Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya texnologiyaları. Informasiya ölçü vahidləri



Yüklə 1,16 Mb.
səhifə43/52
tarix25.04.2023
ölçüsü1,16 Mb.
#102428
1   ...   39   40   41   42   43   44   45   46   ...   52
Informatika f nninin predmeti. Informasiya n z riyy si v inform

Formanın hazırlanması:
Access verilənlər bazası işləmək üçün istifadəçiyə qrafik interfeysin layihələndirilməsi sahəsində geniş imkanlar verir. Bunun mühüm vasitələrindən biri giriş-çıxış formalarıdır ki, bu da verilənlər bazası cədvəllərində yazıların ilkin yüklənməsini həyata keçirməyə, verilənlərə nəzarət edilməsi funksiyasını yerinə yetirməyə, həmçiıün verilənlərdə düzəlişlər etməyə (yeni yazırılar əlavə etmə, silmə və sahədəki verilənləri dəyidişrməyə) imkan verir.
Formanın alınmış maketinə uyğun olaraq Access vasitələrinin köməyilə ekran formasının qurulması həyata keçirilir. Bu zaman hazırlıq işləri mərhələsində istifadəçinin formaya qarşı qoyduğu tələblər nəzərə alınmalıdır. Burada məlumatların hansı cədvəldən götürülərək əks etdirilməsi, formada hansı sahələrin verilməsi, hesablanacaq sahələrin lazım olub-olmaması, formanın rəsmiləşdirilməsinə xidmət edən qrafik elementlərin olması, mətni və şəkilləri şərh edən xətlərdən istifadə ediləcəyi göstərilir.
Formanın quruluşu, formanın layihələndirilməsi rejimində əks etdirilir. Bu rejimdə formanın sahələrinin və elementlərin sazlanması istifadəçi tərəfindən aparıla bilər. Layihələndirmə pəncərəsində formanın başlıq, verilənlər və əlavə qeydlər sahələri ayrılır. Formanm sahələri müxtəlif qrafik obyektlərdə doldurulur. Cədvəl yazılışları ilə əlaqədar olan və müəyyən sahə verilənlərının əks etdirilməsi üçün nəzərdə tutulan qrafik obyektlərə idarəetmə elementləri deyilir. Idarəetmə elementlərinin əsas tipləri sahə, siyahı sahəsi və siyahıdır. Cədvəllərlə və ya sorğularla əlaqədar olmayan qrafik obyektlər ilk növbədə formanın maketinin yaradılması üçün istifadə olunan və sahələrin uzərindəki qeydləri (rekvizitlərə istifadəçilərin verdiyi adlar), tətbiq edilən obyektləri, həmin obyektlər üzərindəki qeydləri və başlıqları özündə birləşdirir. Həmin elementlər haqqındakı informasiya formanın maketində saxlanılır. Forma, eləcə də onun hər bir elementi onlara nəzarət edilməsi və düzəlişlərin aparılmasını təmin edən xassələrə malikdir. Elementin xassəsi onun xarici görünüşünün, ölçünün formanın harasında yerləşməsinin, giriş-çıxış rejimlərinin, makrosların və ya proqramın təyin edilməsinə imkan verir. Xüsusiyyətlər dialoq pəncərəsində əks etdirilir və burada hər bir xüsusiyyət və onun qiyməti üçün yer ayrilir. Formadan müxtəlif məqsədlər üçün, məsələn, nəzarət edilən cədvəldə başqa yazılara keçilməsi, yazılarda düzəliş aparılması (əlavələr edilməsi, təkrarlanması, bərpası, çıxarılması, saxlanması), forma ilə işin yerinə yetirilməsi (acılması, bağlanması, təmizlənməsi, yenilənməsi) ücun muvafiq idarəetmə düymələri nəzərdə tutula bilər.
Formanın yaradılması üçün ilkin pəncərədən «Форма» obyekti seçilir. Bu obyekt seçildikdən sonra formanın yaradılmasının iki üsulu verilir. Həmin rejimlər aşağıdakılardır:

  • Создание формы в режиме конструктора (formanın layihəçi rejimində yaradılması);

  • Создании формы с помощью мастера (formanın ustanın köməyi ilə yaradılması).

Birinci üsuldan istifadə etdikdə yeni açılan pəncərədə formanın yaradılması, müxtəlif elementlərin, yazı və sahə elementlərinin əlavəsi üçün alətlər paneli verilir. Bu panelin hər bir elementindən istifadə etməklə bazanın ayrı-ayrı cədvəllərinə istənilən formanı vermək olar. Seçilən alətdən asılı olaraq formanın yaradılması mərhələlərini ardıcıl yerinə yetirmək lazımdır. Qeyd edək ki, layihəçi rejimində formaların hazırlanması əslində böş cədvələ müxtəlif obyeklərin: adi yazıların, sahələrin, siyahıların, şəkillərin, düymə və keçirici açarların, qrafiklərin, müxtəlif redaktorların elementlərinin əlavəsi həyata keçirilir.
İknci üsulla formaların yaradılması zamanı üsul seçildikdən sonra birinci mərhələdə forma veriləcək cədvəl və sahələr seçilir. Sonrakı mərhələdə formanın xarici görünüşü müəyyənləşdirilir(lentvari, bir sütunda, cədvəl şəklində, icmal cədvəl kimi, icmal diaqram kimi və s.). Ücüncü mərhələdə formanın stili verilən sahədən forma tərtib edənin istəyinə görə müəyyənləşdirilir. Bundan sonra sonuncu mərhələyə keçilir. Bu mərhələdə formaya ad verilir. Eyni zamanda formanın verilənlərin daxil edilməsi üçün açılması və ya maketin dəyişdirilməsi variantlarından biri seçilərək verilir. Əgər maketin dəyişdirilməsi variantı seçilərsə, onda ekrana verilən formada hər bir sahəni aktivləşdirərək onun üçün ayrılmış sahəni dəyişmək və ya yeni elementləri əlavə etmək olar.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin