İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə117/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   113   114   115   116   117   118   119   120   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 178 ____________________________ 
Həmin il ilk dəfə viris WWW-nin işini təmin edən 13 İnternet-
serveri sıradan çıxarır.
Ümumi qəbul edilmiş təsnifata görə kompüter virusları 3 
əsas tipə ayrılır. Ənənəvi virus – bu, kompüterə gizli düşüb 
çoxalan və müəyyən problemlər yaradan, məsələn, faylı məhv 
edən proqramdır. “I love you” adlı virus rekord nəticə 
göstərmiş, 2000-ci ildə 8 milyard dollarlıq ziyan vurmuşdu. 

Qurdlar
” kompüterə şəbəkədən daxil olur. İstifadəçiyə 
yoluxmuş faylı elektron poçtla onun siyahısında olan bütün 
ünvanlara göndərməyə məcbur edir. Məsələn, 2003-cü ildə 
Blaster adlı qurd 1 milyondan artıq kompüteri yoluxdurmuşdu. 
“Troya atı” bilavasitə özü kompüterə ziyan vurmur, lakin 
kompüterə daxil olan kimi 
xakerlərə
imkan verir ki, 
başqalarının informasiyasına müdaxilə edə bilsinlər. QAZ 
xakerləri 2002-ci ildə “Troya atı” virusundan istifadə etməklə 
Microsoft şirkətinin məxfi proqramlarına müdaxilə imkanı əldə 
etmişdilər. 
AÇIQLAMA
: Lap əvvəllər 
xaker baltadan istifadə 
etməklə mebel düzəldən şəxsə deyirdilər. Xaker ingiliscə 
hacker - to hack sözündən törəmədir, 
doğramaq, parça-
parça etmək, didib tökmək anlamını verir. Xaker sözü əsasən 
hesablama texnikası və proqramlaşdırma sahəsində geniş 
istifadə olunur. 
Əvvəllər tərtib olunmuş proqramlarda buraxılmış 
səhvləri düzəldən şəxsləri 
xaker adlandırırdılar. Sonralar, XX 
əsrdən başlayaraq söz daha da məşhurlaşır və pis niyyətlə 
(qərəzli) tərtib olunmuş proqramlara daxil olmaqla onları 
korlayan “
kompüter oğru”larını xaker adlandırırlar.


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 179 ____________________________ 
QEYD

Qurdlar və ya Şəbəkə soxulcanları müasir 
viruslar hesab olunur. Belə virusların məqsədi (daha doğrusu 
marağı) kompüterdə çoxlu sayda faylları yoluxdurmaqdan 
ibarət deyil. Onların əsas məqsədi İnternetə qoşulmuş 
kompüterlərə daxil olmaqdır. Bu zaman iki şərt yerinə 
yetirilməlidir: 
1.Virus avtomatik işə düşməlidir (yaxşı olar ki, 
əməliyyat sistemi ilə birlikdə işə düşsün); 
2.Viruisa yoluxmuş fayl istifadəçidən gizlənməlidir. 
Avtomatik işə düşən, operativ yaddaşda daim müəyyən 
funksiya yerinə yetirən virus 
rezident adlanır. İnternetdə və 
ya lokal şəbəkədə öz surətlərini (kopiyalarını) yayan viruslar 
Şəbəkə soxulcanları adlanır. Əksər Şəbəkə soxulcanları 
rezident viruslardır. 
İnternetdən istifadə etməklə yayılmış viruslar daha 
qorxuludurlar. Onlar qurbanları olan kompüterə iki 
mexanizm vasitəsilə daxil olurlar: 
1.Standart kommunikasiya servisləri vasitəsilə; 
2.Şəbəkə əlavələrində yaranmış “deşik” vasitəsilə, 
həmçinin Əməliyyat sisteminin özündən istifadə etməklə. 
İstifadəçinin nəzərinə çatdırmaq kifayətdir ki, virusların 
hücumuna qarşı “dayanmaq” və onlarla müəyyən səviyyədə 
mübarizə aparmaq üçün kompüterdə vaxtlı-vaxtında 
yenilənmə aparmaq lazımdır. 
Qurdlar və ya soxulcanlar Windows əməliyyat 
sisteminin sistem qovluqlarında özlərinə “yuva salırlar” və 
indiki zamanda o qədər virus vardır ki, istifadəçi demək olar 
ki, onların əksəriyyəti haqqında heç bir məlumatı yoxdur.
2003-cü ildə Slammer “soxulcanı” 10 dəqidə müddətində 
rekord sayda - 75 000-dən çox kompüterə yoluxmuşdu. Virus 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin