TÜRKİYƏ
XIX əsrin 70-ci illərinin əvvəllərində iqtisadi böhran
Avropa dövlətlərinin uzun müddət Osmanlı imperiyasına qarşı başladıqları təzyiqlər, embarqolar ona qarşı formalaşdırılan qruplaşmalar dövlətin hərbi-strateji imkanlarını daha da sarsıtdı və XIX əsrin 70-ci illərinin əvvəllərində Osmanlı imperiyasını yenidən şiddətli iqtisadi böhran bürüdü.
XIX əsrin 50-70-ci illərində keçirilən və Osmanlı dövlətinin yarımfeodal əsaslarına toxunmayan səthi inzibati islahatlar ölkənin məhsuldar qüvvələrinin inkişafına yol aça bilmədi və kütlələrin vəziyyətini heç də yaxşılaşdırmadı. Bu islahatlar ntəicəsində meydana çıxan yeni bürokratiya amilləri, feodal mühitindən çıxmış tamahkar məmurlar qruplaşması və əhalinin idarə edilməsi sahəsində köhnə feodalların bütün üsul və adətlərini saxlamışdı. Saray məmurlarının himayəsi altında soyğunçuluqla məşğul olan məmurların əsas vəzifəsi nə yolla olursa-olsun əhalini soymaqdan ibarət idi. Maliyyə vəziyyətinin getdikcə pisləşdiyini görən hökumət rüşvətxor məmurların hər cür neqativ əməllərinə göz yumurdu . Bir tərəfdən bu tələbləri yerinə yetirmədikləri halda öz vəzifələrində qalmayacaqlarını bilən, o biri tərəfdən isə əmtəə-pul münaisbətlərinin bir qədər inkişafı ilə əlaqədar olaraq öz ehtiyac və tələblərini ödəməyə çalışan əyalət canişinləri, o cümlədən valilər görünməmiş özbaşınalıqlar edirdilər.
Bu özbaşınalığın əsas hədəfi əvvəlki kimi yenə də kəndlilər idi. 70-ci ilin əvvəllərində vergi zülmü yenidən gücləndi. 1874-cü ildə əşar vergisi 25 faiz artırıldı. Verginin artırılması hökumətə , həmçinin valilərə və iltizamçılara kəndliləri daha çox soymaq imaknı verdi. İltizamçılar tərəfindən natura şəklində alınan bu vergidən başqa pul vergisi də qoyulmuşdu ki, bunu da əsasən dövlət məmurları toplayırdılar.
Kəndlilər bir sıra hallarda vergi zülmünə qarşı üsyan qaldırıb vergi toplayanlara hücum edir, vergi siyahılarını ələ keçirib məhv edirdilər.
Kəndlilər təkcə ağır vergilərdən deyil, habelə onların məhsulları üçün məcburi qoyulmuş aşağı qiymətlərdən, məhsullarını bir vilayətdən başqa vilayətə apararkən alınan daxili gömrüklərdən də xalq olduqca narazı idi . Bu gömrüklər bir də ona görə sənaye və ticarətə böyük zərər vururdu ki, xaricilər həmin gömrüklərdən azad idi. Nəhayət, xalqın təzyiqi altında 1874-cü il martın 13-də xalqın istəmədiyi bu gömrük ləğv edildi. Lakin daxili dəniz nəqliyyat xəttləri ilə daşınan mallar üçün gömrük alınması saxlanılmışdı. Hökumət ləğv edilən daxili gömrüklərin əvəzini, əşar vergisini 25 faiz artırmaqla ödədi. Əşar vergisinin artırılması daxili gömrüklərin ləğv olunması nəticəsində meydana gələn kəsirdən təxminən on dəfə çox idi.
Ölkədə ağır yarımfeodal zülmü və hökm sürən özbaşınalıq kənd təsərrüfatının inkişafını ləngidir,nəticədə kəndliləri müflisləşdirir və onları daim aclıq, yoxsulluq və hüquqsuzluq şəraitində saxlayırdı. Təbii olaraq quraqlıqdan, təbii fəlakətdən sonra ölkədə qıtlıq olan kimi dərhal aclıq başlanırdı. 1873-cü ildə məhz belə oldu. Həmin il quraqlıq nəticəsində bütün Kiçik Asiyanı dəhşətli aclıq bürüdü. Aclıq 1874-cü ildə də davam etdi. Bir çox kəndlilər şəhərlərə qaçdı. Əyalətlərin əksər kəndləri boşalmışdı,hətta aclıqdan ölənləri basdırmağa adam və vəsait çatmırdı. Çox yerdə meyitləri quduzlaşmış itlər yeyirdi. Yem olmadığından mal-qara qırılması kütləvi hal almışdı.
Hökumət aclıqla mübarizə üçün nəinki heç bir tədbir görmədi, hətta kəndlilərdən qəti surətdə tələb edirdi ki, həm öz vergilərini, həm də məcburiyyət qarşısında qalaraq ölkəni tərk edənlərin də əvəzinə vergi ödəsinlər.
Bu dövürə yalnız imperialist maraqları çərçivəsində düşünən xarici kapitalistlər də Türkiyənin iqtisadi vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. 1874-cü ilin dekabrında xaricilərə sənaye konsessiyaları verilməsi haqqında qanun qəbul edildi. Ölkəyə doluşan müxtəlif fırıldaqçılar konsessiya alaraq sənaye müəssisələri tikmək əvəzinə, bunlardan möhtəkirlik üçün istifadə edirdi.
Odur ki,hökumətin şəxsi maraqları üzərində qurulmuş daxili və xarici siyasəti nəticəsində,xarici kapitalın hökmranlığı ilə bu siyasət Türkiyəni maliyyə iflası dərəcəsinə gətirib çıxardı. 1875-ci ildə Türkiyənin xarici borcları son dərəcə böyük məbləğə, yəni 5,3 milyard franka çatmışdı. Lakin əslində bu borcun yalnız 3 milyard frankı və ya 56 faizi Türkiyəyə verilmişdi. Həmin il Osmanlı bankı konsessiyasının vaxtı daha 20 il uzadıldı və adətən dövlət bankının görməli olduğu xəzinədarlıq vəzifələri də ona tapşırıldı. Xarici malalrın rəqabəti bir sıra sənaye sahələrinin, o cümlədən dəyirmanların, ipəkçiliyin tənəzzülünə səbəb oldu.
Kənd təsərrüfatının tənəzzülü, aclıq, sənaye durğunluğu, xarici iqtisadi təzyiqlər ölkənin maliyyə iflasını daha da sürətləndirdi. 1875-1876-cı maliyyə ilində (il. Martın 13-dən başlanırdı) büdcədə nəzərdə tutulan 570, 5 milyon frank əvəzinə yalnız 380 milyon frank vəsait toplanmışdı. Hökumət 1875-ci il oktyabrın 6-da elan etməyə məcbur oldu ki, qarşıdakı beş il ərzində öz borclarını iki dəfə az həcmdə ödəyə biləcəkdir. Bu qərar ona səbəb oldu ki, türk valyutası dəyərini itirdi və öz qiymətinin təxminən 30 faizinədək aşağı düşdü. Beləliklə, maliyyə böhranı öz növbəsində ölkədə iqtisadi böhranın daha da dərinləşməsinə, bu isə eyni zamanda şiddətli siyasi böhrana səbəb oldu. Siyasi böhranın ilk təzahürü Osmanlı əsarətinə qarşı Balkan xalqlarının yeni üsyanlarında özünü göstərdi.
1875-1876-cı illərdə Hertsoqovina, Bosniya və Bolqarıstanda Osmanlı imperatorluğuna qarşı üsyanlar
İqtisadi böhranla əlaqədar olaraq Balkanlarda məzlum xalqların istismarının güclənməsi, bu yerlərdə çoxdan bəri davam edən narazılığı daha da kəskinləşdirdi. Bolqarıstanda Vasili Levskinin başçılığı altında inqilabçı demokratlar ümumxalq üsyanına müntəzəm şəkildə hazırlıq aparmağa başlamışdılar. Antiosmanlı hərəkatının qarçısını almaq məqsədilə 1872-ci il dekabrın axırlarında Levski həbs olundu və 1873-cü il fevralın 6-da edam edildi. Üsyan etmiş xalqlara, o cümlədən bolqarlara qarşı şiddətli cəza tətbiq edildi.
Balkanlarda ən geniş milli-azadlıq hərəkatı 1875-ci ilin mayında əvvəl Hertsoqovinada baş verən və tezliklə Bosniyanı da bürüyən hərəkat idi. Üsyan üçün bəhanə əşar vergisinin 25 faiz artırılması oldu. Üsyan gedişində kütlələrin tələbləri getdikcə artırdı. Biyarın ləğv edilməsi, vergilərin azaldılması, iltizam sisteminin, əmək mükəlləfiyyətinin və hərbi hissələrin xüsusi evlərdə yerləşdirilməsi mükəlləfiyyətinin tamamilə ləğv edilməsi tələbləri irəli sürüldü. Üsyançıların əsas hissəsini kəndlilər təşkil edirdi. Tezliklə üsyanın proqramına yeni siyasi tələblər də əlavə edilərək türk feodallarını Hertsoqovinadan və Bosniyadan tamamilə qovulmasına nail oldu. Şəhər əhalisi də kəndlilərin köməyinə gəldi və üsyan ümumxalq xarakteri aldı. Üsyana Peko Pavloviç, Luka Petkoviç və digərləri rəhbərlik edirdi. Hertsoqovina və Bosniyadakı üsyanları Serbiyada, Bolqarıstanda, başqa Balkan ölkələri iləyanaşı, həmçinin Rusiyada da antiosmanlı çıxışları müdafiə olunurdu.
Balkanlarda antiosmanlı çıxışlarını yatırmaq üçün 1875-ci ilin payızında üsyançılara qarşı 35 min nəfərlik türk ordusu göndərildi. Bu orduya qarşı 13-14 min nəfər üsyançı vuruşurdu. Lakin türk ordusu ümumxalq xarakteri daşıyan bu üsyanı hələlik yatıra bilmirdi. Əslində yatıra bilərdi, amma Osmanlı hokuməti kütləvi qırğınlara yol vermək istəmirdi.Çünki bu dövürdə Osmanlı dövlətinə qarşı Avropa dövlətlərinin hərbi koalisiyası formalaşmaqda idi.Yalnız Almaniyanın mövqeyi hələlik qapalı qalmışdı.
Nəticədə Hertsoqovina və Bosniya üsyanının beynəlxalq miqyasda müdafiəçiləri meydana çıxdı.Bu üsyan həmçinin Osmanlı imperatorluğuna qarşı "Yaxı Şərq" böhranına səbəb oldu, çünki üsyan Balkanlarda böyük dövlətlərin mənafeyinə toxunurdu.Bununla yanaşı İngiltərə ehtiyat edirdi ki, Osmanlı imperiyası parçalanar və Rusiya üsyandan istifadə edərək Balkanlarda öz nüfuzunu genişləndirər. Avstriya-Macarıstan qorxurdu ki, üsyan onun öz slavyan təbəələrinə təsir göstərə bilər və buna görə Rusiyaya qarşı siyasətdə İngiltərə ilə əlbir idi. Bunu da nəzərə almaq lazımdır ki, 1870-ci ildə Prussiya ilə müharibədə Fransanın məğlubiyyətindən istifadə edən Rusiya 1856-cı il Paris müqaviləsinin Rusiyaya Qara dənizdə donanma saxlamağı və Qara dəniz sahillərində istehkamlar timəyi qadağan edən maddələrinə bundan sonra riayət etməyəcəyini bildirmişdi. Həmin müqaviləni imzalamış olan dövlətlər 1871-ci il martın 13-də saziş bağlayıb Rusiya hökumətinin tədbirlərinə razılıq verməyə məcbur oldular. Lakin həmin sazişdə bir daha təsdiq olunmuşdu ki, bütün ölkələrin, o cümlədən Rusiyanın da hərbi gəmiləri boğazlardan keçməməlidir. Buna baxmayaraq Rusiyanın mövqeyi möhkəmləndi və 1875-1876-cı illərin "Yaxın Şərq" böhranında Rusiya böyük rol oynadı. Rusiyanın təkidi ilə dövlətlər 1876-cı il yanvarın 31-də Türkiyədən kollektiv surətdə tələb etdilər ki, Bosniya və Hertsoqovinada inziabti islahatlar keçirsin. Rusiyanın təkliflərinə İngiltərə, Avstriya-Macarıstanın və başqa dövlətlərin müqavimət göstərməsi nəticəsində üsyan rəhbərləri razı olmayıb bildirdilər ki, türk qoşunları Bosniya və Hertsoqovinadan çıxarılmayınca onlar silahı yerə qoymayacaqlar.
Bu zaman Bolqarıstanda yeni üsyan başlandı. 1876-cı ilin aprelində Plovdiv, Vraçin, Tırnovo mahallarında və başqa mahallarda kəndlilər üsyan qaldırdılar. Lakin vahid rəhbərliyə malik olmayan bu dağınıq üsyan türk qoşunları tərəfindən yatırıldı. 15 mindən çox bolqar edam edildi, çoxlu bolqar həbsə alınıb kölə kimi satıldı, minlərlə ev yandırıldı.
Türk qoşunlarının görünməmiş cəza tədbirləri Rusiyada və Qərbi Avropada güclü qəzəb hissi oyatdı. Bolqarlar bir daha əmin oldular ki, yalnız Rusiya onları Türkiyənin əsarətindən xilas edə bilər.
Aprel üsyanı "Yaxın Şərq böhranının" daha da kəskinləşməsinə səbəb oldu. Rusiyanın öz mənafeyini güdmək məqsədi Osmanlı hökuməti xristian təbəələrinin vəziyyətini yüngülləşdirmək istəyində olduğunu bəyan edən zaman İngiltərə, Avstriya-Macarıstan və başqa dövlətlərin müqavimətinə rast gəldi. Bu dövlətlər Türkiyə ilə Rusiya arasında hərbi toqquşma salamq üçün əllərindən gələni edirdilər.Eyni zamanda imperiyalar müstəmləkə ərazilərini rəsmiləşdirmək dünyanın ərazilərini rəsmiləşdirməş,dünyanın bölüçdürülməsi idilər ərəfəsindəni
Sultan Əbdüləzizin hakimiyyətdən devrilməsi və 1876-cı il
konstitusiyasının elan edilməsi. Parlamentin çağrılması.
1853-1856-cı il Krım müharibəsindən sonra Türkiyənin Avropa dövlətləri yanında nüfuzu xeyli yüksəldi. Türkiyə bundan istifadə edərək beynəlxalq münasibətlərini yenidən tənzimləməyə cəhd göstərirdi, amma daxili stabilliyin olmaması,sinfi ziddiyyətlərin hələ də qalması müəyyən problemlərin qalmasına səbəb olurdu. Ölkəni dərin iqtisadi və siyasi böhrana gətirib çıxarmış olan hakim dairələrin siyasəti Türkiyə də ümumxalq narazılığa səbəb olmuşdu. Belə bir şəraitdə yeni osmanlıların siyasi fəaliyyəti yenidən canlandı. Onların rəhbəri Namiq Kamal 1871-ci ildə mühacirətdən qayıtmışdı.Namik Kamal hələ xalq tərəfindən qəbul edilən və böyük nüfuz sahibi olan siyasi xadim idi. Onun 1872-ci ildən nəşr etdiyi "İbrət" qəzeti hökuməti kəskin tənqid edir və əhali tərəfindən böyük həvəslə oxunurdu. Buna görə də hökumət Namik Kamalı həbs etdirib onun qəzetini bağlatdırdı. Bütün qadağa və təqiblərə baxmayaraq yeni osmanlılar öz xarici fəaliyyətini davam etdirirdi. 1875-1876-cı illərdə siyasi böhran kəskinləşdiyi və dövlətlərin müdaxiləsi zamanı yeni osmanlılar xüsusilə geniş fəaliyyətə başladılar.
Bu zaman yeni osmanlıların ən görkəmli və fəal nümayəndəsi Dunay vilayətinin (bütün Bolqarıstan buraya daxil idi) valisi Midhət paşa konstitusiya və islahat tərəfdarı olsa da osmanlı imperiyasında məzlum xalqların milli-azadlıq hərəkatının qəddar əleyhdarı kimi cəza tədbirlərinə əl atdı.
Ölkədəki gərginlikdən istifadə edən Midhət paşa və yeni osmanlılar bütün təqsiri acgöz və israfçı, irticaçı əhvali-ruhiyyəli sultan Əbdüləzizdə və onun hökumətində görərək yuxarıdan çevriliş hazırladılar. Yeni osmanlılar bütün bəlaların əlacını konstitusiyada görürdülər, həm də onlar qurana istinad edərək sübut etməyə çalışırdılar ki, konstitusiyalı quruluş islamın mahiyyətindən irəli gəlir.
Çox çəkmədən yeni osmanlılar öz niyyətini həyata keçirə bildilər. Onlar 1876-cı il mayın 22-də ruhani məktəbləri tələblərinin (softaların) nümayişini təşkil etdilər. Nümayişdə 5 minə yaxın adam iştirak edirdi və onların bir hissəsi silahlanmışdı. Bu zaman sultandan narazı təbəqələr, o cümlədən sənətkarlar, alverçilər və fəhlələr də tələbələrə qoşuldu. Həyəcana gəlmiş 40 min nümayişçi saraya yaxınlaşdı. Qorxuya düşən sultan bütün kabinəni istefaya göndərdi və Midhət paşanının iştirakı ilə yeni kabinə təşkil etdi. Lakin bir neçə gündən sonra sultanın ikiüzlüyü və narazı ünsürlərə divan tutmağa hazırlaşdığı məlum oldu. Buna görə də şeyxülislamın razılığı ilə 1876-cı il mayın 30-da Əbdüləziz hakimiyyətdən devrildi. İslahat tərəfdarı kimi tanınan V Murad hakimiyyətə gətirildi. Bir neçə gün sonra Əbdüləziz öldürüldü.
Bu zaman Balkanlarda vəziyyət daha da gərginləşmişdi. Hersoqovina və Bosniya üsyançılarına yardım etmək üçün Serbiya, sonra da digər müstəmləkə əyalətləri Türkiyəyə müharibə elan etdilər. Lakin müharibə başlanandan iki ay sonra 1876-cı ilin avqustunda Serbiya böyük məğlubiyyətə uğradı. Balkanlarda yaranmış təhlükəli vəziyyət dövlətlər arasında yeni çəkişmələrə səbəb oldu. Türkiyə ilə slavyan xalqları arasındakı ixtilafa dövlətlərin kollektiv müdaxiləsi məsələsini Rusiya yenidən irəli sürdü.
Belə bir gərgin şəraitdə yeni osmanlıların böyük ümid bəslədiyi V Muradın ruhi xəstəliyə tutulduğu məlum oldu. Buna görə də o, avqustun 31-də hakimiyyətdən uzaqlaşdırıldı.Hakimiyyətə V Muradın qardaşı II Əbdülhəmidin əlinə keçdi. Hakimiyyətə keçmək üçün özünü islahat tərəfdarı kimi göstərməyə çalışan II Əbdülhəmid qəddar və qorxaq, hiyləgər və ikiüzlü bir adamidi.
Osmanlı dövləti ilə qısa müddətli barışıqdan sonra Balkanlarda hərbi əməliyyat yenidən başlandı, lakin qeyri-bərabər hərbi imkanlara malik olan və təcrübəli türk ordusu qarşısında davam getirə bilməyən Serbiya yenə də məğlub oldu. Rusiyanın təkidi ilə Türkiyə Serbiya ilə barışıq müqaviləsi imzaladı. Balkanlardakı ixtilafı nizamasalmaq və həll etmək üçün və sülh müqaviləsinin şərtlərini hazırlamaq məqsədilə dekabrın 11-də İstanbulda dövlətlərin konfransı açıldı. Midhət paşa bu ümiddə idi ki, konstitusiyanın elan edilməsi dövlətlərin müdaxiləsinin qarşısını ala bilər, çünki bunun bir neçə maddəsində millətlərin hüquq bərabərliyi nəzərdə tutulmuşdu. Buna görə də Midhət paşa belə bir tədbirin həyata keçirilməsini təkidlə sultanın qarşısına qoydu. Sultan güzəştə gedib Midhət paşanı baş vəzir təyin etdi. 1876-cı il dekabrın 23-də konfrans açılan gün Türkiyədə konstitusiyanın elan edilməsi topların yayılan atəşi ilə elan edildi. Bu tədbir İstanbulda ingilis səfiri ilə irəlicədən danışıq əsasında düzəldilmişdi. Lakin hiylə baş tutmadı. Rus səfiri İqnatyevin başlıca rol oynadığı konfrans türk nümayəndəsinin konstitusiya qəbul edilməsinə dair məlumatını sükutla dinlədi və öz işini davam etdirdi.
Qəbul edilən konstitusiya çox mötədil bir xarakterdə idi. Konstitusiya deputatlar palatasının və nümayəndələri təyin edilən senatın yaradılmasını nəzərdə tuturdu. Konstitusiya nə vətəndaşların seçki hüququ sistemi, deputatların hüquq dərəcəsi,mahiyyətcə demokratik deyildi. Bu, millətçi bir konstitusiya idi və sultanın hüquqlarını əhəmiyyətsiz dərəcədə məhdudlaşdırırdı. Konstitusiyanın maddələrindən biri (113-cü maddə) sultana xoşlamadığı adamlara divan tutmaq imkanı verirdi. Əbdülhəmid məhz bu maddədən layiqincə bəhrələnməkdə idi.Əvvəlki kimi sultan yenə də xəlifə idi və əlində hədsiz hökumranlıq var idi.
Əlbəttəə, bəzi nöqsanlara və çatışmazlıqlara baxmayaraq həmin yarımçıq konstitusiyanın qəbulu öz dövrü üçün və Türkiyə şəraitində mütərəqqi bir hadisə idi. Lakin təəsüflə qeyd edilməlidir ki, konstitusiyada yazılanlar kağız üzərində qaldı. Çünki o zaman Türkiyədə konstitusiyanın dayağı ola biləcək güclü burjuaziya,mübariz fəhlə sinfi yox idi. Məhz buna görə də dövlətlər arasındakı ziddiyyətlər üzündən İstanbul konfransı müvəffəqiyyətsizliyə uğradıqdan sonra əlverişli şərait yarandıqda sultan və saray güruhu mütərəqqi fikirli adamlara, birinci növbədə isə yeni osmanlılara, o cümlədən Midhət paşanın özünə divan tuta bildi. Midhət paşa həbsə alınıb ölkədən sürgün edildi. Sonralar o, sultanın yalan vədlərinə inanıb Türkiyəyə qayıtdı və sultan Əbdüləzizin öldürülməsində iştirak etməkdə ittiham olunaraq 1881-ci ildə məhkum edildi, 1883-cü ildə isə həbsxanada öldürüldü.
1877-ci il martın 19-da Türkiyədə birinci parlamentin iclası açıldı. Parlament seçilmiş deputatlardan deyil əyalət inzibati şuralarının üzvlərindən və təyin edilmiş şəxslərdən ibarət idi. Parlamentin 115 "deputatından" 69 nəfəri müsəlman və 46 nəfəri qeyri-müsəlman idi. Parlament üzvlərinin böyük əksəriyyəti sultana tamamilə itaətkar adamlar idi. Lakin belə bir parlamentdə də sultan məmurlarınıtəhqiramiz hərəkətləri ilə alçaldır,onları hədələyirdi.Bu deputatların demek olar ki,heç bir hüquqları yox idi.. Türkiyənin tamamilə müharibəyə hazır olmadığını aşkara çıxaran rus-türk müharibəsi başlandıqdan sonra hökumətin tənqid edilməsi xüsusilə qüvvətləndi.İlk məğlubiyyət hakimiyyətə qarşı narazı qüvvələrin sayını artırmaqda idi.
1877-1878-ci illərdə rus-türk müharibəsi
1613-cü ildən hakimiyyətdə olan Romanovlar sülaləsinin çar-üsul idarəsi despotik xüsusiyyətilə xalqların nifrətini qazanmışdı. Bununla yanaşı çar hökuməti onun üçün müvəffəqiyyətsiz olan 1853-1856-cı illər müharibəsi nəticəsində Balkanlarda və Yaxın Şərqdə itirdiyi mövqelərini və nüfuzunu bərpa etməyə çalışırdı.Hər iki tərədən düşünülmüş bu siyasət çar Rusiyası və Türkiyə arasında yenidən müharibə ilə nəticələndi. Hələ İstanbul konfransı zamanı konfransın müvəffəqiyyətsiz olacağını görən Rusiya çalışırdı ki, qarşıdakı baş vere biləcək müharibədə Avstriya-Macarıstan bitərəf mövqe tutsun. Bu məqsədlə 1877-ci il yanvarın 15-də Budapeştdə hər iki dövlət arasında saziş imzalandı. Sazişə əsasən Avstriya-Macarıstan bitərəfliyinə əvəz olaraq Bosniya və Hertsoqovinanı işğal etmək hüququ alırdı. Beləliklə, Rusiya Avstriya-Macarıstanın bu bitərəfliyi üçün slavyan torpaqlarını güzəştə gedirdi.
Nəhayət, ziddiyyətlər son həddə çatdı və Rusiya 1877-ci il aprelin 27-də Türkiyəyə müharibə elan etdi. Az sonra başlanmış hərbi əməliyyat gedişində türk ordusu bir sıra ağır məğlubiyyətlərə düçar oldu. Bununla əlaqədar olaraq Türkiyə parlamentində ayrı-ayrı deputatlar hərbi nazirin, ordu komandanının və xəzinə oğurlarının, əyanların ünvanına kəskin tənqidlə çıxış edirdi. İyunun 28-də sultan parlamenti buraxıb yeni seçkilər təyin etdi.
Bu zaman isə Asiya və Balkan cəbhələrində Türkiyənin vəziyyəti getdikcə pisləşməkdə idi.Nəhayət, Rumıniya da Rusiya tərəfdən müharibəyə qoşuldu. Bolqar könüllü dəstələri də Türkiyəyə qarşı müharibədə iştirak edirdi. Bu müharibəni onlar azadlıq müharibəsi adlandırırdılar.
Yaranmış ağır vəziyyətdə sultan yeni taktika işlədərək 1877-ci il dekabrın 13-də toplanan ikinci çağırış parlamentə arxalanmaq üçün bir sıra taktiki gedişlər etdi. Lakin bu dəfə də hökumət ünvanına tənqid əvvəlkindən də kəskin oldu. Artıq Türkiyə tam hərbi məğlubiyyətə uğramaq ərəfəsində idi.Nəticədə hər iki tərəfin razılığı ilə barışıq müqaviləsi bağlanması qərara alındı və yanvarın 31-də rus komandanlığının irəli sürdüyü şərtlər əsasında barışıq müqaviləsi imzalanması razılığına gəldilər.Bu şərtlərə əsasən rus qoşunları Şərqi Anadoluda Ərzurumu və İstanbuldan 17 kilometr cənubda yerləşn San-Stefano qəsəbəsini tutmalı idilər.
Sultan və saray dairələri nifrət etdikləri parlamentə divan tutmaq və konstitusiyanı ləğv etmək üçün barışıq bağlanmasından istifadə etdilər. Bu işdə çar hökuməti də onlara tərəfdar idi. 1878-ci il fevralın 14-də yeni parlamentin nə vaxt çağırılacağı göstərilmədi və parlament buraxıldı. Parlamentin fasiləsi 30 il çəkdi.
San-Stefano müqaviləsi. Berlin müahidəsi
1878-ci il martın 3-də San-Stefanoda Türkiyə ilə Rusiya arasında sülh müqaviləsi imzalandı. Müqavilənin əsas şərti müstəqil Bolqar dövlətinin yaradılması və onun isiqlaliyyətinin tanınması idi.Müqaviləyə görə qədimdən bolqarlara məxsus olan ərazilər Bolqar dövləti tərkibinə daxil olmalı və onlara Egey dənizinə çıxış yolu verilməli idi. Müqavilə həyata keçirilsəydi bolqar xalqının əsrlərdən bəri bəslədiyi arzular yerinə yetirilirdi.
Lakin San-Stefano müqaviləsi Qərb dövlətləri, xüsusilə İngiltərə tərəfindən düşməncəsinə qarşılandı. İngiltərə Balkanlardakı mövcud vəziyyətin dəyişməsinə mane olurdu, çünki qorxurdu ki, bu,hadisə Rusiyanın mövqeyinin möhkəmlənməsinə kömək edər.Amma reallıq İngiltərənin diplomatlarının düşündüyü kimi idi və İngiltərənin düşündüyü və irəli sürdüyü müddəaların əsası var idi. Belə ki, Balkanlarda özünü "xilaskar" kimi göstərən Rusiya doğrudan da bu regionda təsir dairəsini daha da genişləndirə bilərdi vəbaşlıca məqsəd ondan ibarət idi. Odur ki, özünün strateji maraqlarını güdən İngiltərə 1878-ci il iyunun 4-də Osmanlı imperiyası ilə qarşılıqlı müdafiə olunmaq haqqında müqavilə bağladı və bunun əvəzində Kipr adasını "müvəqqəti istifadə etmək" üçün aldı.
Belə bir şəraitdə rus diplomatiyası daha çevik fəaliyyətə başladı, nəticədə Rusiya ilə İngiltərə arasında aparılan ilkin danışıqlar nəticəsində ingilis-rus sazişi imzalandı ki, bunda da hər iki dövlət sonrakı Berlin sazişinin əsas şərtləri haqqında irəlicədən razılığa gəlmişdi. İngilis-rus sazişindən sonra sülh müqaviləsinin son mətnini hazırlamaq üçün 1878-ci il iyunun 13-də Berlində dövlətlərin konqresi açıldı. Konqresdə Rusiya, İngiltərə, Almaniya, Avstriya-Macarıstan, Fransa, İtaliya və Türkiyənin nümayəndələri iştirak edirdi. Həmçinin konqresdə Balkan dövlətlərinin nümayəndələri də tam hüququ olmayan üzvlər kimi iştirak edirdilər. İyulun 13-də sülh müqaviləsi, yəni Berlin müahidəsi imzalandı. Müqavilə böyük dövlətlərin ziddiyyətli mənafelərinin nisbətən razılaşdırılması nəticəsində bağlandı. Balkan xalqlarının mənafeyi isə əslində hamıdan az nəzərə alınmışdı.
Müahidə Balkan sıra dağlarının şimalında olan ərazidə muxtar Bolqar dövləti yaradılmasını nəzərdə tuturdu. Balkan sıra dağlarından cənubdakı yerlər Bolqar dövlətindən süni surətdə ayrılıb "Şərqi Rumeliya" adı ilə sultanın hakimiyyəti altında qaldı və buna yalnız inzibati muxtariyyət verildi. Bu vilayətin qubernatorunu böyük dövlətlərin razılığı ilə sultan xristianlardan təyin etməli idi., Serbiya və Rumınya müstəqil dövlətlər kimi tanınır, Bosniya və Hertsoqovina Avstriya-Macarıstanın idarəçiliyinə verilirdi. Ərdəhan, Qars və Batum şəhərləri və bu şəhərlərin mahalları Rusiyanın idarəçiliyinə verilirdi. Türkiyə ermənilər yaşayan vilayətlərdə bir sıra islahatlar keçirməyi öhdəsinə götürürdü. Türkiyə eyni zamanda təzminat vermək haqqında Rusiya ilə xüsusi saziş imzaladı. Bu təzminat nəticəsində Türkiyənin xarici borcu 90 faiz artırdı.
San-Stefano müqaviləsinə nisbətən Berlin müahidəsi Balkanların,ümumiyyətlə slavyan xalqlarının, xüsusilə bolqarların həyat şəraitini xeyli pisləşdirdi. Lakin bu müahidənin özü də bir daha açıq şəkildə göstərdi ki, çar hökumətinin nə kimi məqsədlər güddüyündən asılı olmayaraq Balkan yarımadasının məzlum xalqları üçün Rusiya qisməndə olsa azadlığın təminatçısı rolunu oynadı və xristian təəsübkeşliyini nümayiş etdirə bildi.
Berlin konqresinin gündəliyində "Balkan problemi" olsa da və bu problemlər sadalansa da faktiki olaraq Berlin müahidəsi Balkanlarda olan bir çox dərin ziddiyyətləri və birinci növbədə milli məsələni həll etmədi. Buna görə də Balkanlar kəskin beynəlxalq aləmə məlum olan ziddiyyətlər ocağı olaraq qalırdı.
1877-1878-ci illər müharibəsi türk səltənət rejiminin deformasiyasını bir daha açıq surətdə sübut etdi. K. Marks göstərdiyi kimi, Türkiyənin məğlub olmasının başlıca səbəblərindən biri bu idi ki, "türklər İstanbulda vaxtında inqilab edə bilmədilər"1 .Türkiyədən həmin dövürdə ideal demokratik dəyişikliklər gözləmək də doğru deyil.Çünki o dövrdə Türkiyədə belə bir inqilab edə biləcək qabaqcıl sinif yox idi. II Əbdülhəmid o zamankı Türkiyənin mütərəqqi qüvvələrini darmadağın emişdi və feodal-klerikal təbəqələrə arxalanaraq ölkədə uzun müddət ən şiddətli irtica idarə üsulu yaratmışdı. Ölkənin və xalqın vəziyyəti bir də ona görə daha da ağırlaşmışdı ki, o zaman Türkiyə tamamilə imperialist dövlətlərin yarımmüstəmləkəsinə çevrilmiş Avropa dövlətətlərinin Osmanlı dövləti ilə ziddiyyətləri artıq antoqonist vəziyyətə çatmışdı.Odur ki ,Osmanlı dövlətinə qarşı xristian həmrəyliyi də formalaşmaqda idi.
Dostları ilə paylaş: |