İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə315/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   308   309   310   311   312   313   314   315   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 427 
Disk kənarında xəstəxana). Antivirus NOD32 32 və 64 mərtəbəli Windows 
əməliyyat sistemlərini himayə edir. Bu antivirus sistemi asinxron yoxlaya bilir. 
Antivirus makrovirusu tapmaq üçün MS Word və Excel faylların daxili quruluşunu 
təhlil edir. NTFS fayl sistemini himayə edir. 
1989-cu ildə Con MakAfi ABŞ-da öz antivirus kompaniyasını yaradır. Bir neçə 
aylıq gərgin işdən sonra McAfee VirusScan antivirus proqramı yaradılır. 
Kompaniya antivirusu istifadəçilərə pulsuz verirdi. Ona görə də bu kompaniya 
əvvəlcə Kaliforniya ştatında, sonra da bütün ölkədə istifadəçilərin çox böyük 
məhəbbətini qazandı. 
Panda kompaniyasının əsası 1990-cı ildə Mikel Urizarbarren tərəfindən 
İspaniyanın Bilbao şəhərində qoyulmuşdur. 
Panda Security antivirus proqramı minimal resurslardan istifadə etməklə 
virusdan səmərəli mudafiənin həyata keçirilməsini təmin edə bilir. Panda 
firmasının məhsulları məişət və korporativ kompüter istifadəçilərin informasiya 
təhlükəsizliyini təmin edir. Bu kompaniyanın dünyanın 200-dən çox olkəsində 
müştəriləri, 50-dən çox olkəsində isə ofisləri var.
Antivirus Panda faktiki iki moduldan ibarətdir – Panda Ultrafast və Panda 
SmartClean2. Birinci modul - süni intellekt, bəzi texnologiyalarından və 
mexanizmlərindən istifadə etməklə virusları tapır və zərərsizləşdirir. İkinci modul 
isə virusun törətdiyi nəticələri aradan qaldırır.
AVAST kompaniyasının əsası 1991-ci ildə Çexoslovakiyada qoyulmuşdur. 
Kompaniyanın baş ofisi Praqada yerləşir. 
Avast! antivirus proqramı Windows, Lınux, Mac OS əməliyyat sistemləri
həmçinin Palm, Android və Windows CE platformalı kompüterlərdə (cibdə 
gəzdirilən fərdi kompüterlərdə) isifadə edilə bilir. Evdə - yəni məişətdə istifadə 
etmək üçün antivirusun Free-pulsuz; Pro, Internet Security və Premier kimi pullu, 
lakin qeyri-kommersiya məqsədi ilə istifadə edilən variantları buraxılır. Anivirusun 
orta və böyük biznes üçün Endpoint Protection, Endpoint Protection Plus, 
Endpoint Protection Suite və Endpoint Protection Suite Plus kimi versiyaları 
mövcuddur. Antivirusun serverlər üçün File Server Security və Email Server 
Security kimi versiyaları vardır. Avast antivirus proqramı ICSA Labs (təhlükəsizlik 
məhsullarının o cümlədən antivirusların tədqiqi, sınaqdan keçirilməsi və 
sertifikatlaşdırılması ilə məşğul olan) beynəlxalq assosiasiyanın sertifikatını 
almışdır. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin