İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə212/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   208   209   210   211   212   213   214   215   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 291 
Ola bilər ki, cəm hesablananda oyuqlar diapazonu düzgün ayrılmasın. Belə 
halda istifadəçi özü diapazonun düzgün ayrılmasını təmin etməlidir. Cəm işarəsi 
olan düyməni sıxandan sonra mausun oxunu ayrılmalı olan diapazonun birinci 
oyuğunun üzərinə gətirib, sol düyməni sıxılmış vəziyyətdə saxlayıb, oxu sonuncu 
oyuğa kimi hərəkət etdirib, sol düyməni buraxmaq lazımdır. 
Cəm işarəsi həkk olunmuş düymənin sağ tərəfində yerləşən ox işarəsini 
sıxanda məzmunu ədədi qiymətlərdən ibadət olan oyuqlar qrupu üzərində yerinə 
yetirilməsi mümkün olan əməliyyatların siyahısı görünür (Məsələn, verilənlərin 
orta qiymətini hesablamaqla yanaşı, verilənlərin maksimum və ya minimum 
qiymətini müəyyən etmək olar və s.).
Microsoft Excel 2010-da hesablamalar formulaların köməyi ilə yerinə 
yetirilir. Hesabi verilənlər qrupunun cəmini hesablamaq üçün СУММ 
formulasından istifadə etdik. Formula yazılan oyuqdakı birinci simvol “=” işarəsi 
olmalıdır (İstifadəçi özu formulanı müəyyən edə və ondan istifadə edə bilər). 
Bundan sonra hesabi qiymətlər götürüləcək oyuqların işarələri (ünvanları), onların 
arasında isə müxtəlif hesab işarələri:+ (toplama), - (çıxma), * (vurma), / (bölmə) 
əməlləri yazılır. Formulada mötərizələrdən də istifadə edilir. Oyuğun isarəsini daxil 
etmək əvəzinə oyuq üzərində sol düyməni sıxmaq da olar. Formulada oyuqların 
işarəsindən başqa ixtiyari ədədlərdən də istifadə etmək olar. Formulanı daxil edib 
qurtarandan sonra klaviaturadakı [Enter] düyməsini sıxmaq lazımdır. Şəkil 83-də 
əl üsulu ilə daxil edilən formula göstərilmişdir. 
Şəkil 83. İxtiyari formulanın daxil edilməsi 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
292 
Oyuğa daxil edilən 
=C2-(D3+D5)*8 
formulası ilə hesablama aşağıdakı kimi yerinə yetirilir: 
1.D3 oyuğundakı qiymətlə D5 oyuğundakı qiymət toplanır; 
2.Alınan cəm 8-ə vurulur və alınan nəticə C2 oyuğundakı qiymətdən çıxılır.
Göründüyü kimi formula daxil edilən oyuqda hesblamanın nəticəsi saxlanır. 
Lazım gəldikdə oyuğa daxil edilmiş formulaya düzəliş etmək olur. Bu məqsədlə 
Microsoft Excel 2010 pəncərəsinin yuxarı hissəsində yerləşən fofmula sətrindən 
istifadə edilir. 
nişanından sağ tərəfdə formula əks olunur (şəkil 84.). Mausun 
oxunu formula sətrindəki formulanın üzərinə gətirib sol düyməni sıxandan sonra 
formula üzərində düzəliş əməliyyatını yerinə yetirmək olar.
 
Şəkil 84. 
nişanının formul çubuğunda yeri 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin