Informatika f nninin predmeti. Informasiya n z riyy si v inform
Cədvəllərin tərtib edilməsi: Yuxarıda qeyd olunmuş qaydada yeni verilənlər bazasının yaradılmasını müəyyənləşdirdikdən sonra cədvəlin yaradılması məqsədilə açılmış dialoq pəncərəsində cədvəl rejimini seçirik. Rejimi seçdikdən sonra pəncərənin aktiv hissəsində cədvəl yaratmanın üç üsulu verilir. Bunlar
- Создание таблицы в режиме конструктора (cədvəlin layihəçi rejimində yaradılması);
- Создание таблицы с помощью мастера (cədvəlin ustanın köməyi ilə yaradılması);
- Создание таблицы путем ввода данных (cədvəlin verilənlərin daxil edilməsi ilə yaradılması).
İstifadəçi bu rejimlərdən uyğun olanını seçir. Əgər istifadəçi birinci üsulu seçibsə, yəni cədvəli layihəçi rejimində yaratmaq istəyirsə, açılan yeni pəncərədə bazanın hər bir sahəsinin adı və bu sahədəki verilənlərin tipi göstərilir. Pəncərənin aşağısanda verilən xüsusi sahədə verilənlərin tipi ilə əlaqədar olan müxtəlif xassə və atributlar müəyyənləşdirilir. Cədvəl sahələri və tiplər elan edilib qurtardıqdan sonra pəncərə bağlanılır və tələbə uyğun olaraq cədvələ ad verilir. Yeni yaradılmış cədvəlin adı ilkin pəncərəyə avtomatik olaraq əlavə olunur.
Əgər istifadəçi cədvəlin yaradılması üçün ikinci üsulu seçirsə, yəni cədvəli ustanın köməyi ilə yaratmaq istəyirsə, üsul seçiləndən sonra (onun üzərində düyməni ardıcıl olaraq iki dəfə basmaqla) açılan pəncərədə cədvəlin tipi (işgüzar, şəxsi) seçilir, daha sonra «Образцы таблиц» sahəsindən cədvəlin nümunəsi seçilir. Növbəti addımda «Образцы полей» sahəsindən lazımi sahələrin adı seçilərək ya ayrı-ayrılıqda, ya da hamısı birdən düymələr vasitəsilə «Поля новой таблицы» sahəsinə keçirilir. «Далее» düyməsini basmaqla növbəti mərhələyə keçirik. Burada cədvələ ad verilir. Bundan sonrakı mərhələdə yaradılacaq cədvəlin digər cədvəllərlə əlaqəsi və açar sahə müəyyənləşdirilir. Daha sonrakı mərhələdə cədvəlin strukturunda dəyişiklik olacağı, verilənlərin daxil edilməsi və ya verilənlərin forma ilə daxil edilməsi təyin edilir. Burada da yeni yaradılan cədvəlin adı ilkin pəncərəyə əlavə edilir.
Üçüncü üsul seçildikdə, yəni cədvəlin yaradılması verilənlərin daxil edilməsi ilə həyata keçirilməsi üsulu seçildikdən sonra açılan yeni pəncərədə hər bir sahənin adı hissəsində düyməni iki dəfə sıxmaqla sahə yeri aktivləşdirilir və oraya sahənin adı daxil edilir. Növbəti sətirlərə isə sahələrə uyğun olan verilənlər daxil edilərək yeni cədvəl yaradılır.Burada da sonda cədvələ ad verilir (tələbata uyğun olaraq) və həmin cədvəl ilkin pəncərəyə əlavə olunur.
Sonrakı mərhələdə yaradılmış cədvəli seçərək açıb həmin cədvələ verilənlər daxil etmək mümkündür. Aydındır ki, yaradılma üsulundan asılı olaraq cədvələ ya yaradılma mərhələsində, ya da sonradan verilənlərlər daxil edilir.Cədvəl açıldıqdan sonra adətən pəncərənin aktiv hissəsində sahələrin adları və uyğun verilənlər, sonra isə bazanın ayrı-ayrı yazılarına keçidi təmin edən xüsüsi sətir yerləşir.