İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə116/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   112   113   114   115   116   117   118   119   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 177 ____________________________ 
cu ilin aprelində CIH (“Çernobıl”) virusunun müəllifi tapılır. Bu 
Tayvan texnologiya universitetinin tələbəsi Çen İnxao idi. Yerli 
kompaniyalar tərəfindəın virusun təsirindən şikayət olmadığına 
görə əlində tutarlı məlumat olmayan polis onu həbs etməkdən 
vaz keçir.
1999-cu ildə CorelGala proqramı üçün ilk makro-virus 
aşkar edilir. Nəzərə almaq lazımdır ki, həmin ilin yay aylarında 
ZippedFiles İnternet-soxulcan epidemiyası tüğyan edirdi. Bu 
proqramın maraqlı cəhəti ondan ibarət idi ki, o “kobud və ya 
vəhşi” formada geniş yayılmış ilk sıxlaşdırılmış virus proqramı 
idi. 
2000-ci ilin mayında Filippində buraxılmış 
I love you adlı 
qurd, bəzi hesablamalara görə, kompüter istifadəçilərinə 10 
milyard dollardan artıq ziyan vurmuşdu. Növbəti qurd Code 
Red adlandırılmışdı. Bu, 14 saat ərzində İnternetə qoşulmuş 
300 mindən artıq kompüteri yoluxdurmuşdu. Sonralar isə virus 
yaradıcıları tərəfindən digər dağıdıcı viruslar da yaradıldı. 
Bunlardan: Nimda (admiN sözünün tərs oxunuşu) və 
çoxvektorlu qurdu misal göstərmək mümkündür. Bu qurdlar 
eyni vaxtda müxtəlif üsullarla, o cümlədən, digər qurdların 
qoyub getdiyi “gizli yollarla” kompüterlərin daxilindəki elektron 
sxemlərində yayılırdı. O ərəfədə elektron poçtla yayılan 
MyDoom qurdu ən cəld yayılan qurd kimi məşhurlaşdı. 
2001-ci ildə Hollandiyalı tələbələrdən biri Anna Kurnikova 
virusunu yaratdığı üçün həbs olunur və məhkəməyə müəyyən 
məbləğ cərimə ödəməklə 150 saatlıq islah işlərinə göndərilir. 
Məhkəmə virusun Niderland iqtisadiyyatına nə qədər ziyan 
vurduğunu hesablaya bilmir. Tələbənin mənzilində aparılan 
axtarış zamanı 7500-dən çox olan virus kolleksiyası aşkar edilir.
Melissa virusunu yaratdığına görə 2002-ci ildə proqramçı 
Devid Smitə məhkəmə 20 ay müddətinə həbs cəzası verir. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin