İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə210/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   206   207   208   209   210   211   212   213   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

ANSI
və 
ISO
cəmiyyətləridir. 
IEEE-nin 
(
IEEE
 
http://www.ieee.org) 
tərkibində 150 ölkədən 410000 insan vardır. IEEE institutu 
hər il bütün ölkələrdə 600 elmi tədbirin keçirilməsinə, 
dünyada çap olunan texniki ədəbiyyatın 33%-nin çap 
olunmasına (elektrotexnika, radioelektronika və kompüter 
sahələrinə aid), maarifləndici proqramların hazırlanmasına, 
900–dən çox standartın hazırlanmasına və dəstəklənməsinə 
himayədarlıq edir. IEEE tələbələrin və aspirantların elmi işlər 
ilə məşğul olmasına böyük diqqət yetirir. Bunun üçün xüsusi 
proqramların hazırlanmasına da rəvac verir. IEEE 39 ictimai 
birlikdən (Societies) və seksiyadan (Sections) ibarətdir
bunlara elmi qruplar və tələbə bölmələri daxildir. IEEE –yə 
kollektiv və fərdi formada üzv olmaq mümkündür. Üzv olmaq 
üçün heç bir maliyyə xərci tələb edilmir. Əksinə, IEEE-nin 
üzvü peşəkar səviyyəli görüşlərdə, xaricə ezam olunduqda
simpozium və konfranslarda iştirakda IEEE-dən maliyyə 
dəstəyi alır. Üzvlərə onları maraqlandıran jurnallar və 
qəzetlər pulsuz təqdim olunur. IEEE-nin üzvləri The Institute 
qəzetinə və Spectrum jurnalına güzəştlə abunə yazıla 
bilərlər. IEEE hər il müsabiqələr keçirir, qalibləri pul və ya 
medalla təltif edir və s. 
Amerika Milli Sdtandartlar İnstitutu (ingiliscə 
A
merican 
n
ational 
s
tandards 
i
nstitute
,
ANSI) – amerika sənaye və 
işgüzar qruplar birliyidir, ticarət və kommunikasiya 
standartları hazırlayır. ISO və IEC təşkilatlarına daxildir, ABŞ-


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 315 ____________________________ 
ın maraqlarına xidmət edir.
19 oktyabr 1918-ci ildə “Amerika mühəndislər 
standartları komitəsi” (AESC) yaradılır. 1928-ci ildə 
komitənin adını dəyişərək “Amerika standartlar assosiasiyası” 
(ASA) qoyurlar. 1966-cı ildə yenidənqurma nəticəsində 
komitə “ABŞ standartlar institutu” adlandırılır. Komitəyə 
ANSI adı 1969-cu ildə verilmişdir. Komitənin üzvləri amerika 
şirkətləri, beynəlxalq təşkilatlar, şəxsi insanlar və hökumətə 
xidmə təşkilatlarıdır. 
Beynəlxalq 
standartlar 
təşkilatı 
(International 
Organization for Standardizion, ISO) beynəlxalq təşkilatdır 
və standartların hazırlanması ilə məşğul olur. 1946-cı ildə 
yaradılmışdır. 1947-ci ildən isə faktiki olaraq işə başlamışdır.
IEEE 802.11 standartı baza standartı sayılır və WLAN 
(Wireless Local Area Network) naqilsiz lokal şəbəkənin təşkil 
edilməsi üçün lazım olan protokolları müəyyən edir. Bu 
protokollar içərisində əsas sayılan MAC (Medium Accsess 
Control – Kanal səviyyəsinin aşağı yarımsəviyyəsi) mühitinə 
əlçatan idarə etmə protokolu və fiziki mühitdə siqnalların 
ötürülməsi üçün yararlı olan PHY protokoludur (fiziki mühit 
dedikdə radiodalğalardan və infraqırmızı şüalanmadan istifadə 
edilməsi nəzərdə tutulur). 
IEEE 802.11 standartının əsasını mobil 
(cellular-sotovıy) 
rabitə xətlərinin arxitekturası təşkil edir, həm də nəzərə almaq 
lazımdır ki, şəbəkə ya bir, ya da ki, bir neçə yuvalardan ibarət 
ola bilər. Bu yuvalardan hər biri 
AP (Access Point) əlçatanlıq 
nöqtəsi adlanan baza stansiyası tərəfindən idarə edilir. Bu 
əlçatanlıq nöqtəsinin təsir dairəsində olan istifadəçinin işçi 
stansiyaları əlçatanlıq nöqtəsi ilə birlikdə 
BSS (Basic Service 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin