İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə120/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   116   117   118   119   120   121   122   123   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 183 ____________________________ 
Yerinə yetirilən faylların məzmununu dəyişdirir. Ona görə də 
belə faylları tam bərpa etmək olmur. Mürəkkəb rəftara və 
maskalama vasitələrinə malik olması ilə bağlı olaraq adi 
istifadəçi üçün bu virusun müalicə edilməsi demək olar ki, 
mümkün olmayan məsələdir. Virusa yoluxan kompüter 
dünyadakı ən iri bonet şəbəkələrindən biri hesab edilən Sality 
şəbəkəsinin hissəsinə çevrilmişdir.
Məlumat üçün qeyd edək ki, bonet nisbi-müstəqil 
(avtonom) proqram təminatı ilə idarə edilən və müəyyən sayda 
hostlardan (qovşaqlardan və ya lokal, yaxud da qlobal 
şəbəkəyə qoşulan ixtiyari kompüter və ya serverlərdən) ibarət 
olan kompüter şəbəkəsidir. Bonet anlayışı robot və net 
sözlərinin birləşməsindən yaranmışdır. Belə şəbəkələrdən bəd 
əməlçilər virusa yoluxmuş kompüterlərin resurslarından qeyri-
leqal və ya bəyənilməyən (spam göndərmək, kompüterdəki 
parolları müəyyən edib öz sahibinə və ya digər məqsədlər üçün 
göndərmək və s. kimi) əməliyyatların yerinə yetirilməsi üçün 
istifadə edirlər.
Qeyd etmək yerinə düşər ki, Lınux, Unıx və digər Unıx-ə 
oxşar əməliyyat sistemləri ümumiyyətlə kompüter viruslarından 
mühafizə edilmiş əməliyyat sistemləri hesab edilir. Lınux üçün 
yazılmış virusların, troya proqramlarının və digər zərərli 
proqramların sayı təkcə 2005-ci ildə 422-dən 863-ə çatmışdı. 
Buna baxmayaraq rəsmi antivirus proqramlarının bəziləri çox az 
hallarda zərərli proqramları aşkar edə bilirdi.
MenuetOS üçün ilk virusu 2004-cü ildə RRLF 
virusmeykerlər qrupunun Second Part To Hell kimi məşhur olan 
üzvü yazır.
AROS üçün ilk virus 2007-ci ildə Doomriderz qrurunun 
Wargamer kimi məşhur olan iştirakçısı tərəfindən yazılır.



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin