İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə113/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   109   110   111   112   113   114   115   116   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 174 ____________________________ 
1996-cı ilin yanvarında Windows 95 əməliyyat sistemi 
üçün Win95.Boza adlı ilk virus peyda oldu. Bir qədər sonra 
meydana çıxan Win95.Punch adlı rezident virusu Windows 95 
əməliyyat sistemi istifadəçilərinin etibarını alt-üst etdi. Həmin 
ilin martında Windows 3.0/3.1 üçün yazılmış Win.Tentacle 
virusu ilə bağlı ilk epidemiya başlandı. Bu virus Fransanın bir-
neçə idarəsinə məxsus kompüter şəbəkələrini yoluxdurdu. 
Buna qədər bütün Windows-viruslar yalnız virusu təsvir edən 
elektron 
jurnallarında 
və 
viruslarla 
maraqlananların 
kolleksiyalarında saxlanılırdı. Bu ərəfədə ancaq MS-DOS 
əməliyyat sistemi üçün yazılmış yükləyici və makroviruslar azad 
yayılmaqda davam edirdi. Həmin il Microsoft Excel elektron 
cədvəli onun üçün xüsusi olaraq yazılmış Laroux adlı 
makrovirusa tutulur. 
1997-ci ildə FTP və mIRC-qurdlar kimi yeni virus növləri, 
1998-ci ilin iyun ayında Win95.CIH virusu peyda oldu. Bu 
sonuncu virus ilk dəfə 1999-cu ilin aprel ayının 26-da aktivləşdi 
və sərt diskdəki (vinçesterdəki) informasiyanı məhv edib yerinə 
“zir-zibil” dolu informasiyanı yazdı. Bununla yanaşı Win95.CIH 
virusu fləş qurğusundakı açarın açıq vəziyyətində fləşə 
informasiyanın yazılmasına icazənin verilməsi zamanı Flash 
BIOS-u yenidən kompüterə təkrar yazır və ana platanı (lövhəni) 
sıradan çıxarırdı. 
Win95.CIH virusu epidemiyası kompüter istifadəçiləri 
tərəfindən həm də “Çernobıl” adı ilə tanınır. Çünki o da o dövr 
üçün Çernobılda baş verən dağıdıcı hadisə kimi ən dağıdıcı 
virus olaraq tarixə düşmüşdü. 
1997-ci ilin fevralında Mıcrosoft Office 97 üçün ilk 
makroviruslar meydana gəlir. İlk viruslar təkcə Word 6/7-nin 
yeni formatına təsir göstərsə də tezliklə Mıcrosoft Office 97-nin 
sənədlərinə də yönəlmiş olur. 1997-ci ilin martında MS Word 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin