İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə208/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   204   205   206   207   208   209   210   211   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 281 
Birinci iki variantda cari oyuğun yerinə təkcə boş oyuq əlavə edilir, qalan 
oyuqlar isə uyğun olaraq sağa və ya aşağı sürüşür. 
İxtiyari sütunun enini onun sağ sərhəddinin yerini dəyişməklə idarə etmək 
olar. Bundan ötrü mausun oxunu latın hərfləri arasındakı bölgü xəttinin üzərinə 
gətirmək lazımdır. Mausun oxu formasını dəyişəcək. Bu zaman mausun sol 
düyməsini sıxılmış vəziyyətdə saxlayıb bölgü xəttinin yerini dəyişməklə sütunun 
enini artırmaq və ya azaltmaq olar. Yerdə qalan oyuqların eni olduğu kimi qalır 
(şəkil 72.). 
Şəkil 72. Sütunun eninin dəyişdirilməsi 
Sətrin hündürlüyü də eyni qayda ilə dəyişdirilir. Sətrləri göstərən ədədlər 
olan oyuğun sərhəddini mausla dəyişmək lazımdır (şəkil 73.). 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
282 
Şəkil 73. Sətrin hündürlüyünün dəyişdirilməsi 
 
OYUQLAR QRUPUNUN AYRILMASI 
Oyuqların hər biri üçün müxtəlif parametrlər vermək olar, yəni onları 
çərçivəyə almaq və ya fonunun rəngini dəyişmək olar. Lakin cədvəldə belə 
oyuqların (xanaların) sayı çox olanda hər bir oyuq üçün bu işi ayrıca görmək çox 
vaxt aparır. Belə halda oyuqlar qrupunu ayırmaq və bu işi ayrılmış oyuqların 
hamısı üçün bir dəfəyə yerinə yetirmək olar. Oyuqlar qrupunu ayırmaq üçün 
mausun oxunu ayrılmalı olan oyuqlar qrupunun yuxarı sol küncündəki oyuğa 
yerləşdirib, sol düyməni sıxılmış vəziyyətdə saxlayıb, oxu ayrılası oyuqlar 
qrupunun aşağı sağ küncündə yerləşən oyuğa gətirib sol düyməni buraxmaq 
lazımdır (şəkil 74.).
Ayrılan oyuqlar qrupu cari oyuqda olan kimi çərçivə ilə ayrılır. Eyni vaxtda 
bir neçə oyuqlar qrupu ayırmaq olar. Bu halda əvvəlcə birinci oyuqlar qrupunu 
yuxarıda şərh edilən qayda ilə ayırmaq, novbəti oyuqlar qruplarını ayıranda isə 
klaviaturadakı [Ctrl] düyməsini sıxılmış vəziyyətdə saxlamaq lazımdır.
Sol düyməni latın hərfi yazılan düzbucaqlı üzərində sıxanda bütövlükdə 
sütun, sol tərəfdə sətri göstərən ədədlər yazılan düzbucaqlı üzərində sıxanda isə 
bütövlükdə sətr ayrılır. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin