İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə129/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   125   126   127   128   129   130   131   132   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 197 ____________________________ 
Host maşınlar 
 
MÖVCUD YANAŞMALARIN NÖQSANLARI 
Hal-hazırda bir çox şirkətlərdə elə təsəvvür vardır ki, 
mövcud antivirus vasitələri virus təhlükəsinə qarşı etibarlı 
müdafiə qurmağa imkan verir. Halbuki belə düşünmək 
yanlışdır. Çünki antivirus vasitələrin əksəriyyəti 
siqnatura
metodlarına əsaslandığından yeni virusu tanıya bilmir. Çox 
hallarda təşkilatlarda antivirus vasitələri ilə işləmək qaydalarını 
reqlamentləşdirən normativ-metodiki sənədlər mövcud olmur. 
Antivirus vasitələri sistemin zəif yerlərini təyin etməyi və 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 198 ____________________________ 
aradan qaldırmağı bacarmırlar. Antivirus vasitələri virus 
hücumu nəticələrini aradan qaldırmaq üçün funksional 
imkanlara malik deyildirlər. 
AÇIQLAMA

Siqnatura (latınca signatura – işarə etmə,
qeyd etmə, nişanlama, göstərilmə, işarə edilmə və s. 
anlamlarını verir). Funksiyanın suqnaturası proqramlaşdır-
mada funksiyanın müəyyən xarakteristikasının hissəsidir. 
Siqnatur 
hücum 
kompüter 
virusunun 
xarakteristik 
xüsusiyyətidir.
Ziyanverici koda qarşı müdafiə məsələsinə digər geniş 
yayılmış yanaşma növü yalnız bir antivirus istehsalçısının 
məhsullarına etibar etməkdir. Əgər hər hansı səbəbdən həmin 
antivirus istehsalçısı yeni virus istehsalından geri qalarsa, külli 
miqdarda kompüter müdafiəsiz qala bilər. Antivirus istehsal 
edən şirkətlərin yeni virusa reaksiya müddəti fərqli olduğundan
daha cəld istehsalçıya müraciət edilməsi motivasiyasının 
mövcudluğu bu sahədə güclü rəqabət mühiti yaratmaqla 
situasiyanın daim dəyişməsinə səbəb olur. 
Bütün bu deyilənlər virus hücumlarından qorunmaq üçün 
kompleks yanaşma tələb olunduğunu ön plana keçirir. 
Virus hücumundan kompleks müdafiənin təşkilati, hüquqi, 
kadr, texniki, texnoloji, proqram və s. tərəfləri vardır. 
Təşkilati aspekt virus hücumuna qarşı sistemin zəif yerini 
aşkarlayıb ləğv etməlidir. Bu, virus hücumunun mümkün olması 
ehtimalını aradan qaldırır.
Antivirus təhlükəsizliyinin təmin edilməsində normativ-
metodiki, texnoloji və kadr təminatları mühüm rol oynayır. 
Normativ-metodiki təminat nəzərdə tutmalıdır ki, virus 
hücumlarından müdafiə sahəsində balanslaşdırılmış hüquqi 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin