İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 179 ____________________________
QEYD
:
Qurdlar və ya Şəbəkə soxulcanları
müasir
viruslar hesab olunur. Belə virusların məqsədi (daha doğrusu
marağı) kompüterdə çoxlu sayda faylları yoluxdurmaqdan
ibarət deyil. Onların əsas məqsədi İnternetə qoşulmuş
kompüterlərə daxil olmaqdır.
Bu zaman iki şərt yerinə
yetirilməlidir:
1.Virus avtomatik işə düşməlidir (yaxşı olar ki,
əməliyyat sistemi ilə birlikdə işə düşsün);
2.Viruisa yoluxmuş fayl istifadəçidən gizlənməlidir.
Avtomatik işə düşən, operativ yaddaşda daim müəyyən
funksiya yerinə yetirən virus
rezident adlanır. İnternetdə və
ya lokal şəbəkədə öz surətlərini (kopiyalarını) yayan viruslar
Şəbəkə soxulcanları adlanır. Əksər Şəbəkə soxulcanları
rezident viruslardır.
İnternetdən istifadə etməklə yayılmış viruslar daha
qorxuludurlar. Onlar qurbanları olan kompüterə iki
mexanizm vasitəsilə daxil olurlar:
1.Standart kommunikasiya servisləri
vasitəsilə;
2.Şəbəkə əlavələrində yaranmış “deşik” vasitəsilə,
həmçinin Əməliyyat sisteminin özündən istifadə etməklə.
İstifadəçinin nəzərinə çatdırmaq kifayətdir ki, virusların
hücumuna qarşı “dayanmaq” və onlarla müəyyən səviyyədə
mübarizə aparmaq üçün kompüterdə vaxtlı-vaxtında
yenilənmə aparmaq lazımdır.
Qurdlar və ya soxulcanlar Windows əməliyyat
sisteminin sistem qovluqlarında özlərinə “yuva salırlar” və
indiki zamanda o qədər virus vardır ki, istifadəçi demək olar
ki, onların əksəriyyəti haqqında heç bir məlumatı yoxdur.
2003-cü ildə Slammer “soxulcanı” 10
dəqidə müddətində
rekord sayda - 75 000-dən çox kompüterə yoluxmuşdu. Virus