İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə314/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   308   309   310   311   312   313   314   315   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
426 
Cisco Systems, Red Hat, Citrix Systems, Novell və s. kimi dünyanın aparıcı aparat 
və proqram təminatı istehsalçılarının sertifikatlarını almışdır. 
1990-ci illərin əvvəllərinə kimi antivirus proqramları virus kodunun 
nümunələrindən (onlarla siqnaturadan) ibarət olurdu. 1992-ci ildə polimorf kod 
generatoru MtE meydana gələndən sonra istənilən proqramçı daim dəyişən kodla 
polimorf virus yarada bilirdi. Belə vəziyyətdə kod emulyatorundan istifadə etmək 
zərurəti yaranmışdı. Sistem polimorf virusun şifrlənən hissəsini açıb virusun daimi 
hissəsini müəyyən etməli idi. Emulyatora malik ilk antivirus proqramını da (AVP) 
Yevgeniy Kasperskiy yaradır. Həmin dövrdə kod emulyatorlarından başqa 
kriptotəhlil, statistik təhlil, evristik təhlil və davranış blokiratorları kimi virusdan 
müdafiə sistemləri yaradılır. 
1998-ci ildə iki amerikalı yeniyetmənin yaratdıqları virus ABŞ müdafiə 
nazirliyinin 500-dən çox kompüterinə yoluxandan və nəticədə nazirliyin işi praktik 
olaraq iflic vəziyyətinə düşəndən sonra dövlət də, cəmiyyət də başa düşməyə 
başladı ki, kompüter viruslarının törədə biləcəyi təhlükə kütləvi qırğın silahlarının 
törətdiyi təhlükədən az olmaya bilər. 
Bundan sonra əvvəlcə Pentaqon, onun ardınca isə bütün iri korporasiyalar 
keyfiyyətli və etibarlı antivirus proqram təminatına sifarışləri artırırlar. 
Bu da daha keyfiyyətli antivirus proqram təminatı vasitələrinin yaradılmasını 
stimullaşdırırdı. 
Bu cür vəziyyət dolayı yolla müxtəlif sahələrdə, o cümlədən şəbəkələrdə 
informasiya təhlükəsizliyi sisteminin inkişafında müsbət rol oynadı. Yəni insanlar 
anlamağa başladılar ki, təhlükə təkcə viruslardan yaranmır.
Windows əməliyyat sistemi yaranandan və İnternetdən istifadə 
genişlənəndən sonra kompüter virusları ilə mübarizə daha da kəskin şəkil alır. 
Hazırda düyada antivirus proqram təminatının işlənib hazırlanması ilə 60-a qədər 
kompaniya məşğul olur. 
Microsoft Securiti Essentials pulsuz antivirusdur. Bu antivirus öz imkanlarına 
görə pullu antiviruslsrdan geri qalmır. Hal-hazırda demək olar ki, kompüter 
istifadəçilərinin hamısı daim virus bazaları ilə yenilənən antivirus vasitələrindən 
istifadə etmək məcburiyyətindədir.
Dr.Web antiviruslar ailəsi poçt və şəbəkə soxulcanlarından, putkitlərdən 
(aşkar və ləğv edilməsi daha mürəkkəb olan viruslardan), fayl viruslarından, 
troyan proqramlarından, stels-viruslardan, polimorf viruslardan, cansız (cisimsiz) 
viruslardan, makroviruslardan, MS Office sənədləri yoluxduran viruslardan, casus 
proqram təminatından, parol oğurlayan proqramlardan, klaviatura casuslarından, 
pullu zəng proqramlarından, reklam proqram təminatından, potensial təhlükəli 
proqram təminatından, xaker utilitlərindən və s. mudafiə üçün nəzərdə 
tutulmuşdur. 
Antivirus ESETNOD32. 1988-ci ildə Çexoslovakiya televiziyası ilə “Şəhər 
kənarında xəstəxana” adlı maraqlı serial göstərirdilər. İlk kompüter viruslsrı da 
diskin kənarinda yerləşən boot-sektora hücum edirdilər. Antivirusun adındakı NOD 
abbreviaturası da bundan götürülmüşdür. NOD (Nemocnica na Okraji Disku və ya 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin