2)IKT-də informatikanın rolu və yeri İnformatika sözü 1960- cı ildə ilk dəfə fransızlar tərəfindən elmə daxil edilmişdir və mənası informasiyanın avtomatik emalı deməkdir, yəni "informatique + avtomatique" sözlərinin birləşməsindən götürülüb. İngilis dilli dövlətlərdə Computer Scienee – hesablama texnikası haqqında elm deməkdir. İnformatikanın əsasını 2 elm təşkil edir: kibernetika və sənədləşdirmə. Sənədləşdirmə XIX əsrin 30-40 –cı illərdə istehsal münasibətlərində burjua inqilabının inkişafı ilə əlaqədar olaraq yaranmışdır. XX əsrin 20-30 – cu illərdə öz çiçəklənmə dövrünü keçirmişdir. Kibernetika isə (idarə etmədə sunilik) 1948- ci ildə amerikalı riyaziyyatçı Nobert Vinner tərəfindən elmə daxil edilib. XIX əsrdə fransız fiziki Andre Mari Amper kibernetika sözünü öz elmi işlərində istifadə etmişdir. Səbəbi : o bütün elmlərin vahid sistemli klasifikasiya məsələləri ilə məşğul olarkən belə bir nəticəyə gəlmişdir ki, bütün fənnlərinin əsasını idarəetmə elementləri təşkil edir və onlar arasında qarşılıqlı əlaqə vardır. Buna baxmayaraq kibernetika və informatika bir- birindən fərqlənir: informatika-aparat proqram vasitələri əsasında informasiyanın emalı ilə məşğul olur. Kiernetika – informasiyanılı yaxınlamalarda idarə etmə obyektinin qurulması. İnformatika kompüter texmiologiyasına əsaslanır və onsuz mövcud deyildir. Kibernetika isə öz – özlüyündə yaranır, obyektləri idarə etmək üçün müxtəlif model yaradılır və kompüter texmiologiyasına əsaslanır. İnformatika geniş mənada kompüter və telekomunal əlaqə vasitələri ilə informasiyanın yığılması, ötürülməsi, saxlanması və emalı üçün mühəndis elmi – texniki sahələrlə bağlı olan insan fəaliyyətinin bütün sahələrini əhatə edir. İnformatika fənninin strukturuna aşağıdakıları aid etmək olar:
1. İnformasiyanın və informasiyalaşdırmanın sosial məsələləri (Sosial informasiya, informasiyanın cəmiyyətdə rolu, informasiyalaşmış cəmiyyətin konsepsiyası, informasiya təhlükəsizliyi, informasiyalaşdırmanın sosial nəticələri).
2. Nəzəri və riyazi informatika (Alqoritm nəzəriyyəsi, modellər, qərarların qəbul edilməsi, riyazi və məntuqu aparat).
3. Süni intellekt nəzəriyyəsi (İntellektual və psixi proseslərin modelləşdirilməsi ekspert sistemləri, obrazların tanınması, intellektual robortar).
4. Hesablama texnikası və proqramlaşdırma (EHM arxitekturası, proqram və proqramlaşdırma anlayışı, EHM-lərin yaranma tarixi, inkişaf mərhələləri, komputer sistemləri və şəbəkələri)
5. Tətbiqi informatika (İnformasiyanın toplanması və tətbiqi ilə əlaqədar olaraq bir çox elm sahələrində-iqtisadiyyatda,texnikada,hərbi işlərdə,hüquqi sahədə yaranan məsələlər).
3)İnformasiya cəmiyyəti
Klassik yanaşmada iqtisadiyyat aqrar, sənaye və xidmət sferası sahələrinə bölünür. Hazırki dövrdə isə bu üç klassik sektora sürətlə inkişaf edən yeni bir sektor “intellekt iqtisadiyyatı” və ya “bilik iqtisadiyyatı” sektoru əlavə olunmuşdur. Bu günkü intellektuallaşmış avtomatika şəraitində artıq informasiyanın emalı deyil, yeni informasiyanın yaradılması və onun kollektiv istifadəsi ön plana çəkilir. Məhz bu səbəbdən də artıq “əl əməyi peşələri”ndən “intellektual peşələr”ə keçid baş verir. Belə şəraitdə dünya iqtisadiyyatının əsas alətləri kompüterlər və onlarla əlaqədar olan İKT avadanlıq və ləvazimatları olur ki, bu alətlərə də əsas xammalı İnternet, korporativ şəbəkələr və biliklər bazalarından verilir. Eyni zamanda biliklər sənayesi və informasiya texnologiyaları öz iqtisadi bölmələrinin hüdudlarını aşaraq müasir iqtisadiyyatın ən perspektivli istiqamətlərinin hərəkətvericisi, əlaqələndiricisi rolunu oynayır.
Müasir informasiyalaşmış iqtisadiyyatın inkişafının dinamikasının tədqiqi bəşər inkişafının müxtəlif mərhələlərində baş vermiş informasiya inqilablarının öyrənilməsini və onların inkişaf mərhələlərinin dinamik tədqiqini tələb edir. İnformasiya inqilablarının öyrənilməsi hər şeydən əvvəl iqtisadi inkişafın və cəmiyyətin informasiya və ona xidmət edən texnologiyaların, eləcə də bunların qarşılıqlı təsirindən törənən təkan və sıçrayışların dinamik təhlilinə imkan yaradır. Digər tərəfdən isə informasiya və informasiya texnologiyalarının bəşəriyyətin inkişafındakı əvəzolunmaz rolunu sübuta yetirir. Göründüyü kimi bəşəriyyətin inkişafında bir mərhələdən digərinə keçid informasiya, onun yaranması və istifadəsi mənbəə və vasitələri ilə müəyyənləşmişdir. Aqrar cəmiyyətdə əsas rol insanını birbaşa iştirakı tələb olunan, uzun dövr tələb edən material mübadilələrə malik idi. Sənayeləşmiş cəmiyyətdə enerji mübadiləsi önə çıxır ki, enerjinin yerdəyişməsinə də daha az vaxt tələb olunur. Bu isə cəmiyyətin daha dinamik inkişafına şərait yaratmışdır.Yaşadığımız müasir cəmiyyət informasiyalaşmış cəmiyyət adlansa da bir çox mütəxəssislərin fikrinə görə, bu cəmiyyətdə iki mərhələyə postsənayeləşmiş cəmiyyətə və tam informasiyalaşmış cəmiyyətə bölünür. Sənayeləşmiş cəmiyyətə keçid elmi-texniki inqilabın baş verməsinin nəticəsidir. XX əsrin sonu cəmiyyətin inkişafının informasiyalaşma mərhələsinə daxil olması ilə xarakterizə olunur. Bu mərhələ postsənayeləşmə dövrü adlandırılır. Cəmiyyətin keyfiyyətcə yeni inkişaf mərhələsi başlayır ki, onun da məğzi praktiki olaraq bütün sferalarda informasiya və onun ən yüksək forması olan elmi biliklərin mənimsənilməsi və geniş miqyaslı istifadəsindən ibarətdir. İnformasiyalaşmış cəmiyyətin belə bölünməsi bir çox səbəblərdən irəli gəlmişdir. Bu səbəblərə dünya ölkələrinin müxtəlif inkişaf səviyyələri. texniki təminatda fərqlər, cəmiyyətin informasiya resurslarından istifadə qabliyyəti və imkanları. Informasiya texnologiyalarının inkişaf səviyyəsi və əhalinin bu sahəyə aid vasitələrlə təmini və s. Qeyd etmək lazımdır ki, hazırki dövrdə postsənaye mərhələsində olan ölkələrin sayı daha çoxdur. Yalnız dünyanın bir sıra inkişaf etmiş ölkələri, ABŞ-ları, Yaponiya, Qərbi Avropa ölkələri informasiyalaşmış cəmiyyətin qurulmasının yuxarı mərhələsindədir. Başqa tərəfdən dünyanın əksər ölkələrində İnternetin, kompüterdən istifadənin aşağı səviyyəsi, dövlət idarəetməsi və hakimiyyətin idarə edilməsində olan çatışmamazlıqlar informasiyalaşmış cəmiyyətə keçidi ləngidir. İnformasiyalaşməş cəmiyyətdə istehsalla məşğul olan müəssisələrin fəaliyyəti prosesi köklü surətdə dəyişir. Bir tərəfdən istehsalın və ümumilikdə müəssisələrin inkişafında informasiya texnologiyalarının rolu artır, digər tərəfdən isə idarəetmə sistemi, insanını istehsal funksiyası dəyişir. İnformasiyalaşmış cəmiyyətdə informasiya və şəbəkə texnologiyaları insanları informasiya toplanması kimi mühafizəkar əməkdən azad edərək, onların müxtəlif sahələrdə verilənlərin intellektual təhlili ilə məşğul olmasına və sifarişçilərə yüksək səviyyədə xidmət göstəməyə şərait yaradır. Bu səbəbdən də müəssisələr arasınada əlaqələrin yaradılması, məhsulların satılması, satılmış məhsulların çatdırılması və yeni tələbatların öyrənilərək keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi, istehsalın ümumi səviyyəsinin, iqtisadiyyatın artan tempinin təmin edilməsi yüksək sürətlə yerinə yetirilir.