Informatika f nninin predmeti. Informasiya n z riyy si v inform
Mətn obyekti
Gəlin təqdimata yeni boş slayd əlavə edək və bu slayda mətn daxil edək.
Başqa obyektlər kimi mətn də slayd üzərində bir obyekt kimi yerləşdirilir. Rejim dəyişmə lövhəsinin düyməsindən istifadə edərək Slayd rejiminə keçin. Ekranda təqdimatın birinci slaydı görünür. Yeni slayd hər zaman cari slayddan sonra yerləşdirilir. Biz növbəti slaydı əlavə etməliyik. Açılmış pəncərədə boş slaydın üzərində mausun düyməsini iki dəfə sıxın. Obyekt sahələrinə bölünməmiş boş slayd açılır. Slaydda mətn yerləşdirmək üçün menyusunun əmrini seçin.
Mausla mətn sahəsinin çərçivəsini çəkin. İçində "Bakı Biznes və Kooperasiya Kolleci" mətnini yazın. Mətni mərkəzdən yazmaq üçün, fonun ölçüsünü və rəngini seçmək üçün Format panelinin düymələrindən istifadə edin.
Siyahı üçün işarələr seçmək istəyirsinizsə, onda ya siyahını bütövlüklə seçin, seçilmiş mətnin üzərində mausun sağ düyməsini sıxın, kontekst menyudan Siyahı əmrini seçin
və yaxud da menyusundan əmrini seçə bilərsiniz.
Açılan dialoq pəncərəsindən istənilən işarəni seçə bilərsiniz.
İşarə kimi istənilən şriftin simvolları, hətta şəkil də istifadə edilə bilər. Şəkil seçmək üçün Şəkil düyməsini sıxın və təklif olunan şəkillərdən birini seçin, yaxud istədiyiniz şəkil faylını seçin.
Təqdimatın slaydları kağız yaxud şəffaf plyonka üzərində çap edilə bilər, HTML formatında qorunub saxlana bilər yaxud elektron slayd-film şəklində nümayiş etdirilə bilər.
Təqdimatın çapdan çıxarılmasının üstünlüyü ondan ibarətdir ki, onu kompüterdən asılı olmayaraq nümayiş etdirmək olar.
Təqdimatı çapa verməzdən əvvəl səhifənin parametrlərini nəzərdən keçirmək məsləhət görülür. PowerPoint-in səhifə üçün seçdiyi standart parametrləri adətən şəffaf plenka çap etmək üçün və elektron slayd film üçün yararlı hesab etmək olar.
Slaydın parametrlərini nəzərdən keçirmək üçün menyusundan əmrini seçin. Açılan dialoq pəncərəsində
Slaydın Ölçüsü açılan siyahıdan standart ölçülərdən birini seçmək yaxud istədiyiniz ölçüləri : eni və hündürlüyü seçmək olar.
Təqdimat başqa bir təqdimatın ardı olarsa birinci slaydın sayını göstərməklə slaydların saylarını dəyişmək olar.
Slaydların, qeydlərin və strukturun çap edilməsi üçün səhifəni müxtəlif istiqamətlərdə istifadə etmək olar.
Adətən slaydların çapı üçün istiqamət bölməsində Albom, başqa sənədlər üçün isə Kitab istiqaməti seçilir.