İnformatika elmi, onun tərkib hissələri, predmeti. İnformasiya anlayışı. İnformasiyanın formaları və təsvir üsulları. İnformasiyanın alınması, saxlanması, ötürülməsi, çevrilməsi və emal olunması. İnformasiya miqdarının ölçü vahidləri
İnformatika elmi, onun tərkib hissələri, predmeti. İnformasiya anlayışı. İnformasiyanın formaları və təsvir üsulları. İnformasiyanın alınması, saxlanması, ötürülməsi, çevrilməsi və emal olunması. İnformasiya miqdarının ölçü vahidləri. İnformasiyanın kodlaşdırılması.
İnformatika elmi
İnformatika (ingiliscə “informatics”) termini informasiya və avtomatika sözlərindən yaranmışdır. Bu termini ilk dəfə fransızlar (1960-cı il) avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər. Xaricdə bu termin “Kompyuter elmi” (“Computer science”) termini ilə uyğunlaşdırılır, yəni bu iki termin sinonim kimi işlədilir.
Hazırda “İnformatika” informasiya proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması və emalı) kompyuter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır.