İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


HƏDƏLƏR VƏ NAQİLSİZ KORPORATİV



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə180/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   176   177   178   179   180   181   182   183   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

HƏDƏLƏR VƏ NAQİLSİZ KORPORATİV 
ŞƏBƏKƏLƏRİN ƏLAQƏLƏNDİRİLMƏSİ 
Naqilsiz şəbəkə qurulan zaman əsas məsələ həmin 
şəbəkənin təhlükəsizlik problemi ilə bağlıdır. Əgər adi 
şəbəkələrdə informasiya naqillər vasitəsilə ötürülürsə, burada 
radiodalğalar 
naqilisiz 
xətlərlə 
ötürülür 
və 
uyğun 
avadanlıqlardan istifadə etməklə onları asanlıqla tutmaq 
mümkündür. Naqilsiz şəbəkənin fəaliyyət prinsipi belə 
şəbəkələrin çoxlu sayda hücumlara və şəbəkəyə daxilolmalara 
məruz qalmasına səbəb olur. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 268 ____________________________ 
Naqilsiz lokal WLAN
(Wireless Local Area Network) 
şəbəkə avadanlığı şəbəkəyə və işçi stansiyalara abonentin 
naqilsiz qoşulmasına imkan verir. 
AÇIQLAMA
: Naqilsiz lokal şəbəkə (ingiliscə Wireless 
Local Area Network; Wireless LAN; WLAN) – naqilsiz 
texnologiyaya əsaslanaraq qurulmuş lokal şəbəkədir. 
Şəbəkədə verilənlərin ötürülməsi radioefir vasitəsilə həyata 
keçirilir. Şəbəkədə qurğuların bir-birilə əlaqəsi kabel 
birləşmədən istifadə etmədən yerinə yetirilir. İndiki zamanda 
ən geniş yayılmış naqilsiz birləşmə Wi-Fi əlaqəsidir. Naqilsiz 
birləşmə 
texnologiyası 
telekommunikasiya 
mühitində 
innovasiya məsələlərini həll etmək üçün dünyada ən 
populyar və geniş tətbiq olunan sayılır. 
İndiki zamanda Böyük Britaniyada, Finlandiyada, 
Norveçdə, ABŞ-da və digər inkişaf etmiş ölkələrdə WLAN 
şəbəkəsinin yaradılması böyük sürətlə həyata keçirilir. 
Abonentlərin işgüzar səfərlərində onlara WLAN-rouminq 
xidməti təklif edilir. Bu zaman İnternet-resurslardan istifadə 
və korporativ şəbəkələrə əlçatanlığı abonentin ofisini tərk 
etmədən həyata keçirdiyi əlaqələr ilə eynilik təşkil edir. 
Əlçatanlıq AP nöqtəsi (Access Point) konsentrator (bir 
yerə toplama, yığma) rolunu oynayır, abonentlər arasında, həm 
də öz aralarında əlaqəni təmin edir, körpü funksiyasını yerinə 
yetirir, İnternet və lokal şəbəkə ilə kabel rabitəsini yerinə 
yetirir. Hər bir əlçatan nöqtə bir neçə abonentə xidmət edə 
bilir. Bir neçə yaxın yerləşmiş əlçatanlıq nöqtəsi 
Wi-Fi
əlçatanlıq zonası əmələ gətirir. Bu zona naqilsiz adapterlər ilə 
təmin olunur ki, onlarında köməyilə şəbəkəyə əlçatanlıq 
mümkündür. Belə zonalar insanların toplandığı yerlərdə: 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin