İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə119/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   115   116   117   118   119   120   121   122   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 182 ____________________________ 
“Troya atları” xüsusi təyinatlı proqram təminatı ilə yayılır 
və onların destruktiv fəaliyyəti kompüter istifadəçiləri üçün 
tamamilə gözlənilməz olur. Məsələn, belə virusa antivirus 
proqramının özü yoluxa bilir. “Tpoyalılar” ilk baxışda guya 
hansısa faydalı (kompüterdə yaddaşın bölüşdürülməsinin 
yalançı optimallaşdırılması, diskdə informasiyanın yalandan 
sıxılması və s. bu kimi) funksiyalar yerinə-yetirir. Əslində isə 
“Tpoyalılar” ya sistemi dağıdır (məsələn, kompüterin 
vinçesterini aşağı səviyyədə formatlaşdırır və ya informasiyanı 
çoxsaylı və operativ oxuyub/yazma əməliyyatlarını yerinə 
yetirməklə disk sürücüsünün (diskovodun) mexaniki sıradan 
çıxmasına şərait yaradır), ya da nəzarəti digərlərinin ixtiyarına 
verir.
Troya viruslarının növləri çox müxtəlifdir. Onların bəziləri 
ümumiyyətlə faydalı funksiya yerinə yetirmir, sadəcə olaraq 
kompüterin diskində gizli qalır və müxtəlif destruktiv 
funksiyalar yerinə yetirir. Bəziləri isə istifadəçilərdən qətiyyən 
gizlənmir və heç kimin şübhələnməyəcəyi manipulyasiyalar 
aparır. Birinci növ viruslara nümunə kimi Back Orifice adlı 
məşhur virusu göstərmək olar. Bu virus kompüter şəbəkəsində 
istifadəçiyə hiss etdirmədən onun kompüterinə nəzarəti demək 
olar ki, tamamilə istifadəçinin görə bilmədiyi “düşmənə” verir. 
İkinci tip virusa nümunə kimi saxta MS İnternet Explorer 
brauzer göstərilə bilər. Microsoft firmasının saytına qoşulanda 
verilənlərin kompüterdən Microsoftun serverinə ötürülməsinin 
aktivliyini olduqca çox artırır ki, bu da HTML sənədin (yəni, 
İnternet-də Veb-səhifənin) oxunması və ya kopiyasının 
çəkilməsi üçun sadə sorğunun həcmindən dəfələrlə artıq olur. 
2003-2012-ci illər müəllif adı KuKu olan Win32.Sality 
epidemiyası ilə yadda qalıb. Bu polimorf virus bir neçə hissədən 
ibarətdir, şifrələmə və maskalama sistemindən istifadə edir. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin