşkilatı 16 noyabr 1945­ci ildə yaradılmışdır, mərkəzi qərargahı 
Fransanın  paytaxtı  Parisdə  yerləşir.  Təşkilatın  tərkibinə  dünyanın  müxtəlif 
hissələrində yerləşmiş 67 büro və altbölmələr daxildir.
BMT­nin  İqtisadi  və  İctimai  şurasının  ayrıca  qolu  olan  YUNESKO  sim­
volik  bir  sözdür,  mənası,  “Təhsil,  Elm  və  Mədəniyyət  Təşkilatı”  deməkdir. 
YUNESKO­nun Nizamnaməsi 1945­ci ildə London konfransında qəbul edilmiş, 
4 noyabr 1946­cı ildə qüvvəyə minmişdir. Hal­hazırda 191 ölkə bu təşkilatın 
üzvüdür. Nizamnaməsi 9 hissə, 57 maddədən ibarət olan YUNESKO “Təhsil, 
Elm və Mədəniyyət Təşkilatı”nın ingiliscə qısaldılmış adıdır.
YUNESKO  məqsədini  proqramının  birinci  maddəsində  belə  açıqlayır: 
“YUNESKO,  beynəlxalq  əməkdaşlığa  söykənərək,  elm,  mədəniyyət  və  təhsil 
yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədilə qurulmuşdur”.
YUNESKO  millətlərarası  qarşılıqlı  əlaqələri  inkişaf  etdirərək,  anlaşmanı 
təmin etmək, insanları bir­birinə yaxınlaşdırmaq, habelə dünyanın geri qalmış 
ölkələrində kütləvi savadsızlığın aradan qaldırılması kimi priotitet istiqamətləri 
özünün əsas fəaliyyəti hesab edir. Yeni nəslə sülh və insanlıq sevgisi vermək 
şübhəsiz ki, mədəniyyət və elm yolu ilə mümkündür. Cəhalət pis və qaranlıq 
düşüncələr  bəslədiyi  halda,  mədəniyyət  və  elm  insanlığa  doğru  yolu  göstərir. 
Müharibə pis tərbiyə, despotizm və cahilliyin əsəridir. Dünyanı sülhə, insanlığa 
xoşbəxtliyi gətirəcək yol, azadlıq, mədəniyyət və elm yoludur.
YUNESKO­ya üzv dövlətlər öz ölkələrində milli komissiyalar yaradırlar. Bu 
komissiyalar YUNESKO məqsədlərinə uyğun işlərin aparılması üçün hökumətlə 
lazımi  əməkdaşlıq  təmin  edirlər.  Dünyada  məktəb  yaşında  olan  uşaqların 
yarısından  çoxu  qeyri­kafiliyi  və  müəllim  azlığı  səbəbindən  təhsil  almaqdan 
məhrumdurlar.  YUNESKO­nun  bu  sahədəki  ilk  addımı,  Latın  Amerikasında 
ibtidai  təhsil  üçün  ixtisaslı  müəllim  kadrlarının  hazırlanması  və  şagirdlərin 
məktəb və onun xaricində rast gəldikləri problemləri həll etmək olmuşdur.
YUNESKO­nun fəaliyyətinin əsas istiqamətlərindən biri tarixi mədəniyyət 
abidələrinin  mühafizə  edilməsidir. YUNESKO  hazırda  beynəlxalq  sənətkarlar 
və  alimlərin  qurduqları  təşkilatları  dəstəkləyərək,  elmin  və  müxtəlif  mədə­
niyyətlərin yayılmasına kömək göstərir. Bu sahədəki ən mühüm işlər Şərq­Qərb 
mədəniyyəti dəyərlərinin araşdırılması mövzusu üzərində qurulubdur.
1972­ci  ildə  YUNESKO  tərəfindən  “Ümumdünya  Mədəni  və  Təbii  İrsin 
Qorunması haqqında Konvensiya” qəbul edilmişdir.
Bu Təşkilatın Nizamnaməsi 1945­ci ilin noyabr ayında Londonda 44 ölkənin 
nümayəndələrinin qatıldıqları yığıncaqda qəbul edilmişdir. Türkiyə, bu sənədi 
imzalayan ilk iyirmi dövlət arasındadır (YUNESKO Nizamnaməsi, Türkiyədə 
20 may 1946­cı il tarixli və 4895 saylı qanunla təsdiq edilmişdir).

39
Üzv  dövlətlərin  nümayəndələrindən  ibarət  olan  Ümumi  Konfrans  1946­
1953­cü illər arasında hər il, 1954­cü ildən bəri iki ildə bir toplanır. Bu vaxta 
qədər 26 Ümumi Konfrans keçirilmişdir.
Ümumi Konfrans, Təşkilatın ən səlahiyyətli orqanı olaraq İcra Şurası üzv­
lərini  və  Baş  Direktoru  seçir, YUNESKO­nun  iş  proqramlarını  qəbul  edir  və 
büdcəni təsdiq edir.
YUNEKO İcra Şurası Ümumi Konfransa qatılan və hökumətləri tərəfindən 
namizəd göstərilən nümayəndələr arasından dörd il üçün 58 üzvdən ibarət seçilir.
Ümumi Konfrans tərəfindən altı il üçün seçilən Baş Direktorun rəhbərliyi 
altında  YUNESKO  katibliyi  təhsil,  elm,  mədəniyyət  və  ünsiyyət  sahələrinə 
cavabdehdir.
Katibliyin başlıca vəzifəsi, ikiillik YUNESKO proqramlarının tətbiq olun­
ması üçün bütün lazımi texniki işləri görmək və tədbirləri təşkil etməkdir.
Baş direktorlar:
Julian Huxley (1946­1948, Böyük Britaniya) 
Jaima Torres Bodes (1948­1952, Meksika) 
John Taylor (1952­1953, Amerika Birləşmiş Ştatları) 
Luther Evans (1953­1958, Amerika Birləşmiş Ştatları) 
Vittorino Veronese (1958­1961, İtaliya) 
René Maheu (1962­1974, Fransa) 
Amadou Mahtar Mbow (Seneqal, 1974­cü və 1980­ci illərdə seçilmişdir) 
Federico Mayor (İspaniya, 1987­ci ildə və 1993­cü illərdə seçilmişdir) 
Koişiro Matsuura (Yaponiya) (1999 və 2004­cü illərdə seçilmişdir) 
2009 – İrina Bokova, Bolqarıstan. 
Azərbaycan Respublikası 3 iyun 1992­ci ildə YUNESKO­ya üzv qəbul edildi. 
Ölkəmizdə  YUNESKO­nun  xoşməramlı  səfiri,  Heydər  Əliyev  Fondunun  pre­
zidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan elminin, təhsilinin 
və mədəniyyətinin inkişafı istiqamətində misilsiz tədbirlər həyata keçirilməkdədir.
Heydər  Əliyev  Fondunun  Prezidenti  Mehriban  xanım  Əliyeva  2004­cü  il 
avqustun 13­də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub 
saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə, YUNESKO­
nun (United Nations Educational, Scientific and Cultural Organization – Elm, 
Təhsil  və  Mədəniyyət  üzrə  Birləşmiş  Millətlər  Təşkilatı)  xoşməramlı  səfiri 
tituluna layiq görülmüşdür.
2004­cü  il  sentyabr  ayının  9­da  Azərbaycan  Prezidenti  İlham  Əliyevin 
Fransaya  işgüzar  səfəri  çərçivəsində  Parisdə  YUNESKO­nun  iqamətgahında 
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya bu təşkilatın 
xoşməramlı səfiri adı verilməsinə həsr olunmuş mərasim keçirilmişdir. 
Mərasimdə YUNESKO­nun Baş direktoru Koişiro Matsuura bu əlamətdar 
hadisəni aşağıdakı kimi qiymətləndirmişdir:

40
“Bu əlamətdar gündə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri 
xanım Mehriban Əliyeva YUNESKO­nun xoşməramlı səfiri adına layiq görülür. 
Bu  ad  ona  şifahi  irsin  və  musiqi  yaradıcılığı  irsinin  qorunub  saxlanılması  və 
inkişaf etdirilməsinə görə təqdim olunur. Mən bu mərasimdə Azərbaycan Res­
publikasının  Prezidenti  Zati­aliləri  İlham  Əliyevin  iştirak  etməsindən  şərəf 
duyuram.  Həm  hörmətli  Prezidentə,  həm  də  xanımı  Mehriban  Əliyevaya 
“YUNESKO  evinə  xoş  gəlmisiniz!”  deyirəm.  Bu  imkandan  istifadə  edərək, 
Zati­aliləri, cənab Prezidentə dövlət quruculuğu və sosial inkişaf sahəsində əldə 
etdiyi uğurlara nə qədər heyran olduğumuzu da bildirmək istəyirəm. 
Xanım  Mehriban  Əliyevanın  yüksək  ada  layiq  görülməsi  təşkilatımızın 
tarixindəki  mühüm  bir  anda  baş  verir.  Bu  təltif  onu  göstərir  ki,  mədəniyyət 
inkişafın tacıdır və tacları bəzəyən bütün ləl­cəvahiratdan daha qiymətlidir. 
YUNESKO  həmişə  mədəniyyəti  və  inkişafı  bir­birindən  ayrılmaz  hesab 
edir. Biz iqtisadi inkişafı ayrılıqda nəzərdən keçirmir, inkişaf dedikdə, həm də 
intellektual səviyyənin yüksəkliyini, ruhi, mənəvi, emosional rahatlığı nəzərdə 
tuturuq. Bu inkişaf qrupların, icmaların, millətlərin gələcəyi ilə yanaşı, həm də 
onların tarixlərinin qorunmasını nəzərdə tutur. 
Ona görə də burada toplaşmış hörmətli qonaqlara böyük məmnuniyyət hissi 
ilə xanım Mehriban Əliyevanın Azərbaycanda mədəniyyət sahəsində yorulmaz 
fəaliyyəti  barədə  danışmaq  istəyirəm.  Mən  onun  mədəni  irsin,  o  cümlədən 
musiqi irsinin qorunması, musiqi təhsili sahəsində gördüyü işləri xüsusi vurğu­
lamaq istəyirəm. Xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mə­
dəniyyətinin Dostları Fondu onun təşəbbüsü ilə 1995­ci ildə yaranmışdır və bu 
günə qədər uğurla fəaliyyət göstərir. 
Musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi xanım Əliyevanın rəh­
bərlik etdiyi fondun daim diqqət mərkəzində olmuşdur. Təqdirə və hörmətə la­
yiq haldır ki, fondun təşkil etdiyi xeyriyyə konsertləri dinləyicilərə sevinc bəxş 
etməklə yanaşı, milli mədəniyyətin zəngin ənənələrinin yaşadılmasına da xidmət 
etmişdir. Fondun səyləri nəticəsində Azərbaycanda musiqi gimnaziyası və mu­
siqi  məktəbi  tamamilə  təmir  olunmuş,  minlərlə  yeniyetmə  və  gəncin  musiqi 
aləminə qovuşa bilməsi üçün gözəl şərait yaradılmışdır. İmkansız ailələrdən olan 
uşaqların bu prosesə cəlb olunması xüsusilə diqqətəlayiq haldır. 
Böyük məmnuniyyətlə mən üç dildə nəşr olunan “Azərbaycan­İRS” jurnalını 
da  xatırlatmaq  istəyirəm.  Xanım  Əliyeva  bu  jurnalda  baş  redaktor  vəzifəsini 
icra edir. Jurnal Azərbaycanın və eləcə də bütün Qafqaz regionunun tarixi və 
mədəniyyəti  barədə  məlumatlar  yaymaqla  kifayətlənmir,  eyni  zamanda  bütün 
dünya xalqlarının adət­ənənələrindən ətraflı bəhs edir. 
Bilirəm ki, xanım Əliyeva Azərbaycanda musiqi və şifahi xalq yaradıcılığının 
yayılmasına böyük önəm verir. 
Azərbaycan zəngin musiqi və şifahi xalq yaradıcılığı ənənələrinə malikdir. 
Son illər isə bu sahəyə maraq hədsiz dərəcədə artmışdır. 

41
Musiqinin  və  musiqi  alətlərinin  funksiyası  yalnız  səslərlə  bitmir.  Bunlar 
xalqların və millətlərin tarixi yolunu, onların keçirdikləri hisləri, habelə estetik 
dəyərləri əks etdirir. Təsadüfi deyil ki, bəşəriyyətin mədəni incilərinin qorunması 
ilə bağlı 2003­cü ildə təşəbbüs irəli sürülərkən cəmi 30 saniyəlik proqrama məhz 
musiqi fraqmenti daxil edilmişdi. 
Bu  gün  bizimlə  bu  mərasimdə  iştirak  edən  digər  xoşməramlı  səfir  xanım 
Marianna Volqaros bu təşəbbüsü dəstəkləmişdir. YUNESKO üzv ölkələri daim 
mədəni irsi inkişaf etdirməyə, xüsusilə nadir incilərin qorunub saxlanılmasına 
xüsusi  qayğı  göstərməyə  çağırır.  Keçən  il  qəbul  olunmuş  milli  mədəni  irsin 
qorunması ilə bağlı Konvensiya bu yönümdə çox mühüm bir sənəd və xalqları 
bu istiqamətdə birləşdirən ilk vasitə olmuşdur. Yeni Konvensiya hələ 1972­ci ildə 
qəbul olunmuş dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiyaya 
mükəmməl bir əlavə idi. YUNESKO bu Konvensiyanı tezliklə ratifikasiya etmə­
yi bütün dünya ölkələrinə tövsiyə edir. Biz arzu edirik ki, bu mühüm sənədin 
müddəalarının  yerinə  yetirilməsi  prosesinə  mümkün  qədər  tez  bir  zamanda 
başlanılsın. 
Şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunması sahəsindəki yorulmaz 
səyləri  ilə YUNESKO­nun  xoşməramlı  səfiri  adını  qazanan  xanım  Mehriban 
Əliyeva təşkilatımızın ideya və məramlarını həyata keçirən digər xoşməramlı 
səfirlərin  sırasına  daxil  olur.  Bu  fəxri  adı  qəbul  etdiyinə  görə  YUNESKO 
adından ona minnətdarlığımı bildirirəm. Çox şadam ki, YUNESKO­nu və bizim 
hamımızı narahat edən məsələlərlə bağlı səfirlik missiyasını yerinə yetirməyə 
razılıq  vermişdir.  Ümumi  məqsədlərimizin  həyata  keçməsi  üçün  nüfuzundan 
istifadə  edərək,  işimizə  töhfə  vermək  üçün  göstərəcəyi  səylərə  görə  xanım 
Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk”.
Dünya  ictimaiyyəti  tərəfindən  də    Heydər  Əliyev  Fondunun  Prezidenti 
Mehriban  xanım  Əliyevanın  YUNESKO­nun  xoşməramlı  səfiri  adına  layiq 
görülməsi  Azərbaycanın  mədəni  həyatında  çox  mühüm  bir  hadisə  kimi  qiy­
mətləndirilmişdir.  Ölkəmizin  nümayəndəsi YUNESKO­nun  xoşməramlı  səfiri 
adına  layiq  görülməsi,  çox  əlamətdar  bir  hadisə  idi.  Çünki  bu,  Azərbaycan 
mədəniyyətinin  müxtəlif  sivilizasiyalarla  əlaqələrinin  möhkəmlənməsi  istiqa­
mətində irəliyə atılmış nəhəng bir addım olmuşdu. 
Mərasimdə  iştirak  edən Azərbaycan  Respublikasının  Prezidenti  möhtərəm 
İlham  Əliyev  cənabları  Mehriban  xanım  Əliyevanın YUNESKO­nun  xoşmə­
ramlı səfiri adına layiq görülməsini ölkəmiz üçün mühüm hadisə kimi dəyər­
ləndirərək demişdir: “Azərbaycanın çox qədim tarixi və zəngin mədəni irsi var. 
Ölkəmiz dünya mədəniyyətinə çoxlu töhfələr vermişdir. Eyni zamanda, dünya 
mədəniyyəti nümunələri də Azərbaycanda geniş təmsil olunmuşdur. 
Azərbaycan beynəlxalq aləmin bir hissəsi, müstəqilliyini nisbətən yeni qa­
zanmış  ölkədir.  Əlbəttə,  ölkəmizin  beynəlxalq  birliyə  tam  inteqrasiyası  üçün 

42
hələ  çox  iş  görülməlidir.  Biz  bu  istiqamətdə  fəal  iş  aparırıq. Avropa  ölkələri 
ilə,  ümumən  beynəlxalq  qurumlarla  həm  siyasi,  həm  iqtisadi,  həm  də  sosial 
səviyyədə geniş əlaqələrimiz vardır. 
Bu  gün  mənim  üçün  ikiqat  əlamətdardır.  Çünki  bu,  yalnız  Azərbaycan 
nümayəndəsinin YUNESKO­nun xoşməramlı səfiri adına layiq görülməsi deyil, 
həm  də  mənim  xanımımın  təltif  olunmasıdır.  Çox  şadam  ki,  onun  fəaliyyəti 
bu  cür  yüksək  qiymətləndirilir  və  tanınır.  Elə  bilirəm  ki,  o,  xoşməramlı  səfir 
adını daşımağa layiqdir. Çünki o, həmişə insanlara xoş münasibəti, xoş niyyəti 
ilə  seçilibdir.  Bu,  onun  xasiyyətinin  fərqləndirici  cəhətidir.  Əminəm  ki,  bu 
yeni  işdə  də  fəal  çalışacaq  və  fəaliyyəti  ilə  ümumi  məqsədlərimizə  töhfəsini 
əsirgəməyəcəkdir. Ümumi məqsədlərimiz isə bir­birimizi daha yaxından tanı­
maq, insanları, mədəniyyətləri tanıtmaq, müxtəlif xalqların və ölkələrin mədə­
niyyətlərindən bəhrələnməkdir”.
Beləliklə, 2004­cü il sentyabr ayının 9­da Mehriban xanıma YUNESKO­nun 
xoşməramlı səfiri fəxri adını təsdiqləyən diplom və  habelə müvafiq sertifikat 
təqdim edildi.

43
mEhrİban Xanım ƏLİYEVanın “YüzİLLİYİn mEsEnatı” 
bEYnƏLXaLq XEYrİYYƏ fondunun “Yaqut Xaç” 
ordEnİnƏ LaYİq görüLmƏsİ
2005­ci  il  oktyabr  ayının  13­də  Heydər  Əliyev  Fondunun  prezidenti, 
YUNESKO­nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevaya  “Yüzilliyin 
mesenatı” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeninin təqdim edil­
məsi mərasimi keçirilmişdir.
Mərasimdə iştirak edən görkəmli ictimai xadimlər Mehriban xanımın xey­
riyyəçilik fəaliyyətini nəciblik adlandıraraq onun dahi azərbaycanlı, unu dulmaz 
Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin yanında necə böyük, məz­
munlu, kamil, gözəlliyinə görə möcüzəli bir məktəb keçdiyindən söz açmışlar.
Mərasimdə Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdul­
layev Mehriban xanımın fəaliyyətini bu cür qiymətləndirmişdir: “Bu gün bütün 
dünyada  xeyriyyəçiliklə  çoxları  məşğul  olur.  Lakin  ziyalılarımızın,  cəmiy­
yətimizin  müxtəlif  təbəqələrinin  nümayəndələri  Mehriban  xanım  Əliye vanın 
nəinki  bu  gün  gördüyü  işlərə,  həm  də  bu  işləri  necə  gördüyünə  heyrandırlar. 
Bu mənəvi ülviliyin ikitərəfli əlaqəsi var. Zənnimcə, Mehriban xanımın özü də 
mənən  ucalır  və  çalışır  ki,  diqqət  və  qayğının  yönəldildiyi  və  bu  fəaliyyətin, 
missiyanın ünvanlandığı insanlar da mənən zənginləşsin, ucalsınlar. Mehriban 
xanım Əliyevanın bu gün Azərbaycanda fəaliyyətini fərqləndirən böyük mənəvi 
qovuşma baş verir. Bu, təkcə Azərbaycanda deyil, onun olduğu hər bir yerdə də 
müşahidə olunur.
Mən XX əsrin görkəmli Amerika yazıçısı O’Henrinin gözəl sözlərini xatır­
layıram.  O  demişdir:  “Biz  o  insanlara  minnətdar  olmalıyıq  ki,  onlara  kömək 
göstərməyimizə imkan verirlər”. Məhz belə münasibət – təkcə nə isə verən tərəfin 
deyil, həm də onu qəbul edən tərəfin bu prosesin subyekti olduğu münasibət, belə 
qarşılıqlı mənəvi zənginləşmə Mehriban xanımın həmin istiqamətdə fəaliyyətini 
səciyyələndirir”.
Azərbaycanın rus İcmasının sədri Mixail Zabelin Heydər Əliyev Fondunun 
prezidenti  Mehriban  xanım  Əliyevanın  səmərəli  xeyriyyəçilik  fəaliyyətindən 
söz açaraq bunun Azərbaycan xalqı tərəfindən dəstəkləndiyini bildirmişdir. O, 
Fondun Prezidentinin xeyriyyəçiliyini rus İcmasının da öz üzərində hiss etdiyinə 
dair  misal  çəkmişdir:  icmanın  nəzdində  fəaliyyət  göstərən  uşaq  düşərgəsinə 
Mehriban xanımın adından televizor, müxtəlif hədiyyələr verilmişdir. Bunları 
mərasimi əsl bayrama çevirən onun qızı Leyla Əliyeva təqdim etmişdir. Özü də 
bu, tamamilə gözlənilməz olmuşdur, çünki Fonda heç bir müraciət edilməmişdi. 
Bütün bunlar həssas və kövrək uşaq qəlbində öz əksini tapmışdır. 
Mixail Zabelin uşaq evlərinin tikintisi və abadlaşdırılması, mədəniyyət sahə­
sində  böyük  humanist  missiyaya  görə  Fondun  prezidentinə  təşəkkür  edərək 
bildirmişdir ki, Azərbaycanın rus İcması, digər ictimai təşkilatlar Heydər Əliyev 

44
Fondu prezidentinin məhz xeyriyyəçilik xidmətlərini yüksək qiymətləndirərək, 
Rusiyanın Bakıdakı səfirliyinin dəstəyi ilə Mehriban xanım Əliyevanı “Yaqut 
xaç” ordeninə təqdim etmişlər.
“Yüzilliyin  mesenatı”  Beynəlxalq  Xeyriyyə  Fondu  idarə  heyətinin  üzvü, 
Rusiyanın əməkdar artisti Angelina Vovk mərasimdə çıxış edərək vurğulamışdır 
ki, humanizm və başqasının dərdinə şərik olmaq bütün dövrlərdə insan cəmiy­
yətində  üstünlük  verilən  əbədi  dəyərlərdir.  Zəmanəmizin  böyük  şəxsiyyəti 
Heydər  Əliyev  öz  ölkəsinə,  insanlara,  xeyirxahlıq  və  haqq­ədalət  amallarına 
xidmət etməklə belə təmənnasız, fədakar həyat nümunəsi göstərmişdir.
Angelina Vovk Rusiya Prezidentinin İşlər İdarəsinin, Federasiya Şurasının, 
Dövlət  Dumasının,  Moskva  hökumətinin  və  bir  sıra  başqa  rəsmi  orqanların 
dəstəyi  ilə  yaradılan  “Yüzilliyin  mesenatı”  Beynəlxalq  Xeyriyyə  Fondunun 
məqsəd və vəzifələrindən danışaraq bildirmişdir ki,  digər görkəmli müasirlərin 
adları  ilə  birlikdə,  Mehriban  xanım  Əliyevanın  adı  da  bütün  zəmanələrin  ən 
böyük  xeyriyyəçiləri  və  mesenatlarının  siyahısına  qızıl  hərflərlə  yazılacaqdır. 
Angelina  Vovk  Mehriban  xanım  Əliyevanın  özünün  təşkilatçılıq  məharəti 
sayəsində bir sıra humanitar proqramlar – Azərbaycanı beynəlxalq aləmdə sülhə, 
yaradıcı  inkişafa  və  digər  ölkələrlə  əməkdaşlığa  çalışan  dövlət  kimi  tanıdan 
proqramlar həyata keçirtdiyini, misilsiz fəaliyyətinin Azərbaycan xalqının çox 
zəngin mədəni ənənələrinin qorunub saxlanılmasına, əhalinin sosial cəhətdən ən 
zəif təbəqələrinin – qaçqınların, məcburi köçkünlərin, aztəminatlı ailələrdən olan 
uşaqların, yetimlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldiyini, başçılıq 
etdiyi və Azərbaycan xalqının əfsanəvi Ümummilli Lideri Heydər Əliyevin adını 
daşıyan Fondun bir çox sosial əhəmiyyətli layihələr həyata keçirtdiyini, onların 
arasında “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat uğrunda” 
proqramlarını xüsusi olaraq dəyərləndirmişdir.
Rus  Soydaşlar  Beynəlxalq  Şurasının  idarə  heyətinin  sədri,  “Yüzilliyin 
mesenatı”  Beynəlxalq  Fondunun  idarə  heyətinin  üzvü  qraf  Pyotr  Şeremetyev 
“Yaqut  xaç”  ordenini  Heydər  Əliyev  Fondunun  prezidentinə  təqdim  edərək 
bildirmişdir  ki,  Mehriban  xanım  Əliyevanın  fəaliyyəti  yüksək  insani  özü­
nüdərkə,  alicənablığa,  niyyətlərin  paklığına  nümunədir.  O,  Mehriban  xanım 
Əliyevanın səylərini Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möh­
kəmləndirilməsi yolunda müstəsna xidmət adlandırmışdır.
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO­nun  xoşməramlı  səfiri 
Mehriban xanım Əliyeva mərasimdə çıxış edərək Fondun çoxşaxəli fəaliyyəti 
haqqında aşağıdakıları qeyd etmişdir:
“Mən  Fondumuzun  fəaliyyətindən  bir  qədər  danışmaq  istərdim. Angelina 
Mixaylovna onun haqqında çox yaxşı və müfəssəl danışdı. Buna baxmayaraq, bir 
neçə kəlmə demək istərdim. Fondumuz nisbətən yaxınlarda, bir ildən bir qədər 
əvvəl fəaliyyətə başlamışdır. Bu müddət ərzində – mən bunu iftixarla deyirəm 

45
– biz ölkəmizdə çox nüfuzlu və çox hörmətli təşkilat ola bildik. Yəqin, burada 
xeyriyyəçilik fəaliyyətimizin çox böyük rolu var. 
Biz işimizə yenicə başlayanda bildirdik ki, ölkəmizdə ictimai­siyasi həyatın 
bütün  sahələrində  Fondun  iştirak  etdiyi  qlobal,  genişmiqyaslı,  uzunmüddətli 
layihələr ilə yanaşı, cəmiyyətimizin ən aztəminatlı təbəqələri olan insanlara – 
valideynlərindən  məhrum  uşaqlara,  qaçqın  və  məcburi  köçkünlərə,  yoxsulluq 
həddindən aşağı səviyyədə yaşayan adamlara, qocalara və müxtəlif xəstəliklərdən 
əziyyət çəkən uşaqlara çox böyük diqqət yetirəcəyik. 
Budur, indi, aradan bir ildən bir az artıq vaxt keçəndən sonra iftixarla deyə 
bilərəm ki, məhz həmin istiqamətdə görülmüş bütün işlər öz nəticələrini, öz real 
bəhrələrini verir. 
Məktəblərə  gedəndə  özümü  çox  xoşbəxt  hiss  edirəm.  Mən  demişəm  ki, 
Azərbaycandakı  hər  bir  internat  məktəbinə,  hər  bir  uşaq  evinə  şəxsən  özüm 
gələcəyəm.  Bu  günədək  biz  40  uşaq  evində  olmuşuq.  İnanın  ki,  indi  onların 
təxminən  30­u,  demək  olar,  təzələnmiş,  yenidən  tikilmişdir,  yəni  biz  real 
şərait yaratmışıq, bu uşaqların yaşayışı və təhsili üçün şəraiti yaxşılaşdırmışıq. 
Bununla yanaşı, uşaqlar hiss etmişlər ki, unudulmayıblar, onlarla maraqlanırlar, 
onlar cəmiyyətimizə gərəkdirlər. Bir növ zəncirvarı reaksiya getmişdir – onlarla 
maraqlanmağa, onlara baş çəkməyə, diqqət yetirməyə başlamışlar. Bu isə onları 
isti yaşayış yeri ilə təmin etməkdən və onlara təhsil verməkdən heç də az vacib 
deyildir. 
Bu ilin mayında Fondun təşəbbüsü ilə irəli sürülmüş “Yeniləşən Azərbaycana 
yeni məktəb” proqramı respublikada çox böyük əks­səda doğurdu. Respublika 
ərazisindəki  bütün  məktəblərin  monitorinqini  keçirdik  və  öyrəndik  ki,  elə 
məktəblər  var,  burada  nəinki  oxumaq,  hətta  həmin  binalarda  olmaq  mümkün 
deyildir. İnanmaq çətin olsa da, 4 ayda 90 yeni məktəb tikilib istismara verildi, 
daha 40 məktəb isə bu ilin sonunadək hazır olacaqdır. 
Mədəniyyət,  səhiyyə  sahəsində  bir  sıra  iri  layihələr,  məsələn,  diabetdən 
əziyyət çəkən uşaqlara yardım layihəsi var. Biz digər ictimai təşkilatlarla birlikdə 
ona  nail  olduq  ki,  indi  respublikada  bu  xəstəliyə  tutulmuş  uşaqların  hamısı 
lazımi  dava­dərman  alır.  Genetik  cəhətdən  keçici  xəstəlik  olan  talassemiya 
Azərbaycanda böyük problemdir. Aralıq dənizi bölgəsinin bir sıra ölkələrində 
bu xəstəliyin, demək olar, öhdəsindən gəlmiş, ona son qoymuşlar. Odur ki, biz 
bu ölkələrin müsbət təcrübəsindən bəhrələnərək, beynəlxalq dərəcəli ekspertlər 
cəlb edərək, Azərbaycanda talassemiyanın ləğv olunmasına dair proqram hazır­
lamışıq. Bu ilin oktyabrında biz ixtisaslaşdırılmış talassemiya mərkəzinin tikin­
tisinə  başlayacağıq.  Qan  xəstəliyindən  əziyyət  çəkən  hər  bir  uşaq  burada  ən 
səmərəli tibbi yardım ala biləcəkdir. 
Mədəniyyət sahəsində fəaliyyətimizi elə qurmağa çalışırıq ki, dövrlərin və 
nəsillərin  varisliyi  saxlanılsın.  Çünki  bunsuz  nə  yüksək  mədəniyyət,  nə  incə­

46
sənət, nə də milli ruhun formalaşması mümkündür. Həyata keçirdiyimiz bütün 
layihələrin ümummədəni əhəmiyyəti var. Burada mən yaxın gələcəkdə həyata 
keçiriləcək “Üzeyir Hacıbəyov” layihəsindən danışmaq istərdim. Layihə Azər­
baycanın bu musiqi dühasının, əslində, bütün irsini əks etdirir. Digər layihə – 
“Qalina Vişnevskaya və Mstislav Rostropoviç” layihəsi ilə də fəxr edirik. O, 
artıq  həyata  keçirilib  və  layihə  qəhrəmanlarının  özləri,  musiqi  ictimaiyyəti 
tərəfindən çox yüksək qiymətləndirilmişdir. 
2006­cı ilin fevralında biz ölkəmizin paytaxtında – Bakıda böyük musiqiçi 
Dmitri Şostakoviçin 100 illiyinə həsr edilmiş festival keçirməyi planlaşdırırıq. 
Bizim çox böyük planlarımız, çox böyük layihələrimiz var. Dediyim kimi, qlobal 
layihələrimiz var. Lakin bununla yanaşı, iftixarla deyirəm ki, biz Fondumuza 
müraciət edən hər bir insanı heç vaxt unutmamağa çalışırıq. Biz minlərlə məktub 
alırıq.  İndi  mən  ayrı­ayrı  hallardan,  konkret  köməkdən  danışmaq  istəmirəm. 
Təkcə onu deyim ki, belə insanlar yüzlərlə deyil, minlərlədir. Mühüm vəzifələrin 
həlli ilə yanaşı, xəbər tutduqda və hay vermək mümkün olduqda, belə adamlara 
yardım göstərməyi Fondumuzun ən böyük xidmətlərindən biri hesab edirəm. 
Mən  Fondun  fəaliyyətindən  çox  danışa  bilərəm,  lakin  diqqətinizdən  və 
vaxtınızdan  sui­istifadə  etmək  istəmirəm.  İndi  biz  elə  bir  dünyada  yaşayırıq 
ki,  ətrafda  diqqət  yetirilməsi  və  düzgün  dərk  olunması  tələb  edilən  problem 
və  məsələlər  lap  çoxdur.  Biz  bugünkü  gündən  danışdıqda  “qloballaşma”, 
“inteqrasiya”, “elmi­texniki tərəqqi”, “yüksək texnologiyalar” kimi sözləri daha 
tez­tez eşidirik və siz mənimlə razılaşarsınız ki, bu sözlər həqiqi insanpərvərlik, 
mərhəmət, xeyirxahlıq, mənəviyyat kimi anlayışlardan daha tez­tez səslənir. Biz 
bu  ümumbəşəri  və  əbədi  dəyərləri  ikinci  sıraya  keçirmirikmi?  Xeyriyyəçilik 
missiyası bu gün həmişəkindən daha vacibdir. Vaxt vardı, Azərbaycanda xey­
riyyəçilik ümummilli ideya, ümummilli miqyaslı iş idi. Bu gün mən iftixarla 
deyə bilərəm ki, siz bu ənənənin dirçəlməsinin şahidisiniz. Bizim təcrübəmiz, 
Fondumuzun təcrübəsi göstərdi ki, ölkəmizdə çağırışa hay verməyə, təmənnasız 
yardım göstərməyə, kömək əli uzatmağa hazır olan insanlar çox­çoxdur. Yaxşılıq 
yaxşılıq doğurur, yəqin ki, bu, Fondumuzun, fəaliyyətimizin əsas xidmətidir. 
Bizim böyük planlarımız var. Fondun fəaliyyətini, ilk növbədə, xeyriyyəçilik 
fəaliyyətini genişləndirəcəyik. 
Dünyanı, hər halda, xeyirxahlıq xilas edəcəkdir”. 
1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə