İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 184 ____________________________
Klassik virusların “qızıl əsri” 10 ilə yaxın davam etmişdir.
Bu gün onların sayı kəskin azalmışdır. Anatoli Kasperski
laboratoriyasının (laboratoriya Moskva şəhərində yerləşir)
məlumatına görə, klassik viruslar ümumi virusların cəmi bir-
neçə faizini təşkil edir. Müasir antivirusların hər biri klassik
virusla müvəffəqiyyətlə mübarizə apara bilir. Əməliyyat
sisteminin özü də bu virusların hücumunu dəf etmək
iqtidarındadır. Bu gün bəzi virus növlərinin, demək olar ki, kökü
kəsilmişdir. Kökü kəsilən viruslardan biri sərt diskin yükləyici
sektorunu zədələyən “
boot-virus”udur.
AÇIQLAMA : Əgər hələ kompüterinizə antivirus
yükləməmişsinizsə, onda kompüterinizdə virusun olduğuna
əmin ola bilərsiniz. Odur ki, müvafiq saytın mühafizə
sisteminə daxil olub münasib antivirusu pulsuz alın və fərdi
kompüterinizə yükləyin.
İndiki zamanda virusların təsirindən bütün kommersiya
təşkilatlarının illik itkiləri çox da böyük olmayan bir ölkənin
büdcəsi ilə müqayisə edilən olub, hər il ikiqat artmaqdadır. Bəzi
mütəxəssislərin narahatlığı təhlükəsizlik probleminin ciddiliyini
göstərir.
MessgeLabs şirkətinin texnoloji departamentinin başçısı
Aleks Şip göstərmişdi ki, 1999-cu ildə hər saatda 1, 2000-ci ildə
hər 3 dəqiqədə 1, 2004-cü ildə isə bir-neçə saniyədə 1 yeni
virus yaranmışdı (http://www.messaglabs.com).
Sankt-
Peterburqdakı
İqor
Anatolyeviç
Danilovun
antivirus
laboratoriyasının (ООО «СалД») məlumatına görə, yalnız
2007-ci ilin mart ayında antivirus bazasına 7 mindən artıq yeni
virus barədə yazı əlavə olunmuşdur.
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 185 ____________________________
Dr.Web şirkətinin rəhbəri İqor
Anatolyeviç Danilov
Qreys Müller Hopper
Müasir virusların əksəriyyəti özündə bu keyfiyyətləri
birləşdirir. Buna misal SoBig virusunu göstərmək olar. Virus
2003-cü ilin avqustunda elektron poçtla göndərilən məktubların
təxminən 30%-ni yoluxdurmuşdu.
Aşağıda kompüter istifadəçiləri üçün maraqlı olan
viruslarln yaranma xronologiyası verilir.
1945-ci il. Terminin yaranması. ABŞ Hərbi Dəniz Donanmasınin vitse-
admiralı, hərbi-dəniz ştabının informasiya şöbəsinin rəhbəri
Qreys Müller Hopper (Grace Murray Hopper) elektron-
hesablayıcı maşının (müasir kompüterin prototipinin) nasaz
işlədiyini aşkar edir.
Relelərdən birinə pərvanə (kəpənək) düşmüşdü. Bu
problemi admiral “böcək” (bug) adlandırır (Admiral XIX əsrin
sonlarında ABŞ və Böyük Britaniya fiziklərinin elektrik
qurğularındakı ixtiyari nasazlıqları ifadə etmək üçün işlətdiyi
“böcək” terminindən istifadə etmişdi). Admiral həm də ilk dəfə
“böcəkdən xilas olmaq” (debugging) terminindən istifadə
etmişdi.