Müqayisəli Siyasət: Demokratiya
Demokratiyanı siyasi-hüquqi dəyərlər sistemi kimi təsəvvür etmək baxımından, eləcə də dövlətin təşəkkülünün siyasi forması mənasında anlamaq üçün ilk növbədə “demokratiya” anlayışının aydınlaşdırılması, onun məzmununun açıqlanması elmi-praktiki əhəmiyyət kəsb edir. Müxtəlif elmlərdə demokratiya termini çox geniş mənalarda işlədilir. Tarixçilər hərbi, antik demokratiyanın tədqiqinə, politoloq və hüquqşünaslar isə liberal, kollektivçi, pluralist və s. demokratiya modellərinə diqqət yetirirlər.
“Demokratiya” yunan dilində “demos” (xalq), “kratos” (hakimiyyət) sözlərindən ibarət olub, “xalq hakimiyyəti” mənasını ifadə edir. “Demokratiya” terminini ilk işlədən mütəfəkkirlərdən biri Herodot olmuşdur. O, demokratiyanı bərabərliyə əsaslanan dövlət forması hesab edirdi. Demokratiya ideyasının əsasını insanlann azadlığı və bərabərliyi kimi sosial-siyasi dəyərlərin dərk edilməsi və zəruriliyinin qiymətləndirilməsi təşkil edir.
Müasir anlamda “demokratiya” termini bir neçə mənada işlədilir. Onun ən geniş yayılmış məna çaları həmin sözün etimologiyası ilə bağlıdır. Bu mənada demokratiya hər şeydən əvvəl, xalq hakimiyyətinə əsaslanan dövlət quruluşu forması kimi başa düşülür. Lakin demokratiya anlayışı yalnız dövlət formasına aid edilmir, o daha geniş hüdudlara və məna çalarına malikdir. Demokratiya həm də bütövlükdə cəmiyyətin ictimai təşkili forması kimi qavranılır. Bu mənada demokratiyanın tarixi inkişafının təkamül mərhələlərini aşağıdakı ardıcıllıqla nəzərdən keçirmək mümkündür: ibtidai demokratiya; hərbi demokratiya; antik demokratiya; yeni dövrün klassik demokratiyası; müasir demokratiya.
Müasir demokratiya mənafelərin nümayəndəliliyi kimi səciyyələnir. Bütün vətəndaşlar siyasi həyatın iştirakçıları olmaqla demokratik dövlətdə bərabər hüquqludur. Bərabərlik iki cür - qanun qarşısında bərabərlik və siyasi hüquq bərabərliyi kimi səciyyələnir. İctimai mövqeyindən asılı olmayaraq hamı qanun qarşısında bərabər hüquqludur. Siyasi hüquq bərabərliyi isə o deməkdir ki, hər kəs seçmək və seçilmək hüququna malikdir. Demokratik cəmiyyətdə insanlar bir sıra azadlıqlar və hüquqlar əldə edirlər. Bu hüquq və azadlıqları şərti olaraq üç başlıca qrupa ayırmaq olar:
• vətəndaş cəmiyyəti daxilində fərdlərin münasibətlərini müəyyənləşdirən sosial-iqtisadi hüquq və azadlıqlar;
• siyasi birliklərin üzvü olmaq etibarilə fərdlərin siyasi hüquq və azadlıqları;
• fiziki şəxs kimi hər bir insanın şəxsi hüquq və azadlıqları.
Bu hüquqlar insanlara cəmiyyətin, dövlətin onların istədiyi kimi idarə olunmasına imkan verir.
İnsanların arzularının reallaşa biləcəyi bir sistem demokratiyadır. O, insanların daim can atdığı bəşəri idealdır. Demokratiya uzun tarixi dövr ərzində ciddi təkmilləşmələrə məruz qalsa da, bu proses hələ də davam etməkdədir. Bu mənada Çexiyanın görkəmli dövlət xadimi V. Qavelin fikirləri maraq doğurur: “Demokratiya, sözün tam mənasında həmişə idealdan başqa bir şey olmayacaqdır. Kimsə ona tam yaxınlaşa bilər, kimin üçün isə həmişə üfiqdə parlayacaqdır, ona doğru aparan yollar yaxşı, yaxud pis olacaqdır, lakin ona tamamilə nail olmaq heç vaxt mümükün olmayacaqdır”.
İnkişaf etmə siyasəti (developmentalism) demokratiyanın ən həssas nöqtəsidir. Bu anlayışın tərifini vermək çox çətindir. Bu müddət xalqın demokratik prosesin bir hissəsi olaraq hərəkətləri, o cümlədən səsvermə kimi vətəndaş hərəkətləri barədə məlumatlı olması üçün insan potensialını yetərincə inkişaf etdirməsini ifadə edir.
İnkişaf etməkdə olan bir demokratiya nöqteyi-nəzərindən soruşa bilərik: Bir ölkədəki insanlar çox sayda səs verərsə və müxtəlif qruplara və fikirlərə məruz qalsa, ancaq etdiklərindən xəbərdar olmadan hərəkət edərsə, demokratiyanın bir mənasının olduğunu söyləyə bilərikmi?
Açıq danışsaq, özünüdərk etmə və ya özünüidarəetmə ehtiyacının şüuru yoxdursa, özünüidarə (yəni demokratiya) necə mümkün ola bilər? Demokratiya inkişaf etmiş bir intellektual özünüdərk səviyyəsini nəzərdə tutmurmu? Əks təqdirdə, o zaman interaktiv qurumların (məsələn, kompüterlərin) demokratiyaya qadir olduğunu deyə bilməzdikmi? Demokratiyanın inkişaf ölçüsünü görməməzlikdən gəlsək, robotların demokratiyaya qadir olduğu qənaətinə gəlmək məcburiyyətində deyilikmi, çünki bütün robotlar səs vermə funksiyasını yerinə yetirmək üçün proqramlaşdırıldıqdan sonra, proqramlandıqları şeylərdən xəbərdar olmasalar da, inkişaf demokratiyası baxımından bir xalqın özünü idarə etməsinin nə demək olduğunu düşünməyə başladığımızda ortaya çıxan suallar bunlardır.
Demokratiyanın qoruma (protection) komponenti demokratiyanın hökumətlərin zülmkar olmaması üçün hökumət gücünü məhdudlaşdırma öhdəliyidir. Demokratiyanın etibarlı olması üçün demolar həddindən artıq dövlət tənzimləməsindən və demokratik özünüidarə prinsipinə uyğun olmayan nəzarətdən qorunmalıdır.
Demokratiyanın hökumət hakimiyyətini məhdudlaşdırmaq üçün bir çox variantı var. Söz, mətbuat, birlik və din azadlığının konstitusiya ilə qorunması yolu ilə dövlət hakimiyyəti məhdudlaşdırıla bilər; bir hakimiyyət qolunun güclü olmasına qarşı qoruyan nəzarət və tarazlıq yolu ilə; və sabit vasitəsiləsiyasətçilər üçün vəzifə şərtləri, özlərini ömürlük hökmdar elan edə biləcək bir rəhbər elitanın yüksəlməsindən qoruyur.
Dövlət orqanlarının demoların həyatına yayılmasına qarşı müəyyən təhlükəsizlik tədbirlərindən məhrum olan hökumətlər, qoruyucu demokratiya üzrə aşağı dərəcələr alır.
İ.Şumpeter göstərirdi ki, demokratiyanın normal fəaliyyət göstərməsi üçün dörd şərt tələb olunur:
• xalqın mühüm dövlət vəzifələrinə seçməyə layiqli, ixtisaslı nümayəndələri olmalıdır;
• siyasi orqanlar elə qərarlar qəbul etməlidir ki, xalq onu başa düşə bilsin və öz münasibətini ifadə etməyi bacarsın;
• idarəçilik işi yaxşı təşkil olunmuş və məsuliyyət hissi yüksək olan bürokratiyaya həvalə edilməlidir;
• yüksək siyasi mədəniyyətdən xəbər verən səmərəli özününəzarət mexanizmi formalaşmalıdır.
Plüralist demokratiyanı səciyyələndirən başlıca xüsusiyyətlər aşağıdakılardır:
• demokratik siyasi sistemin əsas elementi maraq qrupudur;
• ümumi iradə müxtəlif qrupların konfliktli əlaqəsinin və onların razılığının nəticəsidir;
• qrup maraqlarının rəqabəti və tarazlığı;
• tarazlığın nəinki institusional, həm də sosial sahədə gözlənilməsi;
• ağalıq eqoizmi, qrup və fərdi maraqlar siyasətin generatorudur;
• dövlət aktiv müşahidəçi deyil, sosial ədalətin təminatçısı kimi çıxış edir;
• hakimiyyətin müxtəlif siyasi təsir mərkəzləri arasında diffuziyası (paylanması);
• cəmiyyətdə dəyərlərin konsensusun mövcudluğu;
• əsas qrupların demokratik təşkili və s.
Müasir demokratiya konsepsiyaları içərisində demokratiyanın liberal konsepsiyası xüsusi rol oynayır. Təbii hüquq və azadlıqların əsaslandırılması, həm də bu hüquqların təminatı, hakimiyyət bölgüsü nəzəriyyəsinin işlənilib hazırlanması ideyaları demokratiyanın liberal konsepsiyasının əsasını təşkil edir. Liberal demokratiya konsepsiyasının başlıca xüsusiyyətləri bunlardır:
fərdiyyətçilik, fərdin hüququnun dövlətin qanunlarından üstün olması;
demokratiyanın formal xarakter daşıması və azadlığın, zorakılığın yoxluğu kimi başa düşülməsi;
parlamentarizm nümayəndəli demokratiyaya əsaslanan dövlət quruluşu və siyasi idarəetmə təsisatıdır;
dövlətin fəaliyyət sahəsinin məhdudlaşdırılması;
hakimiyyətin bölünməsi;
çoxluğun hakimiyyətinin məhdudlaşdırılması və s.
Dostları ilə paylaş: |