İnformatika elmi, onun tərkib hissələri, predmeti. İnformasiya anlayışı. İnformasiyanın formaları və təsvir üsulları. İnformasiyanın alınması, saxlanması, ötürülməsi, çevrilməsi və emal olunması. İnformasiya miqdarının ölçü vahidləri



Yüklə 341,5 Kb.
səhifə7/7
tarix02.01.2022
ölçüsü341,5 Kb.
#38284
1   2   3   4   5   6   7
Informatika ve onun esas anlayisla-1369

Əlifba qaydası.

İstənilən dilin əsasını əlifba təşkil edir. Əlifba – istifadə edilən simvolların sonlu çoxluğudur. Əlifba qaydası hər hansı əlifbanın simvollarından təşkil olunmuş mətndə olan informasiyanın miqdarını hesablamağa imkan verir.

Əlifbada olan simvolların sayı əlifbanın qüvvəti adlanır. Məsələn, azərbaycan əlifbasında 32, ingilis əlifbasında 26, onluq say sistemində 10, ikilik say sistemində 2 simvol var.

Əlifbadakı hər bir simvol müəyyən informasiya daşıyır.

Əlifbanın bir simvolunun daşıdığı informasiyanın qiyməti – I aşağıdakı düsturla hesablanır:

I=log2N

Burada N - əlifbanın qüvvətidir və onu aşağıdakı düsturla hesablamaq olar:

N=2I

Bildiyimiz kimi, kompyuter sistemində 256 simvolluq əlifbadan istifadə edilir. Yəni ASCII cədvəlində 256 simvol olduğundan, N=256, I = log2256=8, I = 8 bit = 1 bayt. Yəni hər bir simvol yaddaşda 8 bit və ya 1 bayt yer tutur.

Qrafiki informasiyanın kodlaşdırılması


Kompyuter qrafikası ilə işləmək üçün əsasən iki tip proqramdan - rastr və vektor tipli redaktorlardan istifadə edilir. Rastr tipli redaktorlarda şəkil nöqtələr çoxluğundan ibarət olur. Bu nöqtələr piksel adlanır. Piksel – rastr qrafikasında şəklin minimal ölçü vahididir.

Rastr tipli redaktorlara Paint, Photoshop, Photofinish və başqa proqramları misal göstərmək olar. Bu proqramlarda yaradılmış şəkillərin formatları: bmp, tiff, pcx, gif, jpeg və s.

Vektor tipli redaktorlarda isə xətlər və xətlərdən yaradılmış fiqurlardan istifadə edilir.

Vektor tipli redaktorlara isə misal olaraq CorelDraw, Adobe Illustrator, Macromedia Freehand və s. göstərə bilərik.




Yüklə 341,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin