3. İctimai təşkilatlar,siyasi partiya və təşkilatlar



Yüklə 24,94 Kb.
səhifə3/7
tarix22.04.2023
ölçüsü24,94 Kb.
#101471
1   2   3   4   5   6   7
Siyasi tarix sual 3 4 5 6

Sosial –demokratiya- Sosial demokratiya bir siyasi cərəyan kimi XIX demokratiya əsrin 60-70-ci illərində meydana çıxmışdır. O, fəhlə hərəkatının məqsəd və ideallarının daşıyıcısı olmaqla yanaşı əhalinin digər muzdlu işçilərinin — ziyalıların, fermerlərin, kiçik və orta qulluqçuların da maraq və diləklərini əks etdirmişdi.
Sosial demokratiya kapitalizmə alternativ olan ictimai siyasi hərəkat kimi meydana çıxmışdı. O, əvvəllər marksizmin kapitalizmi ləğv edərək proletariat diktaturası yaratmaq, istehsal vasitələrini ictimailəşdirmək, ümumi bərabərliyi bərqərar edən cəmiyyət qurmaq təliminə tərəfdar çıxmışdı. XIX əsrin sonu — XX əsrin əvvəllərində sosial-demokratiya partiyalarının əksəriyyəti sosializmi kapitalizmə alternativ cəmiyyət hesab edirdi.Onlar artıq qabaqcıl burjua partiyaları ilə rəqabətə girmək qabiliyyəti olan real siyasi qüvvəyə çevrilmişdilər. 1990-cı ildə sıralarında 20 milyondan çox üzvü olan 70-ə qədər sosial-demokratiya partiyası fəaliyyət göstərirdi. Onlardan 27-si hakimiyyətdə təmsil olunmuşdular. Demək olar ki, bütün sosialist və sosial demokratiya partiyalarını özündə birləşdirən, 1951-ci ildə təsis olunan Sosialist İnternasionalı bu sahədə az rol oynamamışdı.
XIX əsrin 90-cı illərindən etibarən ümumən sosial-demakratiya hərəkatı marksizmdən tədricən uzaqlaşmağa başlamışdı. Real vəziyyət cəmiyyətin inqilabi yolla dəyişdirilməsi təliminin tələblərinə cavab vermirdi. Sosial-demokratiyanın sol qolu (Rusiyada bolşeviklər, İtaliya, Serbiyada sosialistlər, Almaniyada Spartakçılar və b.) istisna olmaqla əksər sosial-demokratiya partiyaları mövcud quruluşa qaynayıb-qarışmaq, onun bir hissəsi olmaq, onun bir çox cəhətini, dəyərlərini, qayda və prinsiplərini qəbul etməyin zəruri olduğunu dərk etməyə başlamışdılar. Onlar demokratik sosializm ideyalarına üstünlük verirdilər.
Bu ideyaların işlənilib hazırlanması və yayılmasında R.Hilferdingin, F.Lassalın, K.Kautskinin, O.Bauerin, M.Adlerin, K.Rennerin və b. böyük xidmətləri olmuşdu, Demokratik sosializmin əsas ideyalarının işlənib hazırlanmasında Almaniya sosial-demokratik partiyasının rəhbəri və ideoloqlarından biri olan E.Bernşteynin müstəsna rolu olmuşdu. O, marksistlərin köhnə cəmiyyəti köklərinə qədər məhv etmək, proletariat diktaturası, barışmaz sinfi mübarizə, məqsədə çatmaqda sosial inqilabın əsas olması təlimlərindən imtina etmiş, «sosial demokratiyanın parlament fəaliyyəti, xalq nümayəndəliyi və xalq qanunvericiliyi əsaslarına» keçməsinin zəruriliyini əsaslandırmışdı.
Bununla yanaşı, Bernşteyn hesab etmişdi ki, alman fəhlə sinfi Almaniyanın milli mənafeyini müdafiə etməlidir. O, Almaniya sosial-demokratiya partiyasının müharibəyə münasibət taktikasını hazırlamışdı. 1914-cü il avqustun 4-də alman sosial-demokratlarının Reyxstaqda hərbi kreditlər barədə qanunun qəbul olunmasına səs vermələri onların ümumi milli vəzifələri dərk etmələrinə dəlalət edirdi. Fransa, Böyük Britaniya, Belçika sosialistləri də belə hərəkət etmişdilər.
XX əsrdə bir sıra sosial-demokratiya partiyaları, o cümlədən Böyük Britaniyanın Leyborist partiyası, Avstraliyanın, Fransanın, Almaniyanın, Skandinaviya ölkələrinin sosialist, sosial-demokratiya və xalq partiyaları demokratik sosializmin ideyalarının gerçəkləşməsinə, dünyanın müasir ictimai-siyasi mənzərəsinin formalaşdırılmasına öz əhəmiyyətli töhfələrini vermişdilər.
Birinci dünya müharibəsi bir çox sosialist və sosial-demokrat partiyalarının mövqelərinin təshih edilməsinə öz təsirini göstərmişdi. 1915 — 1916-ci illərdə bir sıra sosialist və sosial-demokratiya partiyalarının nümayəndələri, o cümlədən Belçikada E.Vandervelde, Böyük Britaniyada A.Henderson, Fransada J.Ged və M.Samba, Almaniyada Şeydeman, Rusiyada Kerenski öz müharibə edən hökumətlərinin tərkibinə daxil olmuşdular. Böyük Britaniya leyboristlərindən bir nəfəri İloyd-Corcun hərbi kabinetinin tərkibinə daxil edilmiş, iki nəfəri isə əmək və pensiya naziri vəzifələrini tutmuşdular. Alman sosial-demokratları və ingilis leyboristləri milli dövlət çərçivəsində, fəhlə sinfi ilə burjuaziyanın qarşılıqlı çəkişməsi və əməkdaşlığı prosesində öz məqsədlərinə nail olan tam birtərəf siyasi qüvvəyə çevrildiklərini nümayiş etdirmişdilər. Cəmiyyətin inqilabi yolla dəyişdirilməsinin fəlakətliliyini nümayiş etdirən Rusiyada 1917-ci il silahlı bolşevik inqilabından dərs alan digər sənayecə inkişaf etmiş ölkələrin sosial-demokratiya partiyaları da yuxarıda sözügedən yolla hərəkət etmişdilər. Beləliklə, XX əsrin ilk onillikləri fəhlə və sosial-demokratiya hərəkatında böyük parçalanma baş verməsi ilə səciyyələnmişdi. O, islahatçı sosial-demokratiyaya və inqilabi kommunist hərəkatına parçalanmışdı. Onlar döyüş cəbhəsinin müxtəlif tərəflərində yerləşmişdilər.

Yüklə 24,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin