Yeni slaydların əlavə edilməsi.
Ekranda "İnformasiya Texnogiyalarının Təhsildə Tətbiqi" adlı təqdimatın sərlövhə slaydını görürsünüz.
Sərlövhəyə yeni slayd əlavə etmək üçün menyusundan
əmrini seçirik.
Bu dəfə də yeni sənəd yaratdığımız kimi sağ ərəfdə dialoq pəncərəsi çıxacaq. Buradan istədiyimiz bir görünüş tipini seçirik. və sonda OK düyməsini sıxırıq.Slayd sxemində çərçivəyə alınmış bir neçə obyekt sahəsi görürsünüz. Çərçivənin içindəki mətn verilənləri daxil etməyi təklif edir. Slaydın Başlığı obyekt sahəsinin üzərində mausun düyməsini basın. Sahədəki mətn silinir və siz istədiyiniz mətni burada yaza bilərsiniz.
Slaydlara baxılma rejimi. Adi rejim
PowerPoint-da yaradılmış slaydlara müxtəlif rejimlərdə baxmaq mümkündür.Bir rejimdən başqa rejimə keçmək, eləcədə təqdimatın nümayişinə başlamaq üçün təqdimat pəncərəsinin aşağısında yerləşən düymədən birini sıxmaq lazımdır.
S layd rejimiayrı-ayrı slaydlar üzərində işləmək üçün nəzərdə tutulub.
Struktur rejimi slaydların mətni üzərində işləmək üçün nəzərdə tutulub.
Slaydları nizamlama rejimi bu rejimdə slaydların ardıcıl yerləşdirilmiş minatürlərinə baxmaq olar.
Adi rejim slayd, struktur və qeyd rejimlərini özündə cəmləşdirir.
Slaydların nümayişi hazır təqdimatın nümayişi üçün nəzərdə tutulmuşdur.
Rejimi dəyişmək üçün menyunun əmrlərindən də istifadə etmək olar .
Slayd rejimində təqdimatın pəncərəsini bir slayd tutur. Bu rejimdə obyektləri dəyişdirmək, slayda mətn və şəkil daxil etmək olar.
Bu rejimdə bir slayddan başqa slayda keçmək üçün şaquli sürüşdürmə zolağından. Növbəti slayd və Əvvəlki slayd düymələrindən, yaxud klaviaturada yerləşən Page Down və Page Up düymələrindən istifadə etmək olar.
Struktur Rejimi düyməsini sıxmaqla rejimi dəyişin. Struktur rejimi Adi rejimə bənzəyir, lakin burada struktur sahəsinə çox, slayd sahəsinə isə az yer verilir. Bu rejim əsasən mətn üzərində işləmək üçün nəzərdə tutulmuşdur. Sol tərəfdə, struktur sahəsində slaydların sıralanmış işarələri və obyekt sahələrində yazılmış mətn yerləşir.
Dostları ilə paylaş: |