İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə115/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   111   112   113   114   115   116   117   118   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 176 ____________________________ 
1998-ci ilin avqustunda məsafədə yerləşən kompüterlərin 
və şəbəkələrin inzibatlaşdırılmasını gizlətmək üçün tətbiq edilən 
məşhur BackOrifice (Backdoor.BO) utiliti yaradıldı. Bunun 
ardınca bir neçə oxşar proqram: NetBus, Phase və digərləri 
yazıldı.
Avqust ayında həmçinin Java-nın yerinə yetirilən 
modullarını zədələyən Java.StangeBrew virusu peyda olur. 
Virus İnternet istifadəçiləri üçün heç bir təhlükə yaratmır. Bu 
səbədən müəyyən məsafədə yerləşən kompüterlərdə virusun 
çoxalması üçün zəruri olan funksiyalar fəaliyyət göstərə bilmir.
1998-ci ilin noyabrında VBScript.Rabbi virusu yayılmağa 
başladı. Ckript virusların İnternet-ekspansiyası (təcavüzü) 
VisualBasic skriptləri (VBS-faylları) yoluxduran üç virusla davam 
edirdi. Bu viruslar İnternet istifadəçisi Web-səhifələri yaradanda 
onlara qoşulurdu. Məntiqi nəticə kimi VBScript-viruslar HTML-
virusun (HTML.Internal) yaranması demək idi.
1999-cu ildə Melissa hibrid virusu yayılır. Bu virus özündə 
makrovirusun imkanları ilə şəbəkə soxulcanının imkanlarını 
birləşdirirdi və çoxalmaq üçün Outlook ünvan kitabından 
istifadə edirdi. Virus yayılma sürətinə görə o dövrdə mövcud 
olan bütün rekordları aşmışdı. 
1999-cu ildə Melisa virusu çox böyük sayda kompüterlərə 
yoluxur və istifadəçilərə 80 000 dollar məbləğində zərər vurur. 
Bu isə antivirus proqramlarına tələbatın kəskin artmasına səbəb 
olur.
ABŞ-ın hüquq-mühafizə orqanları Melissa virusunun 
müəlliflərini - 31 yaşlı proqramçı Nyu Cersi və Devid Smiti tapıb 
həbs edir. Həbs ediləndən bir müddət sonra Devit Smit Federal 
Təhqiqatlar Bürosu (FTB) ilə əməkdaşlıq etməyə başlayır və 
bunu nəzərə alan məhkəmə onu yumşaq cəzaya – 20 ay 
həbsdə qalmağa və $5000 cərimə edilməyə layiq görür. 1999-



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin