İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə213/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   209   210   211   212   213   214   215   216   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 318 ____________________________ 
Key) – cüt Ustad-açar, müvəqqəti və qrup şəkilində olan 
açarlardan və s.) istifadə edilir. Açarlar geniş verilişli şəbəkə 
trafikini müdafiə etmək üçün qulluq edirlər. 
IEEE 802.11i standartının işini beş fazaya bölurlər. 
Birinci faza – aşkarlama. Bu fazada STA işçi stansiyası AP 
əlçatanlıq nöqtəsini aşkar edir. 
İkinci faza – autentifikasiya. Bu fazada STA 
autentifikasiyası ilə AS serveri qarşılıqlı fəaliyyət göstərir. 
Üçüncü faza – AS serveri PMK açarını AP əlçatanlıq 
nöqtəsinə yönəldir. 
Dördüncü faza – 802.1x açarının idarə edilməsi. Bu 
fazada PTK açarının generasiyası, bağlılığı və yoxlanması 
(verifikasiyası) baş verir. 
Beşinci faza – verilənlərin ötürülməsi və şifrələnməsi. Bu 
fazada şifrələnmə üçün PTK –dan istifadə edilir. 
İNTERNETDƏ İNFORMASİYA TƏHLÜKƏSİLİYİ 
STANDARTI
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə kompüter 
cinayətkarlığı beynəlxalq səviyyədə bir problemə çevrilmişdir. 
Bu baxımdan İnternet şəbəkəsində və qarışıq İntranet 
şəbəkələrində problem öz həllini tapmalıdır. 
İnternetin bu sahədə əsas xidməti hamını bu 
texnologiyaya başqa çür baxmağa məcbur etdi. Birincisi
İnternet açıq standartların tətbiq edilməsini genişləndirdi, 
istifadəçilərin ondan lazımı səviyyədə istifadə etmələri ilə yanaşı 
ona olan marağı da artırdı. İkincisi, İnternet dünyada demək 
olar ki, yeganə şəbəkədir ki, istənilən şəxs ona qoşula bilər. Və 
nəhayət, İnternet dünya bazarında yeni texnologiyalar və yeni 
məhsullar deməkdir və bunlardan hamı bəhrələnə bilər. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 319 ____________________________ 
İnternetdə müəyyən komitələr vardır ki, onların köməyilə 
standartlaşma prosesindən istifadə etməklə müəyyən 
texnologiyalara yiyələnmək olar. Bu komitələr əsasən 
mühəndislər qrupundan yaradılır. Məsələn, IETF (İnternet 
Engineering Task Force) qrupu standartlaşma üzrə bir neçə 
protokolu ((TCP/IP verilənlərin ötürülmə protokolu, elektron 
poçt üçün istifadə edilən SMTP (Simple Mail Transport 
Protocol) və POP (Post Office Protokol) protokolları, şəbəkənin 
idarə edilməsi SNMP (Simple Network Management Protocol) 
protokolu)) işləyib hazırlamışdır. 
İnternetdə 
verilənlərin 
təhlükəsiz 
ötürülmə 
protokollarından SSL, SET və IPSec geniş istifadə olunmaqla 
yanaşı həm də ki, populyarlıq qazanmışdır. Protokollar yaxın 
zamanlarda istifadəyə verilmişdir. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin